Tender for Works and Supplies following the procedures of Post-Qualification



Yüklə 18,22 Kb.
tarix07.01.2022
ölçüsü18,22 Kb.
#84698
növüQaydalar

İxtisasuyğunluğunun sonradan müəəyyənləşdirilməsi qaydalarına əsasən işlər və təchizat üzrə tender:

Açıq Kommunal İnfrastruktur Proqramı II,

Gəncə və Şəki şəhərlərində Su Təchizatı və Çirkab Su

(Mərhələ I)
Son müddət: 26 sentyabr 2011

Ölkə: Azərbaycan


Kredit No: BMZ 2001 66 702

Açıq Kommunal İnfrastruktur Proqramı II – Mərhələ I; İş və Təchizat Müqaviləsi Gəncə/C-2
Layihə: Açıq Kommunal İnfrastruktur Proqramı II – Mərhələ I

Gəncə, Müqavilə 2, Qızılqaya sugötürücü qurğusu, iki mövcud su anbarının bərpası, bir yeni su anbarının və qidalandırıcı boru xətlərinin tikintisi. Xlorlama sistemi

İşlər və Təchizat üzrə Müqavilə

ICP No. KFW/BMZ 2001 66 702/GANJA/PH-I/C-2


Sifarişçi: “Azərsu” ASC
Borc alan: “Gəncə Sukanal” TASC
Maliyyə Vəsaiti: KfW İnkişaf Bankı (KfW), İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi, İsveçrə (SECO) və Azərbaycan Respublikası.

Müqavilənin imzalanması cari KfW satınalma təlimatlarına uyğun olaraq həyata keçirilir.(bax: www.kfw.de).


Layihə Tədbirləri:
Tenderə çıxarılmış işlər və təchizat Gəncə şəhərinin (hal – hazırda 330.000 əhalisi vardır) su təchizatı və kanalizasiya sistemlərinin tam bərpa olunmasını nəzərdə tutan 3 mərhələli investisiya Proqramının birinci mərhələsinə aid olan hissədir.
Hazırki Müqavilə 2 ilə əhatə olunan işlərin həcmi aşağıdakı 2 İş Bölməsindən ibarətdir:

  1. İş Bölməsi 1 – Su mənbəyinin və su anbarlarının bərpası

    1. Suyığıcı kamera və çay keçidinin tikintisi daxil olmaqla mövcud Qızılqaya su mənbəyinin bərpası;

    2. Həcmi 4000 m3 olan mövcud 1-3 su anbarının sökülməsi və xlorator da daxil olmaqla həcmi 5000 m3 olan bir ədəd yeni su anbarının tikintisi;

    3. Həcmi 4000 m3 olan mövcud 2-2 su anbarının sökülməsi və həcmi 2000 m3 olan bir ədəd yeni su anbarının tikintisi;



  1. İş Bölməsi 2 – Yeni su anbarının və qidalandırıcı boru xətlərinin inşası

    1. Həcmi 5000 m3 olan bir ədəd yeni 1-4 su anbarının tikintisi;

    2. 1-3 və 1-4 su anbarları arası qidalandırıcı boru xətlərinin inşası (DN 315-600, cəmi uzunluq 3 270 m);

    3. 2-1A və 2-2 su anbarları arası qidalandırıcı boru xətlərinin inşası (DN 250-500, cəmi uzunluq 3 700 m)

Hər bir su anbarı siyirtmə kamerası ilə təmin olunmalı, ərazidəki işlər işçi heyət və gözətçilər üçün bina, elektrik təchizatı sistemi və s. əhatə etməlidir. Məlumatların ötürülməsi sistemi su anbarları arasında və istismarı həyata keçirən “Gəncə Sukanal” ofisi arasında quraşdırılmalıdır. İşə salınma və sınaq keçirilməsi, texniki sənədləşmə, personalın təlim alması da, o cümlədən, müqavilənin tərkib hissələrindəndir.

Bütün işlər və təchizat müvafiq Avropa standartlarına və / ya DİN standartlarına uyğun gəlməlidir.
Oxşar layihələrin həyata keçirilməsində ixtisaslı işçi heyətə, müvafiq mexanizmə və təcrübəyə malik olan şirkətlər ingilis dilində tender sənədlərinin aşağıdakı qiymətə alınması üçün elektron poçt vasitəsilə bu adresə müraciət edə bilər:
Tender Sənədlərinin qiyməti: AZN 100.- (125 $ ABŞ)

Pul geri qaytarılmır və aşağıdakı hesaba köçürülür:


Sifarişçinin Adı: “AZƏRSU” SC

INTP: 9900001751

Sifarişçinin Bankı: Azərbaycan Beynəlxalq Bankı

Yerli Valyuta Hesabı No: CCS 308718 AZN 3302-01

Xarici Valyuta Hesabı No: CCS 308718 USD 3312-01

Kod: 805250

SWIFT Code: IBAZAZ2X
Tender sənədlərinin alınması üçün müraciətə bankın pul köçürmə haqqında arayışının surəti əlavə edilməlidir. Tender sənədləri ərizəçiyə çap edilmiş surətdə və elektron variantda (cizgilər) göndəriləcək. Sənədlərin itirilməsi və ya gec çatdırılmaya görə heç bir güzəşt edilmir.
Sifarişçi hər İş Bölməsini ayrı - ayrı podratçıya vermək hüququnu saxlayır, buna görə də hər iki İş Bölməsi üçün müraciət edən şirkətlərə nəticədə yalnız bir İş Bölməsi də həvalə edilə bilər.

Sənədin təqdimat yeri: “Azərsu” ASC


Əlaqə saxlamaq üçün şəxs: İlqar Tağıyev, Xarici Əlaqələr şöbəsinin rəisi /Layihənin koordinatoru

“Azərsu” ASC

Tel.: +994 (012) 431 47 67, Faks.: +994 (012) 598 38 14

67, Moskva prospekti, AZ 1012, Bakı,

Azərbaycan Respublikası

email: i.tagiyev@azersu.az


Surəti: KfW Development Bank (KfW)

Department L III d4

Mr. Thomas Wolf

Palmgartenstraße 5-9

D – 60 325 Frankfurt/Main

Germany


email: thomas.wolf@kfw.de
Yüklə 18,22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin