Tərcüməçilər: Ağabala Mehdiyev, Elşən Mahmudov, Etibar Quliyev Redaktorlar: İxtisas redaktoru



Yüklə 8,33 Mb.
səhifə21/51
tarix21.10.2017
ölçüsü8,33 Mb.
#8855
növüXülasə
1   ...   17   18   19   20   21   22   23   24   ...   51

284




İffət



1301. İffətli olmağa həvəsləndirmək.

Quran:

«Evlənməyə qüvvəsi olmayanlar, Allah öz lütfü ilə onlara dövlət verənə qədər iffətli olsunlar.»932

«O qədər iffətlidirlər ki, kimsə hallarından xəbərdar olmasa onların qüdrətli olduğunu sanar.»933

Hədis:

4304. Allahın Peyğəmbəri (s): «Allah həyalı və mətanətli insanı sevər və həyasız, inadkar dilənçiyə nifrət edər.»934

4305. İmam Əli (ə): «Allah yolunda cihad edib şəhid olan kimsənin əcri, günah etməyə qadir olsa da, iffətli olanın əcrindən çox deyil. Pak, iffətli insan Allahın mələklərindən olmağa yaxındır.»935

4306. İmam Əli (ə): «İffət hər yaxşılığın başıdır.»936

4307. İmam Əli (ə): «İffət ən yüksək alicənablıqdır.»937

4308. İmam Əli (ə): «İffət nəfsi qoruyur və onu alçaqlıqdan uzaq saxlayır.»938

4309. İmam Əli (ə): «Gözəlliyin zəkatı iffətli olmaqdır.»939

4310. İmam Sadiq (ə): «Camaatın arvadlarına qarşı iffətli olun ki, sizin arvadlarınıza qarşı da iffətli olsunlar.»940


1302. Qarınqululuq və şəhvətdən iffətə həvəsləndirmək.

4311. Allahın Peyğəmbəri (s): «Mənim ümmətimin çoxu iki səbəbdən oda atılar: qarın və ayıb yeri.»941

4312. Allahın Peyğəmbəri (s): «Musa (ə) ayıb yerini və qarnının yeməyini pak saxlamağın müqabilində, özünü səkkiz və ya on il müddətinə muzdura çevirdi.»942

4313. İmam Baqir (ə): «Allaha, qarnını və ayıb yerini pak saxlamaqdan üstün bir ibadət edilməmişdir.»943


1303. İffətin kökü.

4314. İmam Əli (ə): «İffrətin kökü qənaətdir944, meyvəsi isə qəm-qüssənin azalması.»945

4315. İmam Əli (ə): «Maaşa şad olmaq sonda iffətə (və haram maldan iffət gözləməyə) səbəb olar.»946

4316. İmam Əli (ə): «Kişinin dəyəri və əndazəsi onun zəhmətinin əndazəsiylədir....Onun paklığı isə qeyrəti qədərdir.»947

4317. İmam Əli (ə): «Hər kim ağıllı olsa, iffətli olar.»948
1304. İffətin meyvəsi.

4318. Allahın Peyğəmbəri (s): «İffətdən şaxələnən təvazökarlıq, faydalanma, asayiş, itaətkarlıq, təfəkkür, bağışlama və səxavət olar. Bunlar Allahdan və Onun qismətindən razı olan ağıllı insana dindarlığı səbəbindən hasil olan xislətlərdir.»949

4319. İmam Əli (ə): «İffət şəhvəti aciz qoyar.»950

4320. İmam Əli (ə): «İffətin meyvəsi qənaətdir.»951

4321. İmam Əli (ə): «İffətin meyvəsi özünü saxlamaqdır.»952

4322. İmam Əli (ə): «Hər kim iffətli olsa, günah yükü yüngülləşər və Allahın yanında məqamı yüksələr.»953

4323. İmam Əli (ə): «Əməllər iffətlə paklaşar (və ya çoxalar və onların mükafatı artar).»954

ioooooop


285




Bağışlamaq



1305. Bağışlamağın dəyər-qiyməti.

Quran:

«Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə, hər kəs bağışlasa və barışsa onun mükafatı Allaha aiddir. Həqiqətən, Allah zalımları sevməz.»955

«Onlar bolluqda da, qıtlıqda da mallarını yoxsullara xərcləyər, qəzəblərini udar və insanların xətalarından keçərlər. Allah yaxşılıq edənləri sevər.»956

Hədis:

4324. Allahın Peyğəmbəri (s): «vaxt qəzəbiniz tutsa, onu əfv və güzəştlə özünüzdən uzaqlaşdırın. Çünki qiyamət günündə carçı car çəkəcək ki, hər kimin Allahda muzdu varsa qalxsın. Bu zaman bağışlayanlardan başqa heç kim qalxmayacaq. Allah-taalanın «Kim bağışlasa və barışsa onun mükafatı Allahın yanındadır» buyurduğunu eşitmisinizmi?»957

4325. Allahın Peyğəmbəri (s): «Allah çox güzəşt edəndir və güzəşti sevər.»958

4326. Allahın Peyğəmbəri (s): «Güzəşt sizinlə olsun. Çünki güzəşt yal­nız bəndənin izzətini artırar. Belə isə bir-birinizə güzəşt edin ki, Allah sizə izzət bəxş etsin.»959

4327. Allahın Peyğəmbəri (s): «Kim çox güzəştcil olsa, ömrü uzun olar.»960

4328. Allahın Peyğəmbəri (s): «Xətakarların büdrəmələrindən keçin ki, bu səbəbə Allah sizi təyin etdiyi çətin hallardan qorusun.»961

4329. İmam Baqir (ə): «Güzəştə görə peşmançılıq, cəza verməyə görə peşmançılıqdan daha üstün və daha asandır.»962

4330. İmam Sadiq (ə): «Üç şey dünya və axirətin dəyərli xislətlə­rindəndir: sənə zülm etmiş kimsəni bağışlamaq, səndən qopmuş şəxsə birləşmək və sənə qarşı cahilyana hərəkət edildikdə səbrli olmaq.»963


1306. Yaxşı şəkildə güzəştə həvəsləndirmək.

Quran:

«Biz göyləri, yeri və onların arasında olan hər şeyi yalnız haqq-ədalətlə yaratdıq. Qiyamət vaxtımütləq gələcəkdir. Sən onları böyüklüklə bağışla.»964



Hədis:

4331. İmam Əli (ə): «Kimsə günaha görə kimsəni danlayıb əziyyət verərsə, o, güzəşt etməmişdir.»965

4332. İmam Rza (ə) («Onları böyüklüklə bağışlaayəsi barədə): «Bura­da məqsəd cəfa vermədən, pisləmədən və danlamadan bağışla­maqdır.»966
1307. Qüdrət sahibi olarkən güzəşt etməyə həvəsləndirmək.

4333. Allahın Peyğəmbəri (s): «Kimsə (intiqam almaq üçün) qüdrətli olarkən güzəşt etsə, Allah çətin günündə ona güzəşt edər.»967

4334. İmam Əli (ə): «Hər gah düşmənindən qüdrətli olsan, ona güzəştini ondan qüdrətli olmağının şükrünə çevir.»968

4335. İmam Əli (ə): «Güzəşt qələbənin zəkatıdır.»969

4336. İmam Hüseyn (ə): «İnsanın ən güzəştcili, qüdrətli olduğu vaxt güzəşt edəndir.»970
1308. Güzəşt və ürəkləri cəlb etmək.

4337. Allahın Peyğəmbəri (s) (öz xidmətçilərindən ona şikayət edən kişiyə buyurduqlarından):–«Onları bağışla ki, qəlblərini özünlə barışdırasan.» Ərz etdi: «Ey Allahın Peyğəmbəri! Onlar ədəbsizlikdə bir-birindən fərqlənirlər.» Həzrət buyurdu: «Onlara qarşı güzəştcil ol.» Həmin kişi buyurulanlara itaət etdi.»971

4338. İmam Əli (ə) (əziz övladı Həsənə (ə) tövsiyyələrindən):–«Hərgah onlardan (nökər və qulluçqulardan) kimsə günahlarına görə cəzalanmaya layiq olsa, onu yaxşı şəkildə danla. Çünki güzəştlə birgə danlamaq, ağlı və dərrakəsi olan üçün döyməkdən daha ağırdır.»972

1309. Yersiz güzəştlər.

4339. İmam Əli (ə): «Güzəşt alicənab insanı islah etdiyi kimi, alçaq insanı da bir o qədər korlayar.»973

4340. İmam Əli (ə): «Yaxşıya mükafat ver və pisdən keç. Bu şərtlə ki, dinə ziyan vurmasın və ya İslamın qüdrətinə zəiflik gətirməsin.»974
1310. Allahın bağışlamağı.

Quran:

«Şübhəsiz ki, Allah əfv edən və bağışlayandır.»975



Hədis:

4341. Allahın Peyğəmbəri (s) (Qədr gecəsinin duası haqda Aişənin sualına cavabından):–«Deyirsən: Ey Allah! Sən bağışlayansan və güzəşti, bağışlamağı sevirsən. Belə isə məni bağışla.»976

4342. «Tənbihul-Xəvatir»: Bədəvi bir ərəb dedi: «Ey Allahın Peyğəmbəri! Qiyamət günü məxluqlarla kim haqq-hesab çəkəcək?» Buyurdu: «Böyük Allah.» Bədəvi soruşdu: «Kəbənin Allahına and olsun ki, xilas olmuşuq.» Həzrət buyurdu: «Necə, ey səhra sakini?» Ərz etdi: «Çünki kəramət sahibi qüdrətli olarsa, bağışlayar.»977

4343. İmam Əli (ə): «Ey Allah bəndələrinin camaatı! Həqiqətən, Allah sizi irili-xırdalı, gizlin və aşkar işlərinizə görə sorğu-sual edəcək. O zaman sizə cəza versə bilin ki, verilən cəzadan çox zülmkar olmusunuz. Əgər bağışlasa, Allah ondan daha çox bağışlayandır.»978

4344. İmam Əli (ə) (Münacatında):–«İlahi! Sənin bağışlamağını fikir-ləşirəm, xəta və günahlarım mənə asan gəlir. Sonra Sənin cəzalarının ağırlığı yadıma düşür, bəla və narahatlığım mənə böyük görünür.»6

4345. İmam Əli (ə): «İlahi! Mənimlə öz haqqı gözləməyinlə deyil, güzəştinlə rəftar et.»979

4346. İmam Əli (ə): «Hər kim özünü Allahın haramlarından saxlasa, Allahın bəxşişi ona tərəf tələsər.980

4347. İmam Əli (ə): «Ancaq Allah öz bəndələrini cürbəcür çətinliklərlə sınayır və müxtəlif səylərlə bəndəliyinə doğru çəkir. Bir çox çətinlik və narahatlıqlara mübtəla edir ki, bu yolla təkəbbürü qəlbindən çıxarıb təvazökarlığı ruhlarında qərar versin və onu öz fəzlinə doğru açılan qapıya və öz bağışlamağı üçün asan bir vasitəyə çevirsin.»981

4348. İmam Sadiq (ə) (Həmişə deyərdi):–«İlahi! Sən güzəşt etməyə mənim cəza çəkməyimdən daha layiqsən.»982


Yüklə 8,33 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin