|
|
səhifə | 26/51 | tarix | 21.10.2017 | ölçüsü | 8,33 Mb. | | #8855 | növü | Xülasə |
| 292
Əhd
1370. Əhdinə vəfalı olmağa həvəsləndirmək.
Quran:
« …əhd edəndə ona sadiq olanlardır.»1297
Hədis:
4649. Allahın Peyğəmbəri (s): «Müsəlmanlar halalın şərtlərinə və öz əhdlərinə sadiqlərdir.»1298
4650. Allahın Peyğəmbəri (s): «Bilin ki, kimsə öz əhdlisinə (əhli zimmədən olan) zülm etsə, ya haqqını az versə və ya gücündən çox boynuna vəzifə qoysa, yaxud da razılığı olmadan ondan nəsə alsa, qiyamət günü mən onunla düşmən və iddiaçı tərəf olaram.»1299
4651. Allahın Peyğəmbəri (s): «Nə vaxt (ümmət) əhdinə xilaf çıxarlarsa, Allah-taala düşmənlərini onlar üzərində hakim edər.»1300
4652. Allahın Peyğəmbəri (s): «Əhdinə xilaf çıxanın dini yoxdur.»1301
4653. İmam Əli (ə): «Əhdlər qiyamət gününə qədər boyunlardan asılacaq xaltadır. Onlara riayət edənə Allah-taala yaxşılıq edər. Kim onlara xilaf çıxarsa, Allah ona yardımlarını əsirgəyər. Hər kim əhdini yüngül sansa, əhdi ondan əhdə sadiqliyə təkid edən və öz yaratdıqlarından, onları qorumağı istəyən kəsə şikayət edəcək.»1302
4654. İmam Əli (ə) (Malik Əştəri hakim təyin etdiyi fərmanından): «Allahın vacib işlərindən heç biri əhdə vəfa etmək kimi deyildir. İnsanların istəkləri rəngarəng, fikirləri müxtəlif olsa da ona hörmət məsələsində həmrəydirlər.»1303
4655. İmam Əli (ə): «Sözündə düz olmaq (verdiyi əhdə sadiq qalmaq) imandandır.»1304
4656. İmam Əli (ə): «Öz əhd-peymanına sadiq olmayanın Allaha inamı yoxdur.»1305
4657. İmam Baqir (ə): «Allah-taala heç kimə üç şeyin əleyhinə getməyə icazə verməmişdir: …, yaxşı və pis əməl sahibinə verilən əhdə riayət etmək.»1306
4658. İmam Baqir (ə) («Öz ipliyini pambıq edən qadın kimi olmayın…» ayəsi ilə əlaqədar buyurduqlarından): «Öz ipliyini əyirən qadın bəni Təmimdən olan ibn Mərrənin arvadı, Kəb bin Sədin Rabtə (Reyrə) adlı qızı idi. O, axmaq bir qadın idi və yun əyirər, əyirdiklərindən pambıq hazırlayar və onu yenidən əyirərdi. Buna görə də Allah-taala buyurmuşdur: «Öz ipliyini pambıq edən qadın kimi…» Allah-taala vəfalı olmağı əmr etmiş və əhdə vəfasızlıqdan çəkindirmişdir. Bu misalı da ona görə çəkmişdir.»1307
4659. İmam Sadiq (ə) («Ey iman gətirənlər! Verdiyiniz qərarlarda vəfalı olun.» ayəsinə aid suala cavabından): «Burada, verilən əhdlər nəzərdə tutulur.»1308
ioooooop
Dostları ilə paylaş: |
|
|