“Yelo Bank” ASC-nin Yeni baş ofisində keytring və restorant servisinin göstərilməsi məqsədilə açıq tender elan edir.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
Ödəmə qabiliyyəti olmalı;
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı