Tərcüməçilər: Ağabala Mehdiyev, Elşən Mahmudov, Etibar Quliyev Redaktorlar: İxtisas redaktoru

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 8.33 Mb.
səhifə7/51
tarix21.10.2017
ölçüsü8.33 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   51

245




Oruc


1147. Oruc

Quran:

«Ey iman gətirənlər! Sizdən qabaqkılara təyin olunduğu kimi, sizlərə də oruc təyin olundu. Bəlkə təqvalı olasınız.»282



Hədis:

3714. Allahın Peyğəmbəri (s): «Oruc tutmağı sənə tövsiyə edirəm ki, oruc şəhvət damarlarını kəsər və lovğalığı aradan götürər.»283

3715. Allahın Peyğəmbəri (s): «Hər şeyin zəkatı var, bədənin zəkatı da orucdur.»284

3716. Allahın Peyğəmbəri (s): «Oruc tutun ki, sağlam olasınız.»285

3717. Allahın Peyğəmbəri (s): «Oruc tutan öz yatağında yatsa belə, müsəlmanının qeybətini etməyincə, Allaha ibadət halındadır.»286

3718. Allahın Peyğəmbəri (s): «Hər bir oruc tutan, yemək yeyən şəxslərin arasına daxil olanda, onun bədən əzaları Allaha təsbih söylər, mələklər ona salam göndərər və dua edərlər. Belə ki, duaları onun günahlarının bağışlanması istəyi ilə olar.»287

3719. Allahın Peyğəmbəri (s): «Oruc od qarşısında bir sipərdir.»288

3720. Xanım Fatimeyi Zəhra (s.ə): «Allah-taala orucu ixlasın möhkəmliyi üçün vacib etmişdir.»289

3721. İmam Baqir (ə): «Oruc və həcc qəlblərə rahatlıq bəxş edər.»290

3722. İmam Sadiq(ə): «Allah-taala buyurur: Oruc Mənim üçündür və onun mükafatını Özüm verəcəyəm.»291

3723. İmam Sadiq (ə): «Oruc tutanın yuxusu ibadət, sükutu təsbih, əməli qəbul olunmuş və duası müstəcabdır.»292

3724. İmam Sadiq(ə): «Oruc tutanın iki sevinci var: bir sevinci iftar vaxtı və digəri öz Rəbbi ilə görüşəndədir»293

3725. İmam Sadiq(ə): «Oruc tutana iftar verənin savabı, oruc tutanın savabı qədərdir.»294

3726. İmam Əskəri (ə) (orucun vacib olmasının səbəbini bəyan edərkən): «Varlı aclıq dərdini dadsın və yoxsula kömək etsin.»295


1148. Könüllü və müstəhəb oruc tutmağa həvəsləndirmək

3727. Allahın Peyğəmbəri (s): «Kim könüllü olaraq bir gün oruc tutsa, əgər ona yer üzü qədər qızıl da verilsə öz mükafatını tam şəkildə almamış olar və yalnız hesab günü mükafatını bütünlüklə alar.»296

3728. Allahın Peyğəmbəri (s): «Kim İlahi savab qazanmaq üçün bir gün könüllü oruc tutarsa, mütləq bağışlanar.»297

3729. Allahın Peyğəmbəri (s): «Kim hər ay üç gün oruc tutsa, ömrü boyu oruc tutmuş şəxs kimidir. Çünki Allah-taala buyurur: Kim bir xeyir əməl görərsə, ona on dəfə artıq savabı yazılar.»298

3730. İmam Sadiq (ə): «İnsan İlahi mükafatı qazanmaq üçün bir gün könüllü oruc tutar və Allah-taala buna görə onu cənnətə aparar.»299
1149. Oruc tutmağın ədəbi

3731. Allahın Peyğəmbəri (s): «Allah-taala buyurur: «Kimin bədən üzvləri Mənim haramlarımdan oruc tutmursa, Mənə görə yeməkdən, içməkdən çəkinməyə heç bir ehtiyacım yoxdur.»300

3732. İmam Əli(ə): «Oruc insanın yeməkdən, içməkdən çəkindiyi kimi, haramlardan da uzaqlaşmasıdır.»301

3733. Xanım Fatimeyi Zəhra (s.ə): «Əgər oruc tutan öz dilini, qulağını, gözünü, əl-ayağını, bədən üzvlərini haramlardan saxlamırsa, orucunun nə faydası var?»302

3734. Məhəmməd ibn Muslim: «İmam Sadiq (ə) buyurdu: Oruc tutanda gərək qulağın, gözün, saçın, bədəninin dərisi də oruc tutsun. O Həzrət (ə) digər əzaları da sadaladı və buyurdu: Oruc tutduğun gün, oruc tutmadığın gün ilə eyni olmasın.»303
1150. İsti havada və qışda oruc tutmağın fəziləti

3735. Allahın Peyğəmbəri (s): «Qışın orucu fərəh bəxş edən bir qənimətdir.»304


3736. İmam Sadiq(ə): «Ən üstün cihad, isti havada oruc tutmaqdır.»305

3737. İmam Sadiq(ə): «Qış fəsli möminin baharıdır. Gecəyarı ibadəti üçün onun uzun gecələrindən kömək alar və oruc tutmaqdan ötrü qısa gündüzlərində imdad axtarar.»306


ioooooop


246




Gülüş



1151. Gülüş və təbəssüm

3738. İmam Əli(ə): «Peyğəmbərin (s) gülüşü təbəssüm idi.»307

3739. İmam Baqir(ə): «Qəhqəhə ilə güləndən sonra de: İlahi! Mənə qəzəblənmə.»308

3740. İmam Sadiq(ə): «Qəhqəhə çəkmək şeytandandır.»309

3741. İmam Sadiq(ə) : «Möminin gülüşü təbəssümdür.»310

3742. İmam Sadiq (ə): «Kim öz qardaşına təbəssüm etsə, həmin təbəssüm ona bir savab olar.»311



1152. Çox gülməyin məzəmməti

3743. Allahın Peyğəmbəri (s): «Çox gülməkdən ehtiyatlı ol ki, qəlbi öldürər.»312

3744. Allahın Peyğəmbəri (s): «Əgər mən bildiyimi siz bilsəydiniz, az gülüb çox ağlayardınız.»313

3745. «İrşadul Qulub»: Merac hədisində deyilir: «Allah-taala buyurur: Mənim ondan razı, ya narazı olduğumu bilmədiyi halda gülən bəndəyə təəccüb edirəm.»314

3746. İmam Əli(ə): «Çox gülənin zəhmi aradan gedər.»315

3747. İmam Əskəri(ə): «Təəccübə görə olmayan gülüş nadanlıq nişanəsidir.»316


ioooooop

247




Müstəzəf (zəifliyiə düçar edilmiş)



1157. Mustəzəflərin fəziləti

3748. Allahın Peyğəmbəri (s): «Sizi Allahın ən pis bəndələrindən xəbərdar etməyimmi? Təkəbbürlü kobud. Sizi Allahın ən yaxşı bəndəsindən agah edimmi? Aciz müstəzəf.»317

3749. Allahın Peyğəmbəri (s): «Məni zəiflər arasında axtarın. Çünki siz zəif insanların vasitəsilə ruzi yeyir və kömək olunursunuz.»318

3750. Allahın Peyğəmbəri (s): «Əslində, Allah-taala bu ümmətə, onun zəiflərinin duası, namazı və ixlası vasitəsilə kömək edir.»319


1154. Müstəzəflərin dövləti

Quran:

«İstədik yer üzündə zəif saxlanılanlara yaxşılıq edib, onları insanların rəhbərləri təyin edək və yer üzünün varisləri qərar verək.»320

3751. İmam Əli(ə) (İstədik yer üzündə zəif saxlanılanlara...» ayəsi barədə): «Onlar Məhəmməd nəslinin müstəzəfləridir. Allah-taala, göstərdikləri səylərdən sonra onların Mehdilərini göndərəcək və onları əziz, düşmənlərini zəlil edəcək.»321
1155. Mənəvi zəiflik

Quran:

«Yalnız çarəsiz qalıb bir yol tapa bilməyən müstəzəf kişilər, qadınlar və uşaqlardan başqa. Ola bilsin Allah onları bağışladı. Allah mehriban və bağışlayandır» 322

3752. İmam Əli(ə): «Allahın höccəti və dəlili ona çatan, qulağı ilə onu eşidən və qəlbi ilə onu başa düşən şəxsə müstəzəf deyilməz.»323

3753. İmam Baqir (ə) Yalnız çarəsiz qalıb, bir yol tapa bilməyən müstəzəf kişilər, qadınlar uşaqlardan başqa» ayəsi barədə): «Müstəzəf, kafir olmaq gücündə olmayan, eyni halda, mömin olmaq üçün iman yolunu tapa bilməyəndir. Uşaqların, əqli və fikirləri uşaq səviyyəsində olan kişi və qadınların üzərindən şəriət vəzifələri götürülmüşdür. (yəni, onlar şəriət hökmləri qarşısında cavabdeh deyillər)»324

3754. İmam Kazım(ə): «Zəif, dəlil və sübutların yetişmədiyi (müxtəlif fikirlərdəki) ixtilafı ayırd etməyən şəxsdir. Əgər (fərdlərin fikirlərdəki) ixtilaflardan agah olarsa, müstəzəf deyil.»325

ioooooop




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   51
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə