301
Fırıldaq və əliəyrilik
1409. Fırıldaqçılığın pislənməsi.
4784. Allahın Peyğəmbəri (s): «Kim öz müsəlman qardaşına fırıldaq gəlsə, Allah bərəkəti onun ruzisindən götürər, həyatını xarab edər və onu öz halına buraxar.»1464
4785. Allahın Peyğəmbəri (s): «Kim eybini alıcıya demədən qüsurlu mal satarsa, həmişə Allahın qəzəbinə tuş gələr və mələklər həmişə ona qarğış edərlər.»1465
4786. «Kənzul-Ummal»: «Allahın Peyğəmbəri buğda kisəsinin yanından keçirdi. Əlini onun içinə saldı və barmaqlarına nəmişlik gəldi. Buyurdu: «Bu nədir, ey satıcı?» Ərz etdi: «Ey Allahın Peyğəmbəri. Ona yağış dəyib.» Həzrət buyurdu: «Niyə o hissəni üstə qoymamısan ki, camaat görsün? Bizə qarşı fırıldaq işlədən bizdən deyil.»1466
4787. İmam Əli (ə) (Ona iş görənlərdən birinə tövsiyyəsindən): «Həqiqətən də, ən böyük ümmətin xəyanətidir (yaxud ümmətə edilən xəyanətdir). Ən çirkin fırıldaq isə rəhbərlərin (və ya rəhbərlərə qarşı edilən) fırıldağıdır.»1467
4788. İmam Əli (ə): «Xalqın dini işlərində onlara fırıldaq gələn Allahın və Onun peyğəmbərinin düşmənidir.»1468
4789. İmam Sadiq (ə): «Bizə qarşı fırıldaq işlədən bizdən deyil.»1469
4790. «əl-Kafi»: İmam Kazim (ə) kölgədə (qaranlıqda) Şapur parçası satan Heşam ibn Həkəmin yanından keçdikdə buyurdu: «Ey Heşam! Kölgədə mal satmaq fırıldaqçılıqdır və (alqı-satqıda) fırıldaq rəva deyil.»1470
ioooooop
302
Qəsb etmək
1410. Qəsb etmək.
4791. Allahın Peyğəmbəri (s): «Kimsə müsəlmanın malını haqsız yerə qəsb edərsə, Allah həmişəlik ondan üz döndərər, gördüyü hər yaxşı işə qəzəblənər və tövbə edib götürdüyü malı sahibinə qaytarmayana qədər onları yaxşı işlər siyahısına salmaz.»1471
4792. Allahın Peyğəmbəri (s): «Kimsə kimsənin torpağını nahaqdan qəsb edərsə, Allah-taalanı onunla qəzəblənmiş halda görüşər.»1472
4793. Allahın Peyğəmbəri (s): «Qardaşının malını nahaq yerə almaq heç bir müsəlmana rəva deyil. Çünki Allah müsəlmanın malını müsəlmana haram etmişdir.»1473
4794. İmam Əli (ə): «Evdə qəsb edilmiş daşın olması, həmin evin dağılmasının zaminidir.»1474,1475
4795. İmam Sadiq (ə): (Haqsız yerə torpaq alıb orada ev tikənin hökmü haqda suala cavabından): «Evi viran olar və torpaq sahibinə qaytararlar. Zülmkarın alın tərinə və haqqı tapdalayana haqq yoxdur.»1476
4796. İmam Əli (ə): «Başqasının icazəsi olmadan onun malını ələ keçirmək heç kəsə rəva deyildir.»1477
ioooooop
303
Qəzəb
1411. Qəzəb bütün pisliklərin açarıdır.
4797. Allahın Peyğəmbəri (s): «Qəzəb şeytan alovunun bir hissəsidir.»1478
4798. İmam Əli (ə): «Qəzəb və sərtlik dəliliyin bir növüdür. Çünki bunlara sahib olan peşmançılıq çəkər. Əgər peşman olmasa, dəliliyi qətidir.»1479
4799. İmam Sadiq (ə): «Qəzəb hər bir pisliyin açarıdır.»1480
4800. İmam Sadiq (ə): «Qəzəb müdrik şəxsin qəlbini məhv edəndir.»1481
1412. Qəzəbə hakim olmağa həvəsləndirmək.
4801. Allahın Peyğəmbəri (s): «Sizə ən güclünüzdən xəbər verimmi? Bu, qəzəbli olanda özünü saxlayanınızdır.»1482
4802. İmam Baqir (ə): «Heç bir güc, qəzəbin qarşısını almaq qədər deyil.»1483
4803. İmam Sadiq (ə): «Kim öz qəzəbinə sahib deyilsə, ağlına da sahib deyil.»1484
1413. Qəzəbi söndürməyə həvəslənmək.
Quran:
«Onlar qəzəblərini udar, insanların günahlarından keçərlər.»1485
«O kəslər ki, qəzəbləndikləri zaman bağışlayırlar.»1486
Hədis:
4804. Allahın Peyğəmbəri (s): «Həqiqətən, cəhənnəmin qapısı var ki, oradan yalnız Allaha qarşı günahlarla öz qəzəbini sakitləşdirən girər.»1487
4805. Allahın Peyğəmbəri (s): «Kim qəzəbinin qarşısını almasa, Allah da ona qarşı əzabının qarşısını almaz.»1488
4806. İmam Baqir (ə): «Kim qəzəbini soyuda bilsə və onu udsa, Allah qiyamət günündə onun qəlbini iman və rahatlıqla aşırıb daşırar.»1489
4807. İmam Sadiq (ə): «Qəzəb, ona qarşı dözümü olan üçün nə qədər gözəl qurtumdur.»1490
1413. Qəzəbin dərmanı.
4808. Allahın Peyğəmbəri (s): «Ey Əli! Qəzəblənmə və qəzəblənsən də otur və Allahın bəndələr üzərində qüdrəti və onlara etdiyi güzəşt barədə düşün. Sənə «Allahdan qorx» deyilsə, qəzəbini kənara qoy, öz güzəşt və səbrinə müraciət et.»1491
4809. İmam Əli (ə): «Qəzəbinizə susmaqla, nəfsin istəklərinə ağılla dərman edin.»1492
1415. Qəzəb, Allaha sitayişin yolunda.
4810. Musa (ə): «Pərvərdigara! Kimlərdir, Sənin sayəndən qeyri bir kölgənin olmadığı bir vaxtda ərşində olan o bəndələrin?» Allah ona vəhy buyurdu: «Mənim haramlarım halal sayılanda yaralı pələng kimi qəzəblənən kimsələr.»1493
4811. İmam Əli (ə): «Allahın Peyğəmbəri (s) dünyaya görə qəzəblənmirdi. Ancaq haqqa görə qəzəblənsəydi, heç kəs onu tanımazdı və haqqın intiqamını alana qədər heç nə Onun qəzəbinin qarşısını ala bilməzdi.»1494
4812. İmam Əli (ə): «Kim yaramaz adamlarla düşmən olub Allaha xatir qəzəblənsə, Allah ondan ötrü qəzəblənər və qiyaəmət günündə onu şad edər.»1495
ioooooop
Dostları ilə paylaş: |