Tərcüməçilər: Ağabala Mehdiyev, Elşən Mahmudov, Etibar Quliyev Redaktorlar: İxtisas redaktoru



Yüklə 8,33 Mb.
səhifə28/51
tarix21.10.2017
ölçüsü8,33 Mb.
#8855
növüXülasə
1   ...   24   25   26   27   28   29   30   31   ...   51

Hədis:


4678. İmam Bağır (ə) («Biz hər bir insanın yaxşı və pis əməlini öz boynundan asar...» ayəsi barədə): «Harada olur-olsun, onun yaxşı və pisi də onunladır və qiyamət günündə əməl dəftəri özünə verilənə qədər onlardan ayrıla bilməz.»1348

4679. İmam Sadiq (ə) («Oxu kitabını. Bu gün özün-özünə haqq-hesab çəkməyə bəs edərsən.» ayəsi barədə): «Bəndənin bütün əməlləri və onunçün yazılanların hamısı onun yadına salınacaq. Sanki həmin andaca törətmişdir. Buna görə də deyərlər: «Vay bizim halımıza! Bu necə yazıdır ki, kiçicik və böyük şeylərdən heç biri də buraxılmamışdır.”1349

4680. İmam Sadiq (ə): «Qiyamət günündə insanın əməl dəftəri ona verilər və deyilər: ”Onu oxu.» (Rəvayətçi deyir) Ərz etdim: Həmin məktubda olanları bilirsinizmi? Həzrət buyurdu: «Heç bir baxışı, heç bir deyilməmiş sözü, atdığı heç bir addımı və gördüyü heç bir iş olmaz ki, həmin məktubda yazılmamış olsun. O, həmin əməllərini elə yada salar ki, elə bil indicə görmüşdür. Buna görə də, deyərlər: «Vay bizim halımıza! Bu necə yazıdır ki,...»1350
1381. Sağ və sol tərəfin səhabələri.

4681. İmam Sadiq (ə): «Allah-taala möminlə haqq-hesab çəkmək istədikdə, əməl dəftərini onun sağ əlinə verər və Özü ilə onun arasında haqq-hesab çəkər. Sonra buyurar: Mənim bəndəm. Filan işi, behman əməli görmüsən. Ərz edər: Bəli, ey pərvərdigar! Mən bu işləri görmüşəm. Allah-taala buyurar: Mən onları sənə bağışlayıb xeyir əməllərə çevirdim. Sonra camaat deyər: Sübhanallah. Bu bəndənin heç bircə günahı da olmayıb? Allahın “Əməl dəftəri sağ əlinə verilənlə asan haqq-hesab çəkilər və özününkülərin yanına şad qayıdar” sözünün mənası budur.»1351,1352

4682. İmam Sadiq (ə): «Allah taala ...... hərgah bəndənin pisliyini istəsə, camaatın yanında onunla haqq-hesab çəkib məhkum edər və əməl dəftərini sol əlinə verər. Allahın “Əməl dəftəri boynunun arxasından onlara verilənlər dərhal deyər ki, vay olsun halıma, mən məhv oldum. Dünyada özününkülərlə şad-xürrəm yaşayan beləsi, şölənələn alova daxil olar.” sözünün mənası da budur.»1353,1354

ioooooop


294




Adət



1382.Adət

4683. İmam Əli(ə): «Adət ikinci (insan) təbiətdir.»1355

4684. İmam Əli(ə): «Adət hər bir insanın hakimidir.»1356

4685. İmam Əli(ə): «Hər kim adətlərinə tabe olsa, (yüksək) məqamlara nail olmaz.»1357

4686. İmam Əli(ə): «Sənin dilin, səndən elə adət etdiyini istər, nəfsin isə ona öyrəşdiyi şeyi dilər.»1358

4687. İmam Əli(ə): «Qəzəbə tələsmə. Bu adət halını almaqla sənə hakim olar.»1359

4688. İmam Əli(ə) (əziz övladı İmam Həsənə (ə) tövsiyyələrindən): «Yeniyetmə qəlbi xam torpaqtək boşdur. Ona atılan hər bir şeyi qəbul edər. Buna görə də qəlbin bərkiməmiş və ağlın məşğul olmamış sənə tərbiyə və ədəb verməyə tələsdim.”1360

4689. İmam Əli(ə) (Ona faludə (un, su və baldan harlanmış halva) gətirib qarşısına qoyduqda buyurmuşdur): «Sənin xoş ətrin, xoşagələn rəngin və ləziz tamın var. Ancaq mən nəfsimi ona adət etmədiyi bir şeyə öyrəşdirmək istəmirəm.»1361

4690. İmam Əli(ə): «Özünü yaxşı işlər görməyə öyrəşdir və tavan yüklərini, cərimələri çiyninə çək ki, nəfsin şərafətinə çatasan, axirətin abad olsun və alqış edənlərin çox olsun.»1362

4691. İmam Həsən (ə): «Adətlər qəhr edəndirlər. Kimsə gizlində və aşkarda özünü nəyəsə adət etdirsə, həmin şey onu aşkarda və camaatın içində rüsvay edər.»1363


1383. Adətlərə üstün gəlmək.

4692. İmam Əli (ə): «Fəzilət adətlərə üstün gəlməkdir.»1364


4693. İmam Əli(ə): «Ən üstün ibadət, adətə qalib gəlməkdir.»1365

4694. İmam Əli(ə): «Adətlərə üstün gəlməklə ən yüksək məqamlara çatmaq olar.»1366

4695. İmam Əli(ə): «İbadətləriniz asanlaşsın deyə, adətlərinizi dəyişdirin.»1367

4696. İmam Əli(ə): «Adətlərdən əl çəkməklə nəfslərinizi ram edin və onları itaətə doğru yönəldin.Tavan və cərimələrinizin yüklərini onların çiyinlərinə yükləyin. Yaxşı əməllərdən istifadə etməklə onları bəzəyin və günahların çirkabından uzaqda saxlayın.»1368



1384. Adətləri dəyişməyin çətinliyi.

4697. İmam Əli(ə): «Siyasətlərin ən mətini adətləri dəyişməkdir.»1369

4698. İmam Əli(ə): «Hər işi görmək mümkündür, yalnız adətləri dəyişməkdən başqa.»1370

4699. İmam Əli(ə): «Ey camaat! Nəfslərinizi tərbiyə etməyi öz öhdənizə götürün, onları tamah və adətlərindən çəkindirin.»1371

ioooooop


Yüklə 8,33 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin