Tərcüməçilər: Ağabala Mehdiyev, Elşən Mahmudov, Etibar Quliyev Redaktorlar: İxtisas redaktoru



Yüklə 8,33 Mb.
səhifə41/51
tarix21.10.2017
ölçüsü8,33 Mb.
#8855
növüXülasə
1   ...   37   38   39   40   41   42   43   44   ...   51

320




Asudəlik



1365. Asudəlik.

Quran:

«Elə ki asudə oldun, ibadətə çalış. Həvəslə Allahına tərəf üz tut1711

Hədis:

5005. Allahın Peyğəmbəri (s): «Qiyamət günü ən ağır sorğu- sual, işlərini başqaları (nökər, xidmətçi s) görən, özü isə başçılıq edən kimsə ilə olacaqdır. İş görmək zəhmət əziyyət olsa da işsiz dayanmaq fəsad pozğunluğa səbəb olar1712

5006. Allahın Peyğəmbəri (s): «Allah dünya, axirət işləri ilə məşğul olmayan sağlam işsiz insana nifrət edər1713

5007. Allahın Peyğəmbəri (s): «İki şey var ki, camaatın çoxunda fitnəyə (sınaq ya fəsad) səbəb olar: sağlamlıq asudəlik1714

5008. İmam Əli (ə): «Nəfsin istəkləri asudəlikdən baş qaldırar1715

5009. İmam Əli (ə): «Bil ki, dünya sınaq çətinlik sarayıdır. Bu sarayda insanın elə asudə bekar bir saatı yoxdur ki, qiyamət günündə onda həsrət yaratmasın1716

5010. İmam Əli (ə): «Necə xoşdur ki, insanın özü ilə elə saatları, elə anları olsun ki, heç bir çəkindirən onu həmin anlardan saxlamasın1717

5011. İmam Əli (ə): «Əgər görmək zəhmət əziyyətdirsə, daima işsiz qalmaq da fəsada pozğunluğa gətirib çıxarar1718

5012. İmam Səccad (ə) (duada): «(İlahi!) Qəlblərimizi Səni xatırlamaqla hər bir yad etməkdən, dillərimizi Öz şükrünlə hər bir şükürdən, bədənlərimizi Özünə itaətlə hər bir başqa itaətdən qoru. Əgər bir işdə bizimçün işdən asudəlik müəyyən etmisənsə, onu sağlam asudəlikdən et ki, ondan bizə heç bir günah çatmasın. Bizdə məyusluq yaratmasın ki, pis əməlləri yazan mələklər günahların olmadığı boş əməl dəftəri ilə qayıtsınlar. Xeyir yazanlar bizə yazılan xeyir əməllərdən şad geri dönsünlər1719

5013. İmam Səccad (ə) (Məkarimul Əxlaq duasında): «İlahi! Məhəmməd Onun ailəsinə salam göndər məni məşğul edib (ibadət bəndəliyindən) saxlayan işlərdən məni ehtiyacsız et. Məni sabah (qiyamətdə) barəsində sorğu-sual edəcəyin bir işə vadar et. Günlərimi naminə yaradıldığım məqsədin yolunda asudə et1720

5014. İmam Səccad (ə) (həmin duada): «İbadətdə keçən sağlamlıq səhhəti, iffətlə müşayət olunan asudəliyi mənə ruzi buyur1721

5015. İmam Səccad (ə) (Ərəfə gününün duasında): «(İlahi) Güc qüdrətindən olan güclə, qüdrətlə Sənin sevdiyin şeyləri yerinə yetirmək üçün asudəçiliyin Sənə yaxınlaşmağa səbəb olanların naminə çalışmağın dadını mənə dadızdır. Mənə tərəf ərməğanlarından bir ərməğan göndər, ticarətimi xeyirli, dönüşümü ziyansız et. Məni Öz məqamından qorxut Səninlə görüşə müştaq et1722

5016. İmam Kazim (ə): «Böyük Allah çox yatan bəndəyə nifrət edir. Allah bekar bəndəyə nifrət edir1723

ioooooop


Yüklə 8,33 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin