Tərcüməçilər: Ağabala Mehdiyev, Elşən Mahmudov, Etibar Quliyev Redaktorlar: İxtisas redaktoru



Yüklə 8,33 Mb.
səhifə32/51
tarix21.10.2017
ölçüsü8,33 Mb.
#8855
növüXülasə
1   ...   28   29   30   31   32   33   34   35   ...   51

304




Allahdan

günahlarının bağışlanmasını diləmək



1416. Cünahların bağışlanmasını diləmək.

Quran:

«Bir günah iş gördükləri, yaxud zülm etdikləri zaman Allahı yada salıb günahlarının bağışlanmasını diləyənlər....»1496

«Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını dilərsə, Allahın bağışlayan və mərhəmətli olduğunu görər»1497.

Hədis:

4813. Loğman (ə) (Öz övladına tövsiyyəsi):–«Övladım! Məbada, xoruz səndən zirək olsun və sən yuxuda olarkən səhər erkən oyansın və bağışlanmasını diləsin!»1498

4814. Allahın Peyğəmbəri (s): «Ən yaxşı dua günahlarının bağışlanmasını diləməkdir.»1499

4815. Allahın Peyğəmbəri (s): «Ən yaxşı ibadət istiğfar (günahlarının bağışlanmasını istəmək) etməkdir.»1500

4816. Allahın Peyğəmbəri (s): «Çox istiğfar edin. Çünki Allah istiğfarı sizə yalnız ona görə öyrətmişdir ki, günahlarınızı bağışlasın.»1501

4817. İmam Əli (ə): «Günahlarının bağışlanmasını istəyən və bununla belə naümid olana heyrət edirəm.»1502

4818. İmam Əli (ə): «Günahlarının bağışlanmasını diləməklə özünüzü ətirləndirin ki, günahlarınızın iyi sizi rüsvay etməsin.»1503

4819. İmam Əli (ə): «Hər kəsə günahlarının bağışlanmasını diləmək (neməti) verilibsə, əfvdən məhrum qalmaz.»1504


4820. İmam Sadiq (ə): «Bəndə günah iş görəndə, səhər tezdən gecəyə qədər ona möhlət veririk. Əgər günahlarının bağışlanmasını diləsə, o günah yazılmır.»1505
1417. Əfv diləmək və ruzinin artması.

Quran:

«Və Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz. Sonra Ona tövbə edin ki, müəyyən edilmiş müddətdə sizə yaxşı ruzi versin və öz fəzlindən hər bir əməl sahibinə mükafatını ehsan buyursun.»1506

«Ey camaatım! Rəbbinizdən bağışlanmanızı diləyin. Sonra Ona tövbə edin ki, göydən sizə bol yağış göndərsin, qüvvətinizin üstünə bir qüvvə də artırsın. Günahkarlar kimi üz döndərməyin.»1507

Hədis:

4821. Allahın Peyğəmbəri (s): «Hər kim çox bağışlamaq dilərsə, Allah onun hər qəmi üçün bir fərəc, çətinliyi üçün bir çıxış yolu qoyar.»1508

4822. İmam Əli (ə): «Tövbə etmək ruzini artırar.»1509

4823. İmam Əli (ə): «Tövbə edin ki, ruzi verilsin.»1510


1418. Allaha yaxın insanların bağışlanmaq diləmələri.

4824. Allahın Peyğəmbəri (s): «Bəzən qəlbimi qubar bürüyür və mən bir gündə yetmiş dəfə Allah dərgahından bağışlanmağımı diləyirəm.»1511


1419. Günah işləri davam etdirməklə əfv diləməkdən çəkinmək.

4825. İmam Əli (ə): «Günah işləri davam etdirə-etdirə əfv diləməyin özü, yeni günahdır.»1512

4826. İmam Rza (ə): «Kim Allahdan bağışlamaq dilərsə və yenə də günah iş görərsə, Allahına rişxənd edən kimidir.»1513

4827. İmam Rza (ə): «Kim dili ilə bağışlanmaq diləyib ürəyində (öz günahından) peşman olmasa, özünə rişxənd etmişdir.»1514

ioooooop

305




Qəflət (xəbərsizlik)



1420.Qəflətdən çəkinmək.

4828. İmam Əli(ə): «Qəflət azğınlıqdır.»1515

4829. İmam Əli (ə): «Əfsuslar olsun hər bir qafilə ki, ömrü əleyhinə hüccət olar və günləri onu bədbəxtliyə sürükləyər.»1516

4830. İmam Əli (ə): «Ey eşidən! Öz məstliyindən ayıl, qəflət yuxusundan oyan və tələskənliyini azalt.»1517

4831. İmam Əli (ə): «Digərlərinin sizin işlərinizdən qafil olmadığı insanlar! Ey (Allahdan və onun əmrlərindən) üz döndərmiş və nəyi (canı, malı və övladı) varsa əlindən alınacaq adamlar! Nə olub ki, Allaha arxa çevirdiyinizi və ondan geyrisinə üz tutduğunuzu görürəm.»1518

4832.İmam Əli (ə): «Parçanı geymək üçün toxuyan, ancaq ona kəfəni olan, yaşamaq üçün ev tikən, ancaq qəbri olan qafil nə qədər də çoxdur?»1519

4833. İmam Sadiq (ə): «Əgər şeytan düşməndirsə, qəflət nəyə görə düşmən olmasın?»1520

4834. Allahın Peğəmbəri (s): «Ey Əbuzər! Yaxşı iş görə bilməsən də yaxşı iş görə bilməyi niyyət et ki, qafillər zümrəsində yazılmayasan.»1521

4835. İmam Əli (ə): «Daima Allahı xatırlamaqla qəflət pərdəsi kənara çəkilər.»1522

4836. İmam Əli (ə): «Kim vaxtı tanıdısa, (axirətə) tədarük görməkdən qafil olmaz.»1523

4837. İmam Baqir (ə): «Vacib namazlara əhəmiyyət verən və onu vaxtında qılan hər bir mömin qafillərdən deyil.»1524

1422.Qafil şəxsin nişanələri.

4838. Loğman (ə) (Övladına nəsihətindən):–«Oğlum! Hər şeyin onu tanıtdıran, mövcudluğunu təsdiqləyən bir nişanəsi var. Qafilin üç nişanəsi var: səhvi, başının qarışıq olması və unutqanlığı.»1525

4839. İmam Həsən (ə): «Qəflət odur ki, (namaz qılmaq üçün) məscidi tərk edəsən və pozğun adama tabe olasan.»1526
1423.Qəflətin nəticələri.

4840. İmam Əli (ə): «Qafilliyi uzun çəkənin ölümü sürətlənər.»1527

4841. İmam Əli(ə): «Qəflət kimə üstün gələrsə, onun qəlbi ölər.»1528

4842. İmam Əli(ə): «Qəflətin davam etməsi bəsirət gözünü kor qo­yar.»1529

4843. İmam Əli(ə): «Qəflətdən və möhlətə (ömürə) aldanmaqdan çəkin. Çünki qəflət işləri korlayır.»1530
1424 . Özünü qafilliyə və görməzliyə vurmağın təqdiri.

4844. İmam Əli(ə): «Ağıllı insanın yarısını dözüm və səbr, digər yarısını isə göz yummaq təşkil edir.»1531

4845. İmam Əli(ə): «Comərd insanın şəxsi rəftarlarının ən yaxşısı bildiklərindən (camaatın səhvləri və pislikləri) bəzilərini görməməzliyə vurmasıdır.»1532

4846. İmam Sadiq (ə): «Həqiqiətən, ictimai həyat və ünsiyyətin vəziyyəti ağzına qədər dolu bir qaba bənzər ki, onun üçdə ikisi diqqət və ayıqlıq, üçdə biri isə göz yummaqdır.»1533

ioooooop


Yüklə 8,33 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin