TəQDİmat konfransinin təŞKİLİ barəDƏ MÜqaviLƏ Bakı şəhəri 14 Avqust 2015-ci IL



Yüklə 48,87 Kb.
səhifə3/6
tarix04.01.2022
ölçüsü48,87 Kb.
#54098
1   2   3   4   5   6
3. TƏRƏFLƏRİN HÜQUQLARI.

3.1. “İcraçının” hüquqları:

3.1.1. Müqavilə ila üzərinə götürdüyü vəzifələrin vaxtında və lazimi qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini “Sifarişçidən” tələb etmək;

3.1.2. Müqavilə ila razılaşdırılmış xidmətlərin dəyərini ödəməyi “Sifarişçidən” tələb etmək;

3.1.3. Tədbirin keçirilməsi haqqında proqramla tanış olmaq;

3.1.4. Tədbirda iştirak edəcək şəxslərin siyahisi ilə tanış olmaq;

3.1.5. Tədbirə həsr olunduğu mövzu barədə “Sifarişçidən” məlumat almaq;

3.1.6. Tədbirin təyin olunduğu gündən 1 (bir) ay öncədən “Sifarişçini” rəsmi xəbərdar etməklə tədbirin taşkil edilməsindən imtina etmək və Müqaviləni birtərəfli qaydada ləğv etmək.

3.2. “Sifarişçinin” hüquqları:

3.2.1. Müqavilə ila üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımı qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini “İcraçıdan” tələb etmək;

3.2.2. Müqaviləyə uyğun olaraq keyfiyyətli xidmat almaq;

3.2.3. Razılaşdırılmış tədbir zalı, mebel əşyaları, TV, DVD pleyer, mikrofonlar, proyektor, kompüterlər, internet, kiçik mətbəx və soyuducu ilə təmin olunmaq;

3.2.4. Tədbirin təyin olunduğu gündən 1 (bir) ay öncədən “İcraçını” rəsmi xəbərdar etməklə tədbirin təşkil edilməsindən imtina etmək və Müqaviləni birtərəfli qaydada ləğv etmək. Bu halda “İcraçıya” ödənilmiş pulun yalnız 50% (əlli faizi) “Sifarişçiyə” qaytarılır.
4. MÜQAVİLƏNİN MÜDDƏTİ VƏ XİDMƏT HAQQI.

4.1. Müqavilə bağlandığı tarixdən tərəflərin bir-biri qarşısında olan öhdəliklərin tam icra olunduğu günədək qüvvədədir.

4.2. Xidmətlərin göstərilməsi yekunu olaraq və tərəflərin bir-biri qarşısında olan öhdaliklarinin tam icra olunması Müqavilənin tərkib hissəsi olan “Xidmətlərin təhvil-təslimi Aktı” ilə rəsmiləşdirir.

4.3. “İcraçının” “Sifarişçiyə” tədbirin təşkil olunması və çay – kofe xidmətlərinin tam dəyəri 340,00 AZN (Üz yüz qırx manat) təşkil edir. Xidmət haqqı Müqavilə imzalandığı gün tam olaraq qabaqcadan ödənişlə “Sifarişçi” tərəfındən “İcraçıya” nağd və ya köçürma yolu ila ödənilir.



Yüklə 48,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin