312
Qeyrət
1447. Qeyrətin təqdir olunması.
4924. Allahın Peyğəmbəri (s): «Həqiqətən, qeyrət imanın bir hissəsidir.»1623
4925. Allahın Peyğəmbəri (s): «Babam İbrahim (peyğəmbər) qeyrətli idi və mən ondan daha qeyrətliyəm. Allah qeyrəti olmayan müsəlmanın burnunu yerə sürtər.1624
4926. Allahın Peyğəmbəri (s): «Həqiqətən, Allah qeyrət göstərir və mömin (də) qeyrət göstərər. Allahın qeyrət göstərməsi, möminin Allahın ona haram etdiyi işi gördüyü yerdədir.»1625
4927. Allahın Peyğəmbəri (s): «Cənnətin rayihəsi beş yüz illik məsafədən burunlara çatar, ancaq naxələf övlad və dəyyus insana çatmaz.» Ərz edildi: «Ey Allahın Peyğəmbəri! Dəyyus kimdir?» Buyurdu: «Arvadı zina edən və bundan xəbəri olan kişi.»1626
4928. İmam Əli (ə): «Kişinin dəyəri onun himməti qədərdir....Onun şücaəti abır həya etməsi (alçaqlıq və zəlilliyi qəbul etməməsi), iffəti isə onun qeyrəti qədərdir.»1627
4929. Allahın Peyğəmbəri (s): «Qeyrətli insan heç vaxt zina etməz.»1628
4930. Allahın Peyğəmbəri (s): «Həqiqətən, Allahın möminə qarşı qeyrəti var. Belə isə qeyrətsiz şəxs də qeyrətli olsun. Çünki qeyrətsiz adamın ürəyi tərsinədir.»1629
4931. İmam Sadiq (ə): «Allah-taala qeyrətlidir və hər bir qeyrətli insanı sevər. Gizlində və aşkarda çirkin işləri haram buyurması da Onun qeyrətli olmağındandır.»1630
1448. Yersiz təəssüb və qeyrətin pislənilməsi.
4932. Allahın Peyğəmbəri (s): «Elə qeyrət var ki, Allah onu sevər, eləsi var ki, xoşlamaz. Xoşladığı qeyrət ittiham və bədgümanlıq içində göstərilən qeyrətdir. Xoşlamadığı qeyrət isə arada ittiham və bədgümanlığın olmadığı yerdə qeyrət göstərməkdir.»1631
4933. İmam Əli (ə) (Övladı Həsənə (ə) tövsiyyəsindən):–«(qadınlara qarşı)Yersiz qeyrətdən çəkin ki, bu sağlam qadınları xəstəliyə, iffətliləri bəd- gümanlığa (və günah işlərin fikrinə) salar. Onlara qarşı işini möhkəm tut. Nəsə eyb gördünsə, kiçik və böyük cəza verməkdə ləngimə.»1632
4934. Allahın Peyğəmbəri (s): «Qadının qeyrəti küfr, kişinin qeyrəti isə imandır.»1633
4935. İmam Baqir (ə): «Qadınların qeyrəti paxıllıqdandır və paxıllığın kökü küfrdür. Qadınlar qeyrət və qısqanclıq çəkəndə qəzəblənərlər. Qəzəbləndikdə isə küfrə meyl edərlər, yalnız müsəlman qadınlardan başqa.»1634
4936. İmam Sadiq (ə): «Halalda qeyrət və təəssüb yoxdur…»1635
ioooooop
313
Fitnə və ilahi sınaq
1449. Fitnə və ilahi sınaq.
Quran:
«İnsanlar iman gətirdik demələri ilə onlardan əl çəkiləcəyini və imtahan olunmayacaqlarınımı sandılar? Həqiqətən, onlardan əvvəl olanları da imtahana çəkmişdik. Allah düz danışanları da, yalançıları da tanıyır!»1636
«Onların ildə bir, ya iki dəfə imtahana çəkildiklərini görmürsünüzmü? Bununla belə tövbə edib ibrət almırlar?»1637
Hədis:
4937. Muəmmər ibn Xəllad: «Eşitdim ki, Əbülhəsən (ə) bu ayəni oxuyur: «Əlif, lam, mim. İman gətirdik demələrilə onlardan əl çəkiləcəyini və imtahan olunmayacaqlarınımı sandılar?» Sonra mənə buyurdu: «İmtahan nədir?» Ərz etdim: «Sənə fəda olum, bizim bildiyimiz qədəri, dində imtahandır.» Həzrət buyurdu: «Qızıl közərdilərək yoxlanıldığı kimi camaat də elə sınanacaq.»1638 Daha sonra buyurdu: «Qızıl xalisləşdiyi kimi insanlar da xalisləşəcək.»1639
1450. Fitnənin növləri.
Quran:
«Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçun ancaq bir imtahandır. Böyük mükafat isə Allah yanındadır.»1640
Hədis:
4938. Allahın Peyğəmbəri (s): «Üç şey fitnə törədər: gözəl saç, gözəl surət və gözəl səs.»1641
4939. Allahın Peyğəmbəri (s): «Həqiqətən, sizin üçün çətinliyin fitnəsindən daha çox, xoşluğun fitnəsindən qorxuram. Siz çətinliyin fitnəsinə düşdünüz və səbr etdiniz. Ancaq dünya şirin və gözoxşayandır.»1642
4940. İmam Əli (ə): «Fitnə üç şeydədir: qadın sevmək–bu şeytanın qılıncıdır, şərab içmək– bu şeytanın tələsidir və dirhəmə, dinara məhəbbət – bu isə şeytanın oxudur. Kim qadınsevən olsa, ömrünün faydasını görməz, kim şərabsevən olsa,cənnət ona haram olar. Kim dinar və dirhəmə məhəbbət bəsləsə, dünyanın nökəri olar.»1643
4941. İmam Əli (ə)–(Həzrətin atından tutub piyada gedən Hərb adlı kişiyə xitabən): «Qayıt. Çünki sənin kimi insanın mənimtək insanın atından tutub piyada getməsi fitnəyə, valinin qüruruna və möminin zəlilliyinə səbəb olar»1644.
1451.Fitnələrdən sağ-salamat çıxanlar.
4942. Allahın Peyğəmbəri (s): «Xoşa müxlislərin halına! Onlar doğru yolun çıraqlarıdır və hər bir qaranlıq fitnə onlardan götürülər.»1645
4943. Allahın Peyğəmbəri (s): «Tezliklə elə fitnələr meydana çıxacaq ki, onun təsirindən insan gecədən səhərə imanlı insan kimi çıxacaq və gündüzünü isə kafir kimi axşama çatdıracaq. Yalnız Allah-taalanın elmlə diri saxladığı şəxslərdən başqa.»1646
4944. Allahın Peyğəmbəri (s): «Bilin ki, hər kim təqva yolunu tutsa, Allah onunçun fitnələrdən çıxış yolu və qaranlıqlarda işıq yaradar.»1647
1452. Müxtəlif fitnələr.
4945. Allahın Peyğəmbəri (s): «Məndən sonra fitnələr ümmətimi zülmət gecələrtək bürüyəcək. Elə fitnələr ki, onun təsirindən insan gecə mömin olar, gündüz isə kafir, gündüz mömin olar, gecə isə kafir. Camaat öz dinini azacıq dünya malına satar.»1648
4946. İmam Əli (ə): «Kim fitnə odunu alovlandırsa, özü ona odun olacaq.»1649
4947. İmam Əli (ə): Zülmkar və rəhmsiz hökmdar, daimi olan fitnədən (hərc-məclikdən) yaxşıdır.»1650
4948. İmam Əli (ə): «Fitnə vaxtı, nə minmək üçün arxası və gücü, nə də südünü sağmağa döşü olan iki yaşlı erkək dəvə kimi ol.»1651
ioooooop
Dostları ilə paylaş: |