5. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ.
5.1. Bu Müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir.
5.2. “Sifarişçi” tədbirdə müzakirə olunacaq mövzularla, səslənəcək fıkirlərlə, yayımlanacaq videolarla bağlı Azarbaycan Respublikasınm qanunvericiliyina müvafıq şəxsən özü məsuliyyət daşıyır.
5.3. “İcraçının” məsuliyyəti yalnız tədbirin texniki tərəfdən baş tutması və təhlükəsizliyin təmin olunması ilə məhdudlaşır.
6. FORS-MAJOR.
6.1. Fors-Major tərəflərin iradəsindən asılı olmayaraq baş vermiş və tərəflərdan hər hansı birinin öz öhdəliklərini tam və ya qismən yerinə yetirməsinə aşağıda göstərilən səbəblərin mane olduğu halı və ya hadisəni bildirir:
6.1.1. Hökumət aktları, düşmən aktları, müharibələr, blokadalar, embarqolar, hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, üsyanlar, terror aktları və bunlara bənzər hərəkətlər;
6.1.2. Təbii fəlakətlər, yer sürüşməsi, ildırım, zəlzələ, yanğın, partlayışlar, tufanlar, daşqınlar, epidemiyalar və bunlara bənzər hadisələr;
6.1.3. Səlahiyyətli dövlət orqanı tərəfındən verilmiş hər hansı bir qərara, qanuna, əsasnaməyə, əmrə, qaydaya və ya məhkəmə qərarına riayət etmək zərurəti.
Dostları ilə paylaş: |