278
Ünsiyyət
1287. Camaatla ünsiyyət qaydaları.
4252. İmam Əli (ə): «Camaatla elə rəftar edin ki, ölsəniz sizin üçün ağlasınlar. Sağ qalsanız isə (və ya olmasanız) sizinlə görüşməyə müştaq olsunlar.»875
4253. İmam Əli (ə) (Buyurardı):«Camaata olan ehtiyacın və ehtiyacsızlığın hər ikisi, qəlbində cəm olmalıdır. Mülayim danışığında və xoş münasibətində onlara ehtiyacın olsun, amma abrını, izzət və baş ucalığını qorumağında onlara ehtiyacın olmasın.876
4254. İmam Baqir (ə): «Camaatın işi o vaxt sahmana düşər ki, onlarla üçdə ikisi ayıq-sayıqlıq və üçdə biri görməməzliyə vurmaq və göz yummaq olan bir tərəzi gözü kimi ünsiyyət qurulsun.»877
1288. Ailə ilə ünsiyyət qaydaları.
Quran:
«Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. Açıq-aşkar pis iş görməyincə, özlərinə verdiyiniz şeyin bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl rəftar edin. Əgər onlardan xoşunuz gəlməsə, ola bilsin ki, sizə xoş gəlməyən hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun.»878
Hədis:
4255. İmam Əli (ə) (əziz oğlu Həsənə tövsiyyəsindən): «Məbada sənin ailən sənə (bəd rəftarına) görə insanların ən bədbəxti olsun.»879
4256.İmam Əli (ə): «Kişi evini və ailəsini idarə etmək üçün təbiətinə zidd olsa belə üç işi görməlidir: xoş rəftar, qaydasında əliaçıqlıq və qeyrət, namus.»880
1289. Camaatla ünsiyyətdə layiqli olanlar.
4257. Allahın Peyğəmbəri (s): «Oturub durduğun adamla yaxşı rəftar et ki, müsəlman olasan.»881
4258. İmam Əli (ə): «Camaatla öz diliniz və bədəninizlə qaynayıb-qarışın, qəlb və əməllərinizlə onlardan uzaq durun.»882
4259. İmam Əli (ə): «Canını və malını qardaşına fəda et. Ədalət və insafını isə düşməninə hədiyyə et. Xoş sifətini və yaxşılığını ümumi camaata bağışla.»883
4260. İmam Əli (ə): «Özünü dostluqda sadiq et. Özünü camaatın zəhmətlərinə (və ya xərclərinə) dözməyə vadar et.»884
4261. İmam Əli (ə): «Hər kim camaatla xoşlamadığı tərzdə rəftar etsə, camaat onun barəsində bilmədikləri şeyləri danışacaq.»885
4262. İmam Həsən (ə): «Camaatla, özünə qarşı edilməsini istədiyin cür rəftar edin.»886
4263. İmam Sadiq (ə): «Camatla xoş rəftar ağıllı olmağın üçdə biridir.»887
4264. İmam Kazim (ə): «Camaatla dostluq etmək ağılın yarısıdır.»888
ioooooop
279
Aşura
1290. Aşura.
4265. İmam Səccad (ə): «Gözləri Hüseynin (ə) öldürülməsindən ötrü ağlayan, ağlamaqdan göz yaşları yanaqlarından axan möminə Allah bunun səbəbinə cənnət köşklərində yer verər və uzun müddət orada yaşayar.»889
4266. İmam Baqir (ə) (Aşura günündə yaxın və ya uzaq məsafədən Hüseynin (ə) ziyarəti barədə hədisdə):«…Sonra Hüseynə (ə) ağlayıb inləsinlər, evində olanlara və onlardan təqiyyə saxlamayanlara da ağlamağı tapşırsın... Hüseynin (ə) müsibətinə görə bir-birinə başsağlığı versinlər.Dedim:Bir-birimizə necə başsağlığı verək. Deyin ki, Allah Hüseynin müsibətinə görə bizə çatan əcri böyütsün, bizi və sizləri onun «Vəliye dəm»i (qan sahibi) Məhəmməd ailəsindən olan İmam Mehdi ilə birgə onun qanını almağa qalxanlardan etsin.»890
4267. İmam Sadiq (ə): «Kim Hüseynin barəsində bir beyt şer yazıb özü ağlasa və on nəfəri da ağlatsa, özünün və həmin on nəfərin nəsibi cənnət olar (cənnətlik olar).»891
4268. İmam Rza (ə): «Aşura günü kimin yas, ağlama və kədər günü olarsa, Allah qiyaməti onun şadlıq və sevinc gününə çevirər.»892
4269. İmam Rza (ə): «Hüseyn kimi insana gərək ağlayanlar ağlasın. Çünki onunçün ağlamaq böyük günahları silər.» Həzrət sonra buyurdu: «Məhərrəm ayı girəndən kimsə atamı gülərüz görməzdi. On gün keçincəyə qədər yas və kədər ona hakim olardı. Onuncu gün də onun ağlamaq, yas və qəm günü idi və buyurardı: Bu Hüseynin öldüyü gündür.»893
ioooooop
280
Eşq
1291.Eşqin pislənilməsi.
4270. İmam Əli (ə): «Hicran eşqin cəfasıdır»894.
4271. İmam Əli (ə): «Hər kim nəyə aşiq olarsa, həmin şey onun gözünü kor, qəlbini xəstə edər. Belə insan sağlam olmayan gözlə baxar, eşitməyən qulaqla eşidər. Şəhvətlər onun ağlını pərən-pərən salmış və dünya qəlbini öldürmüşdür.»895
4272. İmam Sadiq (ə)(Eşq barədə suala cavabından):«Qəlblər Allahı yad etməkdən boşalar və Allah özündən qeyrisinin məhəbbətini onlara dadızdırar.»896
1292. Pak eşqin mükafatı.
4273. Allahın Peyğəmbəri (s): «Hər kim aşiq olsa, öz eşqini gizlətsə, iffətli olsa və bu halda ölərsə, o, şəhiddir.»897
4274. İmam Əli (ə): «Allah yolunda cihad edib şəhid olanın əcri, günah etməyə imkanı olduğu halda, iffətli olanın əcrindən çox deyil.»898
1293. Allah eşqi.
4275. Allahın Peyğəmbəri (s): «Allah buyurur: «Mənimlə olan məşğuliyyət bəndənin canına qalib gəlsə, onun istək və ləzzətlərini məni xatırlamaqda qərar verərəm. İstək və ləzzətini Məni xatırlamaqda qərar verdikdə, Mənə aşiq olar, Mən də onun aşiqi olaram. Bir-birimizə aşiq olduqda, Özümlə onun arasındakı pərdəni götürər, bunu (Öz camal və cəlalımı görməyi) canına hakim edərəm. Belə ki, camaat səhv edəndə, o, səhvə yol verməz.»899
ioooooop
Dostları ilə paylaş: |