258
Bəd fal açmaq
1183. Bəd fal açmaq.
3861. Allahın Peyğəmbəri (s): «Kim falın bəd gəlməsinə görə öz işindən çəkinmişdirsə, Allaha şərik qoşmuşdur.»448
3862. Allahın Peyğəmbəri (s): «Səfərə çıxmaq üçün evini tərk edən, sonra bəd fala görə geri qayıdan şəxs Məhəmmədə (s) nazil olana küfr etmişdir.»449
3863. Allahın Peyğəmbəri (s): «Ən doğru fal, yaxşı (gələn) faldır.»450
3864. Allahın Peyğəmbəri(s): «Bəd fal açan, ya onun üçün bəd fal açılan şəxs (başqalarının ona açdığı bəd fala inamı olan), gələcəkdən xəbər verən, ya başqası onun gələcəyini deyəndə ona inanan, cadu edən, ya başqasına cadu etmək üçün falçıya və cadugərə müraciət edən şəxs bizdən deyil.»451
3865. Allahın Peyğəmbəri (s): «Bəd falın kəffarəsi təvəkküldür.»452
3866. Allahın Peyğəmbəri (s): «Nə bəd fal doğrudur, nə də nəhslik.»453
3867. «Biharul-Ənvar»: «Allahın Peyğəmbəri (s) falın yaxşı gəlməsini sevərdi. Falın bəd gəlməsini xoşlamazdı və buyurardı:Hər kəs nəzərinə uğursuz görünən xoşagəlməz bir şeylə qarşılaşanda desin: İlahi! Yaxşılığı Səndən başqa heç kəs verməz. Pisliyin qarşısını da, Səndən başqa heç kəs almaz və sənin köməyinlə olmayan heç bir hərəkət və qüvvə yoxdur.»454
3868. İmam Sadiq (ə): «Bəd falın təsiri özündən asılıdır. Əgər ona yüngül yanaşsan, yüngül olar, ağır yanaşsan, ağır. Heç bir əhəmiyyət verməsən, heç nə olmaz.»455
ioooooop
259
Dırnaq
1154. Dırnaq tutmaq.
3869. Allahın Peyğəmbəri (s): «Dırnaqları tutmaq böyük xəstəliyin qarşısını alar və ruzini artırar.»456
3870. İmam Baqir (ə): «Dırnaqları tutmağın səbəbi, onların şeytanların yuvası və unutqanlığın mənşəyi olmasıdır.»457
3871. İmam Sadiq (ə): «Şeytanın insana hakim olmasının ən gizli və gözəgörünməz yolu onun dırnaqlarının altında yuva qurmasıdır.»458
1185. Qadınları dırnaqlarını uzatmağa həvəsləndirmək.
3872. «Əl-Kafi»: «Allahın Peyğəmbəri (s) kişilərə xitab edərək buyurdu: «Dırnaqlarınızı tutun.» Qadınlara da buyurdu: «Dırnaqlarınızı uzun saxlayın. Çünki, bu sizin üçün daha gözəldir.»459
ioooooop
260
Zülmkarlıq
1186. Zülmkarlıqdan çəkinmək.
Quran:
«Allah-taala zalım xalqı hidayət etməz»460
«Həqiqətən, zalımlar nicat tapmayacaqlar.»461
Hədis:
3873. Allahın Peyğəmbəri (s): «Zülm etməkdən çəkinin ki, qəlblərinizi viran edər.»462
3874. Allahın Peyğəmbəri (s): «Qiyamət günü bəndə öz yaxşı əməllərinə görə sad halda məhşər ayağına çəkilər. Bir kişi gələr və deyər: «Ey Rəbbim! Bu bəndə mənə zülm etmişdir.» Bu zaman həmin bəndənin savabından götürülər və ədalət tələb edən kişinin savablarına əlavə edilər. Bu minvalla, zülm etdiyi insanlar bir-bir gəlib öz haqlarını tələb edərlər. Axırda, bəndəyə bir savab və xeyir əməl də qalmaz. Bundan sonra kim gəlib öz haqqını tələb etsə, onun günahlarından götürülüb həmin bəndənin günahlarına artırılar. Beləliklə, bəndə cəhənnəm oduna daxil olanadək insanların haqqı ondan götürülər.»463
3875. Allahın Peyğəmbəri (s): «Zülm etməkdən çəkinin ki, zülm qiyamət gününün zülmətləridir.»464
3876. İmam Əli (ə): «Zülmkarlıq ən çirkin alçaqlıqdır.»465
3877. İmam Əli(ə): «Zülmkarlıq addımları büdrədər, nemətlərdən məhrum edər və ümmətləri məhvə sürükləyər.»466
3878. İmam Əli (ə)(zülmə nifrətini açıqladığı xütbədə): «And olsun Allaha, gecədən sübhədək dəvətikanı kolunun üstündə qalmağım və əlim-ayağım qandallı, zəncirlı halda sürüklənməyim, qiyamət günü Allah bəndələrindən birinə zülm, ya dünyanın alçaq malından ən xırda bir şeyi qəsb etmək günahına bulaşmış halda Allahın və Onun Rəsulunun (s) qarşısına çıxmaqdan mənimçün daha xoşdur. Necə ola bilər ki, ipi-sapı sürətlə çürüməyə doğru gedən və uzun zamanlar torpaq altında qalan bir cismə xatir kimsəyə zülm edim?»467
3879. İmam Əli(ə) (həmin xütbədə): «Allaha and olsun, əgər yeddi iqlimi, onun planetlərinin altında olan hər şeylə birlikdə, qarışqanın ağzından arpa dənəsinin qabığını götürməklə Allaha itaətsizlik etməyim şərtilə mənə versələr, heç vaxt bunu etmərəm.»468
3880. İmam Əli (ə): «Zülmdən ehtiyatlı ol ki, zülm edən hər bir şəxsin taleyi xoşagəlməz oldu.»469
3881. İmam Əli(ə): «Allahın nemətinin məhv olması, onun qəzəbinin və intiqamının tez gəlməsi üçün zülmdən təsirli heç nə yoxdur. Çünki, Allah-taala məzlumun duasını eşidir və daim zalımın pusqusundadır.»470
3882. İmam Əli(ə): «Kim zülm etsə ömrü (beli) sınar.»471
3883. İmam Əli(ə): «Kim zülmün miniyinə qalxsa, miniyi onu başıüstə yerə çırpar.»472
3884. İmam Əli(ə): «Kim zülm etsə, zülmü onu məhvə sürükləyər.»473
3885. İmam Sadiq(ə): «Allahın Rəsulu (s) qarışqanın ağzı və ayağı ilə daşıdığı hər bir şeyi yeməyi qadağan etmişdir.»474
1187. Zülmün növləri.
3886. İmam Əli (ə): «Bilin ki, zülm üç növdür: heç vaxt bağışlanmayan zülm, sorğu-suala çəkilən zülm, bağışlanan və sorğu-sualı olmayan zülm. Heç vaxt bağışlanmayan zülm, Allaha şərik qoşmaqdır... Bağışlanan zülm, bəndənin bəzi kiçik günahlar etməklə özünə rəva bildiyi zülmdür. Nəhayət, sorğu-suala çəkilən zülm, bəndələrin Bir-birinə etdikləri zülmdür.»475
1188. Zülmün ən çirkin növü.
3887. Allahın Peyğəmbəri (s): «Allahdan başqa köməyi olmayan insana zülm edən şəxsə Allahın qəzəbi çox ağır olar.»476
3888. İmam Əli(ə): «Zəifə zülm etmək, zülmün ən çirkin növüdür.»477
3889. İmam Əli (ə) («Hansı günahın cəzası günahkara daha tez çatar?» sualının cavabında): «Allahdan başqa köməyi olmayan insana zülm edənə, nemətlərin haqqını yerinə yetirməkdə səhlənkar olana, yoxsula zülm və təcavüz əlini uzadana.»478
3890. İmam Əli (ə): «Ən çirkin zülmlərdən biri alicənab insanlara zülm etməkdir.»479
3891. İmam Baqir (ə): «Əli ibn Hüseynin (ə) ölüm anı çatanda məni sinəsinə sıxıb buyurdu: Oğlum! Atam dünyadan köçərkən mənə tövsiyyə etdiyini və onun atası da ölüm anında ona verdiyi tövsiyyəni indi mən sənə tövsiyyə edirəm: Oğlum! Allahdan başqa köməyi olmayan insana, məbada zülm edəsən!»480
1189. Zalıma möhlət vermək.
3892. Allahın Peyğəmbəri (s): «Allah-taala zalıma o, «Allah məni öz ixtiyarıma buraxmışdır.» deyənə qədər möhlət verər. Sonra, ona şiddətli cəza verər. Allah-taala zalımları məhv edəndən sonra Özünə həmd söyləyib buyurmuşdur: Zülm edən insanların kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi olan Allaha.»481
3893. İmam Baqir (ə): «Allah-taala iki söz arasında Firona 40 il möhlət verdi. Sonra ona axirət və dünya əzabını dadızdırdı. Allah-taala Musa (ə) və Haruna (ə) «Siz iki nəfərin duası müstəcab oldu» kəlməsini buyurduğu andan onun qəbul olunmasını Musaya məlum etdiyi vaxtadək 40 il çəkdi.»482
1190. Zalımın peşmançılığı.
Quran:
«O gün ki, zalım öz əllərinin arxasını dişləyər və deyər: Ey kaş, mən də peyğəmbərlə yoldaşlıq edəydim.» 483
Hədis:
3894. Allahın Peyğəmbəri (s): «Zülm etmək peşmançılığın mənşəyidir.»484
3895. İmam Əli(ə): «Zalım üçün ədalət günü, məzluma zülm olunan gündən daha ağırdır.»485
3896. İmam Baqir (ə): «Məzlumun zalımın dinindən götürdüyü, zalımın məzlumun dünyasından aldığından daha çoxdur.»486
1190. Zalıma kömək etməkdən çəkinmək.
Quran:
«Zülm edənlərə meyl salmayın ki, cəhənnəm odu sizə yetişər və Allah qarşısında sizə dostlar tapılmaz, nəticədə sizə kömək olunmaz.» 487
Hədis:
3897. Allahın Peyğəmbəri (s): «Qiyamət günü carçı car çəkər: «Haradadır, zalımlar və onların köməkçiləri? Zalımların mürəkkəbinə liqə (sap) qoyanlar, ya onların kisələrinin ağzını bağlayanlar, ya da onlar üçün qələmi mürəkkəbə batıranlar. Onların hamısını zalımlarla birlikdə qəbirlərdən qaldırın.»488
3898. İmam Sadiq(ə) «Zalım, onun köməkçisi və onun zülmünə razı olan şəxslərin hər üçü zülmdə şərikdir.»489
3899. İmam Sadiq (ə): «Əgər bəni Üməyyə onlara yazı yazdırmağa, ordularında vuruşmağa və yığıncaqlarına qatılmağa adam tapmasaydılar, heç vaxt bizi haqqımızdan məhrum edə bilməzdilər.»490
3900. İmam Sadiq (ə)(«Zülm edənlərə meyl salmayın» ayəsi barədə): «Kim padşahın yanına gedib onun əlini cibinə salaraq, ona bir şey verənə qədər sağ qalmasını arzulayarsa, zalıma meyl etmişdir.»491
1192. Məzluma kömək etməyə həvəsləndirmək.
Quran:
«Kim xeyir işdə vasitəçi olarsa, onun bu işdə bir payı var. Kim pis işdə vasitəçi olarsa, həmin işdən ona heç bir fayda yoxdur və Allah hər şeyə qadirdir.»492
Hədis:
3901. Allahın Peyğəmbəri (s): «Kim məzlumun haqqını zalımdan alarsa, cənnətdə mənə dost və yoldaş olar.»493
3902. İmam Əli (ə): (Həsən (ə) və Hüseynə (ə) xitabən): «Haqqı deyin və savab üçün iş görün, zalıma düşmən və məzluma dost olun.»494
3903. İmam Kazim (ə) (Əli ibn Yəqtinə xitab edərək): «Allah-taalanın zalımların dostlarının yanında dostları var və onların vasitəsilə öz dostlarını qoruyur. Sən, ey Əli, onlardan birisən.»495
1193. Məzlumun duasından çəkinmək.
3904. Allahın Peyğəmbəri (s): «Məzlumun duasından qorxun. Çünki, Allah-taala onun haqqını alacaq və Allah-taala heç bir haqq sahibini öz haqqından məhrum etməz.»496
3905. Allahın Peyğəmbəri (s): «Hərçənd kafir olsa belə, məzlumun duasından qorxun. Çünki, məzlumun duasına heç bir şey mane olmaz.»497
3906. İmam Əli (ə): «Oxların ən təsirlisi, məzlumun duasıdır.»498
Dostları ilə paylaş: |