Tərbiyənin sosial-pedaqoji problemləri Plan


Şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsi



Yüklə 28,83 Kb.
səhifə2/7
tarix01.01.2023
ölçüsü28,83 Kb.
#121913
1   2   3   4   5   6   7
08 Tərbiyənin sosial-pedaqoji problemləri (1)

Şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsi. Şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsi müasir məktəbin başlıca sosial funksiyalarından biridir. “Vətəni sevməyən insan olmaz” – uşaqlar Abbas Səhhətin bu məşhur şeirinin kövrək misralarını həmişə sevə-sevə oxuyublar. Uzun müddət məktəblərdə vətənpərvərlik tərbiyəsi məsələləri də mahiyyətcə bu leymotivləri əks etdirib. 90-cı illərin II yarısında Azərbaycan millii televiziya və radiosunda vətənpərvərlik motivləri yeni anlamda səslənməyə başladı: - torpaq, əgər uğrunda ölən varsa, Vətəndir.Vətənin müdafiəsi müqəddəs məramdır. Müasir şəraitdə gənclərin tərbiyəsinin başlıca yönümü həmin məramla bağlıdır və bağlı olmalıdır. Gənclər doğma Azərbaycan ordusunda xidmət etməyi, ana Vətəni göz bəbəyi kimi qorumağı özlərinin müqəddəs vəzifəsi, həyat məramı hesab etməli və buna hərtərəfli hazır olmalıdır. Şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsində “Oxu” dərslərinin, ədəbiyyat və tarix fənlərinin imkanları son dərəcədə böyükdür. Lakin son zamanlar bu sahədə X.Q.Fətəliyev tərəfindən aparılmış fundamental tədqiqatlar əsaslı surətdə göstərir ki, “Təbiət fənləri hərbi-vətənpərvərlik tərbiyəsində maparıcı fənlərdir. Müasir hərbi silahların, hərbi texnikanın, mülki müdafiənin sadə əsasları bilavasitə bu fənlərin əsasında öyrədilir”. Şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsində sinifdənkənar və məktəbdənxaric işlərin əhəmiyyəti önəmlidir. Məktəbdə şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsi “hərbi həyatın tələblərinə uyğun qurulmalı” və sistemli aparılmalıdır. Pedaqogikada onun sistemi aşağıdakı kimi müəyyənləşdirilmişdir: - hərbi-vətənpərvərlik tərbiyəsinin təlim formaları: dərs, ibtidai hərbi hazırlıq üzrə fakültativ mə.ğələlər, çöl məşğələləri; - hərbi-vətənpərvərlik tərbiyəsinin sinifdənxaric təşkili formaları: hərbi idman oyunları, “döyüş şöhrəti” muzeyi və klubları, hərbi texniki dərnəkləri, müharibə veteranları və hərbiçilərlə görüşlər, hərbi mövzuda söhbət və məruzələr, hərbi mövzuda disputlar və sul-cavab gecələri, hərbi motivli bədii əsərlərin müzakirəsi, qırmızı ləpirçilərlə iş, hərbi tətbiqi yarışlar, hərbi viktorinalar və s.; - hərbi-vətənpərvərlik tərbiyəsinin məktəbdənkənar təşkili formaları: hərbi mövzuda səhnə əsərlərinə və kinofilmlərə tamaşalar, hərbi yürüşlər, “hərbi-vətənpərvərlik” məktəbi, müdafiə - idman düşərgələri, hərbi hissələrə və döyüş yerlərinə ekskursiyalar və s. (X.Q.F ətəliyev).
Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin