Tərcüməçidən



Yüklə 2,45 Mb.
səhifə24/30
tarix17.01.2017
ölçüsü2,45 Mb.
#468
1   ...   20   21   22   23   24   25   26   27   ...   30

200) Rafizi yazır: “Hədis ona dəlalət edir ki,xəlifə yalnız müsəlmanların yekdil rəyinə görə seçilə bilər.” (Məktub 80)

Əgər belə olarsa,biz onda gərək Əli ibn Əbu Talibin xilafətini rədd edək.Çünki,şiənin dediyi kimi əgər Əbu Bəkrə beyət yekdil deyildisə,Əliyə də beyət yekdil deyildi.Əli özü etiraf etmişdir ki,ona beyət edənlər Əbu Bəkrə və Ömərə beyət edənlər olmuşlar.Nəql edildiyinə görə o demişdir: “Əbu Bəkrə, Ömərə, Osmana beyət gətirmiş adamlar, onlara beyət gətirdikləri məsələdə mənə də beyət gətirmişlər. Onlarda qayda belə idi ki, orada iştirak edən adam özü istəyəni seçə bilməz, o zaman orada olmayan isə seçilmiş adamı rədd edə bilməzdi. Yalnız mühacirlərin və ənsarların şurası bir adam haqqında eyni fikirdə olub, onu imam adlandıranda, Allahın bu işə razılığı əlaməti sayılardı. Əgər bir nəfər tənə edərək və ya bidətlə onların işindən özünü kənara çəksəydi, onu fikrindən daşındırardılar. Etiraz etsəydi, möminlərin yolu ilə getmədiyi üçün ona qarşı üsyan edərdilər və Allah da ona layiq olduğunu verərdi.” (“Nəhcul bəlağə”, səh 366-367 ,tərcümədə səh 298, Tehran çapı, 1995, 6-cı xütbə)

Möminlərin əmirinin bu sözləri şiələrin ən doğru hesab etdiyi mənbədəndir.Burada ona edilən beyətin ilk xəlifələrə edilən beyət kimi olduğu bildirilir və burada onun rəhbər seçimində Allahın və ümmətin böyüklərinin rizasını nəzərə almasında dəlil vardır.Həmçinin,burada şiələrin “imam Allah tərəfindən təyin olunmalıdır” iddialarının əsassız olduğuna dəlil vardır. Səhabələrdən heç kəs Əbu Bəkrə qarşı müharibə etməmişdir və tarixdən məlum olduğu kimi Əliyə qarşı yalnız bir qisim səhabə müharibə etmişdir.

Hakim nəql edir ki,Əbu Bəkr xəlifə seçildikdən sonra xütbə oxuyaraq dedi: “Allaha and olsun ki,mən nə gecə,nə də gündüz əmir olmaq istəməmişəm.Allahdan bu dərəcəyi mənə verməsini nə aşkarda,nə də gizlində istəməmişəm.” Mühacirlər ondan bu sözləri qəbul etdilər.Əli və Zubeyr dedilər: “Biz digərlərindən daha sonra beyət etdik.Çünki,şurada bizi iştiraka çağırmamışdılar. Amma,biz Əbu Bəkri hamıdan daha çox bu işə layiq hesab edirik.Çünki,O Peyğəmbər (s.a.s)-in mağara yoldaşıdır və biz onu yaxşı tanıyırıq.Hələ Peyğəmbər (s.a.s) sağlığında ona müsəlmanlara imam təyin etmişdi.” (“Müstədrək” №4422)

Hakim haşiyədə qeyd edir ki,hədis Buxari və Müslimin şərtlərinə görə səhihdir.Zəhəbi də bu rəydə olmuşdur. Şiələr əsrlər boyu səhabələri hakimiyyəti ələ keçirməyə çalışan zalımlar kimi təqdim etməyə çalışmışlar.Şoruşulur: Hansı hakimiyyət? Məgər bu hakimiyyət milyonlarla pul və güclü dövlətə yiyələnmək məqsəddi güdürdü? Xeyr! O dövrdə İslam dövləti kiçik,zəif və düşmənlər tərəfindən təzyiq altında idi.Əbu Bəkri xəlifə seçən müsəlmanlar zəif bədən olan İslam dövləti üçün yalnız layiqli bir başçı seçmək istəmişdilər. Bəzi şiələr bu həqiqəti qəbul etmişlər.Ayətullah Təbatəbai yazır: “Təşəbbüs göstərən dəstə ümmətin rifahını təmin etmək və problemləri həll etmək üçün xəlifə seçimində çevik davrandılar.” (“İslam və şiə tarixi” səh 56)

201) Rafizi yazır: “Bu haqqda Aişənin hədisi mövcuddur ki,orada deyilir ki,Zəhra Əbu Bəkrdən küsmüşdü və ölənə qədər onunla danışmadı.Sonra onunla sülh bağlayan Əli bildirdi ki,o xilafəti zorla və haqqsız olaraq ələ keçirmişdir.” (Məktub 80)

Bu yalandır! Aişənin hədisində qeyd edilmir ki,guya Əli “xilafət zorla və haqqsız olaraq ələ keçirmişdir” demişdir. 80-cı məktubun sonunda rafizi “İmamət və siyasət” və ibn Əbil Hədidin kitabından sitatlar gətiririr.Hər iki mənbə bizim üçün dəlil hesab oluna bilməz.



202) Rafizi yazır: Əbu Bəkrin özü demişdir ki,ona beyət məşvərət və yekdil fikirlə baş tutmayıb.O,bu həqiqəti xilafətinin əvvəllərində camaatdan üzrxahlıq edərək etiraf edib: “Mənə beyət qəfildən və özü də yekdil fikirsiz baş tutub.Mən fitnədən qorxurdum,amma Allah onun şərini aradan götürdü.” (Məktub 80)

Haşiyədə iki kitaba,ibn Əbul Hədidin və Cəuharinin “Səqifə” kitablarına istinad edilir.Birinci haqqda bəhs etdik.İkinci müəllif haqqında isə şiə şeyxi Tusi “Fihrist” (№110 (48) səh 83)-də qeyd etmişdir.



203) Rafizi yazır: Xəbərlər,hədislər və tarixdən aydın olur ki,hətta nübüvvətə mənsub Əhli beyt və risalət sülaləsindən bir nəfər belə bu beyətdə iştirak etməmiş,əksinə onların hamısı Əlinin evinə yığışmışdılar.Bu toplanışda Salman,Əbuzər,Miqdad,Əmmar,Zübeyr,Xüzeymə ibn Sabit,Səid ibn As Əməvi və bir çox başqaları da var idi.” (Məktub 80)

Əgər bu sözlərlə onların “Səqifə”də iştirak etməmələri nəzərdə tutulursa,bu doğrudur.Yox,əgər onların Əbu Bəkrə beyət etməmələri nəzərdə tutulursa,onda bu aşkar bir yalandır.



204) Rafizi yazır: Bu haqqda bir hədis də Aişədəndir.Orada aydın deyilib ki,Zəhra Əbu Bəkrdən küsdü və Peyğəmbər (s.a.s)-dən sonra onunla danışmadı.Əli onlarla sülh etməyə gələndə onlara dedi ki,haqqımı – xilafəti zor və istibdadla qəsb etdiniz.Bu hədisdən əsla məlum deyildir ki,onun barışığı onlarla sülh vaxtına təsadüf etmişdir.” (Məktub 80)

Birincisi,yuxarıda qeyd olundu ki,(Əbu Səiddən) Əli Əbu Bəkrə ilk günlərdə beyət etmişdi.Aişənin hədisi buna zidd deyil.Çünki,Aişə ona məlum olanı,Əbu Səid isə özünə məlum olanı nəql etmişdir. İkincisi, Müslimin “Səhih” (№1759) kitabında Aişədən nəql olunur ki,Əli Əbu Bəkrə beyət etmişdir. İmam Abdullah “Sünən” (№1292, səh 554)-də səhih ravi silsiləsi ilə Əbu Nadrdan nəql etmişdir ki, “İnsanlar Əbu Bəkrin ətrafında cəm olduqdan sonra o dedi: “Mən nəsə Əlini görmürəm.”Ənsardan bir nəfər getdi və Əli ilə birgə gəldi.Əbu Bəkr ona dedi: “Ey Əli! Sən indi deyəcəksən ki,mən Peyğəmbər (s.a.s)-in əmisi oğluyam?” Əli dedi: “Bunda heç bir fayda yoxdur ey Peyğəmbər xəlifəsi!,əlini uzat.” O,əlini uzatdı və Əli beyət etdi.”



205) Rafizi yazır: Abbas da Əbu Bəkrə eynilə belə cavab vermişdi.İbn Abbas ona demişdi: “Əgər Allahın rəsulu ilə yaxınlığına görə xilafəti mənimsəmisənsə,bizim haqqımızı qəsb etmisən və əgər onun möminlərinin vasitəsi ilə ələ gətirmisənsə,biz ki,möminlərin içərisində hamıdan irəli idik və əgər inanırsan ki,möminlərin istək və beyətinə görə xilafəti qəbul etməyi vacib bilibsən,bu da düz deyildir. Çünki,biz razı deyildik və imtina edirdik.” (Məktub 80)

Bu yalandır.Əbu Bəkr Səqifədə insanları özünə beyətə heç bir halda çağırmamışdır.Əksinə,o müsəlmanlara Ömərə və ya Əbu Ubeydəyə beyət etməyə çağırmışdı.Bu “Səhih Buxari” (№3467)-də təsbit olunmuşdur. İkincisi,rafizi Abbasın bu sözünü “İmamət və siyasət” kitabına isnad etmişdir ki,bu kitab haqqında yuxarıda bəhs etmişdik.Üçüncüsü,rafizinin bu sözü dəlil olaraq gətirməsi,onun əqlinin zəif olmasına dəlalət edir.Çünki,əgər bu doğrudursa,bununla Abbas Əlini də rədd edə bilərdi.Peyğəmbər (s.a.s)-dən nəql olunur: “Adamın əmisi onun atası mislindədir.” (Tirmizi “Sünən” №3758)

Şübhə yoxdur ki,ata insana onun əmisi oğlundan daha yaxındır.

206) Daha sonra 82-ci məktub gəlir.Əbdulhüseyn bu məktubun əvvəlində xilafət baradə çoxlu mülahizələr irəli sürür. Əmirə tabe olmağın və camaat olmağın zərurətindən danışır. Rafizi yazır: Peyğəmbər (s.a.s) buyurmuşdur: “Məndən sonra bəzi əlamət və hadisələrin şahidi olacaqsınız ki,onları inkar edəcəksiniz.Dedilər: Ey Allahın rəsulu! Bu bizim vaxtımızda baş versə,nə edək? Buyurdu: “Öhdənizdə olan haqqı əda edin və Allahdan arzulayın ki,haqqınızı sizə qaytarsın.” Yenə Müslimdə nəql olunur: “Sələmə Cufi ərz etdi: “Ey Allahın peyğəmbəri! Əgər bizə öz haqqını tələb edən,bizim haqqımızı isə verməyən əmirlər hakim olsalar,bizə nə etməyi əmr edirsən? Buyurdu: “Eşidin və itaət edin. Çünki,onlar çiyinlərində öz yüklərini çəkirlər,siz də öz yükünüzü.” (Məktub 82)

Əslində bu hədislər öz-özlüyündə şiələrin əleyhinə olan dəlillərdir.İslam tarixi ilə az da olsa tanış olan şəxs bilir ki,şiələr dəfələrlə hakimlərə qarşı qiyam qaldırmışlar.Şiələr hər zaman İslam cəmiyyətində fitnə mərkəzi rolunu oynamışlar.Onlar təkcə qiyam etmirdilər.Onları uydurma hədislərlə də buna sövq edirdilər.Kuleyni Ömər ibn Hənzaladan,o da Əbu Abdullahdan rəvayyət edir ki,İmamdan soruşdum: “Bizim əshamızdan iki nəfər bir borc və ya miras üstündə ixtilaf etsələr və nəticədə sultana və ya qaziyə hökm üçün getsələr,bu onlar üçün halal olarmı?

İmam buyurdu: “Kim haqq və ya batil üçün onların hökmünə üz tutarsa,heç şübhəsiz tağutun hüzuruna getmiş sayılır.Onların verdiyi hökmə görə bir şeyi əldə etmək həmin adamın haqqı olsada,haramı almaq kimidir.Çünki,adam onu tağutun hökmü nəticəsində almış olur.” (“Kafi” 1/67/№10)

Yəni,şiələrə nəinki tabe olmaq,hətta hökm üçün hakimə müraciət etmək də yasaqdır.

Rafizi yazır: “Bu imkan olmazsa, yəni başqası hökuməti ələ keçirərsə,amma dini vəzifələrinə, əməl və qanunlara tabe olarsa, bununla belə, hökuməti qəsb edib heç cür onu əsl sahibinə qaytarmağa hazır olmadığı surətdə belə,əgər ona qarşı qiyam cəmiyyətin parçalanması,müsəlmanların vəhdətinin pozulması,əcnəbilərin dövləti ələ alması və İslamın məhvinə gətirib çıxarırsa,onda İslam ümmətinə vacibdir ki,İslamın izzət və başını ucaltmaq üçün onunla həmkarlıq etsin,onun müdafiəsinə qalxsın,həmçinin İslamın əsaslarının və sərhədlərinin qorunmasında ona dayaq olsunlar. (Məktub 82)

Daha sonra yazır: “O,həzrətin üç xəlifənin hakimiyyəti dövründəki rəftarını tədqiq edən şəxs görər ki,onun xilafət işində Allahın rəsulu (s.a.s) tərəfindən birbaşa verilmiş hüququndan əli üzüləndən sonra o,hakim xəlifələrlə düz və əmin rəftar etmə yolunu seçmiş və Peyğəmbər (s.a.s) tərəfindən verilmiş vilayət kürsüsünü onların ixtiyarında görsə də,mübarizə və müharibəyə əl atmamışdır.”

Bu sözləri ilə rafizi Əlinin Əbu Bəkr ilə xilafət məsələsində niyə mübarizə etmədiyini izah etməyə çalışır.Biz bu sözlərə bir neçə səbəbə görə dəyər vermirik.

1) Əlinin lehinə heç bir vəsiyyət olmamışdır.Bunun isbatı yuxarıda nəql edilən“Səhih Buxari”də olan hədisdir.Bu hədisi bir daha qeyd edək. “İbn Abbas (r.a) dedi: “Əli (r.a) Peyğəmbər (s.a.s)-in sonuncu xəstəliyi zamanı yanından çıxdıqdan sonra insanlar soruşdular: “Ey Əbul Həsən! Peyğəmbər (s.a.s) bu səhər özünü necə hiss edir?” O dedi: “Allaha həmd olsun.Bu səhər özünü yaxşı hiss edir.” Bu zaman Abbas ibn Əbdulmutəllib onun əlindən tutaraq dedi: “Allaha and olsun ki,üç gündən sonra sən artıq başqasına tabe olmuş olacaqsan və and olsun ki,mən düşünürəm ki,Peyğəmbər (s.a.s) bu xəstəliyindən vəfat edəcəkdir.Çünki,mən Əbdulmutəllib övladlarının ölüm qabağı necə simada olduqlarını bilirəm. Gəl,onun yanına gedək və ondan sonra xilafətin kimə qalacağını soruşaq.Əgər bu iş bizə qalacaqsa bunu öyrənmiş olarıq.Yox,əgər başqalarına həvalə olunacaqsa bunu da bilmiş olarıq və Peyğəmbər (s.a.s) bizə tövsiyyələrini verər.” Əli (r.a) dedi: “Vallahi,əgər biz xəlifəti istəsək və Peyğəmbər (s.a.s) onu bizə verməsə,ondan sonra insanlar bir daha bizə xilafəti həvalə etməzlər! Allaha and olsun ki,mən Peyğəmbər (s.a.s)-dən bunu istəməyəcəyəm.” (“Muxtəsər Səhih Buxari” № 1625,4447)

Peyğəmbər (s.a.s)-in son günləri baradə bəhs edilən bu hədisdə Əlinin özünü Peyğəmbər (s.a.s) varisi hesab etməməsinə dair böyük dəlil vardır.

2) Əgər biz rafizinin sözünü qəbul etsək,onda belə sual yaranacaq.Əli ilə Müaviyyə arasında olan mübahisədə birinciyə nə mane oldu ki,xilafətdən əl çəkməsin? Axı,onların münaqişəsi ümmətin bölünməsinə və xeyli sayda müsəlmanların ölümünə səbəb oldu.Rafizilər iddia etdiyi kimi,əgər Əli ümmətin ümumi maraqları və təhlükəsizliyi üçün Əbu Bəkrə xilafət məsələsində güzəştə getmişdisə,onda Müaviyyə ilə olan münaqişədə də güzəştə getməli idi.Və ya digər sual: Əgər Əli üç xəlifəyə itaət edib,səbr etmişdisə,onda niyə Hüseyn Yezidə qarşı qiyam qaldırdı və səbr etmədi?

Rafizilərdən fərqli olaraq,bizim daha doğru və məntiqli izahımız vardır.Əli Əbu Bəkrə qarşı ona görə etiraz etmədi,ona görə ki,nəql edildiyi kimi o onu xilafət məqamına daha layiqli namizəd hesab edirdi. Həmçinin,o Əbu Bəkri Peyğəmbər (s.a.s)-dən sonra bu ümmətin ən fəzilətli nümayəndəsi hesab edirdi.Və Əli Müaviyyə ilə ona görə müharibə edirdi ki,o özünü xilafətə daha layiq hesab edirdi.

3) Əgər İslam dövlətinin zəifliyi,bir çox qəbilələrin irtidad etməsi,əcnəbi düşmənlərin mövcudluğu, Əlinin Əbu Bəkrdən haqqını istəməsinə mane olmuşdusa,onda niyə görə o Əbu Bəkr vəfat edəndən sonra bu haqqı tələb etmədi? Niyə görə o digərləri kimi Ömərə və Osmana beyət etdi? Axı,o dövrdə bütün təhlükələr aradan getmiş və İslam dövləti güclənməkdə idi.Niyə görə onda Əli “zalım xəlifələr”ə qarşı çıxıb,öz haqqını tələb etmədi?! Niyə o Əbdurrahmən ibn Aufun özü ilə Osman arasında seçim etməyinə razılıq verdi? Axı,məhz ibn Auf mühacir və ənsarlarla məsləhətləşdikdən sonra kimin xəlifə olmasına qərar verdi.Osman və Əli də bu ixtiyarı ona vermişdilər və onun hökmü ilə razılaşırdılar.Əlinin xilafət baradə qəti etiqadı olsaydı,məgər o bunlara razı olardımı?

4) Əgər Əli xilafətə təyin olunmuşdusa,niyə görə Peyğəmbər (s.a.s)-in vəfatından sonra heç bir səhabə bu haqqı xəlifələrə xatırlatmadı? Biz rafizilərin uydurmalarından bəhs etmirik.Sadəcə bir səhih hədis olsun ki,orada hər hansı səhabənin buna etirazı bildirilsin! Bəlkə,ona görə şiələr 3-4 səhabədən başqa digərlərini küfrdə ittiham etmişlər?!

5) Biz Sədd ibn Ubadənin Əbu Bəkrə beyət etməməsini,Əbdulhüseyn iddia etdiyi kimi 3-4 səhabənin yenə beyət etməməsi fikrini qəbul etsək belə,bu Əbu Bəkrin xəlifəliyini şübhə altına almayacaqdır.Çünki,əksər səhabələr ona beyət etmiş və onun rəhbərliyi altında irtidad edənlərə və müşriklərə qarşı savaşmışlar. Əgər 3-4 səhabənin beyətdən imtina etməsi Əbu Bəkrin xilafətinə kölgə salırsa,onda Əliyə qarşı çıxan və onunla müharibə edən bir çox səhabənin olması faktı da onun xilafətinə kölgə salmış olur.

İmam Hakim “Müstədrək” kitabında yazır: “Əlidən: “Vəsiyyət etmirsən?” - deyə soruşduqda, o demişdir: “Peyğəmbər (s.a.s) kimi vəsiyyət edirəm,amma Allah insanlar üçün xeyir istəsə, Peyğəmbər (s.a.s)-dən sonra səhabələri xeyir üzərində cəm etdiyi kimi onları da xeyir üzərində cəm edəcəkdir.” (Hakim “Müstədrək” №4467)

Həmçinin,bunu İmam Əhməd “Səhabələrin fəziləti” (2/№595,622); Beyhəqi “Sünən Kubra” (8/149); Bəzzar “Müsnəd” (№565) kitablarında öz sənədləri ilə nəql etmişlər. Hakim bu hədisi səhih adlandırmış və İmam Zəhəbi də “Təlxis” kitabında bununla razılaşmışdır. Heysəmi də buna bənzər hədisi Şaqiqə istinadən nəql etmişdir və yazır: “Ravilər silsiləsi İsmayıl ibn Əbu Haris istisna olmaqla “Səhih” kitab müəlliflərinin raviləridir.O,özü də etibarlı ravidir.” (“Məcmau Zəvaid” 9/50)

Bu hədisdə səhabələrin Əbu Bəkrin ətrafında birləşməsinə dair böyük dəlil vardır.Halbuki,belə birlik Əlinin zamanında mövcud deyildi.

6) Əgər üç xəlifəyə edilən beyət qeyri-qanuni idisə,onda Əliyə edilən beyət də düzgün deyildi. Çünki, şiələrin doğru mənbəyinin dediyinə görə Əli demişdir: Əbu Bəkrə, Ömərə, Osmana beyət gətirmiş adamlar, onlara beyət gətirdikləri məsələdə mənə də beyət gətirmişlər. Onlarda qayda belə idi ki, orada iştirak edən adam özü istəyəni seçə bilməz, o zaman orada olmayan isə seçilmiş adamı rədd edə bilməzdi. Yalnız mühacirlərin və ənsarların şurası bir adam haqqında eyni fikirdə olub, onu imam adlandıranda, Allahın bu işə razılığı əlaməti sayılardı...” (“Nəhcul bəlağə”, səh 366-367,tərcümədə səh 298, Tehran çapı, 1995, 6-cı xütbə)

207) Rafizi yazır: Çünki,Qüreyş və ərəb qəbilələri Əlini Allah düşmənləri,onun haramlarını pozanlarla sərt rəftarı və qanunlarına qarşı çıxanlara tutduğu divanları unutmamışdı.Onun əmr-be məruf və nəhy-əl münkərə ciddi əməli,rəiyyət arasında ədaləti və ona bütün işlərdə hüdud və hüquqları qoruması hamını vəhşətə gətirirdi.Nə bir kəs onu tamaha sala bilər,nədə birinin xeyirxahlığı (haqqı pozmaqda) ona təsir edərdi. Onun yanında qoluzorlu və zalım zəlil,zəif isə haqqının geri qaytarıldığı üçün güclü və əziz olurdu. Buna görə də haqqa ürəkdən bağlanmayanlar necə rəğbət və maraq üzündən ona itaət edə bilərdilər?! Bir halda ki, Quran onların barəsində buyurmuşdur: “Bədəvilər küfr və nifaq baxımından daha pis və Allahın öz Peyğəmbərinə nazil etdiyi hökmləri bilməməyə (başa düşməməyə) daha layiqdirlər.(Məktub 84)

Allahın düşməni Əliyə aid etdiyi keyfiyyətlərin digər xəlifələrdə olmadığına ehyam vurmaqla yalan danışdı. İslam tarixindən az da olsa,məlumatı olan şəxs bilir ki,ilk xəlifələr adillikləri ilə seçiliblər.Ömərin öz valilərini necə yoxladığına və sınağa çəkdiyinə tarix şahiddir.”Nəhcul bəlağa”da nəql olunan Əlinin sözləri bizə kifayətdir. “Filankəsin (Ömərin) ölkəsi nə əzəmətlidir.O,əyriləri düzəltdi,bidətləri aradan qaldırdı və Allah Rəsulu (s.a.s)-nun sünnəsini bərpa etdi,fitnəni arxada qoydu.O,dünyadan günaha bulaşmadan,eyibsiz halda getdi,bu dünyanın xeyrini götürdü,şərrini isə atdı,Allahın itaət borcunu ödədi və ondan lazım olduğu qədər ehtiyyat etdi.(təqvalı oldu) (“Nəhcul bəlağa” Subki Saleh tədqiqi ilə səh 350; Muhəmməd Abduhun nüsxəsində c.2,səh 322)

İbn Əbil Hədid “Şərhul Nəhcul Bəlağa” (14/3-4)-da və Feyzul İslam (c.2,səh 56, №219) bu kitabın şərhində qeyd etmişlər ki,burada qəsd olunan Ömərdir.

208) Rafizi yazır: “Səhabələrin əksəriyyətinin tərcümeyyi-halı və tarixi göstərir ki,onlar sünnətə tabe olmuşlar. Onların bir qismi,sırf ibadətə və axirətə məxsus məsələləri əhatə edir.Məsələn: Ramazan ayının orucu, namazda üzün qibləyə olması,gündəlik vacib namazların və hər birinin rukətlərinin sayı,onların yerinə yetirilmə qaydaları,Allahın evi ətrafında təvaf və s.Amma, siyasətə aid olan məsələlərdə isə məsələn: hökumət və əmirliyi müəyyən bir şəxsə tapşırmaq,dövlət işlərinin tədbiri,məmləkətin idarəsi və ordunun təchizi kimi məsələlərdə sünnəyə tabe olmağın lazımlığını bütün hallarda vacib bilmirdilər.” (Məktub 84)

Allah və elçisinin (s.a.s) səhabələr haqqında buyurduqları bizə kifayətdir.

Uca Allah Quranda buyurur: “Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz. Kitab əhli də iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların arasında iman gətirənlər də vardır. Əksəriyyəti isə haqq yolunu azmış fasiqlərdir.” (Ali İmran 110)

Şübhə yoxdur ki,bu ayədə müraciət Peyğəmbər (s.a.s)-in səhabələrinədir.Onlar bizə görə bu ümmətin ən xeyirliləri,şiələrə görə isə ən şərliləri olmuşlar.

Uca Allah Fəth surəsində buyurur: “Möminlər Hüdeybiyyədə ağac altında sənə beyət edərkən Allah onlardan razı qaldı. Allah onların qəlbində olanı bildi, onlara mənəvi rahatlıq nazil etdi və onları yaxın bir zəfərlə mükafatlandırdı.” (Fəth 18)

Yenə,eyni surədə buyurur: “Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu əkin cücərtisini üzə çıxarıb onu qüvvətləndirmiş, o da getdikcə qalınlaşıb gövdəsi üstündə şax duraraq əkinçiləri heyran etmişdir. Allah möminlərin sayını artırır, özlərini də qüvvətləndirir ki, kafirləri qəzəbləndirsin. Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük bir mükafat vəd etmişdir.” (Fəth 29)

Necə ola bilər ki,Allah öz elçisinə tabe olmayanlardan razı olsun? Peyğəmbər (s.a.s)-in sözlərinə gəlincə isə,o buyurmuşdur. ”İnsanlarin ən xeyirliləri mənim əsrimdə yaşayanlardir.Sonra onların ardınca gələnlər və yenə onların ardınca gələnlərdir.Onlardan sonra isə şəhadətləri andlarını üstələyən,andları da şəhadətlərini üstələyən insanlar gələcəkdir.” (“Səhih Buxari” № 1118. (2652)

Bu hədis mütəvatirdir və bunu Müslim,Tirmizi,Nəsai,Əbu Davud və digərləri öz sənədləri ilə nəql etmişlər. Əli öz xilafəti dövründə səhabələrinə üz tutaraq demişdir: “Mən Muhəmməd (s.a.s) əshabını gördüm.İçinizdə onlara bənzər bir adam belə görmürəm.Onlar saçları dağılmış, toz-torpağa bulanmış bir halda sabahı açar, gecələrini namazla keçirərdilər.Kimi alnını torpağa sürtərdi,kimi üzünü, qiyaməti xatırlayanda köz kimi yanardılar.Alınları səcdə etməkdən keçinin dizlərine dönmüş, qabıq bağlamışdı.Allahı yada salanda əzab qorxusundan, savab ümidindən göz yaşı tökərdilər.Hətta,elə ağlayardılar ki,yaxaları islanar və yelin əsdirdiyi ağac kimi titrəyərdilər.” (“Nəhcul bəlağə”, səh 143,№97 (tərcümədə səh 257, Tehran çapı, 1995; ”Kafi”c.2,səh 236; ”Biharul Ənvar” c.66,səh 307)

Şiə mənbələrində olan səhabələrin fəziləti ilə bağlı daha ətraflı məlumatı bu linkdən almaq olar. http://www.2shared.com/file/uUEjICBi/i_mnblrind_shablrin_fzilti.html

Bu məktubda rafizi bir neçə səbəbləri qeyd edir ki,onlara görə guya ərəblər Əliyə beyət edib,ona itaət etməyə razılıq verməzdilər.O,iddia edir ki,ərəblər Əliyə öldürülmüş qohumlarının qisası naminə itaət etməzdilər. Bu iddianın əsası yoxdur.Çünki,Peyğəmbər (s.a.s)-in vəfatından sonra İslam düşmənləri müsəlmanların əleyhinə qalxdılar və onlar Əhli beyti deyil,bütün səhabələri düşmən olaraq hədəf aldılar.Məhz onlarla Əbu Bəkr xilafəti dövründə mübarizə aparmışdır.Axı,təkcə Əli İslam düşmənləri ilə vuruşmamışdır.Uca Allah buyurur: “O, səni həm Öz köməyi ilə, həm də möminlərlə qüvvətləndirdi.” (Ənfal 62)



209) Rafizi yazır: “Hamı,qüreyş və ərəbin adlı-sanlıları Əliyə həsəd aparırdılar.O,Allah yolunda o qədər fəzilət qazanmışdı ki,onun dərgahında (elm və əməli sayəsində) peyğəmbərlərin məqamına ucalmışdı.Səhabələrdən heç kim onunla müqayisə edilə bilməzdi.” (Məktub 84)

Bu ifadə əsl küfrdür.Heç kim heç vaxt peyğəmbərlərin səviyyəsinə qalxmamışdır.Əli də iddia etməmişdir ki,guya o xüsusi elmlərə sahibdir.”Nəhcul bəlağa”da Əli Osmana üz tutaraq dedi:

“Arxamdakı adamlar məni səninlə özləri arasında səfir etmişlər.Allaha and olsun ki,bilmirəm sənə nə deyim.Elə bir iş yoxdur ki,mən bilim,sən yox.Biz nəyi bilirik,sən də bilirsən.Bir şeydə səndən irəlidə deyilik ki,sənə onun haqqında məlumat verək.Səndən bir şey də gizlətməmişik ki,indi onu sənə çatdıraq.Sən bizim gördüklərimizi görmüsən,eşitdiklərimizi də eşitmisən,sən də Allahın elçisinin (s.a.s.) səhabələrindən olmusan.“ (“Nəhcul bəlağə”, səh 234, tərcümədə səh 169, Tehran çapı, 1995)

210) Əbdulhüseyn yazır: Çünki,qüreyş və ərəb (ümumi olaraq) Əlini Allah düşmənləri,onun haramlarını pozanlarla sərt rəftarını və qanunlarına qarşı çıxanlara tutduğu divanları unutmamışdı.Onun əmr-be məruf və nəhy-əl münkərə ciddi əməli,rəiyyət arasında ədaləti və ona bütün işlərdə hüdud və hüquqları qoruması hamını dəhşətə gətirirdi.Nə bir kəs onu tamaha sala bilər nədə birinin xeyirxahlığı (haqqı pozmaqda) ona təsir edərdi.Onun yanında qoluzorlu və zalım zəlil,zəif isə haqqının geri qaytarıldığı üçün güclü və əziz olurdu. Buna görə də haqqa ürəkdən bağlanmayanlar necə rəğbət və maraq üzündən ona itaət edə bilərdilər?!Bir halda ki,Quran onların barəsində buyurmuşdur: “Bədəvilər küfr və nifaq baxımından daha pis (qəliz) və Allahın öz Peyğəmbərinə nazil etdiyi hökmləri bilməməyə (başa düşməməyə) daha layiqdirlər.(Məktub 84)

Bu keyfiyyətlər təkcə Əliyə məxsus deyildir.Bütün raşidi xəlifələr ədalətli olmuş və dünya malına tamah salmamışlar.Birinci xütbəsində Əbu Bəkr demişdi: “Aranızda zəif olanlar mənim yanımda onlara haqqı geri qaytarılmadığı müddətcə güclü olacaqlar.Aranızda güclü olanlardan haqqı olmadıqlarını geri almadıqca isə onlar mənim yanımda zəif olacaqlar.” (Sələbi “Siratul Əbu Bəkr” səh 246; İbn Kəsir “əl Bidayə vən nihayə” 6/305)

Məhz,Əbu Bəkr dindən çıxanlarla onlar zəkatı vermədiyi zaman savaşmışdır.Bu ərəblərə və səhabələrə onun başçılığı altında vuruşmağa mane olmamışdı.


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin