275
Baş ucalığı
1276. Baş ucalığının mənası.
Quran:
«Möminləri qoyub kafirləri dost tutanlar izzət və qüdrəti onlardamı axtarırlar? Şübhəsiz ki, izzət və qüdrət tamamilə Allaha məxsusdur!»842
Hədis:
4220. İmam Əli (ə): «Allahdan qeyrisinin vasitəsilə əziz olan zəlildir.»843
4221. İmam Əli (ə): «Bil ki, Allahın müqabilində zəlil olmayan kimsə izzət sahibi deyil. Allah qarşısında əyilməyən heç vaxt ucalmaz.»844
4222. İmam Əli (ə): «Səbr kimi başucalığı yoxdur.»845
4223. İmam Səccad (ə): «Hökm sahiblərinə (Allaha) tabe olmaq başdanbaşa izzətdir.»846
4224. İmam Sadiq (ə): «İzzət ondadır ki, boynuna haqq gələndə onun müqabilində zəlil və müti olasan.»847
1279. Baş ucalığına səbəb olanlar.
4225. «Biharul Ənvar»: Allah-taala Həzrəti Davuda (ə) vəhy etdi: «Ey Davud! Mən ... izzəti özümə itaətdə qərar verdim. Ancaq camaat onu sultana itaətdə axtarır və buna görə də tapa bilmir.»848
4226. Loğman (ə) (öz övladına öyüdlərindən):–«Dünyada başıuca olmaq istəyirsənsə, camaatda olanlardan tamahını üz. Çünki peyğəmbərlər və siddiqlər öz tamahlarını sildiklərinə görə həmin məqamlara çatmışlar.»849
4227. İmam Əli (ə): «Təğvadan yüksək heç bir başucalığı yoxdur.»850
4228. İmam Əli (ə) (Münacatında):–«İlahi! Sənə bəndə olmağımın izzəti mənə yetər. Sənin mənim Allahım olmağının fəxri mənə bəs edər.»851
4229. İmam Əli (ə): «Bilin ki, kim camaatla insafla rəftar etsə, Allah-taala onun yalnız izzətini artırar.»852
4230. İmam Əli (ə): «Qane olun ki, əziz olasınız.»853
4231. İmam Baqir (ə): «Gözü camaatın əlində olmamaq möminin dini izzətinə səbəb olar.»854
4232. İmam Baqir (ə): «Allah-taala yalnız üç yoldan qeyri vasitə ilə müsəlmanın izzətini artırmaz: ona zülm etmiş şəxsi əfv etmək, ona (nəyisə verməyi) əsirgəyənə bağışlamaq və ondan qırılan kimsəyə birləşmək.»855
4234. İmam Sadiq (ə): «Hər kim eli-obası olmadan izzət sahibi, malı-sərvəti olmadan ehtiyacsız olmaq və qüdrəti olmadan heyrətli, əzəmətli olmaq istəyirsə, Allaha qarşı günah işlətməyin rüsvayçılığından itaətin izzətinə keçməlidir.»856
4235. İmam Sadiq (ə): «Öz qəzəbini söndürən (udan) elə bəndə olmadı ki, Allah onun dünya və axirətdə izzətini artırmamış olsun.»857
4236. İmam Əskəri (ə): «Elə bir izzət sahibi olmaz ki, haqdan əl çəkdikdən sonra zəlil olmasın. Elə bir zəlil və aciz olmaz ki, haqqı tapdıqdan sonra əziz və qüdrətli olmasın.»858
1280. İzzətin davamlılığının səbəbləri.
4237. İmam Baqir (ə): «İzzətin davamlılığını tamahını öldürməkdə axtar.»859
4238. İmam Sadiq (ə): «Tənhalıq və camaatdan uzaq gəzmək, izzət və ehtiramı, onlara yaxın olmaqdan daha çox qoruyub saxlayar.»860
ioooooop
276 Küncə çəkilmək
1281. Küncə çəkilməyin qiyməti.
4238. «əl-Kafi»: Allah-taalanın Musaya pıçıltı ilə buyurduqlarından biri bu idi: «Paltarın köhnə, qəlbin yeni olsun ki, yer üzünün əhalisi arasında az tanınmış, səma əhli arasında məşhur olasan.»861
4239. Allahın Peyğəmbəri (s): «Küncə çəkilmək ibadətdir.»862
4240. İmam Əli (ə): «Tənhalıq ibadət əhlinin asayişdir.» 863
4241. İmam Əli (ə): «Camaatdan ayrılan, pak Allahın həmdəmi olar.»864
4242. İmam Əli (ə): «Hər kim camaatdan kənara durdusa, zərərlərindən amanda qalar.»865
1282 Guşənişinliyə səbəb olanlar.
4243. «Biharul Ənvar»: İmam Sadiqdən (ə) guşənişinliyin səbəbləri barədə soruşdular. O Həzrət buyurdu: «Zəmanə korlanmış və qardaşlar dəyişmişlər. Buna görə də qəlb rahatlığını tənhalıqda tapdım.» 866
4244. İmam Əskəri (ə): «Camaatdan kənara çəkilmək, onları tanımağın həddi ilə əlaqəlidir.»867
1283. Küncə çəkilməməli olan kimsələr.
4245. Allahın Peyğəmbəri (s): «Camaatla ünsiyyətdə olub onların əziyyətlərinə səbr edən mömin, camaatla ünsiyyətdə olmayıb, onların əziyyətlərinə dözməyən mömindən daha üstündür.»868
4246. Allahın Peyğəmbəri (s) (İbadət üçün dağa getmək istəyən kişiyə xitabən): «Sizlərdən biri, İslam dünyasının hansı bir nöqtəsindəsə, onun üçün çətin olana dözsə, bu onun qırx il təklikdə və xəlvətdə ibadətlə məşğul olmasından daha yaxşıdır.»869
277
Başsağlığı
1284. Yaslı insana təsəlli vermək.
4247. Allahın Peyğəmbəri (s): «Hər kim yaslı insana təsəlli versə, onun qədər əcri var.»870
4248. İmam Əli (ə): «Hər kim övladı ölmüş anaya təsəlli verərsə, Allah Onun ərşindən başqa heç bir kölgənin olmayacağı gün ona Öz ərsinin kölgəsində yer verəcək.»871
4249. İmam Sadiq (ə): «Təsəlli vermək üçün müsibətə düşənin səni görməsi kifayət edər.»872
1285. Yaslı insana təsəlli üçün deyilənlər.
4250. İmam Əli (ə): «Allahın Peyğəmbəri (s) nə vaxt təsəlli verərdisə, buyurardı: Allah əcrinizi versin və sizləri öz rəhmətinə şamil etsin. Təbrik edəndə isə buyurardı: Allah sizə bərəkət versin və mübarək etsin.»873
1286. Yas əhlini təbrik etmək, başsağlığı verməkdən daha yaxşıdır.
4251. İmam Rza (ə)–(Həsən ibn Səhlə verdiyi başsağlığından):–«Axirət savabı münasibətilə təbrik etmək, dünyanın yasına görə başsağlığı verməkdən daha layiqlidir.»874
ioooooop
Dostları ilə paylaş: |