TəRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ نام کتاب


İyirmi səkkizinci dərs: Əhli-beyt məhəbbəti



Yüklə 2,5 Mb.
səhifə25/25
tarix21.10.2017
ölçüsü2,5 Mb.
#7751
1   ...   17   18   19   20   21   22   23   24   25

İyirmi səkkizinci dərs:

Əhli-beyt məhəbbəti

ƏHLİ-BEYT MƏHƏBBƏTİ İSLAMIN ƏSASIDIR


İmam Sadiq (ə) buyurur: «Hər şeyin əsası var və İslamın əsası biz Əhli-beytə məhəbbətdir».

İslam bir saraya oxşayır ki, sütunları Əhli-beytə məhəbbətdir. Möhkəm sütunlu binanın ömrü də uzundur. İllər ötdükcə bu binanın zahiri görkəmi dəyişib solğunlaşa bilər. Amma sütunları möhkəm olduğundan onu əvvəlki görkəminə qaytarmaq çox asandır. Amma sütunları möhkəm olmayan bina kiçik bir titrəyişdən müvazinətini itirir və nə qədər tə᾽mir olunsa da onu ilkin vəziyyətinə qaytarmaq mümkün olmur. İslam möhkəm sütunlara malik olduğundan əsrlərin təlatümlərini əzmlə keçmiş və öz ilkin mahiyyətini qoruyub saxlamışdır.

Bəs nə üçün İslamın sütunu Əhli-beyt məhəbbətidir? Burada isbat və sübuta ehtiyac vardır. İsbat məqamı dedikdə, sübut üçün ayə və dəlillərin varlığı nəzərdə tutulur. Məsələn, yuxarıda zikr olunmuş hədis bu mövzu üçün bir dəlildir. Amma sübut məqamı dedikdə, bu məsələyə aydınlıq gətirilməsi nəzərdə tutulur. Nə üçün Əhli-beytə məhəbbəti olmayan insanın dini süst və kövrək olmalıdır? Biz daha çox sübut məqamını araşdıracağıq.

DİN VƏ ƏHLİ-BEYT MƏHƏBBƏTİ ARASINDA ƏLAQƏ


Din insanla Allah arasında əlaqə yaratmaq üçündür. Amma bu əlaqə iki amildən asılıdır: tanıma və fitri meyl. İnsan ilk əvvəl gördüyü dünyanın yaradıcısı olduğunu dərk edir. Anlayır ki, bütün ne᾽mətlərin sahibi vardır. İkinci mərhələdə qəlbdə bu ne᾽mət sahibinə məhəbbət yaranmalıdır. Əgər bu tanıma və məhəbbət insan vücudunda formalaşarsa, Allahla bəndə arasında əlaqə üçün şərait yaranar. Amma bu tanıma və məhəbbət insanın doğru yol tutması üçün kifayət etmir. Tarixdə Allahı tanıyıb sevdiyi halda yolunu azanlar çox olub. «Zumər» surəsinin 3-cü ayəsində buyurulur: «Bil ki, xalis din ancaq Allaha məxsusdur. Allahı qoyub özlərinə dost tutanlar deyirlər: «Biz onlara yalnız Allaha yaxınlaşmaq üçün ibadət edirik». Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində onların arasında hökm edəcəkdir». «Yunus» surəsinin 18-ci ayəsində isə belə buyurulur: «(Müşriklər deyir) Bunlar (bütlər) Allah yanında bizdən ötrü şəfaət edənlərdir».

Demək, doğru yolu tapmaq üçün Allahı tanımaq kifayət deyildir. Ona görə də Allah-təala peyğəmbərlər göndərmişdir. Amma bununla da məsələ bitmir. Tarixə nəzər salsaq görərik ki, peyğəmbərləri qəbul etdikləri halda əsl ilahi hədəfdən yayınanlar az deyil. Təkcə İslamda 82 məzhəb və təriqət mövcuddur. Hamı müsəlmanlıq iddiasında olsa da peyğəmbər vəsisinə, canişininə münasibətdə baxışlar haçalanır. İslam dinində Allah-təala Peyğəmbərə (s) canişinlər tə᾽yin edərək onları müsəlmanlar üçün rəhbər qərar verir. Beləcə, aydın olur ki, nə üçün Əhli-beyt məhəbbəti İslamın əsasıdır.


ƏHLİ-BEYT MƏHƏBBƏTİ


Cəsarətlə demək olar ki, biz şiələrin İslamdan olan biliyinin 90 faizi Əhli-beytdən öyrəndiklərimizdir. Bu sözü başqa məzhəblər haqqında da demək olar. Sonuncu Peyğəmbər (s) dünyasını dəyişdikdən sonra bəşəriyyət üçün yeganə ilahi bilik mənbəyi Əhli-beyt mə᾽sumlarıdır. Onlar üç əsr ərzində insanları ilahi maariflə tanış etmişdir. Allah-təala Qur᾽ani-Kərimdə öz Peyğəmbərinə (s) buyurmuşdur: «De ki, mən sizdən peyğəmbərliyin müqabilində qohumluq məhəbbətindən başqa bir şey istəmirəm»1. Peyğəmbər (s) insanlardan yalnız Allaha itaət istəyirdi. «Fürqan» surəsinin 57-ci ayəsində buyurulur: «Mən sizdən ancaq Rəbbinə tərəf doğru yol tapmaq diləyən kimsələr istəyirəm». Bu iki ayə Peyğəmbər (s) Əhli-beytinə (ə) olan məhəbbətin əhəmiyyətini açıq-aşkar bəyan edir. Əlbəttə ki, bizim Əhli-beytə məhəbbətimiz yalnız onların Allah dərgahına yaxınlığı ilə bağlıdır.

Əgər Allahın mə᾽rifət və məhəbbətini düzgün şəkildə anlayıb xoşbəxt olmaq istəyiriksə, Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) ardıcıllıq etməliyik. Allaha məhəbbətin sübutu Peyğəmbərə (s) itaət, Həzrətə (s) itaətinin tərkibi olan Əhli-beytə (ə) bağlılıqdır. Məşhur «Səqəleyn» hədisi deyilənlərə sübutdur.


ƏHLİ-BEYTƏ MƏHƏBBƏTİN YARDIMI


Adi insanlar günahsız olmadıqlarından dini e᾽tiqadları, əməlləri qüsurlu ola bilər. Əhli-beytə (ə) məhəbbət insanı bir çox fitnələrdən qurtarıb, nöqsanları aradan qaldırar. Amma Əhli-beyt (ə) vilayətindən uzaqlıq insanı təhlükəli aqibətlə üzləşdirə bilər.

Əgər tarixə nəzərə salsaq hətta kəbirə günahlara yol vermiş insanların Əhli-beyt (ə) işığında tövbəyə nail olduğuna şahid olarıq. Əksinə, dini göstərişlərə ciddi əməl edib, lakin Əhli-beyt məhəbbətindən məhrum olduğu üçün süquta uğrayanlar da az deyil.

Mərhum Teyyub imam Hüseynə (ə) xüsusi sevgisi ilə seçilən insanlardan idi. Onun əzadar dəstəsi məhərrəm mərasimlərində məşhur idi. Teyyub mə᾽lum Xordad hadisələrində həbs olunmuşdu. Xəfiyyələr Teyyubdan tələb edirdilər ki, qiyamda iştirak üçün imamdan pul aldığını e᾽tiraf etsin. Belə bir izahat müqabilində onu azad edəcəklərinə söz verirdilər. Amma Teyyub Allah rizasına qiyama qalxdığını bəyan etdi. Mücahid müsəlmanı dara çəkdilər…

Bu hadisədən sonra çoxları Teyyubu yuxuda gördü. Onun yaxın dostlarından biri müəlliflə görüşündə Teyyubun xatirəsinə Qur᾽an açmağı xahiş etdi. Allah şahiddir ki, səhifənin ilk sözü «teyyib» və ilk ayəsi bu idi: «Pak söz Ona tərəf yüksələr pak sözü yaxşı əməl qaldırar»1.

Teyyub adi bir müsəlman idi. Amma Əhli-beytə aşiq olan adi bir müsəlman! Məhz bu məhəbbət Teyyubu xeyirli bir aqibətə ‒ şəhadətə qovuşdurdu.

Bunu da qeyd etməliyik ki, insanın qəlbi elə həddə çirklənə bilər ki, Əhli-beyt məhəbbətinə layiq olmaz.


«MÜNAFİQ» SÖZÜNÜN ƏHLİ-BEYT DÜŞMƏNİ KİMİ TƏFSİRİ


«Hədid» surəsinin 13-14-cü ayələrində buyurulur: «O gün münafiq kişi və qadınlar iman gətirənlərə deyəcək: «Gözləyin ki, nurunuzdan bir qədər işıq alaq». Onlara belə cavab veriləcək: «Geriyə dönüb işıq axtarın». Bu sözlərdən sonra mö᾽minlərlə münafiqlərin arasına içəri tərəfi mərhəmət və bayır tərəfi əzab olan sədd çəkiləcəkdir. Münafiqlər mö᾽minlərə deyəcək: «Biz sizinlə birlikdə deyildikmi? Mö᾽minlər belə cavab verəcəklər: «Birlikdə idiniz, amma siz özünüzü fitnəyə saldınız, gözlədiniz şəkk etdiniz. Allahın əmri gəlib çatanadək sizi xam xəyallar tamah aldatdı».

Ayədə zikr olunmuş divar ərəbcə «sur» kimi işlənmişdir. Maraqlıdır ki, söhbət mö᾽minlərlə kafirlər yox, mö᾽minlərlə münafiqlər arasındakı divardan gedir. Bu münafiqlər mö᾽minlərlə birgə məscidə gələr, namaz qılar, Qur᾽an oxuyardılar. İndi isə ayrılırlar. İmam Sadiq (ə) buyurur: «Ciyərlər susuzluq şiddətindən od tutar». Bəli, söhbət qiyamət günündən gedir. Əzabla dolu bu gündən qaçıb qurtarmağa yer varmı?

İmam Sadiq (ə) buyurur ki, mö᾽minlərlə münafiqlər arasındakı divar nurdandır. Bir tərəfdə bizə xidmət etmiş Əhli-beyt dostları, digər tərəfdə isə Əhli-beyt düşmənləridir.

Rəvayətdən belə mə᾽lum olur ki, imanın həqiqi və zahiri olması Əhli-beyt vilayətinə məhəbbətdən asılıdır.

Xülasə, hər şeyin əsası olduğu kimi İslamın da əsası var və bu əsas Əhli-beytə məhəbbətdir. Belə möhkəm əsasa malik saray üçün heç vaxt uçulma təhlükəsi yoxdur!

Ya Rəbb, Əhli-beyt vilayəti və onun məhəbbətini qiyamət gününədək bizim üçün qoru və qəlbimizi bu nurdan məhrum etmə!


MÜNDƏRİCAT



Ön söz 3

BİRİNCİ DƏRS: 5

Həqiqi Əhli-beyt sevərlər 6

ALLAHA YAXINLAŞMA İNSANIN FİTRİ İSTƏYİDİR 6

ƏHLİ-BEYT ARDINCA GEDƏN HƏQİQİ İRFANA ÇATIR 6

DOĞRU YOL YOLÇUSU ÜÇÜN ƏN BÖYÜK TƏHLÜKƏ 7

ƏHLİ-BEYT DOSTLARININ XÜSUSİYYƏTLƏRİ 8

İkinci dərs: 11

Nəfsin hesabı, əməllərin qiymətləndirilməsi 12

İNSANIN HƏQİQİ İTKİSİNİ QUR᾽AN VƏ ƏHLİ-BEYT HƏDİSLƏRİ TANITDIRIR 12

NƏFSİN HESABI 12

İNSANI HESABA VADAR EDƏN AMİL 13

HESABIN MƏRHƏLƏLƏRİ 15

BƏ᾽Zİ MÜHÜM NÖQTƏLƏR 15



Üçüncü dərs: 18

Nəfsin hesabı 19

MƏ᾽NASIZ, ŞÜBHƏLİ VƏ İKRAH DOĞURAN İŞLƏRDƏN ÇƏKİNMƏYƏ DİQQƏT 19

ÖVLİYALARIN İBADƏTƏ BAXIŞI 20

HANSI NAMAZA TÖVBƏ DÜŞÜR? 21

ÖVLİYALARIN ALLAHA SIX BAĞLILIĞI 23

ŞEYX ƏNSARİDƏN BİR XATİRƏ 23



Dördüncü dərs: 25

Mö᾽minin dünyaya baxışı 26

DÜNYAYA VURĞUNLUQDAN ÇƏKİNMƏK 26

SOSİAL BƏRABƏRSİZLİKLƏRİN FƏLSƏFƏSİ 27

AXİRƏT NE᾽MƏTLƏRİNİN DÜNYA NE᾽MƏTLƏRİNDƏN ÜSTÜNLÜYÜ 28

VAR-DÖVLƏT FAYDALI OLA BİLƏRMİ? 29

Beşinci dərs: 31

Danışıq və rəftarla Əhli-beyt yoluna də᾽vət 32

İNSANIN DANIŞIQ VƏ RƏFTARININ BAŞQALARINA TƏ᾽SİRİ 32

DİNLƏYİCİNİN SƏVİYYƏSİNİ NƏZƏRƏ ALIN! 33

DƏRK EDİLƏ BİLİNMƏYƏN SİRLƏR 34

ƏMƏL SÖZÜN TƏ᾽SİRİ ÜÇÜN ŞƏRTDİR 35

Altıncı dərs: 37

Həqiqi iman və həqiqi mö᾽minin xüsusiyyətləri 38

ZAHİRİ VƏ HƏQİQİ İMAN 38

İMAN NƏ VAXT NİCATVERİCİDİR? 40

İSLAMLA İMANIN FƏRQLƏRİ 41

HƏQİQİ İMAN VƏ HƏQİQİ MÖ᾽MİNİN XÜSUSİYYƏTLƏRİ 43

Yeddinci dərs: 46

Dini alətə çevirməklə dini cəhalət arasındakı əlaqə 47

İSLAM BAXIMINDAN CƏHALƏT 47

CƏMİYYƏTDƏ DİNİ CƏHALƏTİN YAYILMA SƏBƏBLƏRİ 47

DİN QARŞISINDA VƏZİFƏLƏRİMİZ 50



Səkkizinci dərs: 52

Dindarlıqda möhkəmliyin, düzlüyün səmərələri 53

XOŞBƏXTLİK İNSANIN FİTRİ İSTƏYİDİR 53

MÖ᾽MİN VƏ İLAHİ NE᾽MƏTLƏR 54

İMAN DƏRƏCƏSİNDƏ SƏADƏT 55

DÜZLÜK SƏADƏTİN ŞƏRTİDİR 56

DÜNYA NE᾽MƏTİ, MÖ᾽MİN VƏ ALLAHIN MƏSLƏHƏTİ 57



Doqquzuncu dərs: 58

Əhli-beyt vilayəti nə zaman nicatvericidir 59

Əhli-beyt ARDICILLARI HAQQINDA PİS SÖZDƏN HƏZƏR QIL VƏ BİLMƏDİYİNİ DANIŞMA 59

İMAN VƏ ƏMƏLİN SƏADƏTƏ ÇATMAQDA ROLU 60

İMANIN ƏSASLARI 63

DÜŞÜNCƏ ZƏİFLİYİ 64

Onuncu dərs: 66

Ümid və qorxu 67

ÜMİD VƏ QORXU ARASINDA 67

ÜMİD VƏ QORXUNUN AGAHLIQDAN ASILILIĞI 68

ALLAHDAN QORXU VƏ ÜMİD İNSANLIĞA TƏRƏF HƏRƏKƏTİN AMİLİDİR 69

QORXU VƏ ÜMİDİN HƏDDİ 70

QORXU VƏ ÜMİD ARASINDA TARAZLIQ 71



On birinci dərs: 72

İslam nəzərində şadlıq 73

MÖ᾽MİNİ SEVİNDİRMƏK 73

ŞADLANMAQ FİTRİ İSTƏKDİR 74

BƏYƏNİLMİŞ HÜZN 76

İSTƏYƏ ÇATMAQ SEVİNCDİR 76

İSLAM DİNİNDƏ ŞADLIQ 76



On ikinci dərs: 78

Şeytanın tələləri 79

ÇOX YATMAĞIN VƏ ÇOX DANIŞMAĞIN PİS TƏ᾽SİRLƏRİ 79

İFRAT VƏ TƏFRİT YUXUDAN PƏHRİZ 80

YUXU REJİMİ 81

ŞEYTANIN İKİ TƏLƏSİ 83

On ÜÇüncü dərs: 85

Bə᾽zi əxlaqi nöqsanların bəlası 86

«HƏMM» NƏDİR? 86

İNAM VƏ CƏHD (QÜSSƏ) 86

AĞIL VƏ GƏLƏCƏYƏ BAXIŞ 87

MÖ᾽MİNLƏR QARŞISINDA VƏZİFƏLƏRİMİZ 88

HƏSƏDİN FƏRDİ VƏ İCTİMAİ ZƏRƏRLƏRİ 88



On dördüncü dərs: 90

Həqiqi əhli-beyt (ə) ardıcıllarının mükafatı 91

ƏMƏLDƏ SƏBƏB VƏ SƏMİMİYYƏT 91

DİN QARDAŞLARINA E᾽TİNASIZLIQ 92

İLAHİ VƏ᾽DLƏRİN HƏYATA KEÇMƏ ŞƏRAİTİ 93



On beşinci dərs: 95

İmam Sadiqin (ə) nəzərində şiə 96

HƏQİQİ ŞİƏ İLƏ ƏHLİ-BEYT AŞİQİNİN FƏRQİ 96

ŞİƏLİYİN NİŞANƏLƏRİ 97

HƏQİQİ ŞİƏLƏRİN AZLIĞI 99

İCTİMAİ FƏALİYYƏTLƏR VƏ İBADİ PROQRAMLAR 100

ŞİƏLİK ŞƏXSİYYƏTİNİN QORUNMASI 101



On altıncı dərs: 103

Bağışlanmış günah və qəbul olmuş yaxşılıq 104

BÜTÜN GÜNAHLARIN BAĞIŞLANMASI 104

RİYAKARLIQ YAXŞI ƏMƏLİ PUÇ EDİR 105

HƏTTA MƏHƏBBƏTDƏ DƏ SAF NİYYƏT 105

ALLAHA SIĞINMAQ 106

On yeddinci dərs: 108

Allaha yaxınlaşma yolu 109

MÖ᾽MİNİN MƏ´RİFƏT VƏ HİMMƏT (SƏ᾽Y) DƏRƏCƏLƏRİ 109

ALLAHA YAXINLIQ MƏQAMININ YOLU 110

ÖLÜM FİKRİ VƏ AXİRƏTƏ HAZIRLIQ 111



On səkkizinci dərs: 113

Bir neçə əxlaqi göstəriş 114

MƏQSƏDLİ OLMAQ ZƏRURƏTİ 114

ALLAHA E᾽TİMAD SAYƏSİNDƏ QURTULUŞ 114

NE᾽MƏTLƏR VƏ BƏLALAR QARŞISINDA ŞÜKR VƏ SƏBR 116

DÜNYA HƏYATININ ACILIQLARI 116

DÜNYA ÇƏTİNLİKLƏRİNİ YALNIZ DİNİ BAXIŞ ARADAN QALDIRA BİLƏR 117



On doqquzuncu dərs: 119

Yağlı dildən həzər! 120

CƏMİYYƏTDƏ RƏFTAR VƏ DANIŞIQ 120

YAĞLI TƏ᾽RİFLƏRƏ QARŞI 121

TƏNQİDƏ DÖZÜM RUHU 121

EQOİZM VƏ TƏKƏBBÜR 122

İyirminci dərs: 124

Mö᾽min və dünya 125

DÜNYAYA KÖNÜL VERMƏ! 125

ÖMÜRDƏN İSTİFADƏ 125

İSLAM VƏ İQTİSADİ İNKİŞAF 126

DÜNYA NE᾽MƏTLƏRİNDƏN İSTİFADƏ QAYDALARI 127

DÜNYA MALINA BAĞLILIĞIN QÜSURLARI 130



İyirmi birinci dərs: 132

Mö᾽minin mö᾽minlə əlaqəsi 133

İNSANLARIN MÜNASİBƏTİNDƏ BƏ᾽Zİ İNCƏLİKLƏR 133

MƏ᾽RİFƏTLİ RƏİSLƏRƏ EHTİRAM 134

İyirmi ikinci dərs: 136

Düşünənlər üçün nəsihətlər 137

TƏLƏSKƏNLİYİN PİS TƏ᾽SİRLƏRİ 137

AĞIL İNSAN ÜÇÜN ÇIRAQDIR 137

MİNNƏT SAVABI PUÇA ÇIXARIR 139

DİL BƏLASI 140

İyirmi üçüncü dərs: 141

HƏZRƏT İsanın (ə) öz həvarilərinə tövsiyələri 142

BAŞQALARININ EYBLƏRİNİ ÖRTÜN! 142

NƏFSİN İSTƏKLƏRİ İLƏ MÜBARİZƏ 142

ÇƏTİNLİKLƏR QARŞISINDA SƏBR 143

TƏLƏSİK MÜHAKİMƏLƏRDƏN ÇƏKİNMƏ 145

EYİB AXTARMAQ BƏLASI 145



İyirmi dördüncü dərs: 147

Kamal yolunda oLAN Yolçunun əxlaqı 148

ƏMƏLİN DƏYƏR MƏRTƏBƏLƏRİ 148

MƏ᾽RİFƏT VƏ ME’YAR 149

QARAQABAQLARLA MEHRİBANLIQ 150

BAĞIŞLAMANIN DƏYƏRİ 151

İyirmi beşinci dərs: 153

Allah, axirət və hərəkət ME’yarı 154

İBADƏTDƏ NİYYƏTİN ROLU 154

RİYA İNFAQIN BƏLASIDIR 155

İNSANIN RƏFTARINDA DÜZGÜN BAXIŞIN ROLU 157

AXİRƏT İNANCININ HƏYAT TƏRZİNƏ TƏ᾽SİRİ 158

HƏQİQİ SƏADƏT VƏ BƏDBƏXTLİK AXİRƏTDƏDİR 159

İLAHİ NE᾽MƏTLƏR HAQQINDA DÜŞÜNCƏ 161

NE᾽MƏTLƏR MÜQABİLİNDƏ VƏZİFƏLƏR 162



İyirmi altıncı dərs: 164

Qəbul olUNmuş namaz və onun tə᾽sirləri 165

NAMAZIN İLK QƏBUL ŞƏRTİ 165

İKİNCİ ŞƏRT 166

ÜÇÜNCÜ ŞƏRT 166

DİGƏR BİR ŞƏRT 167

QƏBUL OLUNMUŞ NAMAZIN TƏ᾽SİRLƏRİ 167



İyirmi yeddinci dərs: 169

Həya 170

HƏYA İSLAMIN LİBASIDIR 170

ƏSL HƏYA 171

HƏYA İLƏ XƏCALƏTİN FƏRQİ 173

ƏN YAXŞI HƏYA 174

İyirmi səkkizinci dərs: 176

Əhli-beyt məhəbbəti 177

ƏHLİ-BEYT MƏHƏBBƏTİ İSLAMIN ƏSASIDIR 177

DİN VƏ ƏHLİ-BEYT MƏHƏBBƏTİ ARASINDA ƏLAQƏ 177

ƏHLİ-BEYT MƏHƏBBƏTİ 178

ƏHLİ-BEYTƏ MƏHƏBBƏTİN YARDIMI 179

«MÜNAFİQ» SÖZÜNÜN ƏHLİ-BEYT DÜŞMƏNİ KİMİ TƏFSİRİ 180






1 «Sad» surəsi, ayə 82.

1 «Kəhf» surəsi, ayə 36.

2 «Biharul-ənvar», cild 70.

1 «Biharul-ənvar», cild 82.

1 «Biharul-ənvar», cild 84.

2 «Nəhcül-bəlağə», 45-ci məktub.

1 «Ənbiya» surəsi, ayə 35.

1 «Hicr» surəsi, ayə 29.

1 «Biharul-ənvar», cild 78.

1 «Biharul-ənvar», cild 2.

1 «Hücərat» surəsi, ayə 14.

1 «Ğafir» surəsi, ayə 28.

2 «Nəhl» surəsi, ayə 106.

1 «Rum» surəsi, ayə 10.

2 «Bəqərə» surəsi, ayə 128.

1 «Fatir» surəsi, ayə 18.

1 «Zumər» surəsi, ayə 3.

1 «Nəhl» surəsi, ayə 36.

1 «Kəhf» surəsi, ayə 30.

1 «Yasin» surəsi, ayə 82.

1 «Ə᾽raf» surəsi, ayə 96.

1 «Nur» surəsi, ayə 39.

1 «Rum» surəsi, ayə 10.

2 «Furqan» surəsi, ayə 71.

3 «Nisa» surəsi, ayə 31.

1 «Nisa» surəsi, ayə 54.

1 «Zilzal» surəsi, ayə 7-8.

2 «Biharul-ənvar», cild 82, səh. 235.

1 «Biharul-ənvar», cild 70.

1 «Ali-imran» surəsi, ayə 77.

1 «Üsuli-Kafi», cild 2, səh. 188.

2 «Biharul-ənvar», cild 74.

3 «Üsuli-Kafi», cild 2, səh. 182.

1 «Fatir» surəsi, ayə 34.

2 «Ali-imran» surəsi, ayə 170.

1 «Qəsəs» surəsi, ayə 76.

2 «İnşiqaq» surəsi, ayə 13.

1 «Nəbə» surəsi, ayə 9.

1 «Muzzəmmil» surəsi, ayə 2.

1 «İnsan» surəsi, ayə 26.

2 «İsra» surəsi, 79.

1 «Rum» surəsi, ayə 10.

1 «Ali-imran» surəsi, ayə 77.

1 «Biharul-ənvar», cild 70.

1 «Bəqərə» surəsi, ayə 261.

2 «Biharul-ənvar», cild 49.

1 «Biharul-ənvar», cild 70.

1 «Saffat» surəsi, ayə 83.

1 «Yasin» surəsi, ayə 20.

1 «Nisa» surəsi, ayə 48.

1 «Şura» surəsi, ayə 23.

2 «Bəqərə» surəsi, ayə 256.

1 «Təhrim» surəsi, ayə 11.

1 «Zumər» surəsi, ayə 36.

1 «İnşirah» surəsi, ayə 6.

1 «Hicr» surəsi, ayə 48.

1 «Biharul-ənvar», cild 73.

1 «Sad» surəsi, ayə 35.

2 «Nəml» surəsi, ayə 44.

1 «Maidə» surəsi, ayə 5.

2 «Ə᾽raf» surəsi, ayə 32.

3 «Hicr» surəsi, ayə 16.

4 «Nəhl» surəsi, ayə 6.

5 «Ə᾽raf» surəsi, ayə 31.

1 «Qəsəs» surəsi, ayə 76.

1 «Biharul-ənvər», cild 78.

1 «Hucərat» surəsi, ayə 11.

1 «Fəcr» surəsi, ayə 27-28.

1 «Qiyamət» surəsi, ayə 14.

1 «Fussilət» surəsi, ayə 34.

1 «Ənfal» surəsi, ayə 67.

1 «Ali-imran» surəsi, ayə 134.

1 «Bəqərə» surəsi, ayə 179.

2 «Bəqərə» surəsi, ayə 229.

1 «Biharul-ənvar», cild 70.

1 «Nisa» surəsi, ayə 10.

1 «Bəqərə» surəsi, ayə 264.

2 «Bəqərə» surəsi, ayə 274.

1 «Mursəlat» surəsi, ayə 24.

2 «Ənfal» surəsi, ayə 28.

1 «Bəqərə» surəsi, ayə 180.

2 «Ə᾽la» surəsi, 17.

1 «Bəqərə» surəsi, ayə 185.

1 «Həcc» surəsi, ayə 78.

2 «İbrahim» surəsi, ayə 34.

1 «Nur» surəsi, ayə 37.

1 «Qəsəs» surəsi, ayə 25.

1 «Biharul-ənvar», cild 13.

2«Üsuli-kafi» cild 2, səh. 106.

1 «Şura» surəsi, ayə 23.

1 «Fatir» surəsi, ayə 10.




Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin