TəQDİmat konfransinin təŞKİLİ barəDƏ MÜqaviLƏ Bakı şəhəri 14 Avqust 2015-ci IL



Yüklə 48,87 Kb.
tarix21.10.2017
ölçüsü48,87 Kb.
#7906


TƏQDİMAT KONFRANSININ TƏŞKİLİ BARƏDƏ

MÜQAVİLƏ
Bakı şəhəri 14 Avqust 2015-ci il
Bir tərəfdən, (bundan sonra “Sifarişçi” adlanacaq), “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyinin sədri Səməd Vəkilov şəxsində, digər tərəfdən Bakı şəhəri, M.Hüseyn 1A ünvanında yerləşən Beynəlxalq Avrasiya Mətbuat Fondu (bundan sonra “icraçı” adlanacaq), sədri Umud Mirzəyev şəxsində (bundan sonra bir yerda “Tərəflər” adlanacaq), aşağıdaki məzmunda hazırkı müqaviləni (bundan sonra “Müqavilə” adlanacaq) bağladılar.



  1. MÜQAVİLƏNİN PREDMETİ.

    1. Müqavilənin şərtlərinə uyğun olaraq “İcraçı” bu Müqavilə ilə müəyyənləşdirilmiş qaydada və müddətda, Bakı şəhəri, M.Hüseyn 1A ünvanında yerləşən Beynəlxalq Avrasiya Mətbuat Fondunun Konfrans zalında 14 avqust 2015-ci il, saat 15:00-17:00 aralığında tədbir təşkil edilməsini və 40 iştirakçı üçün fasilə zamanı kofe- cay verilməsini öhdəsinə götürür. “Sifarişçi” isə ona göstərilən xidmətlər müqabilində Müqavilənin 4.2-ci bəndində göstərilən xidmətlərin dəyərini ödəməyi öhdəsinə götürür.

    2. Tədbirin taşkil edilmasi ila bağlı “İcraçı” “Sifarişçiyə” aşağıdaki xidmətləri hayata keçirir:

      1. “Sifarişçini” konfrans zalı ila təmin edir;

      2. Tədbirin keçiriləcəyi müddət ərzində konfrans zalinı “Sifarişçinin” istifadəsinə verir;

      3. Tədbirin keçirilməsi üçün kifayat edəcək sayda və çeşiddə mebel əşyaları ila təchiz edir;

      4. “Sifarişçini” TV, DVD pleyer, mikrofonlar, proyektor, kompüterlər, internet, kiçik mətbəx və soyuducu ila təmin edir.

      5. Fasilə zamanı iştirakçıları çay-kofe ilə təmin edir.

    3. Tədbirin keçiriləcəyi yer: Konfrans zalı



  1. TƏRƏFLƏRİN ÖHDƏLİKLƏRİ.

    1. “İcraçının” öhdəlikləri:

2.1.1. “Sifarişçiyə” hazırkı Müqaviləyə uyğun olaraq tədbirin təşkili baradə keyfıyyətli xidmətlər göstərmək;

2.1.2. “Sifarişçiya” xidmət göstərmək üçün onun təqdim etdiyi sənədlər əsasında qeydiyyat aparmaq;

2.1.3. “Sifarişçi” ila razılaşdırılmış qaydada tədbirin keçiriləcəyi vaxtı və müddəti təyin etmək;

2.1.4. Tədbirin razılaşdırılmış qaydada hayata keçirilmasini təmin etmək;

2.1.5. Tədbir zamanı üçüncü şəxslərin tədbir zalına girmələrinin və tədbirin gedişatına müdaxiləsinin qarşısını almaq;

2.1.6. Tədbirin keçiriləcyi bütün müddət ərzində “Sifarişçinin” və Tədbir iştirakçılarının təhlükəsizliyini təmin etmək;

2.1.7. Tədbirin keçiriləcəyi günün təyin olunmasından sonra onun keçirilməsi mümkün olmadıqda bu barada “Sifarişçini” əvvəlcədən məlumatlandırmaq;

2.1.8. Tədbirin iştirakçılarına içməli su, fasilələr zamanı çay və kofe təqdim etmək;

2.1.9. Müqavilənin 3.1.6-ci bəndinə asasan Müqavilə ləğv olunduqda “Sifarişçinin” ödədiyi pulu tam həcmdə ona qaytarmaq.

2.2. “Sifarişçinin” öhdəlikləri:

2.2.1. Tədbirin keçirilmasi ila əlaqədar bütün zəruri sənədləri təqdim etmək;

2.2.2. Tədbirin təşkili xidmətlərinin dəyərini Müqavilənin şərtlərina uyğun qiymətə müvafıq vaxtında və tam həcmdə ödəmək;

2.2.3. Tədbirin baş tutması ila əlaqadar özünə aid bütün təşkilati işlari görmək, proqram hazırlamaq və “İcraçını” proqramla tanış etmək;

2.2.4. “Sifarişçi” tərəfındən tədbirin keçirilmasi haqqında proqramda dəyişiliklər edilərsə, onlar tədbirin təşkilinin texniki tərəfınə hər hansı təsir göstərə biləcəyi təqdirdə bu dəyişiliklə barədə “İcraçını” dərhal məlumatlandırmaq;

2.2.5. Müqavilənin 4.2-ci bəndində göstərilən xidmətlərin dəyərini qabaqcadan ödəmək.
3. TƏRƏFLƏRİN HÜQUQLARI.

3.1. “İcraçının” hüquqları:

3.1.1. Müqavilə ila üzərinə götürdüyü vəzifələrin vaxtında və lazimi qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini “Sifarişçidən” tələb etmək;

3.1.2. Müqavilə ila razılaşdırılmış xidmətlərin dəyərini ödəməyi “Sifarişçidən” tələb etmək;

3.1.3. Tədbirin keçirilməsi haqqında proqramla tanış olmaq;

3.1.4. Tədbirda iştirak edəcək şəxslərin siyahisi ilə tanış olmaq;

3.1.5. Tədbirə həsr olunduğu mövzu barədə “Sifarişçidən” məlumat almaq;

3.1.6. Tədbirin təyin olunduğu gündən 1 (bir) ay öncədən “Sifarişçini” rəsmi xəbərdar etməklə tədbirin taşkil edilməsindən imtina etmək və Müqaviləni birtərəfli qaydada ləğv etmək.

3.2. “Sifarişçinin” hüquqları:

3.2.1. Müqavilə ila üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımı qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini “İcraçıdan” tələb etmək;

3.2.2. Müqaviləyə uyğun olaraq keyfiyyətli xidmat almaq;

3.2.3. Razılaşdırılmış tədbir zalı, mebel əşyaları, TV, DVD pleyer, mikrofonlar, proyektor, kompüterlər, internet, kiçik mətbəx və soyuducu ilə təmin olunmaq;

3.2.4. Tədbirin təyin olunduğu gündən 1 (bir) ay öncədən “İcraçını” rəsmi xəbərdar etməklə tədbirin təşkil edilməsindən imtina etmək və Müqaviləni birtərəfli qaydada ləğv etmək. Bu halda “İcraçıya” ödənilmiş pulun yalnız 50% (əlli faizi) “Sifarişçiyə” qaytarılır.
4. MÜQAVİLƏNİN MÜDDƏTİ VƏ XİDMƏT HAQQI.

4.1. Müqavilə bağlandığı tarixdən tərəflərin bir-biri qarşısında olan öhdəliklərin tam icra olunduğu günədək qüvvədədir.

4.2. Xidmətlərin göstərilməsi yekunu olaraq və tərəflərin bir-biri qarşısında olan öhdaliklarinin tam icra olunması Müqavilənin tərkib hissəsi olan “Xidmətlərin təhvil-təslimi Aktı” ilə rəsmiləşdirir.

4.3. “İcraçının” “Sifarişçiyə” tədbirin təşkil olunması və çay – kofe xidmətlərinin tam dəyəri 340,00 AZN (Üz yüz qırx manat) təşkil edir. Xidmət haqqı Müqavilə imzalandığı gün tam olaraq qabaqcadan ödənişlə “Sifarişçi” tərəfındən “İcraçıya” nağd və ya köçürma yolu ila ödənilir.


5. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ.

5.1. Bu Müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir.

5.2. “Sifarişçi” tədbirdə müzakirə olunacaq mövzularla, səslənəcək fıkirlərlə, yayımlanacaq videolarla bağlı Azarbaycan Respublikasınm qanunvericiliyina müvafıq şəxsən özü məsuliyyət daşıyır.

5.3. “İcraçının” məsuliyyəti yalnız tədbirin texniki tərəfdən baş tutması və təhlükəsizliyin təmin olunması ilə məhdudlaşır.


6. FORS-MAJOR.

6.1. Fors-Major tərəflərin iradəsindən asılı olmayaraq baş vermiş və tərəflərdan hər hansı birinin öz öhdəliklərini tam və ya qismən yerinə yetirməsinə aşağıda göstərilən səbəblərin mane olduğu halı və ya hadisəni bildirir:

6.1.1. Hökumət aktları, düşmən aktları, müharibələr, blokadalar, embarqolar, hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, üsyanlar, terror aktları və bunlara bənzər hərəkətlər;

6.1.2. Təbii fəlakətlər, yer sürüşməsi, ildırım, zəlzələ, yanğın, partlayışlar, tufanlar, daşqınlar, epidemiyalar və bunlara bənzər hadisələr;

6.1.3. Səlahiyyətli dövlət orqanı tərəfındən verilmiş hər hansı bir qərara, qanuna, əsasnaməyə, əmrə, qaydaya və ya məhkəmə qərarına riayət etmək zərurəti.
7. MÜBAHİSƏLƏRİN HƏLLİ.

7.1. Bu Müqavilənin icrası ila əlaqədar tərəflar arasında yaranmış mübahisələr danışıqlar və qarşılıqlı razılaşma yolu ilə həll edilir.

7.2. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azarbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafıq olaraq Azarbaycan Respublikasının aidiyyatlı məhkəmələri vasitəsilə həll ediləcəkdir.

8. DİGƏR ŞƏRTLƏR.

Bu Müqavilə Azarbaycan dilində tərtib edilmişdir və hər biri eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədən ibarətdir. Nüsxələrdən biri “Sifarişçidə”, digəri “İcraçıda” saxlanılır.



«SİFARİŞÇİ»

«İCRAÇI»

Müvəkkil Hüquq Mərkəzi”

İB-nin sədri:



Beynəlxalq Avrasiya Mətbuat

Fondunun sədri:

Vəkilov Səməd

Mirzəyev Umud



ƏLAVƏ 1
MADDƏ 1
Beynəlxalq Avrasiya Mətbuat Fondu (bundan sonra “İcraçı” adlanacaq), digər tərəfdən, “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyinin (bundan sonra “Sifarişçi” adlanacaq) tədbirini təşkil etmək.
MADDƏ 2

ÖDƏNİŞLƏR
Tərəflər tədbirin həyata keçirilməsini aşağıda nəzərdə tutulan cadvələ əsasən yerinə yetirilməsinə razılığa gəlirlər.



Sıra

-si



MALIN VƏ YA GÖSTƏRILƏN XIDMƏTIN ADI

Ölçü

vahidi

Miqdarı

Qiyməti

AZN

Ümumi

Məbləğ

AZN

1

Dəyirmi Zalın Təşkili

Saat

2

100.00

200.00

2

Qonaqların üçün çay-kofe fasiləsinin təşkili

Nəfər

40

3.5

140.00




Ödənilacək məbləğ: Üz yüz qırx manat










340. 00

Müqavilə 2 (iki) ay müddətində imzalanır. 2 (iki) ayın tamamında hər iki tərəfin razılığı əsasında Müqavilə vaxtını uzatmaq mümkündür





Müvəkkil Hüquq Mərkəzi”

İB-nin sədri:

Beynəlxalq Avrasiya Mətbuat

Fondunun sədri:

Vəkilov Səməd

Mirzəyev Umud


İş və xidmətlərin göstarilmasi barədə



TƏHVİL-TƏSLİM AKTI


Bakı şəhəri 14 Avqust 2015-ci il
Biz aşağıda imza edənlər,

Beynəlxalq Avrasiya Mətbuat Fondu (gələcəkdə “icraçı” adlanacaq), sədri Umud Mirzəyev şəxsində bir tərəfdən və “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi (gələcəkdə “sifarişçi” adlandırılacaq) sədri Səməd Vəkilov şəxsində bu aktı ona görə tərtib etmişik ki, 14 avqust 2015-ci il tarixli Müqaviləyə əsasən “İcraçı”
Bakı şəhəri, M.Hüseyn 1A ünvanında yerləşən Beynəlxalq Avrasiya Mətbuat Fondunda 14 avqust 2015-ci il tarixinda saat 15:00-17:00 aralığında Konfrans zalında tədbiri təşkil etmişdir. “Sifarişçi” isə göstərilən xidmətlərə görə öz növbəsində müvafıq ödənişi, yəni 340 AZN (Üz yüz qırx manat) “İcraçı”ya ödəmişdir.
Akt 2 (iki) nüsxədən ibarət tərtib olunmuşdur, biri icraçı, biri sifarişçidə qalmışdır. Tərəflər Müqavilənin şərtlərinə əməl edib, hesablaşmalar düzgün aparılıb və tərəflərin bir-birinə qarşı heç bir iddiaları yoxdur.

Aktı öz imzamızla təsdiq edirik:



İcarəyə verən

«Sifarişçi»

Beynəlxalq Avrasiya Mətbuat

Fondu


“Müvəkkil Hüquq Mərkəzi”

İB-nin sədri:



Mirzəyev Umud

Vəkilov Səməd

Yüklə 48,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin