|
|
səhifə | 40/51 | tarix | 21.10.2017 | ölçüsü | 8,33 Mb. | | #8855 | növü | Xülasə |
| 318
Fürsət
1461. Fürsəti qənimət bil.
4982. Allahın Peyğəmbəri (s): «Kimin üzünə xeyrin bir qapısı açılsa, onu qənimət bilməlidir. Çünki o qapının nə vaxt üzünə qapanacağını bilmir.»1688
4983. Allahın Peyğəmbəri (s): «Fürsəti əldən vermək kədər gətirər.»1689
4984. İmam Əli (ə): «Fürsət bir bulud kimi ötüb keçər. Belə isə, yaxşı fürsətləri qənimət bil.»1690
4985. İmam Əli (ə): «Fürsət tez keçən və gec tapılandır.»1691
4986. İmam Əli (ə): «Fürsət qənimətdir.»1692
4987. İmam Əli (ə): «Fürsəti əldən vermək kədərin mayasıdır.»1693
4988. İmam Əli (ə): «İşlər öz zamanlarının girovlarıdır.»1694
4989. İmam Əli (ə): «Fürsət düşməmiş (bir işdə) tələsmək, fürsət düşdükdə isə lənglik və ahəstəlik nadanlığın nişanəsidir.»1695
4990. İmam Sadiq (ə): «Hər kimin əlinə fürsət düşsə və o, tam fürsəti (yaxşı şəraitə tamamilə nail olmağı) gözləyərək onu təxirə salarsa, ruzigar həmin fürsəti də ondan alar. Çünki ruzigarın işi aparmaq və zamanın üslubu əldən çıxarmaqdır.»1696
ioooooop
319
Vacib əməllər
1462. Vacib əməllərin yerinə yetirilməsinə təşviq.
4991. Allahın Peyğəmbəri (s): «Allahın vacib buyurduğu əməllərə riayət et ki, ən təqvalı insanlardan olasan.»1697
4992. İmam Əli (ə): «Vacib əməllər! Fərizələr! Onları Allaha qaytarın ki, sizi cənnətə çatdırsın.»1698
4993. İmam Əli (ə): «Allahın sizlərə vacib buyurduğunu səylərinizin məqsədinə çevirin və sizdən istədiyi haqqını əda etmək üçün Ondan kömək və uğur diləyin.»1699
4994. İmam Əli (ə): «Öz nəfsini yumşaqlıqla ibadətə vadar və onunla mülayimliklə rəftar et. Sənə edilməsi vacib buyurulan əməllərdən başqa, onunla güclə danışma və sakit, şad olan vaxtı ibadət et. Belə hallarda onları yerinə yetirməli və vaxtında əda etməlisən.»1700
4995. İmam Əli (ə): «Vacib əməlləri yerinə yetirmək kimi ibadət yoxdur.»1701
4996. İmam Əli (ə): «Əgər müstəhəbləri yerinə yetirməyə görə vacib əməllərdən qalırsansa, qazandığın fəzilət heç vaxt zay etdiyin vacib əməllə (onun günahı ilə) bir olmaz.»1702
4997. İmam Həsən (ə): «Allah sizə ehtiyacı olduğuna görə deyil, Öz kərəm və rəhmətinə görə vacib əməlləri sizlərə vacib buyurdu. Bu, tək olan Allahın sizə rəhmət və mərhəmətindəndr. Ondan ötrü ki, təmizi çirkindən ayırsın, sinələrinizdə olanları sınasın, qəlbinizdəkiləri isə xalisləşdirsin.»1703
4998. İmam Səccad (ə): «Allahın vacib buyurduğunu yerinə yetirən hər bir şəxs insanların ən yaxşılarındandır.»1704
4999. İmam Sadiq (ə): «Böyük Allah buyurmuşdur: Bəndəm ona vacib buyurduğum şey qədər özünü mənə sevdirməmişdir.»1705
1463. Pak olan Allahın insanlara vacib buyurduqları.
5000. İmam Əli (ə): «Böyük Allah ədalətli (haqq olan) rəhbərlərə vacib buyurmuşdur ki, özünü kasıb camaatla eyniləşdirsin və yoxsul öz kasıblığından qeyzlənməsin.»1706
5001. İmam Əli (ə): «Pak Allah kasıbların yeməyini imkanlıların var-dövlətində vacib buyurmuşdur. Buna görə də imkanlı insan onun haqqına sahib çıxmasa, heç bir kasıb ac qalmaz.»1707
5002. İmam Əli (ə): «Allah, imanı şirkdən təmizlənmək üçün, namazı təkəbbür və lovğalıqdan uzaqlaşmaq və zəkatı (ehtiyacı olanlara) ruzi səbəbi olmaqdan ötrü vacib buyurdu.»1708
5003. İmam Əli (ə): «Allah sənin bədəninin hər bir əzası üçün vacib olan əməllər buyurmuşdur ki, qiyamət günündə onların vasitəsilə sənə qarşı şəhadət veriləcək.»1709
1464. Vacib əməllərin cəmi.
5004. İmam Əli (ə): «Allahın camaat üçün təyin etdiyi vacib əməllərin hüdud və sərhədləri ən böyük vacib əməllərdən olan beş vəzifədir: namaz, zəkat, həcc, oruc və digər dörd vacib əməlin qoruyucusu olan imamət.»1710
ioooooop
Dostları ilə paylaş: |
|
|