Terapiya 22. 11. 2014-cü IL tarixində əlavə və dəyişikliklər edilmişdir


) Astma tutması zamanı sürətli təsirə malik inhalyasion



Yüklə 1,96 Mb.
səhifə2/17
tarix05.06.2018
ölçüsü1,96 Mb.
#52726
1   2   3   4   5   6   7   8   9   ...   17

64) Astma tutması zamanı sürətli təsirə malik inhalyasion β2 аqonistlər effekt vermirsə, hansı preparatlar istifadə olunmalıdır?
A) Peroral kortikosteroidlər

B) Uzunmüddətli təsirə malik β2 аqonistlər

C) İnhalyasion xolinolitiklər

D) İnhlyasion kortikosteroidlər

E) Аntibiotiklər
Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
65) Ağciyər ödeminə hansı aid deyil?
A) Nevrogen ağciyər ödemi

B) Kəskin respirator distress - sindrom

C) Ağciyərlərin kardiogen ödemi

D) Qeyri - kardiogen ağciyər ödemi

E) Fibrozlaşan alveolit
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
66) Ağciyər ödeminin müalicəsində ən effektiv diuretik hansıdır?
A) Veroşpiron

B) Amilorid

C) Furosemid

D) Hipotiazid

E) Mannitol
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
67) Ağciyərlərin interstisial xəstəliklərində antioksidant terapiya məqsədilə nə istifadə olunur?
A) Kokarboksilaza

B) Askorbin turşusu

C) N - asetilsistein

D) Nikotinamid

E) Sadalananların hamısı
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
68) Bronxial astmanın müalicəsində oksigen nə vaxt təyin edilir?
A) Hər boğulma tutması zamanı

B) Daimi


C) Oksigen saturasiyası 90% aşağı olduqda

D) Oksigen saturasiyası 90% yuxarı olanda

E) Xəstəliyin hər kəskinləşməsi zamanı
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
69) Əl barmaqlarının “nağara çubuqları”na bənzər deformasiyası hansı xəstəliklər zamanı rast gəlinir?
A) Qeyri-spesifik interstisial pnevmoniya zamanı

B) Sadalananların hamısı zamanı

C) İdiopatik ağciyər fibrozu zamanı

D) Bronxoektaziya xəstəliyi zamanı

E) Emfizema zamanı
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
70) Qeyri - spesifik interstisial pnevmoniyaların əsas rentgenoloji əlaməti hansıdır?
A) “Buzlu şüşə” simptomu

B) Ağciyər şəklinin güclənməsi

C) Bronxoektazların olması

D) Durğunluq iltihab əlamətlərinin olması

E) Atelektazların olması
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
71) Sarkoidoz xəstəliyinin sinonimi hansıdır?
A) Bexçet xəstəliyi

B) Benye-Bek-Şaumann sindromu

C) Xodjkin limfoması

D) Xammen-Riç sindromu

E) Qudpasçer sindromu
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
72) Sarkoidoz hansı qrup xəstəliklərə aiddir?
A) Qranulomatoz xəstəliklərə

B) Birləşdirici toxumanın sistem xəstəliklərinə

C) İnterstisial xəstəliklərə

D) Onkoloji xəstəliklərə

E) İnfeksion xəstəliklərə
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
73) Sarkoidoz xəstəliyinin I - ci mərhələsi hansı dəyişikliklərlə xarakterizə olunur?
A) Geri dönməyən ağciyər fibrozu

B) Döş qəfəsi daxili limfa düyünlərinin böyüməsi, ağciyər parenximası zədəsiz

C) Ağciyər parenximasının patologiyası, döş qəfəsi daxili limfa düyünləri böyüməyib

D) Döş qəfəsi daxili limfa düyünlərinin böyüməsi ilə ağciyər parenximasının patoloji dəyişiklikləri

E) Döş qəfəsi orqanlarının rentgenoqrafiyasında dəyişikliklər aşkarlanmır
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
74) Sarkoidoz xəstəliyinin II - ci mərhələsi hansı dəyişikliklərlə xarakterizə olunur?
A) Geri dönməyən ağciyər fibrozu

B) Döş qəfəsi daxili limfa düyünlərinin böyüməsi, ağciyər parenximası zədəsiz

C) Döş qəfəsi orqanlarının rentgenoqrafiyasında dəyişikliklər aşkarlanmır

D) Döş qəfəsi daxili limfa düyünlərinin böyüməsi ilə ağciyər parenximasının patoloji dəyişiklikləri

E) Ağciyər parenximasının patologiyası, döş qəfəsi daxili limfa düyünlər böyüməyib
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
75) Sarkoidoz xəstəliyinin III - cü mərhələsi hansı dəyişikliklərlə xarakterizə olunur?
A) Döş qəfəsi orqanlarının rentgenoqrafiyasında dəyişikliklər aşkarlanmır

B) Ağciyər parenximasının patologiyası, döş qəfəsi daxili limfa düyünlər böyüməyib

C) Döş qəfəsi daxili limfa düyünlərinin böyüməsi ilə ağciyər parenximasının patoloji dəyişiklikləri

D) Döş qəfəsi daxili limfa düyünlərinin böyüməsi, ağciyər parenximası zədəsiz

E) Geri dönməyən ağciyər fibrozu
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
76) Sarkoidoz xəstəliyinin IV - cü mərhələsi hansı dəyişikliklərlə xarakterizə olunur?
A) Geri dönməyən ağciyər fibrozu

B) Ağciyər parenximasının patologiyası, döş qəfəsi daxili limfa düyünlər böyüməyib

C) Döş qəfəsi daxili limfa düyünlərinin böyüməsi ilə ağciyər parenximasının patoloji dəyişiklikləri

D) Döş qəfəsi daxili limfa düyünlərinin böyüməsi, ağciyər parenximası zədəsiz

E) Döş qəfəsi orqanlarının rentgenoqrafiyasında dəyişikliklər aşkarlanmır
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
77) Sarkoidozun yüngül formalarında hansı dərman preparatının istifadəsi tövsiyyə olunur?
A) Xloroxin

B) Azatioprin

C) Metotreksat

D) Vitamin E

E) Prednizolon
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
78) Sarkoidozun müalicəsində nə zaman kortikosteroidlərin istifadəsi tövsiyyə olunur?
A) Xəstəliyin profilaktikası üçün

B) Xəstəliyin proqressivləşməsində və ağciyərdən kənar zədələnmələrin yaranması zamanı

C) Yalnız limfa düyünlərinin böyüməsi zamanı

D) Yalnız ağciyərdən kənar zədələnmələrin müalicəsində

E) Yalnız ağciyər zədələnməsi mövcud olduqda
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
79) Sarkoidozun müalicəsində kortikosteroidlər optimal olaraq hansı müddət ərzində təyin edilməlidir?
A) 1 - 2 aya qədər

B) 2 - 4 aya qədər

C) 2 həftə - 1 aya qədər

D) 6 - 9 aya qədər

E) daimi
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
80) Əgər sakoidozlu xəstə hər hansı bir vacib səbəbdən kortikosteroid qəbul edə bilmirsə hansı müalicə üsullarını və/və ya dərmanları istifadə etmək olar?
A) Siklosporin A

B) Vitamin E

C) Plazmaferez

D) Sadalananların hamısı

E) Azatioprin
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
81) Histiositoz X xəstəliyi ağciyərdən başqa nəyi daha çox zədələyir?
A) Mədə - bağırsaq sistemi orqanlarını

B) Sümükləri

C) Ürək-qan-damar sistemini

D) Əzələləri

E) Dəri və selikli qişaları
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
82) Qudpasçer sindromunu nə xarakterizə edir?
A) Ağciyər hemosiderozu və splenit

B) Ağciyər fibrozu və qlomerulonefrit

C) Ağciyər hemosiderozu və qlomerulonefrit

D) Ağ ciyər ödemi və hepato-splenomeqaliya

E) Ağciyər hemosiderozu və pielonefrit
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
83) Qudpasçer sindromunun əsas kliniki simptomu nədir?
A) Təngnəfəslik

B) Döş qəfəsində güclü ağrı

C) İrinli bəlğəmlə öskürək

D) İshal


E) Qanhayxırma
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
84) Qudpasçer sindromunun müalicəsi hansı preparatlarla aparılır?
A) Kortikosteroidlər və immunodepressantlar

B) Kimyəvi və radioterapiya

C) Simptomatik müalicə

D) Antibiotiklər və vitaminlər

E) Hemostatiklər və dəmir preparatları
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
85) Qudpasçer sindromunun proqnozu necədir?
A) Xəstəliyə proqnoz vermək mümkün deyil

B) Orta yaşam müddəti 5 - 10 ildir

C) Uzunmüddətli remissiya əldə etmək olur

D) Orta yaşam müddəti 2 - 13 aydır

E) Tam sağalan xəstəlikdir
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
86) Ağciyər proteinozunun effektiv müalicəsinə nə daxildir?
A) Bronxoalveolyar lavaj

B) Plazmoferez

C) Fizioterapiya

D) İmmunosupresantlar

E) Kortikosteroidlər
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
87) Ağciyərlərin dərman zədələnməsinin variantına aşağıdadkılardan hansı aid deyil?
A) Ağciyər vaskulopatiyaları

B) Bronxoektazlar

C) Eozinofil infiltratlar

D) Ağciyərlərin interstisial xəstəliyi

E) Ağciyər ödemi
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
88) Bronxial astmalı xəstələrdə yanaşı hipertoniya varsa, hansı preparatlardan istifadə etmək olmaz?
A) Diuretiklər

B) β - blokatorlar

C) Ca kanallarının blokatorları

D) Spazmolitiklər

E) AÇF (angiotenzin çevirici fermentin) inhibitorları
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
89) Aspirin triadası hansı xəstəliklə əlaqəlidir?
A) Bronxoektaziya xəstəliyi

B) Sarkoidoz

C) Ağciyərərin xroniki obstruktiv xəstəliyi

D) Mukovissidoz

E) Bronxial astma
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
90) Hansı dərman vasitələri öskürək səbəbi ola bilərlər?
A) AÇF (angiotenzin çevirici fermentin) inhibitorları

B) Antihistamin preparatları

C) Metilksantinlər

D) Diuretiklər

E) Ca kanallarının blokatorları
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
91) Dərman mənşəli ağır interstisial pnevmoniti və kəskin respirator distress - sindromu ən əsas yaradan preparat hansıdır?
A) Amiodaron

B) Azatioprin

C) Penisillin

D) Metotreksat

E) Aspirin
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
92) Plevral maye hansı xəstəliklər zamanı transudat xarakterli olur?
A) Vərəm zamanı

B) Parazitar infeksiyalarda

C) Plevranın şişləri zamanı

D) Ağciyər arteriyasının tromboemboliyası zamanı

E) Durğunluq ürək çatışmazlığı zamanı
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
93) Empiyema nədir?
A) Parapnevmonik plevrit

B) Adgeziv plevrit

C) Hidrotoraks

D) İrinli plevrit

E) Transudativ plevrit
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
94) Spontan pnevmotoraksda zədələnmiş tərəfdə auskultasiyada nə eşidilir?
A) Tənəffüs küyləri eşidilmir

B) Plevranın sürtünmə küyü

C) Quru xırıltılar

D) Krepitasiyalar

E) Sərt tənəffüs
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
95) İnterstisial pnevmoniyaların əsas auskultativ əlaməti nədir?
A) Bronxial tənəffüs

B) Vezikulyar tənəffüs

C) Quru xırıltılar

D) Krepitasiyalar

E) Yaş xırıltılar
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
96) Pnevmotoraksın rentgenoloji əlamətinə hansı aid deyil?
A) Dairəvi kölgənin yaranması

B) Plevranın kəskin qalınlaşması

C) Ürək və digər divararalığı orqanlarının zədəli tərəfə yerdəyişməsi

D) Damuazo xəttinin əmələ gəlməsi

E) Döş qəfəsindən ayrılmış visseral plevra xəttinin görünməsi
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
97) Hemotoraks daha çox nəyin nəticəsi olur?
A) Metastazlar

B) Plevranın infeksion xəstəlikləri

C) Ağ ciyər arteriyasının tromboemboliyası

D) Travma

E) Krupoz pnevmoniya
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
98) Xilotoraks hansı xəstəlikdə yaranmır?
A) Ağciyər limfangiomatozu

B) Kəskin pnevmoniya

C) Vərəm mənşəli limfangit

D) Qeyri - spesifik mediastinit

E) Filyarioz
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
99) Fibrotoraks nədir?
A) Qanlı plevrit

B) Travmatik plevrit

C) Plevra boşluğunda fibrinli ekssudat

D) Plevra üzərində fibroz qatın yaranması

E) İrinli plevrit
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
100) Tənəffüs çatızmazlığının təsnifatı nəyə əsaslanımır?
A) İnkişaf sürətinə

B) Anatomik prinsipə

C) Patogenezə

D) Yaş və cinsiyyətə

E) Ağırlıq dərəcəsinə
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
101) Tənəffüs çatışmazlığının ağırlıq dərəcəsinə görə təsnifatı nəyə əsaslanır?
A) Kliniki simptomlara

B) Yaranma müddətinə

C) 1 dəqiqədə tənəffüs sayına

D) Qazometriya göstəricilərinə

E) Spirometriya göstəricilərinə
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
102) Hansı ağciyər zədələnmələrində Kəskin respirator distress-sindrom yaratmır?
A) Toksik qazların inqalyasiyası

B) Ağır torakal travma

C) Suda boğulma

D) Diffuz ağciyər infeksiyası

E) ACXOX ( ağciyərlərin xroniki obstruktiv xəstəliyi)
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
103) Hansı ağciyərdən kənar vəziyyətlər Kəskin respirator distress - sindrom yaranmasında rol oynamır?
A) Massiv hemotransfuziya

B) Ağır sepsis

C) Kəskin pankreatit

D) Hipovolemik şok

E) Kəskin xolesistit
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
104) Sağlam, yaşayan donordan ağciyər payını adətən hansı xəstəliyi olan insana transplantasiya edirlər?
A) Histiositoz X

B) Bronxoalveolyar xərçəng

C) Limfangioleyomiomatoz

D) Mukovissidoz

E) Sarkoidoz
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
105) Atrovent preparatı hansı qrup dərmanlara aiddir?
A) İnhalyasion qlükokortikosteroidlərə

B) Uzunmüddətli təsirə malik β2 - aqonistlərə

C) Qısamüddətli təsirə malik β2 - aqonistlərə

D) Antixolinergik preparatlara

E) Kromonlara
Ədəbiyyat: Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.
106) Antileykotriyen preparatlarına hansı aiddir?
A) Motelukast

B) Ketotifen

C) Loratadin

D) Telfast

E) Aminofillin
Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
107) Bronxial astmanın müalicəsində anti - İgE terapiyası məqsədi ilə nə istifadə edilir?
A) Omalizumab

B) Loratadin

C) Motelukast

D) Zafirlukast

E) Ketotifen
Ədəbiyyat: ”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
108) Bronxoektazların aparıcı kliniki simptomu nədir?
A) İrinli bəlğəmlə öskürək

B) Arıqlama

C) Selikli bəlğəmlə öskürək

D) Qanhayxırma

E) Boğulma tutmaları
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
109) Bronxoektazların yüksək həssaslığı və spesifikliyi ilə fərqlənən müasir qeyri - invaziv diaqnostika üsulu hansıdır?
A) Bronxoskopiya

B) Rentgenqrafiya

C) Bronxoqrafiya

D) Angioqrafiya

E) Kompüter tomoqrafiya
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
110) Kartagener sindromunun xüsusiyyətləri hansılardır?
A) Bronxoektazlar, mukovissidoz, sinusit

B) Bronxoektazlar, sinusit, orqanların transpozisiyası

C) Bronxoektazlar, sinusit,hepatosplenomeqaliya

D) Bronxoektazlar, mukovissidoz, ağ ciyər seqmentinin və ya payının hipoplaziyası

E) Bronxoektazlar, mukovissidoz, orqanların transpozisiyası
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
111) Bronxoektazların əsas auskultativ əlamətlərinə aşağıdakılardan hansı aiddir?
A) Krepitasiyalar

B) Müxtəlif həcmli yaş xırıltılar, ara bir quru xırıltılarla

C) Zəif sərt tənəffüs

D) Plevranın sürtünmə küyü

E) Yayılmış quru xırıltılar, ara bir yaş xırıltılarla
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
112) Bronxoektazların dəqiq, yüksək həssaslığı və spesifikliyi ilə fərqlənən, invaziv diaqnostika üsulu hansıdır?
A) Rentgenqrafiya

B) Kompüter tomoqrafiya

C) Bronxoskopiya

D) Angioqrafiya

E) Bronxoqrafiya
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
113) Mukovissidoz xəstəliyi tənəffüs orqanlarından başqa hansı sistemi zədələyir?
A) Damar sistemini

B) Əzələlə sistemini

C) Sümük sistemini

D) Həzm sistemini

E) Sinir sistemini
Ədəbiyyat: Ədəbiyyat: А.Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001 г.
114) Mukovissidozun spesifik diaqnostik müayinəsi hansıdır?
A) Bəlğəmin müayinəsi

B) Tər testi

C) Bronxoqrafiya

D) Qanın müayinəsi

E) Bronxodilatasion test
Ədəbiyyat: Ədəbiyyat: А.Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001 г.
115) Emfizema zamanı döş qəfəsində vizual nə müşahidə etmək olar?
A) Döş sümüyünün qabarması

B) Kaxektik döş qəfəsi

C) Döş sümüyünün qıfvari deformasiyası

D) Döş qəfəsi dəyişikliksiz olur

E) Çəlləkvari döş qəfəsi
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
116) Emfizemalı xəstələrin müşahidəsinə hansı terapevtik tədbir daxil deyil?
A) Reabilitasiya

B) Risk faktorları təsirinin azaldılması

C) Uzunmüddətli oksigenterapiya

D) Dərman terapiyası

E) Aktiv fizioterapiya
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
117) Aşağıdakılardan hansı emfizemalı xəstələrdə ölüm riskini artıran amillərə aid deyil?
A) Daimi oksigen qəbulu məcburiyyəti

B) Aşağı pay emfizeması

C) Yüksək bədən çəkisi indeksi

D) Fiziki aktivlik

E) Hemoqlobinin səviyyəsinin aşağı olması
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
118) Amforik tənəffüs hansı patologiyada eşidilə bilər?
A) Emfizema

B) Ağciyər absesi

C) Bronxoektazlar

D) Bronxial astma

E) Krupoz pnevmoniya
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
119) Ağciyər absesinin rentgenoloji şəkli necə olur?
A) Nazik divarlı boş dairə

B) Daxilində üfuqi maye səviyyəsi olan dairə

C) Ağciyərin qeyri homogen kölgəliyi

D) Rentgenoloji təyin edilmir

E) Üçbucaq şəkilli infiltrasiya
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
120) Ağciyər absesini ilk növbədə hansı xəstəliklə differensasiya etmək tövsiyyə olunur?
A) Ağciyər exinokokkozu

B) Ağ ciyər xərçəngi

C) Tuberkulyoma

D) Kavernoz vərəm

E) Asperqillyoma
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
121) Ağciyərlərin xroniki obstruktiv xəstəliyinin risk faktorları içərisində ilk növbədə aşağıdakılardan hansının rolu daha böyükdür?
A) Oksidləşdirici stress

B) Peşə tozları

C) Genetik meyillik

D) Respirator infeksiyalar

E) Tütün tüstüsü
Ədəbiyyat: Ədəbiyyat: “Ağciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
122) Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyinin ağırlıq mərhələləri adətən nəyə əsasən müəyyən olunur?
A) Bəlğəmin müayinəsinə əsasən

B) Rentgenoloji müayinələrə əsasən

C) Klinik simptomlara əsasən

D) Spirometriya nəticəsinə əsasən

E) Qanın müayinəsinə əsasən
Ədəbiyyat: Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
123) Hansı preparatlar ağ ciyərlərin xroniki obstruktiv xəstəliyinin müalicəsində mərkəzi rol oynayır?
A) Bronxolitiklər

B) Kortikosteroidlər

C) Antibiotiklər

D) Bəlğəm mukokinetikləri

E) Antioksidantlar
Ədəbiyyat: Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
124) Hamilə qadınlarda hansı antibiotikin istifadəsi döl üçün tam təhlükəsizdir?
A) Vilprafen (cozamisin)

B) Tetrasiklin

C) Gentamisin

D) Ofloksasin

E) Seftriakson
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
125) Membranstabilizatorlarına hansı preparat aiddir?
A) Na kromoqlikat

B) Na nedokromil

C) Ketotifen

D) Ca antaqonistləri

E) Sadalananların hamısı
Ədəbiyyat: Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.
126) Qlisiram preparatı hansı bitkidən alınıb?
A) Bağayarpağı

B) Dazıotu

C) Biyan kökü

D) Çobanyastığı

E) Andız
Ədəbiyyat: Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.
127) Ağciyər arteriyasının hipertenziyasının qiymətləndirilməsində ən informativ qeyri-invaziv müayinə üsulu hansıdır?
A) Exokardioqrafiya

B) Spirometriya

C) Rentgenqrafiya

D) Elektokardioqrafiya

E) Kompüter tomoqrafiya
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
128) İdiopatik fibrozlaşan alveolitdə, pnevmokoniozlarda ağciyərlərdə gedən fibrozlaşma prosesini ləngidən preparat aşağıdakılardan hansıdır?
A) Vitamin E

B) Delagil

C) İzoniazid

D) Kuprenil

E) Prednizolon
Ədəbiyyat: Под ред. Н. Р. Палеева “Болезни органов дыхания”. 2000 г.
129) Hansı bağırsaq paraziti inkişaf dövründə ağ ciyər toxumasını və nəfəs yollarını zədələyir?
A) Blastositoz

B) Teniarinxoz

C) Strongiloidoz

D) Lyamblioz

E) Enterobioz
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Н. Р. Палеева “Болезни органов дыхания”. 2000 г.


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin