321
Fəsad
1466. Kütləni fəsada çəkən şeylər.
1. Günah.
Quran:
«İnsanların öz əlləri ilə etdikləri pis əməllər üzündən suda və quruda fəsad, pozuntu əmələ gələr ki, Allah etdikləri əməllərin bəzisinin cəzasını onlara dadızdırsın. Bəlkə onlar bununla qayıtsınlar.»1724
Hədis:
5017. Allahın Peyğəmbəri (s): «Bəndə gizlində günah etdikdə o günah yalnız öz sahibinə zərər vurar. Aşkarda günah etdikdə isə camaat onu çəkindirməzsə, bu zaman camaatın hamısına zərər vurar.»1725
2. İxtilaf.
5018. İmam Əli (ə): «Allaha and olsun! Haqqı batillərinə üstün gələnlərindən savayı, heç bir ümmət öz peyğəmbərindən sonra ixtilafa düşməyib. Allahın ixtilafa düşmələrini istəmədiyi ümmətlər istisnadır.»1726
3. Haqdan məhrum olmaq.
5019. Allahın Peyğəmbəri (s): «Acizin haqqını qorxmadan, titrəmədən qüdrətli şəxsdən almayan ümmət heç vaxt pak (xoşbəxt) olmaz.»1727
1467. Fəsad törədənlər kimlərdir.
Quran:
«Allaha və peyğəmbərə qarşı vuruşanların, yer üzündə fətnə-fəsad salmağa çalışanların cəzası öldürülməkdən başqa bir şey deyildir.»1728
«(Səba mələyi) Dedi: «Hökmdarlar bir ölkəyə girdikləri zaman onu xarabalığa çevirər, əzizlərini də zəlil edərlər. Onların üslubu məhz belədir»1729
«Onlara «yer üzündə fəsad törətməyin» dedikdə, «biz yalnız islah edənik» deyərlər.»1730
İsrafçıların (və həddi aşanların) əmrinə tabe olmayın! O kəslər ki, yer üzündə fitnə-fəsad törədər və islah etməzlər.»1731
Hədis:
5020. Allahın Peyğəmbəri (s): «Mənim ümmətimin içərisində iki dəstə vardır. Əgər onlar düzəlsə, ümmətim düzələr, onlar korlansa ümmətim də korlanar.» Dedilər: «Ey Allahın Rəsulu! O hansı iki dəstədir?» Buyurdu: «Fəqihlər və hökmdarlar.»1732
5021. İmam Əli (ə): «Yol azuqəsini zay etmək fəsad törədən (və israf yaradan) hallardandır.»1733
5022. İmam Rza (ə): «Fəsad (və israf) hallarından biri də dirhəm və dinarı (başqa məqsədlə istifadə üçün sikkə pulu) sındırmaq və meyvə çərdəyini kənara atmaqdır.» 1734
1468. Fəsad və puçluğun qarşısını alan şeylər.
5023. Allahın Peyğəmbəri (s): «Allaha ruku edən bəndələr, südəmər körpələr, otlayan heyvanlar olmasaydı, mütləq onların başına ağır əzab endirərdim.»1735
5024. İmam Əli (ə): «İnsanlar qəzəb və bəlalar nazil olanda, nemətlər əllərindən çıxanda doğru niyyətlərlə, müştaq qəlblərlə Allaha pənah aparsalar, heç şübhəsiz, (Allah) əllərindən çıxan hər bir şeyi geri qaytarar. Onlar üçün hər bir fəsadı islah edər.»1736
5025. İmam Sadiq (ə): «Allah-taala bizim namaz qılan şiələrimizin varlığının bərəkətindən, əzabı namaz qılmayan şiələrimizdən uzaqlaşdırar. Əgər onların hamısı namaz qılmağı tərk etsəydilər, mütləq məhv olardılar. Allah-taala bizim zəkat verən şiələrimizin bərəkətindən (əzabı) zəkat verməyən şiələrimizdən uzaqlaşdırar... Allah-taalanın «Allah insanların bir qismini, digər qismi ilə dəf etsəməydi, mütləq yer üzü fitnə-fəsada uğrayardı.»1737 kəlamının mənası da məhz budur.»1738
ioooooop
322
Fəzilət
1469. Fəzilətlər.
5026. İmam Əli (ə): «Üstünlük mal-dövlətin çoxluğu, işlərin (və əsil-nəcabətlərin) böyüklüyü ilə deyil, gözəl kamal və yüksək əxlaqla ölçülür.»1739
5027. İmam Əli (ə): «Rəhbərlərin üstünlük dərəcələri, onların ibadətinin gözəlliyi ilə ölçülər.»1740
5028. İmam Əli (ə): «Təqvalılar dünyada fəzilət sahibləridir. Onların danışıqları doğru, geyimləri orta səviyyəlidir.» 1741
5029. İmam Əli (ə): «Özünü pisliklə cəzalandırmaqdan üstün bilən kəs bütün fəzilətləri kəsb etmişdir.»1742
5030. İmam Əli (ə): «Pislik edənə yaxşılıq edən kəs, şübhəsiz ki, bütün fəzilətləri öz ixtiyarına almışdır.»1743
5031. İmam Əli (ə): «Qüdrətli olduqda güzəşt edən, çətinlik və kasıblıq vaxtı əliaçıq, yoxsulluq vaxtı fədakar ol ki, fəzilət və üstünlüyün kamil həddə yetişsin.»1744
5032. İmam Səccad (ə): «Qiyamət günü Allah-taala əvvəldən axıradək bütün insanları bir səhraya yığdıqda, carçı car çəkər: «Haradadır fəzilət əhli?» Bundan sonra bir dəstə adam ayağa qalxar. Mələklər onları qarşılamağa gedər və soruşarlar: «Sizin fəzilətiniz nə idi?» Deyərlər: «Bizimlə əlaqələrini kəsən şəxslə əlaqə yaradardıq, bizi məhrum edən şəxsə bəxşiş edərdik, bizə zülm edən kəsə güzəşt edərdik.» Onlara deyilər: «Doğru deyirsiniz. Cənnətə daxil olun.»1745
5033. İmam Cavad (ə): «Fəzilətlər dörd cürdür. Birincisi hikmətdir, hikmətin də canı düşünməkdir. İkincisi iffətdir, iffətin də canı şəhvətdir. Üçüncüsü qüdrətdir, onun da canı qəzəbdir. Dördüncüsü ədalətdir. Onun möhkəmliyi nəfsanı qüvvələri tənzimləməkdədir.»1746
1470.Ən üsün fəzilətlər
5034. İmam Əli (ə): «İnsaflı olmaq fəzilətlərin ən üstünüdür.1747
5035. İmam Əli (ə): «Dili qorumaq və bəxşişlə yaxşılıq etmək insanın ən üstün fəzilətlərindəndir.»1748
5036. İmam Əli (ə): «Heç bir fəzilət yaxşılıq etməkdən daha üstün de-yildir.»1749
5037. İmam Əli (ə): «Qəzəbə hakim olmaq və şəhvəti öldürmək fəzilətlərin başında gəlir.»1750
5038. İmam Əli (ə): «Fəzilətlərin zirvəsi elmdir.»1751
1471.Ən üstün insanlar.
5039. Allahın Peyğəmbəri (s): «Sizin Allah yanında ən yüksək məqam sahibi olanınız, daha uzun müddət aclıq çəkən və düşüncələrə dalanınızdır. Allah yanında ən mənfurunuzsa, çox yatağan, qarınqulu və çox içəninizdir.»1752
5040. Allahın Peyğəmbəri (s): «Ey camaat! Həqiqətən, insanların ən üstünü odur ki, yüksək məqamına baxmayaraq təvazökarlıq etsin, qüdrətinə rəğmən dünyaya zahid olsun, dövlətli olsa da xərclərində insaflı olsun, güclü olduğu qədər də insaflı olsun. Bilin ki, ən üstün insanlar, dünyadan ona kifayət edən qədər götürən, onda iffətli və izzətli ömür sürən, səfərə (axirətə) azuqə yığan və getməyə hazırlaşan bəndələrdir.»1753
5041. İmam Əli (ə): «Allahın yanında Onun ən üstün bəndələri yol gös-tərən və yol tapmış ədalətli rəhbərdir. Beləsi tanınan sünnəni dirçəldər, tanınmamış bidəti öldürər.»1754
5042. İmam Əli (ə): «Həqiqətən, Allah yanında ən üstün insan, haqq ona kədər və çatışmazlıq, batil isə xeyir və artım gətirsə də, haqqa əməl etməyi batilə əməl etməkdən çox istəyəndir.»1755
ioooooop
Dostları ilə paylaş: |