Tərcüməçilər: Ağabala Mehdiyev, Elşən Mahmudov, Etibar Quliyev Redaktorlar: İxtisas redaktoru



Yüklə 8,33 Mb.
səhifə29/51
tarix21.10.2017
ölçüsü8,33 Mb.
#8855
növüXülasə
1   ...   25   26   27   28   29   30   31   32   ...   51
    Bu səhifədəki naviqasiya:
  • Hədis

295




Bayram



1385.Bayram

Quran:

«Məryəm oğlu İsa dedi: Pərvərdigara, ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o, bizlər və bizdən sonra gələnlər üçün bir bayram və Səndən bir nişanə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan.»1372


Hədis:


4700. İmam Əli(ə) (Bayramların birində): «Həqiqətən də, bu bayram Allah oruc-namazını qəbul edən üçün bayramdır. Allaha itaətsizlik etmədiyimiz hər bir gün bayramdır.»1373

4701. İmam Əli(ə): «Bir bayram günündə Əmir-əl-mömininin (ə) yanına getdim. Gördüm ki, Həzrətin qarşısında açılmış süfrəyə bir az buğda çörəyi, bir qab firni və bir qaşıq var. Ərz etdim: «Ey Əmir-əl-möminin! Bayram günündə firni?» Həzrət buyurdu: «Bu, bağışlanan kimsənin bayramıdır.»1374


1386. Novruz

4702. «Mən lə yəhzəruhul fəqih»: «Novruzda Əmir-əl-mömininə bir hədiyyə gətirdilər. Həzrət soruşdu: Bu nədir? Ərz etdilər: «Ey Əmir-əl-möminin! Bu gün Novruzdur.» İmam buyurdu: «Hər günümüzü Novruza çevirin.»1375

4703. İmam Əli (ə): «Bizim Novruzumuz hər gündür.»1376

4704. İmam Sadiq (ə) (Novruz günündə onun qulluğuna gələn Müəlla ibn Xənisə xitabən): «Bilirsənmi bu gün nə gündür?» (Müəlla deyir) Ərz etdim: Sənə fəda olum, bu iranlıların əziz tutduğu və bir-birinə hədiyyə, bayramlıq verdikləri bir gündür. İmam Sadiq (ə) buyurdu: «And olsun Məkkədəki o qədim evə, bu günün qədim kökü var və mən onu sənə izah edirəm ki, biləsən....

Ey Müəlla! Novruz Allah-taalanın bəndələrdən Ona ibadət etmələrinə və heç nəyi Ona şərik qoşmayacaqlarına, elçilərinə, hüccətlərinə və imamlara (ə) iman gətirəcəklərinə vədə aldığı bir gündür. Novruz günəşin doğduğu ilk gündür...

Elə bir Novruz yoxdur ki, biz onda fərəcin olacağını gözləməyək. Çünki Novruz bizim və şiələrimizin günlərindəndir. İranlılar onu qoruyub saxladı, sizlər isə əldən buraxdınız...

Novruz iranlıların ilinin ilk günüdür. Onlar sayları otuz min nəfər olsa da, sağ qaldılar, yaşadılar və Novruz günündə su səpmək adətə çevrildi...»1377

4705. İmam Sadiq (ə): «Novruz bayramı yaxınlaşanda bədənini yu, ən təmiz paltarını gey, ən xoş qoxulu ətirlərlə özünü ətirləndir və həmin gün oruc tut.»1378

4706. «Biharul Ənvar»: «Nəql olunanlara görə, Mənsur Dəvaniqi İmam Kazimdən (ə) camaatın onu təbrik etməsi üçün Novruzda evdə oturmasını və onunçün gətirdikləri hədiyyələri qəbul etməsini xahiş edir. İmam (ə) buyurur: «Mən babam peyğəmbərin (s) hədis və rəvayətlərində axtarsam da, bu gün haqda nəsə tapmadım. Novruz iranlıların adətidir və İslam onu mənsux (ləğv) etmişdir. İslamın aradan götürdüyünü həyata qaytarmağımızdan Allaha pənah!» Mənsur dedi: «Biz bu işi yalnız döyüşçülərə görə edirik (və bir hərbi siyasətdir). Səni and verirəm o böyük Allaha, evdə əyləş.” Həzrət qəbul edir və evdə əyləşir....»1379
1378.Bayramların zivəri.

4707. Allahın Peyğəmbəri (s): «Öz bayramlarınızı «Allahu əkbər»lə (deməklə) zinətləndirin.»1380

4708. Allahın Peyğəmbəri (s): «Fitr və Qurban bayramlarını “La ilahə illəllah”, “Allahu əkbər”, “Əlhəmdulillah” və “Sübhənallah” cümlələri ilə bəzəyin.»1381

4709. «Kənzul Ümmal»: «Allahın peyğəmbəri (s) Fitr və Qurban bayramında evdən bayıra çıxar və uca səslə ”La ilahə illəllah ” və ”Allahu əkbər” deyərdi.»1382

ioooooop

296

Eyb



1388. Başqalarının eybindənsə, öz qüsurları ilə məşğul olanların təqdir olunması.

4710. İmam Əli (ə): «Xoşa o kimsənin halına ki, özünün eybi, onu camaatın eybləri ilə əlləşməkdən saxlasın.» 1383

4711. Allahın Peyğəmbəri (s): «İnsanların ən ağıllısı odur ki, öz eyblərini görsün və başqalarının eybinə kor olsun.»1384

4712. Allahın Peyğəmbəri (s): «Kim öz eybini görərsə, başqalarının eybləri ilə məşğul olmaqdan çəkinər.»1385

4713. İmam Sadiq (ə): «İnsan üçün ən xeyirli iş odur ki, öz eyblərini aradan götürməkdə camaatdan öndə olsun və ya camaatın eybləri ilə məşğul olmamış öz eyblərinə baxsın.»1386

4714. İmam Sadiq (ə): «Görsəniz ki, kimsə camaatın günahlarını axtarır və öz günahlarını unudub, bilin ki, Allahın fəndinə düçar olub.»1387


1389. Camaatın eybləri ilə məşğul olmaq və öz nəfsi ilə barışmağın pislənməsi.

4715. Məsih (ə): «Ey pis bəndələr! Günaha görə camaatı danlayırsınız, ancaq öz eyb və pisliklərinizə əmin olduğunuz halda özünüzü danlamaqdan çəkinirsiniz.»1388

4716. Allahın Peyğəmbəri (s): «Sizlərdən hər biri qardaşının gözündə çör-çöpü görər, öz gözündə isə ağacın gövdəsini görməz.»1389

4717. Allahın Peyğəmbəri (s): «İnsan üçün elə bu eyb bəs edər ki, camaatda eyb görsün, özündə isə görməsin, camaatı özünün tərk edə bilmədiyi işə görə danlasın, oturub durduğu yoldaşını boş və aidiyyətsiz şeylərə görə incitsin.»1390

4718. İmam Əli (ə): «Kim camaatın eyblərini görsə, onları çirkin saysa və özündəki həmin eybləri bəyənərsə, əsl axmaqdır.»1391

4719. İmam Əli (ə): «Ən böyük eyb budur ki, elə şeyin xırdaçılığını edəsən ki, sanki özündə yoxdur.»1392



1390. Eybləri örtmək.

4720. Allahın Peyğəmbəri (s): «Kimsə möminin rüsvayçılığının üstünü örtərsə, diri-diri basdırılan qız uşağını qəbrdən xilas etmiş kimidir.»1393

4721. Allahın Peyğəmbəri (s): «Kim qardaşının bir günahını bilib onu gizlətsə, Allah qiyamət günü onun günahlarını gizlədər.»1394

4722. İmam Baqir (ə): «Möminin mömin qarşısında vəzifəsi budur ki, onun yetmiş böyük günahını gizlətsin.»1395



1391.Eybləri hədiyyə etmək.

4723. İmam Əli (ə): «Kim sənin eybini üzünə desə, dalınca sənin abrını qoruyar. Kim eyblərini sənə deməkdə ehtiyat edib çəkinsə, arxanca sənin eybini deyər.»1396

4724. İmam Əli (ə): «Qardaşının eybini üzünə deməkdə sizin üçün heç bir maneə yoxdur, yalnız onun da, eybinizi üzünüzə deməsindən qorxmaq-dan savayı. Siz axirəti uzağa atmaq və dünyayla dostluqda bir-birinizlə dostlaşmısınız.»1397

4725. İmam Sadiq (ə): «Mənim üçün ən əziz qardaş odur ki, eyblərimi mənə hədiyyə etsin.»1398


1392.Eyib axtarmaq.

Quran:

«Eyib axtarıb1399 tənə vuran1400 hər kəsin vay halına.»



Hədis:

4726. Allahın Peyğəmbəri (s): «Möminlərin eyblərini axtarmayın. Çünki kim möminlərin eyblərini axtararsa, Allah da onun eyblərini axtarar. Allah-taala kimin eyblərini axtararsa, evinin içində olsa belə onu rüsvay edər.»1401

4727. İmam Əli (ə): «(Başqalarının) Eybləri eşələməyin özü bir eybdir.»1402

4728. İmam Əli (ə) (Malik Əştəri Misirə vali təyin etdiyi fərmandan):– «Camaatın arasında səndən ən uzaq olan və ən çox acığın gəldiyi insanlar, camaatda ən çox eyb axtaranlar olmalıdır. Çünki camaatın (istər-istəməz) eybləri var və hökmdar onları örtmək üçün ən layiqli şəxsdir. Buna görə də camaatın səndən gizlin eyblərini axtarıb çox dərinə getmə.»1403

4729. İmam Əli (ə): «Başqalarının səhvinə heç vaxt şad olma. Çünki sən də həmişəlik xətadan qorunmamısan.»1404

4730. İmam Əli (ə): «Kim eyb axtararsa, eybləri axtarılar və söyüş söyər-sə cavabını eşidər.»1405

4731. İmam Sadiq (ə): «Allahdan ən uzaq düşmüş bəndə, kimsəylə dostluq məsələsini ortaya atan və onun büdrəyişlərini bir gün başına qaxmaq üçün saxlayandır.»1406
1393.Eybləri örtmək.

4732. «Tənbihul Xəvater»: «Rəvayətə görə bir gün İsa (ə) həvarilərlə birgə, it leşinin yanından keçirmiş. Bu vaxt həvarilər deyirlər: «Bu it necə də ilənir!» İsa buyurur: «Əcəb ağ dişləri var.»1407

4733. Allahın Peyğəmbəri (s): «Elm və sərvət hər eybin üstünü örtər, nadanlıq və imkansızlıq hər eybin üstünü açar.»1408

4734. İmam Əli (ə): «Dözüm eyblərin gorudur.»1409

4735. İmam Əli (ə): «Eyblərin pərdəsi ağıldır.»1410

4736. İmam Əli (ə): «Kim abır-həya paltarını kimsənin əyninə geydirərsə, camaat onun eybini görməz.»1411

4737. İmam Əli (ə): «Bilik öz paltarını kimin əyninə geydirərsə, eybi camaatdan gizli qalar.»1412

4738. İmam Əli (ə): «Bəxtin sənə yar olunca sənin eybin gizlin qalar.»1413


1394. Kim nəyi bilməsə ondan irad tutar.

4739. İmam Əli (ə): «Kimsə nəyisə dərk etməkdə aciz qalarsa, ondan irad tutar.»1414

4740. İmam Əli (ə): «Kim nəyi bilməzsə, ondan eyb tutar.»1415
ioooooop


Yüklə 8,33 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin