Tərcüməçidən



Yüklə 2,45 Mb.
səhifə23/30
tarix17.01.2017
ölçüsü2,45 Mb.
#468
1   ...   19   20   21   22   23   24   25   26   ...   30
    Bu səhifədəki naviqasiya:
  • Təfsir

191) Rafizi yazır: “Quranda həmçinin,onun (Ümm Sələmə) Peyğəmbərə olan nifaqı,etirazı,ondan sonra isə imama qarşı olan nifaqından danışılmır.” (Məktub 78)

Burada rafizi Aişəni Ümm Sələmə ilə müqayisə edərək,Quranda onun nifaqı baradə ayə olduğuna ehyam vurur.Allahın lənəti yalançıların üzərinə olsun! Quranda, harada belə bir ayə var?!



192) Rafizi yazır: O,(Ümm Sələmə) elə bir iş görməmişdir ki,Allah ona görə özü başda olmaqla,Cəbrailı,“möminlərin salehi”ni və mələklərini Peyğəmbərin köməyinə göndərsin.Həmçinin,Allah onu təlaqla və ondan da yaxşısını Peyğəmbər (s.a.s)-ə verməklə hədələməmiş tənbih üçün Nuhun və Lutun arvadının aqibətini ona misal çəkməmişdir.” (Məktub 78)

Haşiyədə şeytan bəzi Quran ayələrinə işarə edir.Onlar aşağıda şərhləri ilə birgə yazılacaqdır.Təhrim surəsindən.

4 .“Əgər ikiniz də Allaha tövbə etsəniz, yaxşı olar. Çünki hər ikinizin qəlbi günaha meyl etmişdir. Əgər ona qarşı bir-birinizə dəstək versəniz, bilin ki, Allah, Cəbrail və əməlisaleh möminlər onun dostu və yardımçısıdır. Bunlardan başqa mələklər də onun yardımçılarıdır.”

Təfsir:

“Uca Allahın bu sözləri iki şərəfli xanıma Aişə və Həfsəyə ünvanlanmışdı.Çünki,məhz onlar Peyğəmbər (s.a.s)-in ona sevimli olan bir şeyi tərk etməsi üçün and içməsinə səbəb olmuşdular.Allah onlara tövbə etməyi nəsihət etmiş və onları etdiklərinə görə qınamışdı.Allah buyurdu ki,onların qəlbləri günaha meyl etmişdi.Peyğəmbər zövcələri onunla hörmətlə davranmalı,istəklərini yerinə yetirməli və şıltaqlılıqları ilə onu bezdirməməli idilər.

“Əgər ona qarşı bir-birinizə dəstək versəniz, bilin ki, Allah, Cəbrail və əməlisaleh möminlər onun dostu və yardımçısıdır. Bunlardan başqa mələklər də onun yardımçılarıdır.”

Hətta,mələklər belə ona xidmət və yardım edirlər.Həqiqətən,belə yardımı olan insan mütləq öz düşmənlərinə qalib gələr və ona zərər vermək istəyən isə məğlub olar.Bundan əlavə,ayədə iki şərəfli xanıma ünvanlanmış açıq xəbərdarlıq öz əksini tapır.Ona görə də,Allah hər qadının həyatında xoş olmayan boşanma addımı ilə onları təhdid edir.”

5. “Bu, Allahın sizə nazil etdiyi əmridir. Kim Allahdan qorxarsa, Allah onun günahlarından keçər və onun mükafatını artırar.”

Təfsir:

“Ey Peyğəmbər zövcələri! Öyünməyin və bilin ki,əgər o sizinlə boşansa,qınanmayacaq və sizə ehtiyyac duymayacaqdır.O,sizin yerinizə Allahın ona göndərdiyi yeni qadınlar tapacaqdır ki,təqvə və gözəllik baxımından sizdən yaxşı olacaqlar.Bu icrası yerinə yetirilməyə zəruri olmayan xəbərdarlıq idi.Ona görə Peyğəmbər (s.a.s) zövcələri ilə boşanmadı.Əgər boşansaydı belə Allahın vəd etdikləri həyata keçəcəkdi və o daha dəyərli qadınlar ilə evlənəcəkdi.Onlar həyatda İslamın ehkamlarına,imanın əsaslarına əməl edən mömin qadınlar olacaqdılar.Onlar itaətkar,Allaha ibadətdə əzmli,ona xoş olmayan işlərdə isə tövbəkar olacaqdılar.Uca Allah bildirir ki,Peyğəmbər zövcələri Allahın əmr etdiklərini yerinə yetirməli və onun bəyənmədiyi bütün işlərdən çəkinməlidirlər.Onların arasında ərdə olmuş qadınlar və bakirə qızlar da ola bilərdi. Bu xəbərdarlığı eşidən Peyğəmbər zövcələri həmin an onun razılığını qazanmağa başladılar.Onlar ayədə keçən bütün müsbət xüsusiyyətlərə sahib oldular və mömin qadınlar arasında ən xeyirliləri oldular.” (“Sadi” Sitatın sonu)

Bu ayələrə müsəlmanın münasibəti necə olmalıdır? Möminlərin analarına istehza etmək və onlara zəlalətdə olan bidətçilər kimi tənə vurmaq? Əlbəttə xeyr. Bu müsəlmanın Allahın xəlq etdiyi ilk insan Adəm (ə) haqqında nazil etdiyi ayələrə bəslədiyi münasibət kimi olmalıdır.

Ta Ha surəsində Uca Allah buyurur:

121. “İkisi də ondan yedilər və ayıb yerləri özlərinə göründü. Onlar üstlərinə Cənnət ağaclarının yarpaqlarından örtməyə başladılar. Beləliklə, Adəm Rəbbinə asi olub səhv yol tutdu.”

Təfsir:

Onlar İblisə qulaq asdılar və haram olan ağacın meyvəsindən yedikdə,ayıb yerləri görsəndi.Onlar günah etdiklərini dərk etdilər.Bədənləri paltarla örtülü olsa da artıq hər şey əvvəlki kimi deyildi.Bundan sonra onlar ağacların yarpaqları ilə ayıb yerlərini örtməyə və böyük xəcalət keçirməyə başladılar.”

Müsəlman bu ayələri özündə sınayacaq və anlayacaqdır ki,heç kəs mükəmməl deyil.O,dərk edəcək ki,kamillik yalnız Allaha məxsusdur.

193) Rafizi yazır: “Tərbiyyə və ədəb baxımından (Aişə kimi) o yerə çatmayıb ki,Peyğəmbər (s.a.s) namaz qılarkən ayaqlarını onun qabağına uzatsın və səcdə yerindən Peyğəmbər onu zorla uzaqlaşdırandan sonra kənara çəkib, səcdədən qalxanda yenidən belə etsin.” (Məktub 78)

Allaha həmd olsun ki,bu məktubda rafizilərin möminlərin anasına qarşı olan bütün kin-küdurətləri çılpaqlılıqları ilə ortaya çıxmışdır.Bu nifrət onlara adi həyat hekayələrində belə nəsə pis bir şey görməyə vadar edir. Buxarinin “Səhih” kitabında olan hadisə belədir.

Aişə (r.a) deyir: “Adətən mən Peyğəmbər (s.a.s)-in önündə ayaqları qibləyə doğru yatardım.Səcdə zamanı o əli ilə mənə toxunardı və mən ayaqlarımı qaldırardım.Qalxdıqda isə yenidən uzadardım.”Aişə (r.a) əlavə edir: “O zaman evlərdə lampa yox idi.” (Zubəydi “Muxtəsər Səhih Buxari” №243. (382)

Mədinədə olan hər kəs Aişənin evini görmüşdür.Axı,məhz onun evində Peyğəmbər (s.a.s) dəfn olunub.Bu kiçik otaqdır.Heç də təəcüblü deyil ki,orada elə sıxlıq idi ki,ibadət edən şəxs digər insana toxuna bilərdi. Yalnız xəstə rafizi təfəkkürü bu hadisədə Aişənin əleyhinə dəlil görə bilər.Artıq nifrət onların dillərindədir. Lakin,qəlblərində olan kin daha çoxdur! Heç şübhə yoxdur ki,Aişə Ümm Sələmədən daha əfzəldir.Bunun çoxlu dəlilləri vardır.Peyğəmbər (s.a.s) üçün ən dəyərli insanın Aişə olması baradə Ümm Sələmənin öz şəxsi sözü kifayət edici dəlildir.”Peyğəmbər (s.a.s) xəstələnəndə məhz Aişənin evinə getməyi arzu etmişdi.” (Zubəydi “Muxtəsər Səhih Buxari” №146. (198)

“Məhz ona görə təyəmmüm baradə ayə nazil olmuşdu.”(həm.yer №216. (334)

“Məhz onu Allah Təala özü yeddi səmadan təmizə çıxartdı.” (həm.yer №1121. (2661)

“Məhz onu Cəbrayıl şəxsən özü salamlamışdır.” (həm.yer №1299. (3217)

194) Rafizi yazır: Buna görə də Aişənin “Peyğəmbər (s.a.s) sinəmə söykəndiyi halda dünyadan getdi” sözü,onun “Sudanlılar məsciddə döyüş vəsaitləri ilə,xəncər-qalxanla oyun nümayiş etdirirdilər.Peyğəmbər (s.a.s) mənə dedi: “Baxmaq istəyirsənmi? Dedim: “Bəli.” O,məni çiyninə aldı və mənim üzüm onun üzünə toxunurdu.Peyğəmbər (s.a.s) onları oyunu daha qızğın surətdə icra etməyə təhrik edirdi ki,mən ləzzət alım. Axırda mən yoruldum. Dedi: “Bəsdirmi?”Dedim: “Bəli.” Buyurdu: “Get daha” sözləri kimi həqiqətdir. Və ya “Peyğəmbər (s.a.s) mənim yanıma daxil olduqda iki kəniz yanımda mahnı oxuyurdu.O, getdi ki, istirahət etsin.Bu vaxt Əbu Bəkr daxil oldu və məni incidərək bu əməldən çəkindirmək üçün dedi: “Bu şeytan neyidir! Özü də Rəsulullahın hüzurunda?” Peyğəmbər (s.a.s) Əbu Bəkrə buyurdu: “Onlarla işin olmasın.” və yaxud “Mən Peyğəmbər (s.a.s) ilə qaçış müsabiqəsi keçirirdim ki,müsabiqəni uddum.Bir müddətdən sonra mən arıqlayanda yenə müsabiqə keçirdik.Bu dəfə o məni uddu və dedi: “Bu dəfəki,o dəfənin əvəzidir.” və yaxud da “Mən qızlarla oynayırdım və rəfiqələrim də bir-bir gəldikcə,bizə qoşulurdu.Peyğəmbər (s.a.s) özü də onları mənim evimə gətirərdi ki,birlikdə oynayaq.” (Məktub 78) “Səhih”Buxaridə olan hədis.

Aişə (r.a) dedi: “Bir dəfə Həbəşilər məsciddə oyun göstərərkən,mən gördüm ki,Peyğəmbər (s.a.s) evimin qapısında dayanmışdır və o libası ilə məni elə örtdü ki,onlara məndə baxa bilim.” Hədisin digər versiyasında isə “öz nizələri ilə oynayırdılar.” (Zubəydi “Muxtəsər Səhih Buxari” №278. (454)

Aişə (r.a) dedi: “Peyğəmbər (s.a.s) həbəşilərin nizə ilə oyunlarına baxan zaman məni libası ilə örtərdi ki,məndə baxa bilim.Ömər onları oradan uzaqlaşdırmaq istədikdə Peyğəmbər (s.a.s) ona dedi: “Onları burax.Çünki,Arfid oğulları mənim himayəmdədir.” (həm.yer №(988)

Aişə (r.a) dedi: “Bir dəfə Minada otağımda iki qız (qız uşağı) olan zaman Əbu Bəkr yanıma gəldi.Qızlar dəfdə ifa edirdilər.Bu zaman Peyğəmbər (s.a.s)-də yanımızda idi.Əbu Bəkr onlar ilə kəskin və qəzəbli danışdı.Rəsulullah (s.a.s) üzünü açaraq dedi: “Onlarla işin olmasın ey Əbu Bəkr!Axı bu günlər Minada bayram günləridir.” (həm.yer №509. (987)

Hüseyn qulu möminlərin anasını təhqir etmək üçün o qədər əzmlidir ki,bütün yollara əl atır! Bu çirkin rafizinin möminlərin anasına tən etmək üçün bizim mənbələrdən gətirdiyi bütün hədislərdə qəbahətli heç bir şey yoxdur.

195) Rafizi yazır: Həmçinin,Ümm Sələmə onun kimi (Aişə) Osmana qarşı hay-küy qaldırıb,onu hədələməsi,ona “nəsəl” (qoca köpək) adı qoymadı və “Nəsəli öldürün,o kafir olub” deməmişdi.” (Məktub 78)

Bu yalandır! Bu sözləri Aişə deməmişdi və Osmanı öldürməyə çağırmamışdı.O,Osmanın qatillərini lənətləmişdir. İmam Əhməd Muhəmməd ibnul Hənəfiyyədən nəql edir ki,Əliyə dedilər: “Aişə Osmanın qatillərini lənətləyir.” Əli əllərini üzünə qədər yuxarı qaldırdı və dedi: “Mən də Osmanın qatillərini lənətləyirəm.Onlara çöllərdə və dağlarda Allahın lənəti olsun.” və bu sözləri iki və ya üç dəfə təkrar etdi.” (“Fədailus səhabə” 1/№733)

Nueym ibn Həmmad “Fitən” (№448)-də bu sözləri ibn Hənəfiyyədən və ibn Abbasdan nəql edir. “Nəsəli öldürün” sözünə gəlincə,bu sözləri şiə fikirli bidətçi mötəzili olan ibn Əbil Hədid nəql etmişdir.Bu sözlər həmçinin,”Lisanul ərəb”,ibn Əbdurabihin ”İqd əl fərid” kitabında da nəql olunmuşdur.Bu sözlərin isnadı ilə nəql edildiyi yeganə mənbə Təbərinin tarix kitabıdır.Ondan sonra gələnlər bu sözləri sadəcə bu kitabdan əxz etmişlər.Təbəridə olan xəbərin isnadı belədir: Hüseyn ibn Nəsr – Nəsr ibn Muzahim – Seyf ibn Ömər – Muhəmməd ibn Nuveyrat,Təlha ibn Ələm Hənəfi – Amr ibn Sədd – ƏSədd ibn Abdullah.

Ravi silsiləsi bərbaddır. Hüseyn ibn Nəsr haqqında rical kitablarında məlumat yoxdur. Nəsr ibn Muzahim məşhur yalançıdır.Ukeyli onun haqqında dedi: “Şiədir və onun nəqllərində çoxlu dolaşıq və səhvlər vardır.” Əbu Heysəmə onu yalançı adlandırmışdır.Əbu Hatim onu mətruk adlandırmışdır.Dəraqutni dedi: “zəifdir.” (“Mizanul itidal” 4/253/№9046)

Seyf ibn Ömər də olduqca zəif ravidir.Əbu Davud dedi: “heçnədir”,Əbu Hatim: “mətrukdur” (həm.yer 2/255/№3637)

196) Nuhun və Lutun zövcələri misalına gəlincə.Allah Təhrim surəsində buyurur: “10. Allah kafirlərə Nuhun arvadı ilə Lutun arvadını misal çəkdi. Onlar Bizim əməlisaleh qullarımızdan iki qulun nikahı altında idilər. Onlar ərlərinə xəyanət etdilər və bunlar onları Allahdan heç cür xilas edə bilmədilər. Onlara: "Girənlərlə birgə ikiniz də oda girin!"– deyildi.”

Əbdurrahmən Saadi təfsirində yazır: “Ayədə keçən xəyanət kəlməsi ərlərinə deyil,imandan üz döndərmək mənasında itifadə olunmuşdur.Allah elçilərinin zövcələri ərlərinə heç vaxt xəyanət etməmişlər.Çünki,Allah belə əməldən onları hifz etmişdir.Bununla belə nə Nuh,nədə Lut zövcələrini Allahın əzabından xilas edə bilmədilər. Uca Allah həmçinin buyurur: “11. Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi. O zaman o: "Ey Rəbbim! Mənə Öz yanında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən xilas et. Məni zalım adamlardan qurtar!"– demişdi.”

Əbdurrahmən Saadi təfsirində yazır: “Söhbət Muzahimin qızı olan Asiyadan gedir.Allah onu səbirli və mömin qadın kimi vəsf etmişdir.O,hər bir möminin arzu edəcəyi məqamı Allahdan diləyirdi.O,cənnət bağlarında Rəbbinə qovuşmağı arzulayırdı.Həmçinin,Fironun zülmündən və günahkar insanların əməllərindən Allaha sığınırdı.Allah Təala onun dualarına icabət etdi.Beləcə o ömrünün sonuna qədər möhkəm imana sahib oldu,çətinliklərə tab gətirdi və ağır imtahanlardan uğurla keçdi.Ona görə də Muhəmməd (s.a.s) buyurdu: “Bir çox kişilər kamilliyə yetişmişlər.Amma,qadınlarda isə bu dörd nəfərə müyəssər olmuşdur: İmran qızı Məryəm,Muzəhim qızı Asiya,Huveylid qızı Xədicə.Aişənin isə digər qadınlara olan üstünlüyü səridin digər təamlara üstünlüyü kimidir.”

197) Rafizi yazır: “Aişə deyir: “Məndə yeddi xislət var ki, İmranın qızı Məryəmdən başqa heç kimdə yoxdur.O yeddi xislət bunlardır: “Mələk mənim şəklimdə nazil olub; Peyğəmbər (s.a.s) mənimlə bakirəliyimdə evlənib və onun məndən başqa ər görməmiş arvadı olmayıb; Rəsulullaha vəhy nazil olanda biz yorğan altında idik; mən zövcələrinin ən sevimlisi idim; Cəbrayılı görmüşəm ki, onu məndən başqa Peyğəmbər (s.a.s)-in zövcələrindən heç biri görməyib; mənim evimdə ruhunu tapşırıb; məndən və mələkdən başqa heç kəs ona xəstəliyində qulluq etməyib.” (Məktub 78)

Rəvayyəti Təbərani “əl Kəbir”(c.23, №77) və ibn Əbu Şeybə “Musənnəf” (№32278)-də nəql etmişdir. Əvvəla,rafizi burada bəzi ixtisarlar etmişdir. “İmranın qızı Məryəmdən başqa“Allaha and olsun ki,mən bununla öyünmürəm.”

Şeyx Əbu Məryəm qeyd etdiyi kimi rəvayyətin sənədi zəifdir.İsnadda Əbdurrahmən ibn Əbu Dəhhaq mövcuddur ki,o məchuldur.Onun ravi kimi nə dərəcədə mötəbər olması baradə məlumat yoxdur. Lakin, hədisdə nəql olunan fəzilətlər doğrudur.O,həqiqətən Peyğəmbər (s.a.s)-in ən sevimli zövcəsi idi.O,həqiqətən Peyğəmbər (s.a.s)-in zövcələri arasında yeganə bakirə olan qız idi.Bütün digər qadınlar isə dul və ya boşanmış qadınlar idi.Rəsulullah (s.a.s) həqiqətən onun evində vəfat etmişdi və onların yatağında ayələr nazil olmuşdu.

Peyğəmbər (s.a.s) buyurdu: “Məni Aşiə baradə olan sözlərinizlə yormayın, incitməyin. Həqiqətən,onun yatağından başqa heç bir zövcənin yatağında mənə ayələr nazil olmamışdı.” (“Muxtəsər səhih Buxari” №1102. (2581)



198) Rafizi yazır: “Ümm Sələmə Allahın evdə oturmağı əmr etdiyi evdən çıxıb,Əsqər adlı dəvəyə minməmişdi ki,çölləri gəzsin.” (Məktub 78)

Bu sözlərlə şeytan Aişənin Bəsrəyə gedişinə işarət edir.O,müharibə üçün deyil,müsəlmanlar arasında barışıq yaratmaq üçün ora yollanmışdı.Evdə oturmaq əmri isə həcc,ümrə və müsəlmanların arasını düzəltmək kimi faydalı işləri icra etməyə zidd deyildir.Səfəri zamanı onu məhrəmi olan Abdullah ibn Zubeyr müşayiət edirdi. Bu mövzu baradə yuxarıda bəhs edilmişdi.Lakin,bəzi əlavə məlumatlar vermək də faydalı olardı.



Aydın Əlizadə “Müsəlman dövlətlərinin tarixi”kitabında yazır: “Bənzər hadisə Məkkədə də mövcud idi.Həcc edən Mədinəlilər Osmanın qətli xəbərini eşitdikdə paytaxta qayıtmağı deyil,Bəsrəyə yollanmağı qərara aldılar.Onlara bir çox Məkkəlilər və Aişə də qoşuldu.700 nəfərdən ibarət olan karvan Məkkədən Bəsrəyə doğru yola çıxdı.Yolda onlara bir sıra qəbilələrdən də qoşulanlar oldu və onların sayı 3000-ə çatdı. Bu arada, Əli Suriyanı güc hesabına özünə tabe etməyi qərara aldı.Bunun üçün o xalqa könüllü olaraq, orduya qatılması üçün müraciət etdi.Fəqət,bu çağırış özünü çox da doğrultmadı və xəlifə xalqı buna məcbur etmədi.Eyni zamanda xəlifə Misir,Kufə və Bəsrə valilərinə yürüşdə ona dəstək vermələrini əmr etdi.O,Osmanı şəhid edən üsyançılardan dəstək istəmədi.Halbuki,onlar güclü və ona yardım edəcək imkanda idilər.Bu ondan xəbər verir ki,Əli üsyançılar ilə əlaqə saxlamır və onlarla heç nədə şərik olmaq istəmirdi.Məhz,bu ərəfədə o Məkkədən karvanın yola çıxdığı xəbərini eşitdi.O,təcili olaraq ordusu ilə birgə Bəsrəyə yollandı ki,Məkkəliləri və onlara qatılan qəbilələri qabaqlasın,amma gecikdi.Bu ərəfədə Bəsrədə çətin vəziyyət yaranmışdı.Abdullah ibn Əmirin çıxardılıb,yerinə Osman ibn Huneyfin təyin edilməsinə baxmayaraq, heç də bütün qüvvələr yeni höküməti qəbul etmirdi.Bir qisim Osmanın qatillərinin cəzalandırılmasını tələb edərkən,digər qisim insanlar isə təhlükəsizlikləri üçün xəlifəyə etiraz etməməyi qərara aldılar.Vəziyyət Məkkə karvanı Bəsrəyə yaxınlaşdıqda və keçmiş vali Abdullahın onlara qoşulmasından sonra daha da gərginləşdi.Bunu görən yeni vali Osman ibn Huneyf Məkkə karvanının şəhərə daxil olmasına mane olmağa çalışdı.Tərəflər Mirbəd məntəqəsində mövqe tutdular.Osman ibn Huneyf tədricən tərəfdarlarını itirirdi.O,Osmanın qətlində əlbir olanlar tərəfindən əsir edildi və şəhərdən qovuldu.Qisas alınacağından ehtiyyat edən üsyançılar şəhərdə stabil vəziyyətin yaranmasında maraqlı deyildilər və nəticədə Məkkədən gələnlər Aişə,Təlhə,Zubeyr deyil,yolda onlara qoşulan bədəvilər Bəsrədə vəziyyətə hakim oldular.Onlar təcili olaraq,Osmana qiyam edənləri cəzalandırmağa başladılar və onların əksəriyyətini öldürdülər.Bundan əlavə Xilafətin bütün digər bölgələrinə də bu nümunəyə qoşulub,Osmana qiyam edənləri cəzalandırmaq çağrışları edildi. Belə hal təbii ki,mövcud vəziyyəti daha da gərginləşdirirdi.Öldürülənlərin böyük ərəb ailələrinə mənsub olan nümayəndələri elə güman etdilər ki,bu işləri xəlifə Əli təşkil etmişdir və ona qarşı çıxdılar.Halbuki,xəlifə ilk başdan hadisələrin belə gedişatından ehtiyyat edirdi. Bundan sonra Əli Aişə,Təlhə və Zubeyrə öz elçisini göndərdi.O,onlardan xalqı özbaşınalığa son qoymağı tələb etməyə çağırdı və xilafətin sabitliyi və əmin-amanlıq üçün birliyin zəruri olmasını bildirdi.Yalnız bundan sonra Osmanın qatillərinin hüquqi hökmünü çıxartmaq olardı.Aişə,Təlhə və Zubeyr Bəsrəyə yaxınlaşan və Zi-kar məntəqəsində mövqe tutan Əlinin bütün şərtləri ilə razılaşdılar.Əlinin yanına yerli əhalinin nümayəndələri sülh dəvəti ilə gəlməyə başladılar.Xəlifə onlara bəyan etdi ki,onun ordusunda üsyançılardan heç kəs yoxdur.Onda Bəsrəlilər şəxsən onu şəhərə dəvət etdilər.Osmana qarşı üsyanda iştirak edənlər başa düşdülər ki,əgər Əli ilə Aişə,Təlhə,Zubeyr razılığa gəlsələr,onları tezliklə mühakimə edəcəklər.Ona görə də onlar buna mane olmağa və hər iki dəstənin arasını vurmağa çalışdılar və buna nail oldular.Hər şey ondan başladı ki,onlar adi kiçik məişət konflikti yaratdılar.Tədricən münaqişəyə əlavə adamlar qoşulmağa başladı və dava qızışdı.Xəlifə Əli qanlı toqquşmanın qarşısını almaq üçün hər şey etdi.Lakin,artıq vəziyyəti nəzarətdə saxlamaq mümkün deyildi.Bu gərgin anlarda Əli Təlhə və Zubeyrlə görüşməyə imkan tapdı.Sonuncular vəziyyətin çıxılmazlığını anlayıb,oranı tərk etməyə çalışdılar.Zubeyr yolda ibn Cürmuz tərəfindən xaincəsinə qətlə yetirildi.Təlhə isə ağır yaralanmışdı və tezliklə vəfat etdi.Aişə də təhlükədə idi.Lakin,onu müdafiə etdilər və Əli sonra onu təhlükəsiz yerə, yurduna yola saldı.” (sitatın sonu)

199) Rafizi yazır: Cavab veririk ki,dediyiniz Allah Peyğəmbər (s.a.s)-in “Mənim ümmətim xəta üzərinə bir yerə toplaşmaz;zəlalət və nahaqdan toplanmazlar” – kəlamlarından yalnız bu məna çıxır ki,hər bir iş ümmətim məşvərət ilə ediləndə,nəhayət hamı onu təsdiq edəndə xəta etməzlər və haqqı tapdamazlar.Bu məna Peyğəmbər (s.a.s)-in sünnəsindən də başa düşülür.Amma, ümmətin neçə nəfərinin şəxsi fikrinə əsasən, bir işin həyata keçməsi üçün ümmətin nüfuzlu,başa düşən və iş bilən adamlarını o işə məcbur etmələri,heç də onun düzgün və qanuni olduğuna dəlalət etməyəcəkdir.” (Məktub 80)

Onu ümmətin bir neçə fərdi seçmişdir iddiası yalandır.Ayətullah Muhəmməd Hüseyn Təbətabai yazır: “Birinci Xəlifə əksəriyyət səhabələrin rəyi ilə xəlifə seçildi. (“İslam və Şiəlik”səh 66,2005-ci il,Xuda nəş)

Xatib Bağdadi yazır: “Mühacir və ənsarlar yekdilliklə Əbu Bəkr (r.a)-ı xəlifə seçdilər.Onlar ona “Rəsulullahın Xəlifəsi” deyirdilər.Peyğəmbər (s.a.s) vəfat etdikdə 30 000 müsəlman var idi və onları hər biri Əbu Bəkrə Ey “Rəsulullahın Xəlifəsi” deyirdilər.”(“Tarix Bağdadi” c.10,səh 130-131)

Əbdul Məlik əl Cuvəyni yazır: “Əbu Bəkr (r.a)-in xəlifəliyi səhabələrin icması ilə sabitdir və onlardan hər biri onun rəhbərliyinə tabe olub,göstərişlərini yerinə yetirirdi...Rafizilərin iradına gəldikdə isə guya Əli beyət etməyə razı olmayıb və s.bunlar hamısı yalandır.”(“İrşad” səh 361)

İmam Şafi dedi: “Ümmət Əbu Bəkrin xilafətində həmrəy idi.” (“Səvaiq əl muhriqa”səh 54)

Həmçinin,Sədd ibn Ubadənin Əbu Bəkrə beyət etməyi rədd etməsini söyləmək də yanlış olardı. İmam Əhməd öz müsnədində Humeyd İbn Əbdurrahmandan rəvayyət etmişdir: “Əbu Bəkr orada çıxış etdi və ənsarlar haqda deyilən bütün özəllikləri və üstünlükləri qeyd edərək buyurdu: "Siz hamınız bilirsiniz ki, Peyğəmbər (s.a.s) buyurmuşdur: “İnsanlar bir yolla,ənsarlar isə digər yolla getsələr,mən ənsarların getdikləri yolla gedərəm!" Ey Sədd! Sən də bilirsən ki,sən oturarkən Peyğəmbər (s.a.s) buyurmuşdu: "Qureyşilər bu işin rəhbərləridirlər.İnsanların ən yaxşıları onların (Qureyşilərin) yaxşılarına,pisləri də onların pislərinə tabedir" Bu vaxt Sədd dedi: “Sən doğru buyurursan! Siz rəhbərlər biz isə vəzirlərik" (“Müsnəd”c.1, 18)

Şeyx Osman Xəmis yazır: “Bu rəvayyəti İmam Əhməd Müsnəd kitabında Humeyd İbn Əbdurrəhman İbn Aufun rəvayyətindən səhih mürsəl isnadla rəvayyət etmişdir.Bu rəvayyət mürsəl olsa da,Əbu Mixnəf kimi yalançıların rəvayyətindən daha yaxşıdır.” (“Tarixdən” səh 31)

İbn Hacər əl Heytəmi yazır: “Bizim qeyd etdiyimiz açıqlamalardan da göründüyü kimi səhabələr yekdilliklə Əbu Bəkrin xilafətinə razı idilər.Sədd ibn Ubadənin beyəti rədd etməsi iddiası batildir.” (“Səvaiq əl muhriqa”səh 53)

Şiə alimi Seyyid Cəfər Şəhidinin Arif Əliyev tərəfindən Azəri dilinə tərcümə olunmuş “İslam tarixi və təhlillər” kitabında müəllif səh 85-də yazır: “Bəzi tarixçilərin yazdığına görə Əli (r.a) Peyğəmbər (s.a.s)-in vəfatından 6 ay sonra,yəni Fatimə (r.a)-ın vəfatına qədər Əbu Bəkrə beyət etmədi.Lakin,bu deyilənlər heç də həqiqətə yaxın deyil.Birincisi,Fatimə (r.a) 6 aydan tez bir müddətdə vəfat etmiş,ikincisi Əli (r.a) ümmət arasına düşə biləcək təfriqədən ehtiyyat edərək beyəti gecikdirməmişdir.”

Aişənin “Əli Əbu Bəkrə 6 ay ərzində beyət etmədi”sözünə gəlincə,O bildiyi məqamları söyləmişdir. O,Əlinin Əbu Bəkrə ilk günlərdə beyət etdiyindən xəbərsiz olmuşdur.Bunu nəql edən səhabələr Aişənin xəbərsiz olduğu məsələdən xəbərdar olmuşlar. Əbu Səid əl Xudri deyir ki,Peyğəmbər (s.a.s) vəfat etdikdən sonra camaat Sədd ibn Ubadənin evində toplaşdı.Onların arasında Əbu Bəkr və Ömər də var idi.Ənsarlardan bir nəfər dedi: “Bildiyiniz kimi biz Peyğəmbər (s.a.s)-in ənsarları (köməkçiləri) olmuşuq. İndi isə onun xəlifəsinin ənsarları olacayıq. Rəvayyətçi deyir ki,bu zaman Ömər ibn Xəttab qalxıb dedi: “Sizin adamınız doğru danışır.Əgər siz bundan başqa bir söz desəydiniz biz sizinlə beyət etməzdik.” Sonra Ömər, Əbu Bəkrin əlini tutub dedi: “Sizin admınız budur, ona beyət edin”, deyib özü beyət etdi, ardınca isə Mühacir və Ənsarlar beyət etdilər. Rəvayyətçi deyir: “Əbu Bəkr minbərə çıxıb camaata nəzər yetirdi və onların arasında Zubeyrin olmadığını görüb,onu çağırtdırdı və dedi: “Ey Peyğəmbər (s.a.s)-in bibisi oğlu,müsəlmanların vəhdətini pozmaq istəyirsənmi?”Zubeyr: “Ey Peyğəmbər (s.a.s)-in xəlifəsi,heç şübhən olmasın,” deyib, beyət etdi.Sonra yenə də camaata nəzər yetirdi və Əlinin orada olmadığını görüb,onu da çağırtdırdı və dedi: “Ey Peyğəmbər (s.a.s)-in əmisi oğlu və kürəkəni, müsəlmanların vəhdətini pozmaq istəyirsənmi?” Əli: “Ey Peyğəmbər (s.a.s)-in xəlifəsi, heç şübhən olmasın, deyib, beyət etdi” (Beyhəqi “Sünən əl kubra”№16979; Hakim “Müstədrək” №4457)

Hakim qeyd edir ki,hədis hər iki şeyxin şərtlərinə görə səhihdir.Hədisi həmçinin, Hafiz İbn Kəsir “əl Bidayə vən Nihayə” adlı kitabında (c.6,səh 306) nəql etmiş və isnadın səhih olduğunu qeyd etmişdir. İbn Hacər əl Heytəmi yazır: “Əli və Abbas xilafət məsələsində Əbu Bəkrə mübahisə etmədən beyət etdilər.” (“Səvaiq əl muhriqa”səh 54)

Musa ibn Uqbə deyir: “Əli və Zubeyrin yeganə iradları o idi ki,onlar Səqifə şurasında iştirak etməmişdilər. Onların hər ikisi də Əbu Bəkrin bu işə daha layiqli namizəd olduğunu qəbul edirdilər.”(Əbul Alə Məvdui “Rəsail və məsail” 1/73)

İbn Əbdulbərr nəql edir ki,Əli demişdir: “Biz Əbu Bəkrin bu işə daha layiq olduğunu hesab edirik.” (həm.yer.1/74)

İbn Cərir Təbəri öz sənədi ilə Səid ibn Zeyddən nəql edir: “Əli evində idi.Ona dedilər ki,Əbu Bəkr insanlardan beyət qəbul edir.O,bunu eşidən kimi əynində olan uzun köynək ilə tələsik bayıra çıxdı və beyətə gecikməmək üçün hətta paltarını belə tam geyinmədi.Beyət etdikdən sonra isə o paltarının evdən gətirilməsini istədi və məclisdə qalıb,iştirak etdi.” (Məvdudi “Rəsail və məsail” 1/72)



Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin