Tenderdə iştirak üçün dəvət "Azərsu" Açıq Səhmdar Cəmiyyəti açıq tenderə dəvət edir



Yüklə 17,2 Kb.
tarix17.07.2018
ölçüsü17,2 Kb.
#57084

Tenderdə iştirak üçün dəvət

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti açıq tenderə dəvət edir


Almaniya İnkişaf Bankı (KfW) ilə birgə maliyyələşdirilən “Açıq Kommunal İnfrastruktur Proqramı II” Layihəsi üzrə Azərbaycan Respublikasının pay iştirakı hesabına Maliyyə hesabatlarına dair audit xidmətlərin satın alınması çərçivəsində aşağıdakı xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur:

  1. “Azərsu” ASC, “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin 2015-ci il üzrə maliyyə hesabatlarının yoxlanılması və audit rəyinin verilməsi;

  2. “Azərsu” ASC, “Şəki Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin 2015-ci il üzrə üzrə maliyyə hesabatlarının yoxlanılması və audit rəyinin verilməsi;

  3. “Açıq Kommunal İnfrastruktur Proqramı II” Layihəsinin 2015-ci il üzrə maliyyə hesabatlarının yoxlanılması və audit rəyinin verilməsi.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı şəkildə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti 67 ünvanından (Əlaqələndirici şəxs: “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Tender və Beynəlxalq layihələrin idarə olunması departamentinin rəisi Tağıyev İlqar Rauf oğlu, Telefon: + 99 412 431 47 67/87, Faks: + 99 412 4314792, E-poçt: i.tagiyev@azersu.az / Tender və müqavilələrin idarə olunması şöbəsinin satınalmalar üzrə mühəndisi Novruzov İntizam, E-poçt intizam.novruzov@azersu.az ) ala bilərlər.

İştirak haqqı: 300 (üç yüz) manat



VÖEN:

9900001751

Bank:

“Kapitalbank” ASC-nin 1 saylı Nəsimi filialı

Kodu:

200112

Bank VÖENi:

9900003611

H/h:

AZ65AIIB33070019441100216111

M/h:

AZ37NABZ01350100000000001944

SWIFT

AIIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:


  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;

  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

  4. Tender təklifi dəyərinin 2%-i (iki faiz) məbləğində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

  5. Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq dövlət orqanının arayışı;

  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

  8. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

  9. Müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, əmlakının girov qoyulması və digər formada öhdəliklərə yüklənməməsi, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış.

Sənədlər Azərbaycan dilində, 3 nüsxədə (1 əsli və 2 surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 19 aprel 2016-cı il saat 16:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 27 aprel 2016-cı il saat 16:00-a qədər Bakı şəhəri, Moskva prospekti 67 ünvanında yerləşən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Tender və beynəlxalq layihələrin idarə olunması departamentinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.



İştirakçıların təklifləri 27 aprel 2016-cı il yerli vaxtla saat 16:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.



TENDER KOMİSSİYASI

10 mart 2016-cı il
Yüklə 17,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin