266
Tələskənlik
1214.Tələskənlik.
Quran:
«Adəm tələsməkdən yaradılmışdır. Tezliklə öz nişanələrimizi sizə göstərəcəyik. Onda (əzabı) məndən tələsik istəməyin.»596
«Adəm xeyri də çağırar (bunun kimi də), pisi (hadisələri) də. İnsan tələskəndir.»597
Hədis:
4000. Allahın Peyğəmbəri(s): «Əslində camaatı tələskənlik məhvə sürükləmişdir. Camaat sakit və tələskənlikdən uzaq olsaydı, heç kəs məhv olmazdı.»598
4001.Allahın Peyğəmbəri(s): «Sakitlik Allahdan (sifətlərindən), tələskənlik isə şeytandandır (sifətlərdəndir).»599
4002. İmam Əli (ə): «Tələskənlik büdrəməyə səbəb olar.»600
4003. İmam Əli (ə): «Tələskənlikdə büdrəyişlər çox olar.»601
4004. İmam Sadiq (ə): «Sakitlik və lənglikdə (xəta və büdrəməkdən) sağlamlıq, tələskənlikdə peşmançılıq var.»602
1215. Yaxşı işlərə tələsmək.
4005. Allahın Peyğəmbəri (s): «Allah tələsik görülən xeyir işi
sevər.»603
4006. Allahın Peyğəmbəri (s): «Lənglik hər işdə bəyənilib, ancaq yaxşı iş görməyə yaranan fürsətlərdən başqa.»604
4007. İmam Sadiq (ə): «Atam buyurardı: Yaxşı iş görmək niyyətində olanda tələs. Çünki, nə olacağını bilmirsən.»605
ioooooop
267
Ədalət
1216.Ədalətin dəyər-qiyməti.
4008. İmam Əli (ə): «Ədalət bütün varlığın onun üzərində qurulduğu bir bünövrədir.»606
4009. İmam Əli (ə): «Pak olan Allah, ədaləti camaatın (həyatına) güc-qüvvə verəninə, haqqı tapdalamaqdan və günahlardan uzaq durmaq, İslamda asanlıq və açılış üçün bir vasitəyə çevirmişdir.» 607
4010. İmam Əli (ə): «Ədalət camaatı ayaq üstə saxlayan və hökmranların zivəridir.» 608
4011. İmam Əli (ə): «Ədalət dövlətlərin sipəridir.» 609
4012. İmam Əli (ə): «İnsanların işi ədalətlə islah olar.» 610
4013. İmam Əli (ə): «Ədalətin səbəbinə bərəkət ikiqat artar». 611.
4014. İmam Əli (ə): «Ədalət idarəçiliyin nizam-intizamıdır.»612
4015. İmam Əli (ə): «Heç bir şey, şəhərləri ədalət qədər abad etməz.»613
4016. İmam Əli (ə) («Ədalət üstündür, yoxsa səxavət?» sualına cavabından): «Ədalət hər şeyi öz yerinə qoyur, səxavət isə işləri məcrasından çıxarır. Ədalət əhatəli siyasətdir, ancaq səxavət xüsusi bir haldır (və məhdud sayda fərdlərə şamil olunur). Deməli, ədalət onların ən şərafətlisi və üstünüdür.»614
4017. Xanım Fatimeyi- Zəhra (ə): «Allah ədaləti qəlblərin rahatlığı üçün vacib buyurmuşdur.»615
4018. İmam Sadiq (ə): «Ədalət susuz insanın çatdığı sudan daha şirindir.»616
4019. İmam Sadiq (ə): «Ədalət baldan şirin, kərədən yumşaq və müşkdən ətirlidir.»617
1217. Ədalətli insanın xüsusiyyətləri.
4020. Allahın Peyğəmbəri (s): «Kim camaata qarşı rəftarında onlara zülm etməsə, onlarla söhbət edəndə yalan danışmasa, vəd verdikdə vədinə xilaf çıxmasa insanlığı kamil, ədaləti aşkar, dostluğu vacib və qeybəti haramdır.»618
4021. Allahın Peyğəmbəri (s): «Adil o şəxsdir ki, özü ilə necə rəftar edilməsini istəyirsə camaatla da o cür rəftar etsin.»619
1218. Düşmənlə ədalətli rəftara tövsiyə olunması.
Quran:
«Ey iman gətirənlər! Allaha görə qiyam edin və ədalətə şəhadət verin. Bir dəstə ilə düşmənçiliyiniz sizi ədalətsizliyə vadar etməsin. Ədalət təqvaya daha yaxındır və Allahdan qorxun. Həqiqətən, Allah işlərinizdən agahdır.»620
Hədis:
4022. İmam Əli (ə)(əziz övladı Həsənə (ə)tövsiyyəsindən): «Sənə varlı və ya yoxsul olanda Allahın qarşısında təqvalı olmağı və dosta-düşmənə qarşı ədaləti gözləməyi tövsiyyə edirəm.»621
1219.İnsanların ən ədalətlisi.
4023. İmam Əli (ə): «İnsanların ən ədalətlisi qüdrətli ola-ola insafı gözləyəndir.»622
4024. İmam Əli (ə): «Xalqın ən ədalətlisi hamıdan daha haqlı qərar verəndir.»623
4025. İmam Əli (ə): «Ədalətin son zirvəsi insanın özü ilə ədalətli rəftar etməsidir.»624
ioooooop
268
Düşmənçilik
1220. Bir-biri ilə düşmənçiliyin yasaq olunması.
4026. Allahın Peyğəmbəri (s): «Cəbrayıl (ə) heç bir şey barədə camaatla düşmənçilikdən uzaq durmaq qədər mənə tövsiyyə vermədi.»625
4027. Allahın Peyğəmbəri (s): «Bütpərəstlik mənə yasaqlanandan sonra heç bir şey camaatla çəkişmək qədər qadağan olunmadı.»626
4028. Allahın Peyğəmbəri (s): «Kim camaatla dava-dalaş etsə, mürvəti itər və hörməti yox olar.»627
4029. İmam Əli (ə): «Nadanlığın zirvəsi camaatla düşmənçilikdir.»628
4030. İmam Baqir (ə): «Dava-dalaşdan çəkinin. Çünki, bu iş ürəyi puç edər və nifaq yaradar.»629
1221. Düşmənçilik toxumu.
4031. İmam Əli (ə): «Düşmənçiliyin səbəbi düşüncəsizlikdir.»630
4032. İmam Əli (ə): «Hər bir şeyin toxumu var. Düşmənçiliyin toxumu da zarafatdır.»631
1222. Düşmənçiliyə layiq olanlar.
Quran:
«Ey iman gətirənlər! Əslində arvad və uşaqlarınızın bəziləri sizin düşmənlərinizdir. Onlardan çəkinin. Güzəşt edib göz yumsanız və günahlarını bağışlasanız, Allah həqiqətən bağışlayan və mehribandır.»632
Hədis:
4033. İmam Əli (ə): «İnsanın qarnı onun düşmənidir.»633
4034. İmam Cavad (ə): «Sənin ürəyinin istəklərinə tabe olduğuna görə doğru yolu səndən gizlədən, şübhəsiz ki, səninlə düşmənçilik etmişdir.»634
1223. Düşmənlərin ən düşməni.
4035. Allahın Peyğəmbəri (s): «Sənin ən yağı düşmənin, iki böyrünün arasında olan nəfsindir.»635
4036. İmam Əli (ə): «İnsanların ən yağı düşməni, onun qəzəb və şəhvətidir. Kim bu ikisinə üstün gəlsə, məqamı yüksələr və öz məqsədinə çatar.»636
1224. Özünü düşməndən amanda saymaq olmaz.
4037. İmam Əli (ə): «Kim öz düşmənindən qafil olsa, təxribatlar onu qabağına qatıb aparar.»637
4038. İmam Əli (ə): «Kim (öz düşmənindən) qafil olsa, (düşmənləri) ondan qafil olmazlar.»638
4039. İmam Əli (ə): «Heç bir düşməni aşağı tutma, aciz olsa belə.»639
1225. Düşmənlərin barışığını qazanmaq.
4040. İmam Əli (ə): «Kim öz düşmənini barışığa doğru çəksə, özününkülərin (dost və yavərlərinin) sayını artırar.»640
4041. İmam Əli (ə): «Kim öz düşmənini barışığa çəksə, muradına çatar.»641
1226. Düşmənlərə qarşı münasib silah.
4042. Loğman (ə) (Övladına tövsiyəsindən): «Övladım! Düşmənə qarşı silahlanmalı və nəticədə onu yerə sərməli olduğun şeylərdən biri də budur ki, onunla yağlı, yumşaq dillə danışasan ki, içindəkilər ona aşkar olmasın və özünü sənə qarşı hazırlamasın.»642
1227. Camaatın bilmədiyi şeylə düşmənçiliyi.
4043. İmam Əli (ə): «Camaat bilmədiyi şeyin düşmənidir.»643
ioooooop
Dostları ilə paylaş: |