Temperaturun öLÇÜLMƏSİ plan temperatur şkalaları və temperatur kəmiyyət vahidləri. Mexaniki kontakt termometrləri



Yüklə 0,66 Mb.
səhifə1/6
tarix14.01.2017
ölçüsü0,66 Mb.
#339
  1   2   3   4   5   6


TEMPERATURUN ÖLÇÜLMƏSİ

PLAN

1. Temperatur şkalaları və temperatur kəmiyyət vahidləri.

2. Mexaniki kontakt termometrləri.

3. Elektrik kontakt termometrləri.

ƏDƏBİYYAT
1. Димов Ю.В. Метрология, стандартизация и сертификация: Учебнии для вузов. 3-е изд.- СПб.: Питер, 2010. -464 с.: ил. –(Серия «Учебнии для вузов»).

Ölçmələrin yerinə yetirilməsinə xidmət edən texniki vasitələrin çoxluğu, ölçmələrin yerinə yetirilməsinin üsul və qaydaları onların nəticələrinin interpretasiyası ölçmə texnikası anlayışı kimi qəbul edilir.

Müasir dünyamızda ölçmə texnikasının yerini aşağıdakı məlumatlarla xarakterizə etmək olar. Hal-hazırda ölçmə texnikasının məsrəfləri bütün material sərfinin 10...15%-i təşkil edir. İqtisadiyyatın bəzi sahələrində məsələn, neft emalı, neft kimya, kimya, radioelektron, təyyarəqayırma və s. bu sərflər 25% təşkil edir.

Ölçmə texnikasının texnoloji proseslərdə istifadə olunan ölçmə üsulları və ölçmə qurğularını özündə birləşdirən bölməsi texnoloji ölçmələr anlayışı kimi qəbul edilmişdir.

Texnoloji ölçmələrə daxil edilən ölçülən parametrlər dəsti fərqi sənaye sahələri üçün kifayət qədər fərqlənirlər və əsasən texnoloji proseslərin spesifikasından asılıdır.

Texnoloji prosesin xarakterindən asılı olaraq müxtəlif sənaye sahələrindəki bütün istehsalatı iki qrupa bölmək olar: fasiləsiz və diskret (ədədi) istehsalat xarakterli texnoloji proseslər. Birinci qrupa neftemalı, qazemalı, neftkimya, kimya, metallurgiya, istilikenergetika, hidroenergetika və s; ikinci qrupa –maşınqayırma, cihazqayırma, radioelektron, yeyinti və s. istehsalat sahələri aiddir. Təxmini olaraq fasiləsiz və diskret xarakterli texnoloji proseslər üçün hansı parametrlərin haünsı nisbi miqdarda ölçülməsi haqqında təsəvvürün formalaşmasına aşağıdakı cədvəl (cədvəl 1) kömək edə bilər.

Cədvəldən göründüyü kimi istehsalatı fasiləsiz xarakterli texnoloji proseslərdə təzyiqin, temperaturun, sərfiyyatın, səviyyə və maddə miqdarının ölçülməsi bütün ölçmələrin ümumi miqdarının 86% -dən çoxunu təşkil edir. Qalan 14% ölçmələri isə maddənin tərkibi və fiziki -kimyəvi xüsusiyyətlərinin, həmçinin elektrik kəmiyyətlərinin ölçülməsi təşkil edir.

Cədvəl 1. İstehsalatı fasiləsiz və diskret xaralterli texnoloji proseslərin parametrlərinin ölçülməsi.





PARAMETRLƏR

Hər bir istehsalat sahəsi üçün ümumi ölçmələrin sayından %-lə miqdarı

Fasiləsiz istehsalat prosesi

Diskret istehsalat prosesi

Temperatur

50

8

Maddə sərfiyyatı (kütləvi, həcmi)

15

4

Maddə miqdarı (kütlə, həcm)

5

5

Təzyiq

10

4

Səviyyə

6

4

Əmulat sayı

-

25

Uzunluq (ölçülər, vəziyyət, məsafə)

-

25

Zaman

4

15

Maddə tərkibi

4

-

Digər (fiziki –kimyəvi xüsusiyyətlər, gərginlik, cərəyan şiddəti, sürət)

6

10

Təzyiqin, temperaturun,sərfiyyatın və səviyyənin ölçülməsini istiliktexniki ölçmələr kimi adlandırılması qəbul edilmişdir, maddənin tərkibi və fiziki –kimyəvi xüsusiyyətlərinin ölçülməsi –fiziki –kimyəvi ölçmələr, elektrik kəmiyyətlərinin ölçülməsi və elektrik ölçmələri adlandırılır. Beləliklə, kimyəvi –texnoloji proseslər üçün texnoloji ölçmələrə: istilik –texniki, fiziki –kimyəvi və elektrik ölçmələri daxildir.

Temperaturu ancaq dolayı yolla, cismni hansı fiziki xüsusiyyətinin, hansı ki, bir başa ölçülməsi mümkündür, onunla asılılığına əsaslanır. Bunlara aiddir, uzunluq, həcm, sıxlıq, istilik elektrik hərəkət etdirici qüvvə (İEHEQ), elektrik müqaviməti və s. Termometrik xüsusiyyətləri xarakterinə edən maddə -termometrik adlanır.

Müəyyən edilmişdir ki, elə bir termometrik xüsusiyyət yoxdur ki, o temperaturun dəyişməsi ilə xətti olaraq dəyişsin və temperaturun ölçülməsinin geniş intervalında digər faktorlardan asılı olmasın.

Favanqeyt (1715), Reomyur (1776), Selsi (1742) şkalaları qurarkən iki dayaq, yaxud veper nöqtələrindən istifadə etmişlər ki, burada saf maddələrin faza tarazlıqlarından temperaturlar təsəvvüründə olub, mayenin termometrik xüsusiy-yətləri və temperaturları arasındakı xətti əlaqənin olduğunu göstərir.

Selsi, Reomyur və Favanqeyt şkalaları arasındakı nisbəti aşağıdakı kimi təsəvvür etmək olar:



____ _______ ___________

_______ ___________

___________


Maddənin termometrik xüsusiyyətlərindən (mütləq şkala) asılı olmayan temperatur şkalasının yaradılması Kelvinə (1848) məxsusdur. Termodinamik (mütləq) şkala termodinamikanın II qanununa əsaslanmışdır. Bu qanuna uyğun olaraq, Karno qapalışma (əksinə) uyğun olaraq işləyən istilik maşınının faydalı iş əmsalı, ancaq qızdırıcının və soyuducunun temperaturu ilə təyin edilir və maddənin xüsusiyyətindən asılı deyildir. Kelvin temperaturun təyini üçün aşağıdakı bərabərliyin istifadəsi tövsiyyə edilir
 (1)
burada Tq, Ts - uyğun olaraq qızdırıcı və soyuducunun temperaturudur;

Qq, Qs - uyğun olaraq qızdırıcı və soyuducunun istilik miqdarı olub,

qızdırıcı işçi maddədən alınan və soyuducunun verdiyi

miqdardır.

Kelvin - suyun üçlü nöqtəsinin termodinamiki temperaturunun 1/273,16 hissəsidir. Termodinamiki temperatura dərəcə selsi ilə də ifadə edilə bilər: t = T -273,15K.

1968 –ci ildə Ölçü və çəkilən üzrə XIII konfransda təkmilləşdirilmiş temperatur şkalası – “beynəlxalq praktiki temperatur şkalası 1968” adı altında qəbul edilmişdir (BPTŞ-68).

BPTŞ -68 bəzi maddələrin tarazlıq vəziyyətlərinə (reper nöqtələrini) əsaslanmaqla- 11 əsas və 27 ikinci dərəcəli reper nöqtələrini, 13,956...3660 K(-259,194....+ 33870C) temperatur diapazonunu əhatə edən bəzi maddələrə əsaslanır. Əsas reper nöqtələrinin temperatur qiymətləri rəqəmlərlə, termodinamiki şkalaya uyğun olmaqla qaz termometrləri ilə təyin edilməklə aşağıdakı cədvəldə verilmişdir (cədvəl 1).

1990-cı ildə bəzi reper nöqtələrinin qiymətlərində korrektələr daxil edilmişdir. Bu ildən etibarən temperatur şkalası BTŞ -90 adlanır.




Tarazlıq vəziyyəti

Temperatur

T68, K

T68, 0C

Hidrogenin üçlü nöqtəsi

13,81

-259,34

Hidrogenin qaynama nöqtəsi

20,28

-252,87

Suyun qaynama nöqtəsi

373,15

100

Qalayın (Sn) bərkimə nöqtəsi

505,1181

231,9681

Neonun qaynama nöqtəsi

27,102

-246,048

Oksigenin üçlü nöqtəsi

54,361

-218,789

Oksigenin qaynama nöqtəsi

90,188

-182,962

Suyun üçlü nöqtəsi

273,16

0,01

Sinkin bərkimə nöqtəsi

692,73

419,58

Gümüşün (Ag) bərkimə nöqtəsi

1235,08

961,93

Qızılın Au) bərkimə nöqtəsi

1337,58

1064,430

Qaz termometrləri üç tipdə olur: sabit həcmli, sabit təzyiqli və sabit temperaturlu. Sabit həcmli qaz termometrlərində (şəkil 1) qazın temperaturunun dəyişməsinə proporsional olaraq təzyiqi də dəyişir. Qaz termometri balondan 1 və birləşdirici borudan 2, 3 ventili ilə hidrogen, helium yaxud azotla (yüksək temperatur üçün) doldurulan olmaqla icraedilir (hazırlanır). Birləşdirici boru 2 ikiborulu manometrin borusu 4 ilə birləşdirilir ki, burada 5 borusunu elastiki birləşdirici şlanqla 6 aşağı –yuxarı hərəkət etdirmək olur.




Şəkil 1. Qaz termometrinin sxemi.
Qazla doldurulmuş sistemin həçmi temperaturun dəyişməsi ilə dəyişir və onu ilkin qiymətinə gətirmək üçün 5 borusunu şaquli olaraq o həddə qədər yerdəyişdirilir ki, 4 borusundakı civə səviyyəsi X-X oxuna uyğun gəlmir. Burada 5 borusundakı civə sütunu, X-X hesablama səviyyəsindən başlanmaqla balondakı qazın P təzyiqinə uyğun gəlir. Əgər suyun üçlü temperatur To nöqtəsində balondakı qazın təzyiqi Po nərabər olur, ölçülən P təzyiqində həqiqi temperatur T = To P/ Po.

Şkalalrın reper nöqtələri arasında interpolyasiya ilə etalonların köməyi ilə: 13,81...903,89K intervalında platin müqavimət termometri; 903,83...1337,58K temperatur intervalında platinrodium –platin termocütü, 1337,58K temperaturdan yuxarı temperaturda Plankın şüalanma qanunundan istifadə olunan kvazimonox-romatik termometr.

Beynəlxalq vahidlər sistemində (Sİ) bəzi istilik kəmiyyətləri aşağıda verilmişdir:

Cədvəl 2.



İstilik kəmiyyət vahidləri

Kəmiyyətlər

Adları

Işarələri

Rus

Beynəlxalq

Temperatur

Kelvin

K

K

İstilik miqdarı

Coul

Дж

J

İstilik tutumu, entropiya

Coul. Kelvin

Дж. K-1

J ∙ K-1

İstilik axını, seli

vatt

Bт

W

Istilik mübadilə əmsalı, istilik ötürmə əmsalı

Vatt kvadrat metr -koluvu

Bт∙ m-2∙ K-1

W∙ m-2∙ K-1

İstilik keçirmə əmsalı

Vatt . metr. kelvin

Bт∙ m-1∙ K-1

W∙ m-1∙ K-1

Xətti günişlənmənin temperatur əmsalı

Metr. metr. kelvin

m∙ m-1∙ K-1

m∙ m-1∙ K-1

Həcmi genişlənmənin temperatur əmsalı

Kub metr bölünsün kub metr kelvin

m3 ∙ m-3∙ K-1

m3 ∙ m-3∙ K-1

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin