Tərcüməçilər: Ağabala Mehdiyev, Elşən Mahmudov, Etibar Quliyev Redaktorlar: İxtisas redaktoru



Yüklə 8,33 Mb.
səhifə40/51
tarix21.10.2017
ölçüsü8,33 Mb.
#8855
növüXülasə
1   ...   36   37   38   39   40   41   42   43   ...   51

318




Fürsət



1461. Fürsəti qənimət bil.

4982. Allahın Peyğəmbəri (s): «Kimin üzünə xeyrin bir qapısı açılsa, onu qənimət bilməlidir. Çünki o qapının vaxt üzünə qapanacağını bilmir1688

4983. Allahın Peyğəmbəri (s): «Fürsəti əldən vermək kədər gətirər1689

4984. İmam Əli (ə): «Fürsət bir bulud kimi ötüb keçər. Belə isə, yaxşı fürsətləri qənimət bil1690

4985. İmam Əli (ə): «Fürsət tez keçən gec tapılandır1691

4986. İmam Əli (ə): «Fürsət qənimətdir1692

4987. İmam Əli (ə): «Fürsəti əldən vermək kədərin mayasıdır1693

4988. İmam Əli (ə): «İşlər öz zamanlarının girovlarıdır1694

4989. İmam Əli (ə): «Fürsət düşməmiş (bir işdə) tələsmək, fürsət düşdükdə isə lənglik ahəstəlik nadanlığın nişanəsidir1695

4990. İmam Sadiq (ə): «Hər kimin əlinə fürsət düşsə o, tam fürsəti (yaxşı şəraitə tamamilə nail olmağı) gözləyərək onu təxirə salarsa, ruzigar həmin fürsəti ondan alar. Çünki ruzigarın işi aparmaq zamanın üslubu əldən çıxarmaqdır1696

ioooooop


319




Vacib əməllər



1462. Vacib əməllərin yerinə yetirilməsinə təşviq.

4991. Allahın Peyğəmbəri (s): «Allahın vacib buyurduğu əməllərə riayət et ki, ən təqvalı insanlardan olasan1697

4992. İmam Əli (ə): «Vacib əməllər! Fərizələr! Onları Allaha qaytarın ki, sizi cənnətə çatdırsın1698

4993. İmam Əli (ə): «Allahın sizlərə vacib buyurduğunu səylərinizin məqsədinə çevirin sizdən istədiyi haqqını əda etmək üçün Ondan kömək uğur diləyin1699

4994. İmam Əli (ə): «Öz nəfsini yumşaqlıqla ibadətə vadar onunla mülayimliklə rəftar et. Sənə edilməsi vacib buyurulan əməllərdən başqa, onunla güclə danışma sakit, şad olan vaxtı ibadət et. Belə hallarda onları yerinə yetirməli vaxtında əda etməlisən1700

4995. İmam Əli (ə): «Vacib əməlləri yerinə yetirmək kimi ibadət yoxdur1701

4996. İmam Əli (ə): «Əgər müstəhəbləri yerinə yetirməyə görə vacib əməllərdən qalırsansa, qazandığın fəzilət heç vaxt zay etdiyin vacib əməllə (onun günahı ilə) bir olmaz1702

4997. İmam Həsən (ə): «Allah sizə ehtiyacı olduğuna görə deyil, Öz kərəm rəhmətinə görə vacib əməlləri sizlərə vacib buyurdu. Bu, tək olan Allahın sizə rəhmət mərhəmətindəndr. Ondan ötrü ki, təmizi çirkindən ayırsın, sinələrinizdə olanları sınasın, qəlbinizdəkiləri isə xalisləşdirsin1703

4998. İmam Səccad (ə): «Allahın vacib buyurduğunu yerinə yetirən hər bir şəxs insanların ən yaxşılarındandır1704

4999. İmam Sadiq (ə): «Böyük Allah buyurmuşdur: Bəndəm ona vacib buyurduğum şey qədər özünü mənə sevdirməmişdir1705


1463. Pak olan Allahın insanlara vacib buyurduqları.

5000. İmam Əli (ə): «Böyük Allah ədalətli (haqq olan) rəhbərlərə vacib bu­yur­muşdur ki, özünü kasıb camaatla eyniləşdirsin yoxsul öz kasıb­­ğından qeyzlənməsin1706

5001. İmam Əli (ə): «Pak Allah kasıbların yeməyini imkanlıların var-dövlətində vacib buyurmuşdur. Buna görə imkanlı insan onun haqqına sahib çıxmasa, heç bir kasıb ac qalmaz1707

5002. İmam Əli (ə): «Allah, imanı şirkdən təmizlənmək üçün, namazı təkəbbür lovğalıqdan uzaqlaşmaq zəkatı (ehtiyacı olanlara) ruzi səbəbi olmaqdan ötrü vacib buyurdu1708

5003. İmam Əli (ə): «Allah sənin bədəninin hər bir əzası üçün vacib olan əməllər buyurmuşdur ki, qiyamət günündə onların vasitəsilə sənə qarşı şəhadət veriləcək1709
1464. Vacib əməllərin cəmi.

5004. İmam Əli (ə): «Allahın camaat üçün təyin etdiyi vacib əməllərin hüdud sərhədləri ən böyük vacib əməllərdən olan beş vəzifədir: namaz, zəkat, həcc, oruc digər dörd vacib əməlin qoruyucusu olan imamət1710

ioooooop



Yüklə 8,33 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin