68) Musəvi yazır: “İkinci qardaşlıq peymanı” haqqında Təbəraninin “Kəbir” kitabında İbn Abbasdan söylədiyi hədis sənə kifayət edər. Orada deyilir ki, Peyğəmbər (s.a.s) Əliyə buyurdu: “Mən mühacirlər və ənsar arasında qardaşlıq bərqərar edəndə, səni heç kəs ilə qardaş etmədiyim üçün mənə hirsləndinmi? Razı deyilsənmi mənə Harunun Musaya olan nisbəti kimi olasan, bu fərq ilə ki, məndən sonra peyğəmbər olmayacaqdır.” (Məktub 32)
“mənə hirsləndinmi” ifadəsi ərəbcə olan mətndədir.Halbuki,tərmüməçi bunu “məndən narahatmı oldun” kimi tərcümə etmişdi.Sadəcə olaraq,bir şiə üçün Əlinin Peyğəmbər (s.a.s)-ə qəzəblənməsini söyləmək qəbul edilməzdir. Hədisə gəldikdə,Şeyx Albani bu rəvayyəti “Silsilə əhadis əd daifə” (4936)-də uydurma adlandırmışdır.Təbərani bu rəvayyəti “əl Ausat” (№7894) və “əl Kəbir” (№11092) kitablarında nəql etmişdir.əl Heysəmi “Məcməu zəvaid” (9/114)-də yazır: “Sənəddə yalançı ravi olan Həmmad ibn Adəm əl Mərvəzi vardır.”
69) Musəvi yazır: “Əlinin qapısından başqa məscidə açılan bütün qapıların bağlanması haqqındakı hədisləri misal göstərmək olar. Bu haqda Cabir ibn Abdullahın hədisi kifayətdir. O, deyir: Peyğəmbər (s.a.s) buyurdu: “Ey Əli, mənə məsciddə halal olan şey sənə də halaldır. Sənin mənə nisbətin Harunun Musaya olduğu kimidir, bu fərq ilə ki, məndən sonra peyğəmbər yoxdur.”(Məktub 32)
Haşiyədə yazır: “Yənabiul-Məvəddə” kitabının 9-cu babının sonunda Əxtəb Xarəzminin “Fəzaili-Əhli-beyt” kitabında nəql olunmuşdur.”
Şiələrin məşhur alimi Ağa Bəzrək ət Tehrani “əz Zəriyyə” (25/290)-də “Yənabiul-Məvəddə” kitabının müəllifi Süleyman ibn Qunduz əl Hənəfi haqqında yazır: “Müəllifin şiəliyi məlum olmasa da,o qnostik idi və bu kitab şiələrin kitablarından sayılır.” Şeyx Albani bu rəvayyəti “Silsilə əhadis əd daifə” (4937)-də olduqca qeyri məqbul adlandırmışdır.Ravi silsiləsində Haram ibn Osman vardır və həmçinin,qeyd etmişdir ki, “Yənabiul - Məvəddə” şiələrin kitablarındandır.
“Ey Əli, mənə məsciddə halal olan şey sənə də halaldır.” ifadəsi sünnə kitablarında vardır.Bu Haram ibn Osmanın,ibn Cabir və Cabirin yolu ilə varid olmuşdur.Haram ibn Osman haqqında Malik və ibn Muin deyir: “o siqa deyil”,Şafii dedi: “Haramdan nəql etmək haramdır.” İbn Hibban dedi: “Şiəlikdə ifratcıl idi və ravilər silsiləsi uyduraraq yarımçıq rəvayyətlər uydurardı.” (“Mizanul itidal” 1/468/№1766)
Oxşar rəvayyəti Əbu Bəkr ibn Mərdaveyh də nəql etmişdir.İbn Cəuzi “əl Məvdua”(1/367/№15)-də bu rəvayyəti həmin isnadla nəql etmiş və qeyd etmişdir ki,bu doğru deyil.İbn Mərdaveyhin sənədində ki,problem bu isnaddır: Kəsir ən Nəuv – Atiyyə Aufi – Əbu Səid əl Xudri.Atiyyə və onun Əbu Səiddən nəql etdiyi hədislər haqqında yuxarıda bəhs etdik. Kəsir ən Nəuv həmçinin zəif ravi olmuşdur.”Onu Nəsai və Razi zəif adlandırmışdır.” (“Məvdua” 1/368)
Bu rəvayyət Bəzzar tərəfindən “Müsnəd”-də aşağıdakı sənədlə nəql olunmuşdur: İsmail ibn Əbu Uveys – atasından – Əbul Həsən ibn Zeyd – Həricə ibn Sad – atasından.Əbu Uveys siqa ravi idi,amma səhvlər edərdi. İbn Ziyad da belə idi.Həricə və onun atası məchuldur.İbn Əbu Vəqqasın Həricə adlı oğlu olmamışdır.
Buna bənzər rəvayyəti İmam Tirmizi “Sünən” (№3727)-də aşağıdakı isnadla nəql etmişdir: Əli ibn Munzir – Muhəmməd ibn Fudeyl – Səlim ibn Əbu Həfs – Atiyyə - Əbu Səid.Ravilər silsiləsi bütünlüklə demək olar ki,şiələrdən ibarətdir. Atiyyə - Əbu Səid silsiləsindən bəhs etmişdik.Digər problem isə Səlimdir.Bu ibn Əbu Həfs əl İcli əl Kufi adlı ravidir.Bu ravi Fələsiyə görə zəif,Nəsaiyə görə dürüst deyildi.” (“Mizanul itidal” 2/110/№3046)
70) Rafizi 34-cü məktubda yazır: “Məgər Əlinin övladlarının adının Harunun övladlarının adı ilə eyni olduğunu görmürsən? Onları Həsən,Hüseyn və Möhsün adlandırdı. Bu adlar Harunun övladlarının adlarına – Şübbər, Şübeyr və Muşbir adlarına bənzəyir.Bu adlar ilə Peyğəmbər (s.a.s) Əli ilə Harunun oxşarlıqlarını bildirmək istəmişdir.”
Əli ilə Harunun müqayisə olunması onun Peyğəmbər (s.a.s)-ə varis olmasına dəlil sayıla bilməz.Əgər Peyğəmbər (s.a.s) Əlini Yuşə ibn Nun ilə bənzətsəydi bu dəlil sayıla bilərdi.Çünki,məhz Yuşə Musa (ə)-ya varis oldu.Harun (ə) isə ondan öncə vəfat etmişdi.Əli harada oğullarının adlarını Harunun övladlarının adları ilə müqayisə etmişdir?
Əbdulhüseyn yazır: “Siz “Müstədrək”in 3-cü cildinin 165-168-ci səhifələrinə müraciət etsən, bu məzmunda doğru hədis görəcəksiniz ki, Buxari və Müslimin şərtlərinə görə düzgündür.”
İki şeyxin rəvayyəti səhih saymaları ilə iki şeyxin şərtlərinə görə səhihdir ifadəsi arasında böyük fərq vardır. Əbdulhüseyn “bu rəvayyət iki şeyxin şərtlərinə görə səhihdir”deməklə yalan demişdir.Hakim yazır: “Bu rəvayyət səhih sənədə sahibdir.Lakin,onlar bunu nəql etməmişlər.” O,demədi ki,bu rəvayyət iki şeyxin şərtlərinə görə səhihdir.Rəvayyətə baxaq. “Müstədrək” (3/165):
(اخبرنا) أبو العباس محمد بن احمد المحبوبى بمرو ثنا سعيد بن مسعود ثنا عبيدالله بن موسى انا اسرائيل عن ابي اسحاق عن هانئ بن هانئ عن علي بن ابي طالب رضى الله عنه قال لما ولدت فاطمة الحسن جاء النبي صلى الله عليه وآله وسلم فقال ارونى ابني ما سميتموه قال قلت سميته حربا قال بل هو حسن فلما ولدت الحسين جاء رسول الله صلى الله عليه وآله فقال اروني ابني ما سميتموه قال قلت سميته حربا فقال بل هو حسين ثم لما ولدت الثالث جاء رسول الله صلى الله عليه وآله قال اروني ابني ما سميتموه قلت سميته حربا قال بل هو محسن ثم قال انما سميتهم باسم ولد هارون شبر وشبير ومشبر
Rəvayyətdə deyilir ki,hər dəfə Əli ilə Fatimənin övladı olduqda onlar ona Hərb adı qoymaq istəyirdilər. Lakin,Peyğəmbər (s.a.s) ona başqa ad qoyardı.Birinci övladlarını Həsən,ikincisini Hüseyn,sonuncusunu isə Muhsin adlandırdı və Peyğəmbər (s.a.s) buyurdu: “Mən onları Harunun övladlarının adları ilə adlandırdım: Şibr,Şubeyr və Muşbir.”
Bu rəvayyətin sənədini bir neçə qüsur zəiflədir.1) İsrail bu rəvayyəti Əbu İshaqdan nəql etmişdir.İmam Əhməd qeyd etmişdir ki,İsrailin Əbu İshaqdan etdiyi nəqllərdə zəiflik vardır.Beləki,o bunları Əbu İshaqdan onun ölümünə yaxın zamanlarda eşitmişdir.” (“Təhzib əl kəmal” 2/№402)
Məlumdur ki,Əbu İshaqın ömrünün sonunda hafizəsi pozuldu və o səhvlər edərdi. Əbu İshaqın tədlisi.Beləki,o bu rəvayyəti birbaşa özünün eşidib-eşitmədiyini bildirməmişdir.Hani ibn Haninin məchul olması. Ubeydullah ibn Musa əl Kufi isə şiə olan düzgün və ədalətli ravidir.
İsrail – Əbu İshaqdan – Hani ibn Hanidən silsiləsi “Müsnəd”-də olan hər iki rəvayyətin tərkib hissəsidir. Hakim (səh 168) bənzər rəvayyəti aşağıdakı isnadla nəql etmişdir: Cəfər ibn Aundan – Yunus ibn Əbu İshaqdan – Əbu İshaqdan – Hani ibn Hanidən – Əlidən. Yunusda zəiflik vardır.
İbn Kəsirin nəql etdiyi bu rəvayyətin başqa isnadı da vardır.Sənəd belədir: əl Əmaş – Səlim ibn Əbu Caddan – Əlidən.Sənəddə qopuqluq vardır.Çünki,Əbu Hatimin “Mərasil” (səh 80, №126/№289)-də qeyd etdiyi kimi Səlim Əli ilə görüşməmişdir.əl Əmaşın bu rəvayyətdə etdiyi tədlis də digər böyük qüsurlardandır. Onu da qeyd etmək lazımdır ki,sənəddə olan heç bir ravi yalanda ittiham olunmamışdır. Bu rəvayyəti Zəhəbi “Təlxis”-də qəbul etdiyi kimi məqbul hesab etmək olar.Bu rəvayyətdə rafizilərin Ömər ibn Xəttaba atdıqları çirkin böhtana cavab vardır.Onlar iddia edirlər ki,Peyğəmbər (s.a.s)-in vəfatından sonra Ömər Fatiməni qapı arasında sıxaraq hamilə olduğu körpəsi Muhsini öldürmüşdü.Lakin,burada deyilir ki,Muhsin Peyğəmbər (s.a.s)-in sağlığında həyata göz açmışdır.Beləcə, biz növbəti dəfə rafizilərin ziddiyyətli dəlillərinin şahidi olmuş oluruq.
71) Musəvi yazır: “Halbuki, deyildiyi kimi, Peyğəmbər (s.a.s) əshabələri arasında iki dəfə qardaşlıq peymanı bağladı. Birinci dəfə Əbu Bəkrlə Ömər və Osmanla Əbdurrəhman ibn Auf qardaş idilər. Amma, ikinci dəfə Əbu Bəkrlə Xaric ibn Zeyd və Ömərlə Ətban ibn Malik qardaş oldular.” (Məktub 34)
Rafizinin bu sözü də həqiqətə uyğun deyil.Buxari “Səhih” (№ 933)-də nəql etmişdir Əbdurrahmən ibn Auf Sədd ibn Rabi arasında qardaşlıq qurulmuşdu.İbn Hişam nəql edir: “Əbu Bəkr əs Siddiq “Xəzrəcdən olan Xaric ibn Zeyd ibn Əbu Zuheyr ilə qardaş olmuşdu.Ömər ibn Xəttab isə yenə Xəzrəcdən olan Utbə ibn Malik ilə qardaş elan edildi.”
İkinci qardaşlıq baradə səhih məlumat yoxdur.Mubarəkfuri Peyğəmbər (s.a.s) haqqında olan kitabında yazır: “Nəql olunur ki,ikinci dəfə yalnız mühacirlər bir-birilə qardaş edildilər.Lakin,dəqiq bilinən birinci qardaşlıqdır.Çünki,mühacirlər onsuzda həmyerli,qohum və dində qardaş idilər. Onların əlavə olaraq öz aralarında qardaşlıq qurmalarına ehtiyyac yox idi.” (“Peyğəmbər həyatı” səh 223)
72) Əbdulhüseyn yazır: “Peyğəmbər (s.a.s) Əliyə dedi: “Sən mənim bu dünya və axirətdə qardaşımsan.”
Haşiyədə yazır: “Hakim “Müstədrək”in 3-cü cildinin 14-cü səhifəsində iki doğru yolla Buxari və Müslimin şərtlərinə əsasən İbn Ömərdən nəql etmişdir və Zəhəbi “Təlxis”də onu doğru və qəti hesab etmişdir. Tirmizi bunu İbn Hacərin “Səvaiqul-Muhriqə”nin 72-ci səhifəsində yazdığına əsasən nəql etmişdir.“Uxuvvət” (qardaşlıq) hədisini “sirə” və “əxbar”da nəql edənlər bu hadisəni yəqinliklə nəql etmişlər.” (Məktub 34)
Peyğəmbər (s.a.s)-in Əli ilə qardaş elan edilməsi rəvayyətlərinin hamısı zəifdir.Bu rəvayyəti şeyx Albani “Silsilə əhadis əd daifə” (1425)-də zəif adlandırmışdır.Hafiz əl İraqi dedi: “Əli (r.a) ilə qardaşlıq haqqında varid olan bütün xəbərlər zəifdir.” (“Əsna mətallib” №892)
“Müstədrək”-də olan birinci rəvayyət “Hakim ibn Cubeyr – Cami ibn Umeyradan” ravi silsiləsi ilə varid olmuşdur. Cami ibn Umeyr tərk olunmuş (mətruk) ravidir.İbn Hibban dedi: “Rəvayyətlər uyduran rafizi idi” İbn Numeyr dedi: “O ən yalançı insanlardan biridir” və onu İmam Buxari sual altında qoymuşdur.” (“Mizanul itidal” 1/421/№1552)
“Müstədrək”-də olan ikinci rəvayyət də Cami ibn Umeyr yolu ilə varid olur.Lakin,ondan başqa sənəddə İshaq ibn Bişr əl Kaxili vardır.Əbu Zura və Musa ibn Harun bu ravini yalanda ittiham etmişlər.Fələsi onun mətruk ravi olduğunu,Dəraqutni isə onun rəvayyətlər uydurduğunu qeyd etmişdir.” (həm.yer 1/186/№740)
Bu iki hədis “əl Müstədrək” kitabında 4288 və 4289 nömrələri ilə qeyd olunub.Hakim bu rəvayyətləri kitabına yazarkən,onların səhihliyi baradə bir söz deməmişdi.Zəhəbi ikinci rəvayyətdən sonra yazır: “Cami ibn Umeyr ittiham olunub və İshaq ibn Bişr əl Kəxali isə məhv olandır.” Cami ibn Umeyr Tirmizinin “Sünən” (№3720)-də nəql etdiyi bənzər rəvayyətin sənədində də mövcuddur.
Əbdulhüseynin növbəti dəfə bu sözləri yazmaqla etdiyi həyasızlığının şahidi olmuş oluruq:“Hakim “Müstədrək”in 3-cü cildinin 14-cü səhifəsində iki doğru yolla Buxari və Müslimin şərtlərinə əsasən İbn Ömərdən nəql etmişdir və Zəhəbi “Təlxis”də onu doğru və qəti hesab etmişdir.”
Şiələr böyük alimləri olan Şərəfutddinin necə asanlıqla yalan demələrinə baxsınlar.Həqiqətən belə adam “dinin şərəfi” ünvanına layiq görülə bilməz.Çünki,belə yalançılar ancaq şərəfsizlik gətirə bilər.
73) Rafizi yazır: “Bir gün Peyğəmbər (s.a.s) şad halda səhabələrinin yanına gəldi. Əbdurrəhman ibn Auf bu sevincin sirrini soruşdu. Həzrət cavabında dedi: “Bunun səbəbi qardaşım, əmim oğlu və qızım haqqında Allahdan aldığım müjdədir. Allah Fatimə ilə Əlinin evlənməsini buyurmuşdur...” (Məktub 34)
Şeyx Albani bu rəvayyəti “Silsilə əhadis əd daifə” (4942)-də uydurma adlandırmışdır.Bunu Xətib əl Bağdadi “Tarix Bağdad” kitabında aşağıdakı sənədlə nəql etmişdir: Ömər ibn Muhəmməd ibn İbrahim əl Bəcli – Əbu Əli Əhməd ibn Səddaqət əl Biydən – Abdullah ibn Davud ibn Qubeysat əl Ənsaridən – Musa ibn Əlidən – Qənbər ibn Əhməd ibn Qənbəl məvla Əli ibn Əbu Talibdən – onun atasından – onun babasından – Kən ibn Nofəldən – Bilal ibn Həmamdan.
Xətib əl Bağdadi bu rəvayyəti nəql etdikdən sonra yazır ki,Bilal ilə Ömər ibn Muhəmməd arasındakı ravilər məchuldur.
74) Rafizi yazır: “Qadınların seyyidəsi ilə Əhli beytin seyyidi və böyüyü evlənən zaman Peyğəmbər (s.a.s) Ümm Əymənə buyurdu: “Ey Ümm Əymən! Qardaşımı çağır! Ümm Əymən dedi: “O,sənin qardaşındır, qızını ona verirsən?” Buyurdu: Bəli, ey Ümm Əymən! Ümm Əymən Əlini çağırdı. Əli gəldi...” (Məktub 34)
Rəvayyəti Nəsai “əl Xəsais” (№124) və “Sünən əl kubra”(№8509)-da,Təbərani “əl Kəbir” (№364)-də,Hakim isə “Müstədrək”-də Əbu Yəzid əl Mədəni – Əsma bint Umeys isnadı ilə gətirmişdir: “Mən Fatimə (r.a)-nin toyunda olmuşdum....”
Zəhəbi “Təlxis”-də qeyd etmişdir ki,rəvayyət səhvdir.Hədisi Əsma bint Umeys tərəfindən nəql olunub.Halbuki,həmiz zaman o Həbəşistanda hicrətdə idi.
75) Əbdulhüseyn yazır: “Peyğəmbər (s.a.s) həmişə Əliyə işarə edər və buyurardı: “Bu qardaşım, əmioğlum, kürəkənim və övladlarımın atasıdır.” (Məktub 34)
Haşiyədə yazır: “Şirazi “Əlqab”da və İbn Nəccar İbn Ömərdən və Muttəqi Hindi “Kənzul-Ümmal”da nəql etmişdir.”
Muttəqi Hindi bu rəvayyəti kitabında (№12914)-də nəql edərək yazır: “Ravilər silsiləsində İsmail ibn Yəhya vardır.” Müəllif özü bu rəvayyətin qüsuruna toxunmuşdur.Şeyx Əbu Məryəm dedi ki,bu adda 4 ravi vardır.İsmail ibn Yəhya ət Teymi,əş Şeybani,ibn Salamat ibn Kuheyl və əl Məaqri.Birinci iki ravi yalançı,üçüncüsü mətruk,sonuncusu isə məchul ravidir.Daha doğrusunu Allah bilir.
76) Əbdulhüseyn yazır: “Bir gün Peyğəmbər (s.a.s) Əli ilə söhbət edərkən buyurdu: “Sən qardaşım və yoldaşımsan.” Başqa bir vaxt ona buyurdu: “Sən qardaşım və behiştdə yoldaşımsan.” Başqa bir gün (Əlinin) qardaşı Cəfər və Zeyd ibn Harisə ilə söhbət zamanı Əliyə xitab edərək buyurdu: “Amma sən, ey Əli! Mənim qardaşım, övladlarımın atasısan, sən məndənsən, mənə tərəf qayıdacaqsan.”(Məktub 34)
“Sən qardaşım və yoldaşımsan” ifadəsi Həmzənin qızı baradə Cəfər,Əli və Zeyd arasında keçən mübahisə haqqında olan uzun bir rəvayyətin bir hissəsidir.Yuxarıda Buxaridə olan hədisdə bu ifadə yoxdur. əl Heysəmi bu rəvayyətin versiyasını “Məcməu zəvaid” (№7702) -də Əhməd və Əbu Yəlaya istinad edərək nəql etmiş və qeyd etmişdir: “Sənəddə əl Həccac ibn Art adlı ravi var ki,o müdəllisdir.” Əbu Yəla bu rəvayyəti “Müsnəd” (№2379)-də nəql etmişdir.Şeyx Hüseyn Əsədd qeyd edir ki,rəvayyətin sənədi zəifdir.İbn Əbu Şeybə də bu rəvayyəti Həccacdan “Musənnəf” (№32141)-də qısa forma ilə nəql etmişdir. Bütün sənədlər bu ravi silsiləsi ilə başlayır: Həccac ibn Art – Hakim ibn Uteybədən – Miqsamdan – ibn Abbasdan. İbn Hacər “Təqrib” kitabında ibn Art baradə yazır: “Siqadır,amma çoxlu səhv və tədlis edərdi.” Bu rəvayyətdə o Hakimdən bunu birbaşa özünün eşidib-eşitmədiyini açıq şəkildə bildirməmişdir.
“Sən qardaşım və behiştdə yoldaşımsan.” hədisi uydurmadır.Bunu şeyx Albani “Silsilə əhadis əd daifə” (4943)-də uydurma adlandırmışdır.Bu rəvayyəti Xətib “Tarix”-də,ibn Əsakir də ondan aşağıdakı sənədlə nəql etmişlər: Osman ibn Əbdurrahmən – Muhəmməd ibn Əli ibn Hüseyndən – atasından – o da Əlidən. Osman ibn Əbdurrahmən - bu Qureyşi əl Vəkasidir.Hafiz dedi: “Mətruk ravidir,onu ibn Muin yalanda ittiham etmişdir.”(“Təqrib” №4493)
Saleh ibn Muhəmməd əl Hafiz də bu ravinin rəvayyətlər uydurduğunu qeyd etmişdir.
“Amma sən, ey Əli! Mənim qardaşım, övladlarımın atasısan, sən məndənsən, mənə tərəf qayıdacaqsan.” hədisi də doğru deyildir.Hakim “Müstədrək” (№4957) -də bu rəvayyəti aşağıdakı sənədlə nəql etmişdir: Cəfər ibn Muhəmməd ibn Nasir – Əli ibn Səid ibn Bəşir ər Razidən – İsmail ibn Ubeyd ibn Əbu Kuteybə əl Hərranidən- Muhəmməd ibn Məsləmədən – Muhəmməd ibn İshaqdan – Yəzid ibn Abdullah ibn Qəsitdən – Muhəmməd ibn Usamə ibn Zeyddən – Usamə ibn Zeyddən.
Dəraqutni Əli ibn Səid ibn Bəşirin zəif olmasını qeyd etmişdir.” (“Mizanul itidal” 3/131/№5850)
Muhəmməd ibn İshaq isə tanınmış tarixçi və müdəllisdir və o bu rəvayyəti “kimdənsə”rəvayyət etmişdir.
77) Dəccal Musəvi yazır: “Bir gün ona iş tapşıran və vəsiyyət edən vaxt dedi: “Sən mənim qardaşım və vəzirimsən, borclarımı ödəyirsən, vədələrimə vəfa edirsən, boynumda olanları yerinə yetirirsən.” (Məktub 34)
Haşiyədə yazır: “Təbərani “Kəbir”də İbn Ömərdən nəql etmişdir.”
Şeyx Albani bu rəvayyəti “Silsilə əhadis əd daifə” (4944)-də zəif adlandırmışdır. Təbərani “əl Kəbir”(№13549)-də rəvayyəti bu isnadla nəql etmişdir: Muhəmməd ibn Osman ibn Əbu Şeybə - Əbu Haşim Muhəmməd ibn Yəzid ər Rifaidən – Abdullah ibn Muhəmməd ət Təhəvidən – Leysdən – Mücahiddən – ibn Ömərdən.
əl Heysəmi “Məcməu zəvaid” (№14704)-də qeyd etmişdir ki,ravi silsiləsində ona məlum olmayan ravilər vardır. Sənəd zəifdir.Mücahiddən başqa bütün ravilər zəifdir.Yalnız ibn Əbu Şeybə baradə fikir ayrılığı vardır. Abdullah ibn Muhəmməd ət Təhəvi baradə məlumat yoxdur. Əbu Haşim Muhəmməd ibn Yəzidin zəifliyini ibn Hacər və Buxari qeyd etmişlər.Leys – bu Əbu Suleymdir ki,siqa ravidir.Lakin,pis yaddaşına görə zəif hesab olunur.
78) Musəvi yazır: “Vəfat edəndə (atam, anam ona qurban olsun) qardaşımı çağırın dedi. Əlini çağırdılar. Ona buyurdu: “Yanıma gəl!” Əli ona yaxınlaşdı.Peyğəmbər (s.a.s) onu sinəsinə söykədi, pak ruhu sinəsindən xaric olana qədər onunla söhbət etdi və o həzrətin ağzının suyundan bir qədər onun bədəninə süzüldü.” (Məktub 34)
Rafizi ehmalla əl Hindinin fikrini ixtisar etmişdir.Halbuki,o bunu nəql etdikdən sonra yazır: “İbn Sədd nəql etmişdir və sənədi zəifdir.”(“Kənzul ümmal” №18790)
Rəvayyət yalandır. İbn Sədd bu rəvayyəti ikinci cildin 263-cü səhifəsində Muhəmməd ibn Ömər əl Vahididən rəvayyət etmişdir ki,o mətruk ravi olmuşdur.”Əhməd onu yalançı adlandırmış,Əbu Hatim və Nəsai isə onun rəvayyətlər uydurduğunu qeyd etmişlər.” (“Mizanul itidal” 3/662/№7993)
Rəvayyətin sənədinin bərbad olmasından əlavə bu Səhih Buxaridə olan hədisə ziddir. Buxari Aişədən nəql edir: “Allahın mənə bəxş etdiyi nemətlər arasında biridə budur ki,Rəsulullah (s.a.s) mənim evimdə,mənim növbəm olan gündə və mənim sinəmdə vəfat etmişdir.Elə alındı ki,can verərkən onun ağız suyu mənim ağız suyuma süzüldü. Beləki,əlində misvaq tutan Əbdurrahmən yanıma gəldikdə,Peyğəmbər (s.a.s) mənə söykənmişdi.Onun misvaqa baxdığını gördükdə mən anladım ki,o bunu arzulayır.Mən soruşdum: “Onu istəyirsənmi?” Peyğəmbər (s.a.s) başı ilə razlıq işarəsi bildirdi.Mən misvaqı aldım,amma məlum oldu ki,ondan istifadə etmək ona ağırdır və mən soruşdum: “bunu yumşaldımmı?” və O yenə razılıq işarəsi etdi. Onda mən bu misvaq çubuğunu ehmalca çeynəməyə başladım və O,bunu dişlərinə sürtməyə başladı. Peyğəmbər (s.a.s)-in önündə su ilə dolu olan kasa var idi və O hər dəfə əllərini yaş edərək üzünə və başına çəkərək deyərdi: “Allahdan başqa ilah yoxdur! Həqiqətən,ölümdən sonra qəbir həyatı vardır.” Sonra O,əllərini yuxarı qaldıraraq “Ya Allah!Məni ali dərgahına qovuşdur.” deyə dua etməyə başladı və bunu ruhunu təslim edib,əli yanına düşənə qədər təkrar etdi.”(“Muxtəsər Səhih Buxari” №1626,4449)
Bütün səhabələr adil idilər və Peyğəmbər (s.a.s) iki ayrı yerdə vəfat edə bilməzdi.Məhz,buna görə “Təbəqat”-da olan rəvayyət uydurmadır.Daha doğrusunu Allah bilir. Çox təəcüblü orasıdır ki,guya sünni şeyxi tərəfindən yazılan cavab məktubunda rafizinin bu yalan iddialarına qarşı heç bir irad görmək mümkün deyil.Bu kitabı daha çox oxuduqca əmin olursan ki,Əbdulhüseyn bunu əvvəldən sona qədər uydurmuşdur.
79) Musəvi yazır: Peyğəmbər (s.a.s) buyurmuşdur: “Behiştin qapısında yazılmışdır: Allahdan başqa ilah yoxdur və Muhəmməd onun elçisidir.Əli isə Allah elçisinin qardaşıdır.” (Məktub 34)
Rəvayyət yalandır! Allaha and olsun ki,bunu Peyğəmbər (s.a.s) deməmişdir.Bu yalnız Peyğəmbər (s.a.s) adına uydurulan yalandır.Bunu uyduranı Allah məhv etsin! Haşiyədə yazır: “Təbərani “Ausat”-da, Xətib “əl muttəffiq”-də və Muttəqi Hindinin “Kənzul-Ümmal”ın da onu nəql etmişlər.”
Şeyx Albani bu rəvayyəti “Silsilə əhadis əd daifə” (4901)-də uydurma adlandırmışdır.əl Hindi bu rəvayyəti “Kənzul-Ümmal”(№33043)-da nəql etdikdən sonra qeyd etmişdir ki,ibn Cəuzi bu rəvayyəti “Vahiyyə” (uydurma rəvayyətlər məcmuası) kitabında qeyd etmişdir.
Xətib “Tarixul Bağdad” (7/387/№3919),Əbu Nueym “Hilliyyə” (7/256)-də bu rəvayyəti bu isnadla nəql etmişlər: Muhəmməd ibn Osman ibn Əbu Şeybə - Zəkəriyyə ibn Yəhya əl Kisaidən – Yəhya ibn Səlimdən - əl Əşas ibn Həsən ibn Salehdən – Muassardan – Atiyyə Aufidən – Cabirdən.
Təbərani bu rəvayyəti nəql etdikdən sonra yazır: “Bunu Muassardan əl Əşas ibn Həsən ibn Salehdən,ondan isə Yəhya ibn Səlimdən başqa heç kəs nəql etməmişdir. Zəkəriyyə ibn Yəhya əl Kisai bu rəvayyətin nəqlində tək qalmışdır.”
Bu ravi silsiləsində beş qüsur vardır.
-
“Muhəmməd ibn Osman ibn Əbu Şeybə.Onun haqqında alimlərin fikirləri fərqlidir.İbn Hiraş və Abdullah ibn Əhməd ibn Hənbəl onu yalanda ittiham etmişlər.” (“Mizanul itidal” 3/642/№7934)
-
Zəkəriyyə ibn “Yəhya.Nəsai və Dəraqutni onu mətruk ravi adlandırmışlar.” (həm.yer 2/75/№2890)
-
Yəhya ibn Səlim.”Dəraqutni onu zəif hesab etmişdir.” (həm.yer 4/377/№9513)
-
əl Əşas ibn Həsən ibn Saleh.əl Heysəmi “Məcməu zəvaid” (№14656)-də onu zəif hesab etmişdir.
-
Atiyyə Aufi.Əksər alimlərin rəyinə görə bu ravi zəifdir.
Dostları ilə paylaş: |