Tenderə dəvət
Açıq Kommunal İnfratstruktur Proqramı II,
Gəncə və Şəki şəhərlərində Su Təchizatı və Kanalizasiya (II Faza)
| Bitmə tarixi: 09.03.2016-cı il yerli vaxtla saat 17:00-a kimi |
Ölkə: Azərbaycan
Tender: Postkvalifikasiya yolu ilə Beynəlxalq Müsabiqəli Tender
No: BMZ 2008 6619.4
Layihə: Açıq Kommunal İnfrastruktur Proqramı II
Gəncə şəhərində Su Təchizatı və Kanalizasiya Sistemləri
KFW/BMZ 2008.6619.4/GANJA/PH-II/C-4
Sifarişçi: “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
Qəbul edən: “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti
Maliyyələşdirən: Almaniya İnkişaf Bankı (KfW) və Azərbaycan Respublikası.
Müqavilənin qalibinin müəyyən olunması KfW-nun “Partnyor ölkələrlə maliyyə əməkdaşlığı çərçivəsində malların, işlərin və əlaqəli xidmətlərin satınalınması üzrə təlimatlara” (bax:www.kfw.de) uyğun olaraq həyata keçiriləcəkdir.
Layihə Tədbirləri:
Bu tender elanı Gəncə şəhərində su təchizatı və kanalizasiya şəbəkəsi sistemlərinin yenidən qurulması və genişləndirilməsi ilə bağlıdır. Bura çirkab suyu yeni çirkab su təmizləmə qurğusunun (ÇSTQ) ərazisinə nəql edən kollektor da daxildir. ÇSTQ-nın quraşdırılması və tikintisi ayrı müqavilə çərçivəsində həyata keçiriləcəkdir.
İş həcmi aşağıdakılardan ibarətdir:
-
1-4, 2-3 və 2-4 saylı zonalarda su təchizatı şəbəkəsinin yenidən qurulması və genişləndirilməsi(110 – 560 mm diametrdə təqribən 120 km uzunluğunda HDPE (PN10) borudan və 32 – 63 mm diametrdə təqribən 16 km uzunluğunda HDPE (PN10) borudan), fərdi binalar, ictimai binalar və həyətyanı sahələr üçün ev birləşmələri daxil olmaqla;
-
Mövcud sistemə qoşulma, hava klapanları və yuyucu (təxliyə) kameralar da daxil olmaqla qidalandırıcı və magistral xətlərin inşası (HDPE ND 450 - 710, və polad boru ND 820, ümumilikdə təqribən 15,3 km);
-
Yeni anbarın tikintisi (5000 m3 ilə T2-3).
-
1-4, 2-3 və 2-4 saylı zonalarda kanalizasiya şəbəkəsinin yenidən qurulması və genişləndirilməsi (200 – 300 mm diametrdə təqribən 108 km uzunluğunda HDPE (SN8) korige (büzməli) borudan və təqribən 7000ədəd beton lyuk);
-
Magistral kanalizasiya kollektorunun tikintisi (400 – 500 mm diametrdə təqribən 13 km uzunluğunda HDPE (SN8) korige (büzməli) borudan, 600 – 1600 mm diametrdə borudan təqribən 31 km uzunluğunda beton borudan və təqribən 435 ədəd kamera);
-
Baş paylayıcı kameranın tikintisi (təqribi daxili ölçülər: 5m x 5m).
İddiaçı bilməlidir ki, tender cizgiləri yalnız Azərbaycan dilində tərtib olunmuşdur (ümumi tərcümə təqdim edilir); bununla belə, layihənin icra müddətində tərtib olunmuş cizgilər həm Azərbaycan, həm də ingilis dilində təqdim olunmalıdır.
Bütün işlər və təchizatlar Azərbaycan Respublikasının qanun və nizamnamələri nəzərə alınmaqla müvafiq Avropa Normalarına və Alman Standartlaşdırma İnstitutunun standartlarına uyğun olmalıdır.
İxtisaslı işçi heyətinə, müvafiq qurğulara və oxşar layihələrin icrasında təcrübəyə malik şirkətlər tender sənədlərini müvafiq ödənişi həyata keçirməklə aşağıda qeyd olunan ünvandan əldə edə bilərlər:
Tender Sənədlərinə görə ödəniş haqqı - 447 AZN (286 ABŞ dolları)
Geri qaytarılmayan məbləğ aşağıdakı ünvana köçürülür.
Benefisiarın adı: “AZERSU” OJSC
INTP: 9900001751
Benefisiarın Bankı: Azərbaycan Respublikası, Kapital Bankın 1 saylı Nəsimi filialı
INTP: 9900003611
Yerli valyuta ilə hesab No: AZ65AIIB33070019441100216111
Xarici valyuta ilə hesab No: AZ55AIIB33170018401100216111
Code: 200112
SWIFT Code: AIIBAZ2X
Bank ödəniş qəbzinin surəti göndərildikdən sonra, tender sənədləri elektron formada iddiaçılara göndəriləcəkdir.
Təkliflərin təqdim olunma yeri: “Azərsu” ASC (ünvan aşağıda verilir)
Əlaqələndirici şəxs: İlqar Tağıyev
Tender və beynəlxalq layihələrin idarəolunması departamentinin rəisi
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti
Azərbaycan Respublikası, Bakı şəhəri, Moskva pros. 67
Tel.: +994 (12) 431 47 67 (1033), Faks.: +994 (12) 431 47 92
email: i.tagiyev@azersu.az
əlavə surəti: Almaniya İnkişaf Bankı (KfW)
Departament LEd4
Xanım Ursula Heister
Palmgartenstraße 5-9
D – 60 325 Frankfurt/Main
Almaniya
email: ursula.heister@kfw.de
əlavə surəti: Dornier-Schneider Consulting (DSC)
Frank Ehrlicher
Darmstädter Straße 13
60 424 Heppenheim
Almaniya
email: frank.ehrlicher@srp-consult.de
Dostları ilə paylaş: |