Tərbiyənin sosial-pedaqoji problemləri Plan


Gənclərin ailə həyatına hazırlanması



Yüklə 28,83 Kb.
səhifə7/7
tarix01.01.2023
ölçüsü28,83 Kb.
#121913
1   2   3   4   5   6   7
08 Tərbiyənin sosial-pedaqoji problemləri (1)

Gənclərin ailə həyatına hazırlanması. Azərbaycan sosial-pedaqogikasında ailə həyatına hazırlıq mənəvi tərbiyənin tərkib hissəsi kimi dəyərləndirilir. Y.Talıbov, F.Sadıqov və S.Quliyevin qeyd etdikləri kimi ailə həyatına hazırlıq tərbiyəsinə ibtidai siniflərdən başlamaq lazımdır, dərsliklərdə verilmiş ədəbi-bədii parçalarda, atalar sözləri və s.-dən faydalanan qabaqcıl müəllimlər yeri gəldikcə uşaqlara ana məhəbbəti, ata qayğısı haqqında danışır, onları valideynlərə hörmət etməyə çağırırlar. Müəlliflərin fikrincə, “məktəblilər sinifdən-sinfə keçdikcə onların ailəyə, ailədə qarşılıqlı psixoloji-mənəvi iqlimə dair anlayışları və məlumatları genişlənir. Bu mühüm mənəvi tərbiyə məsələlərini onlar sistem halında ədəbiyyat dərslərində, insan və cəmiyyət fənninin tədrisində mənimsəyirlər”. A.N.Abbasovun “Məktəbliləri ailə həyatına hazırlamağın nəzəriyyəsi və təcrübəsi” istiqamətində apardığı tədqiqatlarda gənclərin ailə həyatına hazırlanması üzrə işin məzmunu aşağıdakı kimi müəyyənləşdirilmişdir: a) V-VII siniflər: - davranış mədəniyyətinə ( təmiz, səliqəli və zövqlə geyinmək, düzgün nitq, qarşılıqlı münasibət mədəniyyətinə) yiyələnmək; - ataya və anaya hörmət və məhəbbət hisslərini daha da artırmaq; - mənzili qaydaya salmaq, otağın yığışdırılması üzrə işləri davam etdirmək; - həyət-bacada gücü çatan tapşırıqları ( torpağı belləmək, ağacları, gül-çiçəyi sulamaq, həyəti süpürmək, çəpəri təmir etmək) yerinə yetirmək; - meyvə və bostan bitkilərinin konservləşdirilməsi, mürəbbə pirojna, tort, kökə, qutab və s.bişirmək üzrə bacarıqlara yiyələnmək; - körpəyə qulluq üzrə ( uşaq bələmək, onu geyindirmək, çimdirmək, bələyini dəyişmək, ona lay-lay çalmaq və s.) vərdişlərə malik olmaq; - nisbətən asan başa gələn xörəkləri, eləcə də salat hazırlamaq, süfrə açmaq və s. bacarıqlara yiyələnmək; - bazarlıq etmək səriştəsinə malik olmaq. b) VIII-IX siniflər: - özündə şəxsi ləyaqət hissinin tərbiyə olunması qayğısına qalmaq; - ailə həyatına hazırlıq məqsədinə xidmət edən V-VII siniflərdə bu işin məzmununa daxil olan vəzifələrin daha da inkişaf etdirilməsi və qüvvətləndirilməsi; - özündə hərəkətlərini təhlil edə bilmək və etmək səyi yaratmaq, rəftar və davranışını mənəvi normalara tabe etdirmək; - nigah və ailə qanunvericiliyinin əsasları ilə bu və ya digər dərəcədə tanış olmaq, məhəbbət, nigah və ailə məsələlərinə ciddi yanaşmaq; - müstəqil yaşamaq üçün zəruri sayılan bacarıq və vərdişlərə yiyələnmək, yemək hazırlamağı, özünə qulluq göstərməyi, öz büdcəsini planlaşdırmağı bacarmaq; - ailə qarşısında borcu başa düşmək və s. c) X-XI siniflər: - hərtərəfli ünsiyyətin zəruri sayılan səciyyəvi əlamətləri (nəzakətlilik, təmkinlilik, prinsipiallıq, güzəştetmə, mehribanlıq, xeyirxahlıq və s.) mənimsəmək və gündəlik həyatda onlara əməl etmək; - şəxsiyyətlərarası münasibətlərin xüsusiyyətlərindən xəbərdar olmaq və imkan daxilində həmin xüsusiyyətləri nəzərə almaq; - oğlanlarla qızlar arasında dostluq münasibətlərinin inkişafında ismət, şərəf və şəxsi ləyaqət hisslərini başa düşmək və bu hissləri qorumaq; - dostluğa və məhəbbətə qayğıkeş münasibətin zəruri olmasını anlamaq, öz hisslərini idarə etməyi bacarmaq, nigaha girməyə sosial hazırlığın mahiyyətini anlamaq, ailə həyatına pxisoloji cəhətdən hazır olmaq, ailə vəzifələri ilə ictimai vəzifələri uzlaşdırmağı bacarmaq; - ailədə qarşılıqlı münasibətlərin mənəvi prinsiplərini gözləməyə hazır olmaq. Şagirdlərin ailə həyatınahazırlanmasında sinifdənkənar işlərin də əhəmiyyəti böyükdür. Məktəblərin təcrübəsində “bu məqsədlə görüşlərdən, söhbət və disputlardan, oxucu konfranslarından, ailə-məişət məsələlərindən bəhs edən əsərlərin müzakirəsindən geniş istifadə edilir. Məktəblilər sosial-siyasi, etik və estetik məsələlərlə maraqlandıqları kimi ailə-məişət, məhəbbət, şəxsiyyətlərarası münasibətlər və s. məsələlərlə, xüsusilə xoşbəxt ailələrin necə yaranması, ölkəmizdə ailə-nigah prblemləri, ailə nigahlarının pozulması, tarixi şəxsiyyətlərin – N.Nərimanov, H.Zərdabi, Y.Hacıbəyov, C.Cabbarlı və başqalarının ailə həyatı, onların ailəyə münasibətləri, məktubları, onlar haqqında xatirələrlə daha çox maraqlanırlar”. Şagirdlərin ictimai-siyasi, hüquqi, iqtisadi, ekoloji və s. tərbiyəsi onların bir şəxsiyyət kimi formalaşdırılması vəzifəsinin ayrılmaz tərkib hissəsidir və ancaq şəxsiyyət baxımından araşdırılmalıdır. Sosial tərbiyənin psixoloji və pedaqoji effektləri də məhz bu yönümdə dəyərləndirilməlidir.
Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin