Tərbiyənin sosial-pedaqoji problemləri Plan


Şagirdlərin ideya-siyasi tərbiyəsi



Yüklə 28,83 Kb.
səhifə4/7
tarix01.01.2023
ölçüsü28,83 Kb.
#121913
1   2   3   4   5   6   7
08 Tərbiyənin sosial-pedaqoji problemləri (1)

Şagirdlərin ideya-siyasi tərbiyəsi. Cəmiyyətin demokratikləşməsi şəraitində şagirdlərin ideya-siyasi tərbiyəsinin məzmunu və sitemində də yeni xüsusiyyətlər əmələ gəlir. Şagirdlərdə “dövlətə, ayrı-ayrı xalqlara, millətlərə, mövcud partiyalara və sosial qruplara düzgün, obyektiv münasibət formalaşdırmaq” onun ana xəttini təşkil edir. Şagirdlərin Azərbaycan Respublikasının Konstitusiyasını öyrənməsi, vətəndaşların və özlərinin hüquq və vəzifələrini ətraflı bilməsi onlarda siyasi təfəkkürün və siyasi mədəniyyətin formalaşması üçün xüsusi əhəmiyyətə malikdir. Əməyin sosiologiyası: əmək tərbiyəsi və peşəyönümlü məsələləri. Əməyin sosiologiyası əməyi sosial-iqtisadi proses kimi öyrənir. Əməyin xarakteri, məzmunu, işçilərin peşə ixtisas fərqi, əməyə, müxtəlif peşələrə münasibət və s. bu önəmli elm sahəsinin araşdırdığı məsələlər cərgəsində mühüm yer tutur. Onların nəticələri sosial-pedaqoji kontekstdən də aktualdır. Sosial tədqiqatlar göstərir ki, bazar iqtisadiyyatı şəraitində əhalinin peşələrə münasibəti köklü surətdə dəyişir. Şagirdlərin əmək tərbiyəsi və peşə yönümündə bu meyllər zəruri surətdə nəzərə alınmalıdır. Lakin şagirdlərin qabiliyyətləri, maraq və meylləri çox vaxt elmi metodik səviyyədə öyrənilmir və təbii ki, peşə seçimində nəzərə alınmır. Peşə seçimində hələ də valideynlər önəmli rol oynayırlar. Prestijli peşələr anlayışının əmələ gəlməsində ailələrin iddia səviyyəsi, təəssüf ki, öz rolunu oynayır. Məktəb çox vaxt bu birtərəfli meylləri məharətlə neytrallaşdıra bilmir. Müasir şəraitdə istər əmək tərbiyəsi, istərsə də peşəyönümü üzrə iş bazar iqtisadiyyatı meyarları ilə köklü surətdə təkmilləşdirilməli, onların məzmunu və sistemi dövrün tələbləri kontekstində müəyyənləşdirilməlidir. Sosial ekologiya və ekoloji tərbiyə. Sosial ekologiya və ekoloji tərbiyə məsələləri də dövrün qlobal problemlərindən biri kimi diqqəti daha çox cəlb edir. Ətraf (təbii və sosial) mühitə qayğı bu gün cəmiyyətin həyat fəaliyyəti sahələrinin hər birinin başlıca funksiyasına çevrilir. Məktəbin də bu sahədə vəzifələri önəmlidir. Bir tərəfdən, urbanizasiya prosesində təbii mühit dəyişilir: hər şeydən öncə, şəhərin ərazisi hüdudlarında təbiət tədricən dəyişir. Şəhər böyüdükcə ətraf rayonların təbiətinə təsir göstərir. Şəhər arealının genişlənməsi, kəndlərin urbanizasiyası və s. müvafiq ərazilərdə təbii mühitin bu və ya digər dərəcəd dəyişməsi ilə nəticələnir. Digər tərəfdən, cəmiyyətin madii həyat şəraitinin özü köklü surətdə dəyişilir, özünəməxsus “süni” mühit əmələ gəlir və genişlənir, tenosfera (binalar, istehsalat birlikləri, kommunikasiya sistemləri və s. ) formalaşır. Bu şəraitdə şagirdlərdə ekoloji mədəniyyətin formalaşması xüsusiə böyük əhəmiyyət kəsb edir. Məktəb ailə ilə qarşılıqlı əlaqə şəraitində təkcə təbiətə deyil, həm də insanlara qayğılı münasibət tərbiyə etməlidir. Təbiətin ekologiyası və insanın ekologiyası – ekolji tərbiyə məhz bu əsasda aparılmalıdır.
Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin