21) Musəvi yazır: “Allahın ipindən yapışın və ayrılmayın. (Ali İmran 103) Haşiyədə yazır: “Sələbi “Kəbir” təfsirində sənəd ilə Əban ibn Təğlibdən, o da İmam Sadiqdən (ə) nəql etmişdir ki, Həzrət deyib: “Yuxarıdakı ayədə “həbibullah”dan məqsədd bizik.” (Məktub 12)
Şəhiq İbn Məsuddan rəvayyət edir və Qatadə,Dəhhaq,Suddi demişlər ki, “Allahın ipi”-dən nəzərdə tutulan Qurandır.Şabi İbn Məsuddan rəvayyət edir ki,”ipdən” məqsədd - camaatdır.İbn Abbas,İbn Zeyd,Muqəttil və ibn Quteybə demişlər ki,”ipdən” məqsədd Allahın dinidir.” (İbn Cəuzi “Zadul məsir” 1/420)
Bura hər bir şiənin əzbər bildiyi “Səqaleyn” hədisindən bir hissəni də əlavə etmək yerinə düşərdi.Peyğəmbər (s.a.s) buyurdu: “Bu Allahın kitabı olan Qurandır.O sanki,yer üzünə endirilmiş bir ipdir....”
Şiələrin ən mötəbər kitabı olan “Nəhcul Bəlağa” “Allahın ipinin” Quran olduğunu təsdiqləyir. 176-cı xütbədə Əli (r.a) deyir: “Həqiqətən bu Quran Allahın möhkəm ipidir....”
22) Məgər onlar həmin sadiqlər deyildirlərmi? Allah buyurur: “Sadiqlərlə olun.” (Məktub 12)
Uca Allah buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun və düz danışanlarla birlikdə olun.” (Tövbə 119)
Şübhə yoxdur ki,Allahın elçisi (s.a.s) ən birinci sadiq idi.Həmçinin,onun əshabı və əhli beyti də sadiq olmuşlar.Axı bu ayənin Əhli beyt haqqında nazil olmasının dəlili nədir?
Ayə bütün bu gözəl xüsusiyyətə sahib olan sadiqlər haqqında nazil olmuşdu.Ayənin nazil olma səbibinə gəlincə,buna səbəb Kəbb ibn Malik (r.a) olmuşdur. Ayələrə ümumi konteksdə nəzər salaq:
118. Geri qalmış üç nəfəri də (bağışladı). Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri (kədərdən) sıxılmış və yəqin bilmişdilər ki, Allahdan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra (Allah) peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul Edəndir, Rəhmlidir.
119. Ey iman gətirənlər! Allahdan qorxun və düz danışanlarla birlikdə olun.
120. Mədinə əhalisinə və onların ətrafındakı bədəvilərə (döyüşdə) Allahın Elçisindən geri qalmaq, onun canından öncə öz canlarının hayına qalmaq yaraşmaz. Çünki Allah yolunda onlara üz verən elə bir susuzluq, yorğunluq və aclıq, kafirləri qəzəbləndirən elə bir atılmış addım, düşmən üzərində qazanılan elə bir uğur yoxdur ki, bunların müqabilində onlara yaxşı bir əməl yazılmasın. Həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını puç etməz.”
Bu ayələrin nazil olma səbəbi baradə olan hadisələri Mubarəkfurinin kitabından oxuyuruq:
“Peyğəmbər (s.a.s)- Təbuk səfərindən qayıtdıqdan sonra onun yanına bir qrup bu səfərdə iştirak etməyən münafiq gəldi.Onlar döyüşə getməmələrinə bəhanə olacaq səbəblər və üzrlər gətirərək,Allaha and içdilər.Rəsulullah (s.a.s) isə onların andlarını qəbul edərək,onları Allaha həvalə etdi. Həmçinin, Peyğəmbər (s.a.s)-in yanına üzrə, bu səfərə getməyən üç səhabə də gəldi. Bunlar – Kəbb ibn Malik,Murarə ibn ər Rabi və Hilal ibn Umeyyə idi.Onlar həqiqəti söyləyərək,heç bir konkret səbəb olmadan bu səfərdən geri qaldıqlarını dedilər və bəhanə gətirmədilər.Peyğəmbər (s.a.s) onlara Allah haqqlarında hökm verənə qədər gözləmələrini əmr etdi.Bu müddət ərzində isə bütün müsəlmanlara onları boykot etmələrini,əlaqələri kəsmələrini tapşırıldı. Bundan sonra ətrafdakıların onlara münasibəti kəskin dəyişdi və dünya onlara dar gəlməyə başladı.Qırx gündən sonra isə Peyğəmbər (s.a.s) zövcələrinə yaxınlaşmağı belə onlara qadağan etdi. Təqribən əlli gündən sonra Allah Təala onların tövbələrini qəbul etdiyini bildirən ayələr nazil etdi. Uca Allah buyurur:
“Geri qalmış üç nəfəri də (bağışladı). Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri (kədərdən) sıxılmış və yəqin bilmişdilər ki, Allahdan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra (Allah) peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul Edəndir, Rəhmlidir.”
Bunu öyrənən müsəlmanlar sevindilər və bu xoş xəbəri digər müsəlmanlara çatdırmağa tələsdilər.Bu gün onların həyatında ən əlamətdar günlərdən biri oldu.Onlar kimsəsizlərə səddəqə verir və bol ehsanlar edirdilər. Bununla yanaşı münafiqləri və onların yalanlarını ifşa edən bir sıra ayələr nazil oldu.”(“Peyğəmbər (s.a.s)-in həyatı”,”Təbuk səfərindən geri qalanlar” fəsli)
İbn Kəsir təfsirində yazır: “Onların bu səfərdə iştirak etməmələri üçün üzrlü səbəbləri yox idi.Ona görə onlar müəyyən müddətə belə cəzaya layiq görüldülər.Sonra Uca Allah onların tövbəsini qəbul etdi.Onların həqiqəti (münafiqlər kimi bəhanələr gətirmədilər) söyləmələri tövbələrinin qəbul olunmasına və yaxşı sonluğa yetişmələrinə səbəb oldu.Məhz buna görə Allah bu ayəni nazil etdi: “Ey iman gətirənlər! Allahdan qorxun və düz danışanlarla birlikdə olun.” yəni,həqiqəti söyləyin,haqqla olun və sadiqlərlə olun ki,ziyana və həlaka uğramaqdan qorunasız.” (Təfsir “Tövbə 119)
Həmçinin, bu ayənin İbn Ömər tərəfindən məqbul və məntiqli izahını Suyuti “Durr əl mənsur”kitabında nəql edir: “İbn Munzirdən,ibn Əbu Hatim və ibn Mərdaveyh,İbn Ömərin belə dediyini rəvayyət edirlər: “Ey iman gətirənlər! Allahdan qorxun və düz danışanlarla birlikdə olun” yəni,Muhəmməd (s.a.s) və səhabələri ilə birgə olun.”
Səid ibn Cubeyr dedi: “sadiqlərlə birgə olun” yəni,Əbu Bəkr və Ömər (r.a)-ilə.” (“Durr əl mənsur”Tövbə 119)
Həmçinin,İbn Mərdaveyh İbn Abbas (r.a)-dan nəql edir: “yəni,Əli ibn Əbu Taliblə birgə olun.”(həm.yer)
İbn Əbu Hatim Suddidən rəvayyət edir: “yəni,Kəbb ibn Malik,Murarə ibn Əbu Rabi və Hilal ibn Umeyyə ilə birgə olun.” (həm.yer)
Yekun olaraq demək istərdik ki,bu ayədə düzgünlük və sadiqliklə seçilən bütün insanlar nəzərdə tutulur. Bu üç səhabə ayələrin nazil olmasına səbəb olmuşdularsa,bu Allahın hökmü qiyamət gününə qədər müsəlmanlara haqq yolu göstərir.Hər zaman və hər yerdə sadiqlərlə birgə olmaq lazımdır.Daha doğrusunu Allah bilir!
23) Musəvi yazır: “Məgər onlar “siratullah” deyildirlərmi ki, Allah buyurmuşdur: “Pərakəndə yol ilə getməyin, yoxsa Allah yolundan saparsınız” (Məktub 12)
Söhbət Ənam surəsinin 153-cü ayəsi baradədir.Uca Allah buyurur: “Bu, Mənim doğru yolumdur, onu tutub gedin. Başqa yollara uymayın. Çünki, (o yollar )sizi Allahın yolundan uzaqlaşdırar. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz” (Ənam 153)
Ayəni düzgün anlamaq üçün ona ümumi konteksdə yanaşmaq lazımdır.
152. “Yetim həddi-buluğa çatana qədər, – xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsəddilə istifadə etmək) istisna olmaqla, – onun malına yaxınlaşmayın! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik. Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdə sadiq qalın. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb ibrət alasınız.”
153. “Bu, Mənim doğru yolumdur, onu tutub gedin. Başqa yollara uymayın. Çünki, (o yollar )sizi Allahın yolundan uzaqlaşdırar. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz”
152-ci ayədə gördüyümüz kimi Rəhman Allah 153-cü ayədə “doğru yolun” nə olduğunu izah etmişdir.
Doğru yolla getmək istəyənə Uca Allah buyurur:
А) Yetim həddi-buluğa çatana qədər, – xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsəddilə istifadə etmək) istisna olmaqla, – onun malına yaxınlaşmayın!
B) Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin.
C) Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun.
D) Allah qarşısındakı əhdə sadiq qalın.
İmam Darimi İbn Məsuddan rəvayyət edir: “Peyğəmbər (s.a.s) əli ilə qumda xətt çəkdi və bizə dedi: ”Bu Allahın doğru yoludur.” sonra bu xəttin sağında və solunda digər xəttlər çəkdi və buyurdu: “Bu elə bir yollardır ki,onların hər birinin başında şeytan oturaraq insanları ora çağırır.” sonra bu ayəni oxudu: “Bu, Mənim doğru yolumdur, onu tutub gedin. Başqa yollara uymayın. Çünki, (o yollar )sizi Allahın yolundan uzaqlaşdırar.” (Darimi “Sünən” №204, Əhməd “Müsnəd” №3928 və s)
Qurtubi bu hədisin isnadının səhih olduğunu qeyd etmişdir. (“Camiul əhkamul Quran” Ənam 153)
İmam Təbəri “Ədəbin nufus” kitabında nəql edir: “Bir nəfər ibn Məsuddan soruşdu: “Hansı yol düzgün (siratul mustəqim) yoldur? O,dedi: “Muhəmməd (s.a.s) bizi bu yola yönəltdi.Onun bir tərəfi cənnətə gedir.Onun sağında və solunda bir neçə başqa yollar vardır ki,orada olan carçı ətrafdan keçənləri ora dəvət edir.O yollar özlərinə tabe olanları gec və ya tez cəhənnəmə aparacaqdır.Kim ki,doğru yola tabe olarsa,bu yol onu cənnətə çatdıracaqdır.” Sonra ibn Məsud bu ayəni oxudu: “Bu, Mənim doğru yolumdur, onu tutub gedin....” (“Camiul əhkamul Quran” Ənam 153)
24) Əbdulhüseyn yazır: “Məgər onlar “ulul-əmr” (rəhbərlər) deyillərmi? Allah buyurur: “Ey iman gətirənlər. Allaha itaət edin, Peyğəmbərə və sizin özünüzdən olan rəhbərlərin əmrinə də itaət edin.”(Məktub 12)
Uca Allah buyurur: “Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə (şəriətə uyğun şəkildə itaət edin). Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanır-sınızsa, Allaha və (Onun) Elçisinə müraciət edin. Bu, (sizin üçün) daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.” (Nisa 59)
Nüzul səbəbi:
İmam Buxaridə keçən hədisdə: ”Əli (r.a) rəvayyət edir ki,bir dəfə Rəsulullah (s.a.s) qəzvəyə bir dəstə əsgər göndərdi.Onların başına ənsarlardan birini təyin edir və digərlərinə ona itaət etmələrini əmr edir.
Səfərdə olarkən onların əmiri nədənsə qəzəblənir və deyir:”Məgər Allah Rəsulu (s.a.s) sizə mənə tabe olmanızı əmr etmədimi?!Onlar bəli dedilər.Əmirləri onlara odun toplamağı əmr elədi,onlar tapşırığı yerinə yetirdilər.Daha sonra o bu odunları yandırmağı əmr etdi,onlar da bunu yerinə yetirdilər. Hər şey hazır olandan sonra başçıları onlara bu tonqala girməyi əmr elədi.Onlar ilk öncə bunu etmək istədilər.Sonra bir-birilərini bundan çəkindirməyə başladılar və dedilər: ”Oddan Allah Rəsuluna sığınırıq”.Bu sözü onlar alov və qəzəb səngiyənə kimi söylədilər. Bu hadisə Rəsulullah (s.a.s)-ə çatdıqda buyurdu: ”Əgər onlar bu oda girsəydilər,artıq oradan Qiyamət günü qopana qədər çıxmayacaqdılar.Həqiqətən, itaət şəriətin hüdudları çərçivəsində olmalıdır.” (“Səhih Buxari” №4340)
Ayənin təfsiri
İbn Kəsir yazır: ”Peyğəmbər (s.a.s) qəzvəyə bir dəstə əsgər göndərir və onları başçı olaraq bir ənsarı təyin edir.Bir neçə gün səfərdən sonra əmirləri əsgərlərinə qəzəblənir və deyir: ”Məgər Allah Rəsulu (s.a.s) sizə mənə tabe olmanızı əmr etmədimi?!Onlar bəli dedilər.Əmirləri onlara odun toplamağı və onu yandırmağı əmr elədi.Daha sonra dedi:”İndi sizə əmr edirəm ki,bu oda girin.” Onlar tərəddüddə olarkən aralarında olan bir gənc dedi: ”Siz Allah Rəsulu (s.a.s)-na oddan xilas olmaq üçün itaət etmisiz.Bu əmri Rəsulullah (s.a.s)-a çatmamış yerinə yetirməyin.Əgər O bunu bizə əmr etsə bunu edərik.”
Peyğəmbər (s.a.s)-in yanına çatanda onlar bu hekayəni ona danışdılar.O isə cavabında dedi: “Əgər siz bu oda girsəydiz,artıq oradan Qiyamət günü qopana qədər çıxmayacaqdınız.Həqiqətən, itaət şəriətin hüdudları çərçivəsində olmalıdır.”Bu hədisi Buxari və Müslim rəvayyət etmişlər.
“özünüzdən olan rəhbərlərə” sözlərinə gəlincə,alimlərin əksəriyyətinin görüşünə görə bu əmr,güc,hökm sahibi olan hər kəsə,həmçinin alimlərə şamildir.
“Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və Onun Elçisinə müraciət edin.”
Allah Təala bildirir ki,istənilən mübahisəli məsələ üçün müsəlmanlar Allah və Rəsulunun hökmünə müraciət etməlidirlər.Necə ki,digər ayədə buyrulur: ”İxtilafa düşdüyünüz şeylər barəsində hökm vermək ancaq Allaha aiddir.” (İbn Kəsir təfsiri c.1,səh.436)
Əbul Qasim əl Qəzvini bu ayənin şərhində yazır: ”Bəzilərinə görə “özünüzdən olan rəhbərlərə” ayəsinə sərkərdələr,bəzilərinə görə isə alimlər aiddir.”Amma,bu ifadəyə hər iki məfhum daxildir.” (“Muxtəsər şuabul iman” səh.139)
İmam Qurtubi yazır: “Cabir ibn Abdullah və Mücahid hesab edirdilər ki,”ulul əmr”sözündən Quranı və elmi bilənlər nəzərdə tutulur.Həmçinin,İmam Malik də bu rəydə idi.Dəhhaq da bu fikirdə idi: “Uca Yaradan fəqih və din alimlərini nəzərdə tuturdu.”
Mücahiddən nəql olunur ki,burada nəzərdə tutulanlar səhabələrdir.İkrimə burada Əbu Bəkr (r.a) və Ömər (r.a)-i də nəzərdə tuturdu. Süfyan ibn Ueyynə Hakəm ibn Əbandan rəvayyət edir ki,İkrimədən ağasından övlad dünyaya gətirən cariyyə baradə soruşdular.O,dedi ki,belə qadınlar azad edilməlidir.Ondan bunun dəlilini istədikdə isə dedi: “Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə şəriətə uyğun şəkildə itaət edin. ”Ömər (r.a) əmr sahiblərindən idi.O,deyirdi ki,hətta cariyyə ölü uşaq dünyaya gətirSəddə onu azad etmək lazımdır. İbn Keysan “aranızdan olan əmr sahibləri”-dən məqsəddin insanların işlərini idarə edənlər və elm əhli olduğunu deyərdi. Ən doğru rəy isə burada birinci və ikinci rəylərdir.” (“əl Camiul əhkamul Quran” c.5,səh 297)
İmam Buxari Səhihində: “İbn Ömər (r.a) Rəsulullah (s.a.s)-in belə buyurduğunu deyir:”Eşitmək və itaət etmək Allaha asilik əmr edilmədikcə vacibdir.Ona görə əgər Allaha asilik əmr olunarsa nə dinlənilər,nə də itaət olunar.” (Səhih №2955)
Suyuti yazır: “Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə şəriətə itaət edin...” yəni,sizi Allaha itaət etməyə çağıran rəhbərlərə.” (“Təfsir Cəlaleyn”c.1,səh 257)
Sabuni yazır: “Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin Quran və Sünnəyə tabe olmaqla itaət edin.Allahın dininə itaət edən rəhbərlərə,möminlərə itaət edin.Amma,asilikdə isə itaət yoxdur.” (“Səffətul təfasir”c.1,səh 540)
Məvdudi kitabında yazır: ”Bu ayə özündə İslamın bütün dini,mədəniyyəti və ictimai əsaslarını ehtiva edir.Bu ayədən aşağıdakı nəticələr çıxır:
1) Ən əsas sözsüz itaət Allaha məxsusdur.Müsəlman hər şeydən öncə onun quludur.Ona görə mömin və müsəlman toplumu ilk öncə Allahla möhkəm rabitə qurmalıdırlar.Bu dünyada olan digər əlaqələr və dəyərlər isə ikinci plana keçir.İnsanlar Allahla bağladıqları əhdlərinə sadiq qalmalıdırlar.İstənilən digər öhdəliklər buna müxalif olmasa həyata keçirilə bilər.Allaha asilik sayılan hər şey tərk edilməlidir. Rəsulullah (s.a.s) buyurur: “Allaha asilikdə məxluqa itaət yoxdur.”
2) İslamın ikinci önəmli əsası Peyğəmbər (s.a.s)-ə itaətdir.Bu yeganə üsuldur ki,bunun vasitəsi ilə Allaha itaət olunur.Axı Peyğəmbərlər yeganə kanaldır ki,onların vasitəsi ilə Allah Təalanın bəyanları və buyruqları bizə çatır.Beləliklə,biz Allaha onun Elçisinə tabe (itaət) olmaqla itaət edə bilərik.Peyğəmbər yolundan ayrılmaq Allaha asilik və üsyan deməkdir.Hədisdə dedyilir: ”Mənə tabe olan Allaha itaət etmiş olur.Mənə asi olan isə Allaha asilik etmiş olur.”
3) İki əsasdan sonra dərəcə etibarı ilə sonuncu yəni,üçüncü əsas gəlir.Bu müsəlmanlar arasından seçilmiş rəhbərlərlə bağlıdır.”Ulul əmr”ifadəsi geniş izah oluna bilən məfhumdur.Müsəlmanların başında duran hər bir səlahiyyət sahibi “ulul əmr”-dir. (Məvdudi “Təfhimul Kuran”)
25) Musəvi yazır: “Məgər onlar zikr əhli deyillərmi? Quranda buyrulur: “Əgər bilmirsinizsə zikr əhlindən soruşun.” Ərəbcə olan nəşrdə haşiyədə Qurtubi,Təbəri və ibn Kəsirin təfsirlərinə istinad edilir.(Məktub 12)
Subhənallah! Şiələrin həyasızlığının həddi yoxdur.Adamda elə bir təəsürat yaranır ki, onlar bizimlə söhbət edərkən sanki,cahil əcnəbilərlə bəhs etdiklərini zənn edirlər və elə güman edirlər ki,istədikləri yalanı dəlil əvəzi yeridə bilərlər.
Allah buyurur: “Biz səndən əvvəl də, özlərinə vəhy etdiyimiz məhz kişiləri elçi göndərmişdik. Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun.” (Nəhl 43)
Digər ayədə də Allah buyurur: “Biz səndən əvvəl də onlara vəhy nazil etdiyimiz ancaq kişilər göndərmişdik. Əgər bilmirsinizsə, zikr əhlindən soruşun.” (Əraf 7)
Təbəri yazır: “Mücahid,Əmaş və İbn Abbasa görə “zikr əhlindən” məqsədd əvvəlki ümmətlərdən olan kitab əhli kimsələrdir.”(Təbəri təfsiri Nəhl 43)
Ərəb müşriklərə onların arasından çıxan birinin peyğəmbərlik iddiası etməsi qəribə gəlirdi. İbn Kəsir bu ayənin təfsirində yazır:
“Dəhhaq İbn Abbasdan nəql edir ki,Peyğəmbər (s.a.s) risalət ilə qövmünə gəldikdə müşriklər dedilər: “Allah bizim kimi bir məxluqu elçi göndərməkdən münəzzəhdir.” Cavab olaraq Allah onlara buyurdu: “İçərilərindən bir adama: “İnsanları qorxut və iman gətirənləri müjdələ ki, özlərinin Rəbbinin dərgahında onların etdikləri yaxşılıqların mükafatı vardır!”– deyə vəhy etməyimiz insanlara qəribəmi göründü? Kafirlər: “Sözsüz ki, bu, açıq-aşkar bir sehrbazdır!”– dedilər.” (Yunus 2) və bu ayə “Biz səndən əvvəl də, özlərinə vəhy etdiyimiz məhz kişiləri elçi göndərmişdik. Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun” Burada kitab əhli nəzərdə tutulur.Yəni,onlara göndərilən elçilərin kim olduğunu soruşun. Onlar insan idilər,yoxsa mələk? Əgər mələklər olublarsa qəbul etməyin,amma insan olublarsa Muhəmməd (s.a.s)-in risalətini inkar etməyin.” (İbn Kəsir “Təfsir”Nəhl 43)
Qurtubi yazır: “Bu ayə Məkkə müşrikləri haqqında nazil olmuşdu.Onlar deyirdilər ki, Allah bizim kimi bir məxluqu elçi göndərməz.O niyə bir mələk göndərmədi? Cavabında Allah buyurdu: “Ey Muhəmməd! “biz səndən əvvəl də əvvəlki ümmətlərə Adəm övladlarından məhz kişiləri elçi göndərmişdik.Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun”
Süfyan dedi: “Burada iman gətirmiş kitab əhli nəzərdə tutulur.Onlardan siz əvvəlki elçilərin də insan olduğunu öyrənmiş olarsız.” (“əl Camiul əhkamul Quran” Nəhl 43)
Nə Qurtubinin,nə də İbn Kəsirin təfsirlərində bu ayənin Əhli beyt haqqında nazil olduğuna dair bir işarə görmədim. Yalnız Ənbiya surəsində bir ayəyə izah olaraq Qurtubi Cabir Cufidən rəvayyət edir ki,Əli (r.a) demişdir: “Biz zikr əhliyik.”
Cabir Cufi kimdir? Cabir ibn Yezid ibn Haris Cufi Kufi şiədir.Nəsai onun haqqında (“Duafa” №100,səh 71) deyir: “Mətruk (tərk olunmuş) ravidir”
Yəhya Qəttan deyir: “Yalançı və heçnədir.” (“Mizanul itidal” 1/379/№1425)
Zəhəbi “Muğni fi duafa” (№1079) kitabında bir sıra alimlərin onu yalanda ittiham etdiklərini demişdir.
Fərz etsək ki,bu rəvayyət səhihdir,bu məgər zikr əhlinin yalnız onlar olduğuna işarədir? Əli ibn Əbu Talib deyir: “Biz” Məgər bu sözü “biz-səhabələr” olaraq izah etmək olmazmı?
26) Əbdulhüseyn yazır: “Məgər Nisa surəsi 115-ci ayədə bəhs edilən məhz “möminlər” onlar deyildir?” Allah Təala buyurur: “Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir.” (Nisa 115) (Məktub 12)
Allah Rəhmandır! Bu məktub və Əzhər şeyxinin buna cavabı bu kitabın yalan və təhrif üzərinə yazıldığına dəlildir! Necə ola bilər ki, Əzhər şeyxi Hüseynin qulunun belə sayıqlamalarına bir cavab verməsin?
Uca Allah buyurur: “Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir.” (Nisa 115)
Məgər yalnız Əhli beyt mənsubları möminlər sırasına daxildir? Bu ayə dəlildir ki,şiə-rafizi-imamilər odda yanmağa məhkumdurlar.Çünki,onlar möminlərdən üz döndərmişlər!Onlar Peyğəmbər (s.a.s)-in demək olar ki,bütün tələbələrindən üz döndərmişlər.Bu ayə dəlildir ki,bütün ümmət haqq yoldan aza bilməz.Suyuti bu ayənin təfsirində yazır: “Tirmizi və Beyhəqi İbn Abbas (r.a)-dan rəvayyət edirlər ki,Peyğəmbər (s.a.s) buyurdu: “Allah heç vaxt mənim ümmətimi (və ya bu ümməti) zəlalət üzərində birləşdirməz və Allahın əli camaatın üzərindədir.” (“Durr əl mənsur” Nisa 115)
İmam Qurtubi yazır: “Bir sıra alimlər hesab etmişlər ki,bu iki ayə İbn Ubeyrək haqqında, o oğurluq etdiyi zaman nazil olmuşdu.Peyğəmbər (s.a.s) cəza olaraq onun əlinin kəsilməsinə hökm etdikdə o dindən dönərək,Məkkəyə qaçmışdı.” (“əl Camiul əhkamul Quran” Nisa 115)
Həmçinin, yazır: “Dəhhaq dedi: “Bir qrup Qureyşli Mədinəyə gələrək İslamı qəbul etmişdi.Sonra dindən dönərək Məkkəyə qayıtmışdılar.Buna görə Allah bu ayəni nazil etdi.” (həm.yer)
Bütün bu yazılanlara qısa olaraq (tərcüməçi) əlavə etmək istərdim.
Uca Allah buyurur: “Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir.” (Nisa 115)
Allah Təala peyğəmbər yolu ilə yanaşı möminlərin yolunun da mühüm olduğunu və ondan üz döndərənlərin cəhhənnəm əhli olduğunu bəyan edir.Gəlin baxaq görək,Quranda Uca Allah kimə möminlər deyə xitab edir?
“İman gətirən, hicrət edən və Allah yolunda cihad edənlər (mühacirlər) və sığınacaq verib köməklik göstərənlər (ənsarlar)– məhz onlar həqiqi möminlərdir. Onlar üçün bağışlanma və bolluca ruzi vardır.” (Ənfal 74)
Göründüyü kimi Allah Təala Quranda mühacir və ənsarları həqiqi möminlər olaraq adlandırmışdır. Bu və digər çoxsaylı ayələr səhabələrə tabe olmaqla,onların yolu ilə getməyin zəruriliyinə dəlildir.
27) Əbdulhüseyn yazır: “Məgər onlar “Rəd” surəsinin 7-ci ayəsində deyildiyi kimi, Allah tərəfə “hidayət edənlər” deyillərmi? “Sən yalnız qorxudansan və hər bir qövmün (dəstənin) hidayətçisi vardır.” (Məktub 12)
Haşiyədə yazır: “Sələbi öz “Kəbir” təfsirində bu ayənin altında İbn Abbasdan bir hədis nəql edir: “Bu ayə nazil olandan sonra Peyğəmbər (s.a.s) əlini Əli (r.a)-nin sinəsinə qoyub buyurdu: “Mən qorxudanam və Əli yol göstərəndir. Ey Əli, hidayət olunanlar sənin vasitənlə hidayət olunurlar.”
Şeyxul İslam ibn Teymiyyə “Minhəcus sunnə” (7/139) kitabında yazır: “Bu rəvayyət hədis əhlinin yekdil rəyinə görə yalandır.” Şeyx Albani yazır: “rəvayyət uydurmadır” (“Silsilə əhadis əd daifə”№4899)
Oxşar rəvayyəti Hakim “Müstədrək”-də nəql etmişdir:
[ 4646 ] أخبرنا أبو عمرو عثمان بن أحمد بن السماك ثنا عبد الرحمن بن محمد بن منصور الحارثي ثنا حسين بن حسن الأشقر ثنا منصور بن أبي الأسود عن الأعمش عن المنهال بن عمرو عن عباد بن عبد الله الأسدي عن علي إنما أنت منذر ولكل قوم هاد قال علي رسول الله صلى الله عليه وسلم المنذر وأنا الهادي
Əli (r.a) “Sən yalnız qorxudansan və hər bir qövmün (dəstənin) hidayətçisi vardır”ayəsi haqqında demişdir: “Mən yol göstərənəm,Peyğəmbər isə qorxudan.”
Şeyx Albani yazır: “Hakim nəql etmiş və demişdir: “İsnadı səhihdir.” Zəhəbi isə deyir: “Xeyr,bu yalandır.Bunu uyduranın Allah bəlasını versin.” Lakin,o bunda kimin müqəssir olmasını deməmişdir.Mənə görə bu sənəddə mətruk ravi olan Hüseyn Əşkardır.” (“Silsilə əhadis əd daifə”c.10, №4899)
Mən deyirəm ki,sənədi daha da qeyri məqbul edən tənqid olunan ravi Abbad ibn Abdullah əs Suddidir.Həmçinin,Süleyman əl Əmaş rəvayyət edərkən bunu özünün birbaşa eşitdiyini bildirməmişdir.
Dostları ilə paylaş: |