255
Təharət və paklıq
1175. Təharət (dəstəmaz, qüsl, təyəmmüm).
3826. Allahın Peyğəmbəri (s): «Təharət imanın bir hissəsidir (ya yarısıdır).»408
3827. Allahın Peyğəmbəri (s): «Qiyamət günü bəndədən soruşulan birinci şey təharətdir.»409
3828. Allahın Peyğəmbəri (s): «Təharətsiz heç bir namaz qəbul olunmaz.»410
1176. Pak edənlər.
Quran:
«Öz rəhmətindən (yağışdan) qabaq müjdə verən küləkləri göndərən Odur. Səmadan pak edən suyu yerə endirdik.» 411
Hədis:
1. Su:
3829. İmam Əli(ə): «Allah-taala suyu pak və pakedici yaratdı. Heç bir şey onun rəngini, ya dadını, ya da iyini dəyişməyincə onu nəcis etməz.»412
2.Günəş:
3830. İmam Baqir (ə): «Üzərinə günəşin şüası düşən hər bir şey pakdır.»413
3.Torpaq:
3831. İmam Sadiq(ə): «Allah-taala torpağı da su kimi pakedici qərar vermişdir.»414
4.Od:
3832. İmam Kazim(ə) («əgər gəci (qurumuş və basdırılmış) nəcis və ölünün sümüyü ilə birgə bişirsələr, sonra onunla məscidə (döşəməsinə) mala çəksələr həmin döşəmədə səcdə etmək olarmı»? sualının cavabında): «Bəli, su və od onu pak etmişdir.»415
1177. Mənəvi paklıq.
Quran:
«Allah siz əhli-beytdən(ə) çırkabı aparıb sizi pak-pakizə etmək istəyir.»416
«Onların mallarından sədəqə götür ki, bunun vasitəsilə onları pak edərsən. Onlar üçün dua et ki, sənin duan onların sakitliyinə səbəb olar. Allah eşidən və biləndir.»417
Hədis:
3833. İmam Əli(ə): «Allah-taala imanı, şirkdən təmizlənmək üçün vacib etdi.»418
3834. İmam Əli (ə): «Həqiqətən, ilahi təqva sizin qəlblərinizin xəstəliyinin dərmanı və canlarınızın çirkabını pak edəndir.»419
3835. İmam Əli(ə): «Bir halda pak olmayandan qaçmırsınız, onda özünüzü eyblər və günahların çirkabından pak edin.»420
ioooooop
256
İtaət
1178. Allaha itaət və onun nəticəsi.
Quran:
«Ey iman gətirənlər! Allaha itaət edin, onun Rəsuluna və öz əmr sahiblərinizə itaət edin.»421
Hədis:
3836. Allahın Peyğəmbəri (s): «Allah yanında olan məqama itaətdən başqa heç bir şeylə çatmaq olmaz.»422
3837. İmam Əli(ə): «Allaha itaət hər düzgünlüyün açarı və hər fəsadın islah səbəbidir.»423
3838. İmam Əli(ə): «Allahın rəhmətinə hamıdan çox layiq olan insan, Ona hamıdan çox itaət edəndir.»424
3839. İmam Əli(ə): «Nadanlığına dair dəlil gətirə bilmədiyiniz bir kimsəyə itaət etməyinizi, sizə tövsiyə edirəm.»425
3840. İmam Hadi(ə): «Yaradanın əmrinə itaət edən insan yaradılmışların qəzəb və narazılığından qoxmaz.»426
1189. İtaətə layiq olanlar.
3841. İmam Əli(ə): «Ağıllı adama itaət et ki, xeyir görəsən. Nadanın sözünə qulaq asma ki, salamat qalasan.»427
3842. İmam Əli(ə): «Elmə itaət et və nadanlığa tabe olma ki, nicat tapasan.»428
3843. İmam Əli(ə): «Məxluqa itaət edib Yaradana itaətsizlik göstərənin dini yoxdur.»429
3844. İmam Əli(ə): «Özündən yuxarıdakına itaət et ki, səndən aşağıda olan da sənə itaət etsin.»430
3845. İmam Əli(ə): «Qəlbi Allaha müti olan şəxsin cismi Allaha
itaətdən yorulmaz.»431
3846. İmam Hadi(ə): «Kim öz məhəbbət və fikrini sənin ixtiyarına versə, sən də öz itaətini onun ixtiyarına ver.»432
1180. itaətə layiq olmayanlar.
Quran:
«Və deyərlər: «Ey Rəbbim! Biz öz ağalarımıza və böyüklərimizə itaət etdik, onlarsa bizi doğru yoldan sapdırdılar. Ey Rəbbimiz! Onlara ikiqat əzab ver və böyük bir lənət et.»433
3847. Allahın Peyğəmbəri (s): «Kim Allahı narazı edən bir işi görməklə hansısa rəhbəri razı salsa, Allahın dinindən çıxmışdır.»434
3848. İmam Əli(ə): «Bax! Öz əsil-nəcabəti ilə lovğalanan və bununla özünü başqalarından üstün bilən ağalarınıza və böyüklərinizə itaət etməkdən çəkinin, çəkinin!... Onların bulanıq sularını öz duru suyunuzla birgə içdiyiniz, xəstəliklərini öz sağlamlığınızla qarışdırdığınız, batillərinə öz haqqınıza yol verdiyiniz və günahların əsası olan bu böyüklük iddiası edən ağılsızlara itaət etməyin.»435
3849. İmam Əli(ə): «İradəsi olmayan bir zəifə itaət edən haqq-hüququ zay edər, sözgəzdirənə qulaq asan dostunu əldən verər.»436
ioooooop
257
Ətir
1181. Ətir.
3850. Allahın Peyğəmbəri (s): «Xoş ətir qəlbi (ya ruhiyyəni) gücləndirər və cinsi qüvvəni artırar.»437
3851. Allahın Peyğəmbəri (s): «Allaha xatir özünə ətir vuran şəxs qiyamət günü tünd iyli müşkdən də ətirli olar. Allahdan qeyrisinə görə özünə ətir vuran şəxs qiyamət günü murdardan da üfunətli iy verər.»438
3852. Ənəs ibn Malik: «Allahın Peyğəmbəri (s) bir ətir veriləndə onu geri qaytarmazdı.»439
3853. İmam Əli(ə): «Xoş ətir müalicə edəndir.»440
3854.İmam Sadiq(ə):«Ətir vurmaq peyğəmbərlərin sünnələrindəndir.»441
3855. İmam Sadiq(ə): «Allahın Rəsulu (s) ətirə, yeməkdən daha çox xərc çəkərdi.»442
3856. İmam Sadiq(ə): «Günün əvvəlində özünə ətir vuran şəxsin ağlı gecəyədək özündə olar.»443
3857. İmam Kazim(ə): «Yaxşı olardı ki, kişi hər gün xoş ətirdən istifadə etsin. Əgər hər gün bacarmasa, günaşırı ətir vursun və buna da imkanı çatmasa, cümə günləri onu tərk etməsin.»444
3858. İmam Rza(ə): «Ətir vurmaq peyğəmbərlərin əxlaqındandır.»445
1182. Qadınların ətri.
3859. Allahın Peyğəmbəri (s): «Qadın ətrinin rəngi aşkar, iyi isə gizlidir. Kişi ətrinin iyi aşkar və rəngi gizlindir.»446
3860. Allahın Peyğəmbəri (s): «Özünə ətir vuran və bir neçə kişinin yanından onun ətrini duyduqları halda keçən qadın zinakardır.»447
Dostları ilə paylaş: |