Tərcüməçilər: Ağabala Mehdiyev, Elşən Mahmudov, Etibar Quliyev Redaktorlar: İxtisas redaktoru



Yüklə 8,33 Mb.
səhifə2/51
tarix21.10.2017
ölçüsü8,33 Mb.
#8855
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   51

233




Sədəqə



1095. Sədəqənin fəziləti

Quran:

«Onların mallarından sədəqə çıx ki, bunun vasitəsilə onları pak və təmiz edəsən. Onlar üçün dua et. Çünki sənin duan onlar üçün bir sakitlikdir. Allah eşidən və biləndir.»53



Hədis:

3516. Allahın Peyğəmbəri (s): «Qiyamətin torpağı (bütövlüklə) atəşdir, möminin kölgəsindən başqa. Çünki verdiyi sədəqə onun üzərinə kölgə salar.»54

3517. Allahın Peyğəmbəri(s): «Qiyamət günü insanlar arasında məhkəmə başlayanadək, hər kəs öz sədəqəsinin kölgəsindədir.»55

3518. Allahın Peyğəmbəri(s) : «Sədəqə Allahın qəzəbini yatırar.»56

3519. İmam Əli(ə): «Sədəqə cəhənnəm odunun qarşısında bir sipərdir.»57
1096. Allah sədəqələri qəbul edəndir

Quran:

«Məgər bilməmişlər ki, bəndələrindən tövbəni və sədəqələri qəbul edən yalnız Allahdır. Allah tövbələri qəbul edən və rəhimlidir.» 58



Hədis:

3520. İmam Sadiq(ə) : «Allah-taala buyurur: Yalnız sədəqdən başqa elə bir şey yoxdur ki, onu götürməyə bir nəfəri məmur etməyim. Sədəqəni dərhal öz əlimlə qəbul edərəm.»59


1097. Sədəqə və bəlanın qarşısını almaq

3521. Allahın Peyğəmbəri(s): «Sədəqə yetmiş növ bəlanın qarşısını alar, onların ən sadəsi cüzam və dəri xəstəliyidir.60

3522. Allahın Peyğəmbəri(s): «Sədəqə şərrin yetmiş qapısını bağlayar.»61

3523. Allahın Peyğəmbəri(s): «Sədəqə pis və dəhşətli ölümün qarşısını alar.»62

3524. Allahın Peyğəmbəri(s): «Sədəqə verin və öz xəstələrinizi sədəqə ilə müalicə edin. Çünki sədəqə xoşagəlməz hadisələrdən və xəstəliklərdən qoruyar, ömrü və savabları artırar.»63

3525. İmam Əli(ə) : «Sədəqə faydalı dərmandır.»64


1098. Sədəqə ruzinin açarıdır

3526. Allahın Peyğəmbəri(s) : «Çox sədəqə verin ki, ruziniz artsın.»65

3527. İmam Əli(ə) : «Ruzini, sədəqə verməklə başınızın üzərinə endirin.»66

3528. İmam Əli(ə): «Kasıb vaxtınızda sədəqə (malı) ilə Allahla sövdələşin (ticarət edin).»67

3529. İmam Sadiq (ə): «Bəzi vaxtlar mən kasıblayıram və sədəqə vasitəsilə Allahla sövdələşirəm.»68

3530. İmam Sadiq (ə): «Sədəqə vermək borcu ödəyər və bərəkət gətirər.»69


1099. Hər bir yaxşı iş sədəqədir

3531. Allahın Peyğəmbəri(s) : «Müsəlman hər gün sədəqə verməlidir.» Ərz etdilər: «Buna kimin qüdrəti çatar?» Həzrət buyurdu: «Ziyan vuran şeyləri yoldan götürüb kənara qoymaq sədəqədir. Bir kimsəyə yol göstərmək, xəstəyə baş çəkmək yaxşılığa dəvət etmək və pislikdən çəkindirmək sədəqədir. Salamın cavabını vermək də sədəqədir.»70

3532. Allahın Peyğəmbəri(s) : «Hər bir yaxşı iş sədəqədir.»71

3533. Allahın Peyğəmbəri(s): «Dilini saxla. Çünki bu iş özünə verdiyin sədəqədir.»72

3534. Allahın Peyğəmbəri(s): «Pislikdən çəkinmək sədəqədir.»73

3535. İmam Sadiq (ə): «Allahın sevdiyi sədəqə bunlardır: insanların bir-birilə əlaqələri pozulan zaman onlar arasında sülh yaratmaq və bir-birlərindən uzaqlaşanda onları yaxınlaşdırmaq.»74

3536. İmam Sadiq (ə): «Kara, təngə gəlmədən bir sözü başa salmaq

gözəl sədəqədir.»75

3537. Allahın Peyğəmbəri(s): «Ən üstün sədəqə sağlam olduğun, həyata ümid bəslədiyin və yoxsulluğa düçar olmağından qorxduğun vaxt verdiyin, canın bədənindən çıxmasını (ölüm yatağına düşməyini) və «bu qədər mal filankəsin olsun, o qədər mal da bəhmənin olsun.» deməyi gözləmədiyin sədəqədir. Çünki o vaxt həmin mal filankəsin və bəhmənin malı olacaq.»76

3538. Allahın Peyğəmbəri(s): «Ən üstün insan qüdrəti çatdığı qədər sədəqə verəndir.»77

3539. Allahın Peyğəmbəri(s) : «Ən üstün sədəqə gizlində yoxsula verilən və kasıb vaxtı verilən sədəqədir.»78

3540. Allahın Peyğəmbəri(s): «Ən üstün sədəqə elə bir dilin sədəqəsidir ki, onunla qanların tökülməsinin, xoşagəlməz hadisənin qarşısını alasan və müsəlman qardaşına xeyir gətirəsən.»79

3541. Allahın Peyğəmbəri(s): «Ən yaxşı sədəqə müsəlman şəxsin bir elm öyrənməsi və sonra onu müsəlman qardaşına öyrətməsidir.»80

3542. Allahın Peyğəmbəri(s) (ən yaxşı sədəqə barədə olan sualın cavabında): «Kin bəsləyən qohumuna verdiyin sədəqədir.»81

3543. Allahın Peyğəmbəri(s): «Ən yaxşı sədəqə Allah yolunda qurulan çadırın kölgəsidir.»82

3544. Allahın Peyğəmbəri (s): «Ən üstün sədəqə Ramazan ayında veriləndir.»83

3545. İmam Sadiq (ə): «Ən yaxşı sədəqə yanğılı ciyəri su ilə sərinlət­mək­dir.»84

3546. İmam Kazim (ə): «Sənin imkansızlara köməyin ən üstün sədəqə­lər­dəndir.»85


1101.Gizli sədəqənin fəziləti və nəticələri

Quran:

«Sədəqəni aşkar şəkildə versəniz, yaxşı iş görmüsünüz. Əgər gizlində və yoxsullara versəniz, sizin üçün daha yaxşıdır və günahlarınızı yuyar. Allah etdiklərinizdən agahdır.» 86



Hədis:3547. İmam Əli(ə): «Pak və Uca Allaha pənah gətirənlərin istifadə etdiyi ən yaxşı vasitə Allaha, onun Rəsuluna iman, günahları pak edən gizli sədəqə, eləcə də pis ölümün qarşısını alan aşkar sədəqədir.»87

3548. İmam Baqir (ə) (İmam Səccad (ə) barədə): «O Həzrət (ə) gecə yarısı torbanı çiyninə atıb evdən çıxar və bir-bir evləri gəzib qapıları döyərdi. Kim qapını açsaydı, bir şey verərdi. O Həzrət (ə) yoxsula bir şey verəndə üzünü gizlədərdi ki, onu tanımasın.»88

3549. İmam Sadiq (ə): «İnsanlar səni tərifləsinlər deyə, onların gözü qabağında sədəqə vermə. Belə olan surətdə, öz mükafatını hər an almış olarsan. Əslində sağ əlinlə verdiyin sədəqədən sol əlinin xəbəri olmamalıdır. Çünki Onun xatirinə sədəqə verdiyin sənin mükafatını aşkar surətdə verəcəkdir.»89

3550. İmam Sadiq (ə): «Allaha and olsun, gizli sədəqə aşkar sədəqədən yaxşıdır. Allaha and olsun, gizli ibadət aşkar ibadətdən yaxşıdır.»90

3551. İmam Sadiq (ə): «Gecənin sədəqəsi Allahın qəzəbini yatırar, böyük günahı yuyar və sorğu-sualı asanlaşdırar. Gündüzün sədəqəsi mal və sərvəti artırar, ömrü uzadar.»91
1102. Sədəqənin ölçüsü

Quran:

«Əlini boynuna bağlama (yəni əldən bərk olma) və tamamilə açıq saxlama ki, danlaq altında qalıb peşman olarsan.» 92



Hədis:

3552. Allahın Peyğəmbəri (s): «Sədəqə verməkdə həddini aşan, sədəqə verməyən şəxs kimidir.»93

3553. İmam Kazim (ə): «Özündən heç nəyi qardaşlarına bağışlama ki, onun sənə olan ziyanı, onlara olan xeyrindən çoxdur.»94
1103. Sədəqə kimə verilər?

Quran:

«Bu sədəqələr Allah yolunda çətinliyə düşənlər, iş və qazanc məqsədilə səfərə çıxa bilməyənlər üçündür. Tanımayan, onları çox həyalı olduq­ların­dan varlı hesab edər. Sən onları üzlərindən tanıyarsan. Onlar insanlardan israrla heç bir şey istəməzlər.»95



Hədis:

3554. Allahın Peyğəmbəri (s): «Miskin, küçələri dolanan dilənçi və iki parça çörəklə iki xurma dənəsini əlinə alıb gedən şəxs deyil. Əslində, miskin həyasına və nəfsinin izzətinə görə kömək əlini insanlara açmayan yoxsuldur. Heç kəs onun yoxsul olduğunu başa düşməz ki, ona sədəqə versin.»96

3555. İmam Sadiq (ə) Evin qapısını döyən dilənçilərə sədəqə vermək olarmı, ya bu işdən çəkinmək sədəqəni möhtac olan qohumlara vermək lazımdırsualının cavabında): «Xeyr, dilənçilərə vermək lazım deyil. Ehtiyacı olan qohumlara göndərsinlər ki, bu işin savabı daha çoxdur.»97

3556. İmam Sadiq (ə) dilənçi məhrum üçün..»ayəsi barədə): «Məhrum alverdə, ticarətdə əli gətirməyən bəxtsiz və ruzisiz bir şəxsdir.»98


1104. Sədəqə verməyin qaydası

Quran:

«Ey iman gətirənlər! Özünü insanlara göstərmək üçün malından sədəqə verən və qiyamət gününə iman gətirməyən şəxs kimi, öz sədəqələrinizi minnət qoymaqla və əziyyət verməklə batil etməyin. Onun əhvalatı, üstündə bir qədər torpaq olan daşa bənzər ki, leysan yağışı onun üzərinə yağanda torpağı yuyub aparar və yerində saf daş qalar.»99



Hədis:

3557. Allahın Peyğəmbəri (s): «Verdiyiniz sədəqədə gözünüz qalmasın. Çünki belə olarsa sədəqənin savabı aradan gedər.»100

3558 İmam Əli(ə): «Bəhanə gətirmək və minnət qoymaqla ehsanı xoşagəlməz etməyin.»101

ioooooop



Yüklə 8,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin