Tender Təklifi üçün Dəvət No.
ADB/AZERSU/WSSIP/MFF032-T2-ICB-1.08
Tarix: 27 Yanvar 2015-ci il
Kreditin nömrəsi və adı: 2842-AZE
Su təchizatı və kanalizasiya investisiya Proqramı–Layihə 2
Müqavilənin nömrəsi və adı: MFF032-T2-ICB-1.08
Göyçay şəhərində Çirkab su təmizləmə qurğusunun tikintisi
Sənədlərin son qəbul tarixi: 10 aprel 2015-ci il, 16:00 (Bakı, yerli vaxt)
-
Azərbaycan Respublikası Asiya İnkişaf Bankından (AİB) Kredit 2842–AZE, Su təchizatı və kanalizasiya investisiya Proqramı–Layihə 2 çərçivəsində xərclərin maliyyələşdirilməsi məqsədilə kredit vəsaiti almışdır. Bu kredit vəsaitinin bir hissəsi yuxarıda qeyd olunan müqavilə üzrə ödənişlər üçün istifadə olunacaqdır. Tender AİB-ə üzv ölkələrdən olan bütün iddiaçılar üçün açıqdır. "Məqbul/Qeyri-Məqbul" üzrə qiymətləndirmə tələbləri tender sənədlərinin 3-cü Bölməsində (qiymətləndirmə və kvalifikasiya meyarları) verilmişdir.
-
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (“Sifarişçi”), Göyçay şəhərində Çirkab su təmizləmə qurğusunun tikintisinin tamamlanması (“İşlər”) üçün uyğun iddiaçıları bağlı möhürlü təkliflərini təqdim etməyə dəvət edir. İşlər aşağıdakılardan ibarətdir, lakin bunlarla məhdudlaşmır:
Ümumilikdə, aktivləşdirilmiş lil sistemindən ibarət çirkab su təmizləmə qurğusunun tikintisi aparılacaqdır. Çirkab su təmizləmə qurğusunun orta gücü 20 000 m3/gün olacaq, pik saatlarda isə bu göstərici 320 l/san təşkil edəcəkdir. Bioloji çirkab qurğuları və durultma hovuzları iki mərhələdə tikiləcəkdir. Çirkab su təmizləmə qurğularının əsas komponentləri aşağıdakılardan ibarətdir;
-
İri barmaqlıq,
-
Kiçik ölçülü barmaqlıq,
-
Qumtutucu və yağ ayırıcı kameralar,
-
Giriş nasos stansiyası,
-
Biofosfor çənlər,
-
Havalandırma çənləri (bioloji reaktorlar),
-
Durultma hovuzlarının paylayıcı kamerası,
-
Durultma hovuzları,
-
Köpük nasos stansiyası,
-
Ultrabənövşəyi dezinfeksiya qurğusu,
-
Artıq və qayıdan lil nasos stansiyası,
-
Lil sıxlaşdırma nasos stansiyası,
-
Disk filtri,
-
Lil saxlama qurğusu,
-
Su saxlama hovuzu,
-
Təmizlənmiş su saxlama hovuzu,
-
Drenaj nasos stansiyası
Çirkab su təmizləmə qurğusunun digər köməkçi qurğuları aşağıdakılardır:
-
Gözətçi binası,
-
Kompressor binası,
-
İnzibati bina (laboratoriya, sistemə nəzarət və məlumatların toplanma (SCADA) otağı, iclas otağı, işçi heyətin xidmət vasitələri)
-
Transformator binası
-
Lil sıxlaşdırma binası (durulducu hovuz)
Tikintinin icra müddəti 365 gündür (90 gün ilkin istismar mərhələsi istisna olmaqla).
Yuxarıda qeyd olunmuş bütün işlər cizgilərə və spesifikasiyalara uyğun icra edilməlidir. İddiaçılar tender sənədlərinin 6-cı Bölməsində (Sifarişçinin tələbləri) qeyd olunmuş məlumatları nəzərdən keçirməlidir.
Tenderdə yalnız aşağıdakı əsas kvalifikasiyalara malik uyğun iddiaçılar iştirak edə bilərlər:
-
Hazırda icra olunan və ya son üç ildə başa çatmış müqavilə üçün təsdiq edilmiş ödənişlərin cəmi kimi hesablanmış 35000000,00 ABŞ dolları (otuz beş milyon) dəyərində minimum orta illik tikinti dövriyyəsinə malik olmaq;
-
İddiaçının maliyyə mənbəyi haqqında tələblərə cavab vermək üçün, iddiaçı müqavilə üzrə 6000000,00 ABŞ dolları (altı milyon) məbləğində hər hansı avans ödənişdən savayı, likvid aktivlər, girov qoyulmamış daşınmaz əmlak, kredit xətləri və digər maliyyə vəsaitləri kimi maliyyə mənbələrinə çıxış imkanlarını və ya onların əldə edilmə mümkünlüyünü göstərməlidir;
-
İddiaçının podratçı, idarə edən podratçı və ya subpodratçı qismində son üç il ərzində hər biri ən azı 20000000,00 ABŞ dolları (iyirmi milyon) dəyərində olan müvəffəqiyyətlə və ya əhəmiyyətli dərəcədə tamamlanmış, eləcə də təklif olunan işlərə bənzər ən azı bir (1) müqavilədə iştirakı. Orta gücü 20,000 m3 olan çirkab su təmizləmə qurğusunun tikintisi üzrə təcrübəsi olmalıdır;
-
Bütün məhkəmə çəkişmələri (mövcud olarsa) İddiaçının əleyhinə həll edilmiş hesab edilərək, ümumilikdə İddiaçının xalis kapital dəyərinin əlli faizindən (50%) artıq olmamalıdır.
-
Beynəlxalq rəqabətli tender AİB-in bir-mərhələ (bir-zərf) proseduruna uyğun aparılacaqdır və tender sənədlərində qeyd olunmuş AİB-ə üzv ölkələrdən olan bütün İddiaçılar üçün açıq elan edilmişdir.
-
Daha ətraflı məlumat əldə etmək üçün iddiaçılar aşağıdakı ünvana müraciət etməlidirlər:
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti
Moskva Prospekti 67, AZ1012 Bakı, Azərbaycan
Cənab İlqar Tağıyev, Tender və beynəlxalq layihələrin idarə olunması departamentinin rəisi
Tel: +994 12 431 47 92
Faks: +994 12 431 47 92
E-mail: i.tagiyev@azersu.az və mahal.osmanli@azersu.az
-
Tenderin əsas şərtlər toplusu ingilis dilində əldə etmək üçün iddiaçılar yuxarıda qeyd olunmuş ünvana yazılı şəkildə müraciət etməli və aşağıdakı hesaba 300,00 (üç yüz) AZN və ya 350,00 ABŞ dolları (üç yüz əlli) məbləğində geri qaytarılmayan məbləği ödəməlidirlər:
Benefisiarın Adı : “AZƏRSU” ASC
VÖEN : 9900001751
Benefisiarın Bankı : Azərbaycan Kapital Bankı, Nəsimi filialı 1
VÖEN : 9900003611
Yerli valyuta ilə hesab No : AZ65AIIB33070019441100216111
Xarici valyuta ilə hesabı No : AZ55AIIB33170018401100216111
Kod : 200112
SWIFT Kodu : AIIBAZ2X
Bundan əlavə, yazılı müraciət və ödəniş etdikdən sonra "Azərsu" ASC tenderin əsas şərtlər toplusunu kuryer vasitəsilə maraqlanan tərəflərə göndərəcəkdir. Tenderin əsas şərtlər toplusu yalnız elektron formatda (CD) təqdim olunacaqdır.
-
Təkliflərin təqdim olunması:
Təkliflər tender sənədlərində (1 və 2-ci Bölmələr, paraqraf: ITB 19.1) göstərildiyi kimi Tender təklifinin Zəmanəti ilə birlikdə “Azərsu” ASC, Moskva Prospekti 67, 3-cü mərtəbə, Tender və beynəlxalq layihələrin idarə olunması departamenti, AZ1012 Bakı, Azərbaycan ünvanına (Tender və beynəlxalq layihələrin idarə olunması departamentinin rəhbəri cənab İlqar Tağıyevin diqqətinə) 10 aprel 2015-ci il tarixində və ya bu tarixdən əvvəl saat 16:00-dan gec olmamaq şərti ilə təqdim edilməlidir.
Tender təklifləri son təqdimetmə tarixindən dərhal sonra iddiaçıların nümayəndələrinin iştirakı ilə açılacaqdır.
-
Təklifləri müqayisə etdikdə, AİB-in Yerli üstünlük həddi tətbiq olunmayacaqdır.
Tender komissiyası
Dostları ilə paylaş: |