324
Fiqh
1483. Dində fəqih olmaq.
Quran:
«Möminlərin hamılıqla (cihad üçün) köçməsi yaraşan deyil. Nəyə görə, onların hər firqəsindən bir dəstə köçməsin ki, (bir dəstə qalsın və) dinləri ilə agah olub, öz qövmünü onlara tərəf qayıtdıqda qorxutmasın? Bəlkə onlar (ilahi cəzadan) qorxalar.»1820
Hədis:
5101.Allahın Peyğəmbəri (s): «Allah bəndənin yaxşılığını istəyəndə onu dinində fəqih edər, onu doğru, düzgün yola ilhamlandırar.»1821
5102. Allahın Peyğəmbəri (s): «İbadətlərin ən üstünü fiqhdir (dini bilməkdir).»1822
5103. Allahın Peyğəmbəri (s): «Həqiqətən, hər bir şeyin söykənəcəyi olduğu kimi, dinin də dayağı fiqhdir.»1823
5104. İmam Əli (ə): «Quranı öyrənin ki, o sözlərin ən yaxşısıdır. Onda bilikli və fəqih olun ki, o qəlblərin baharıdır.»1824
5105. İmam Kazim (ə): «Fəqihin abiddən üstünlüyü günəşin ulduzlardan üstünlüyü kimidir. Kim öz dinini bilməsə, Allah onun heç bir əməlini bəyən-məz.»1825
1484. Fəqih kimdir?
5106. Allahın Peyğəmbəri (s) (Əbuzərə tövsiyyəsindən): «Fəqih insan, camaat onun nəzərində bir ovuc dəvə olmayınca, olmalarına və olmamalarına heç bir əhəmiyyət verməyincə, onun yanında dəvə olanda halına təfavüt etmədiyi kimi camaatın olması da onda dəyişiklik yaratmayınca kamilləşməz. Bununla belə özünə gəldikdə isə ən çox təhqiri və etinasızlığı öz nəfsinə rəva görməlidir.»1826
5107. İmam Əli (ə): «Sizləri həqiqi fəqihdən xəbərdar edimmi? Allaha qarşı günah etməyə camaata icazə verməyən, Allahın mərhəmətindən ümidsiz qoymayan, Allahın məkr və əzabından arxayın salmayan və Qurandan qeyri bir şeyə üz tutmayandır.»1827
5108. Əban ibn Təğləb: «Bir kişi İmam Baqirdən bir məsələni soruşdu. Həzrət ona cavab verdi. Kişi dedi: Fəqihlər bunu demirlər. Həzrət buyurdu: «Vay olsun sənin halına! Nə vaxtsa fəqih görmüsənmi? Əsl fəqih odur ki, dünyaya etina etməsin, axirətə də rəğbəti olsun və Peyğəmbərin (s) sünnəsinə əsaslansın.»1828
5109. İmam Sadiq (ə): «Bizim eyhamlı və üstüörtülü kəlamımızı başa düşənlərdən qeyri, sizlərdən heç kim fəqih olmaz.»1829
5110. İmam Rza (ə): «Fəqihliyin (dini başa düşməyin) nişanələrindən biri səbr, bilik və susmaqdır.»1830
1485. Fəqihin vücudunun iblisdən dəyərli olması.
5111. Allahın Peyğəmbəri (s): «İblis üçün bir fəqihin vücudu min abiddən daha ağırdır.»1831
5112. Allahın Peyğəmbəri (s): «Heç bir şey iblisin belini öz qəbiləsinin arasında olan alim kimi qırmaz.»1832
5113.İmam Səccad və ya İmam Baqir (ə): «Dində bir fəqihin olması şeytan üçün min abidin olmasından daha ağırdır.»1833
1486. Fəqihin dünyadan köçməsi.
5114. İmam Sadiq (ə): «Mömin bir fəqih vəfat edəndə İslamda elə boşluq yaranır ki, heç bir şey onu doldurmur.»1834
5115. İmam Sadiq (ə): «Şeytan üçün heç bir möminin ölümü bir fəqihin ölümü qədər sevindirici deyil.»1835
ioooooop
325
Düşünmək
1487. Düşünmək.
Quran
«Allah öz ayələrini sizin üçün elə aydınlaşdırdı ki, bəlkə düşünəsiz.»1836
Hədis:
5116. İmam Əli (ə): «Düşünmək yaxşılığa və ona əməl etməyə çağırar.»1837
5117. İmam Əli (ə): «Kim düşünsə gözü açılar.»1838
5118. İmam Əli (ə): «Hər kim öyrəndiyi şey barədə çox düşünsə, öz biliyini gücləndirər və başa düşmədiklərini anlayar.»1839
5119. İmam Əli (ə): «Heç bir bilik düşünmək qədər deyil.»1840
5120. İmam Əli (ə): «Düşüncə saf bir güzgüdür.»1841
5121. İmam Həsən (ə): «Düşünmək bəsirət sahibinin ruhunu diri saxlar.»1842
5122. İmam Həsən (ə): «Sizə ilahi təqvanı və davamlı düşünməyi tövsiyə edirəm. Çünki düşünmək bütün yaxşılıqların ata-anasıdır.»1843
5123. İmam Sadiq (ə): «Düşünmək yaxşılıqların aynası və pisliklərin örtüyüdür.»1844
1488. Düşünmək kimi ibadət yoxdur.
5124. «Tənbihul-Xəvatir»: Əbuzərin anasından Əbüzərin ibadəti barədə soruşdular. O, dedi: Bütün insanlardan kənar gəzər və düşünərdi.»1845
5125. İmam Sadiq (ə): «Ən üstün ibadət Allah və Onun qüdrəti barədə həmişə düşünməkdir.»1846
5126. İmam Sadiq (ə): «Bir saat düşünmək bir il ibadətdən daha yaxşıdır. «Yalnız ağıl sahibləri ibrət alarlar.»1847-1848
1489. Düşüncəni saflaşdıran şeylər.
5127. İmam Əli (ə): «Yeməyi az olanın düşüncəsi saf olar.»1849
5128. İmam Əli (ə): «Daima qarnını doyuzduranın düşüncəsi necə saf və təmiz olar?»1850
1490. Düşünülməsi qadağan olan şeylər.
5129. İmam Əli (ə): «Hikmətdən qeyri şey barədə düşünmək quşbeyinlikdir.»1851
5130. İmam Əli (ə): «Kim günahlar barədə çox düşünərsə, günahlar onu öz tərəfinə çəkər.»1852
5131. İmam Əli (ə): «Kim Allahın əzəmətini düşünərsə, mat-məəttəl qalar.»1853
ioooooop
326
Qəbr
1491. Qəbr.
5132. Allahın Peyğəmbəri (s): «Qəbr axirətin ilk mənzilidir. Kim ondan salamat keçərsə, onun növbəti mənzilləri asan olar. Əgər salamat çıxmasa, sonrakı mənzillərin çətinliyi ondan az olmayacaq.»1854
5133. Allahın Peyğəmbəri (s): «Axirətin ədalətinin ilk mərhələsi məşhur və ya adsız-sansız, tanınmayan qəbrlərdir.»1855
5134. Allahın Peyğəmbəri (s): «Elə bir mənzərə görmədim ki, qəbrdən daha qorxulu olsun.»1856
5135. İmam Əli (ə): «Qəbirstanlıqla qonşu ol ki, ibrət alasan.»1857
5136. İmam Sadiq (ə): «Qəbr hər gün söhbət edir və deyir: «Mən qürbət eviyəm, mən tənhalığın eviyəm, mən qurdların eviyəm, mən qəbirəm, mən cənnət bağlarından və ya cəhənnəm çuxurlarından biriyəm.»1858
5137. İmam Kazim (ə) (Çüxurun kənarında belə buyurdu):–«Bir şeyin ki, axırı budur, elə əvəlldən onu ürəyindən çıxarsan daha yaxşıdır. Bir şeyin ki, əvvəli budur, sonundan qorxsan yaxşıdır.»1859
1492. Qəbr sorğu-sualı.
5138. Allahın Peyğəmbəri (s) («Allah iman gətirənləri dünya və axirət həyatında möhkəm və doğru sözlə gücləndirər»1860 ayəsi haqda): «Burada, qəbr-də ölülərin sorğu-sualı nəzərdə tutulur.»1861
5139. «Tənbihul Xəvatir»: «Allahın Peyğəmbəri (s) bir gün əvvəl orada bir şəxsin dəfn olunduğu qəbrin yanından keçirdi və ailəsi ağlayırdı. Buyurdu: «Sizin gözünüzə görünməyən iki rükət adi namaz bu qəbr sahibi üçün bütün dünyanızdan daha əzizdir.»1862
5140. İmam Sadiq (ə): «Ölüdən qəbrdə beş şey barədə soruşarlar: namazı, zəkatı, həcci, orucu və bizim ailəmizə vilayəti. Vilayət qəbrin kün-cündən qalan dörd şeyə deyər: Sizlərin hər birinizin əyər-əksiyi olsa, onları təkmilləşdirmək mənim boynuma.»1863
5141. İmam Sadiq (ə): «Qəbrdə əsil mömin və əsil kafirdən başqa, kimsədən sorğu-sual olunmaz.»1864
5142. İmam Əli (ə): «Ey Allahın bəndələri! Bağışlanmayan üçün ölümdən daha ağırı qəbrdir. Belə işə qəbrin darlığı, təzyiqi, qaranlığı və tənhalığından qorxun. Allahın öz düşmənini xəbərdar etdiyi darısqal həyat qəbr əzabıdır.»1865
5143. İmam Əli (ə): «Sizdən əvvəlkilərin gördüklərini görsəydiniz, hər an süst düşüb, vəhşət içində olar, sözəbaxan və itaətcil olardınız. Ancaq onların gördükləri sizə görünmür və pərdənin götürülməsi də yaxındadır.»1866
5144. İmam Baqir (ə): «Kim namazının rukusunu tam yerinə yetirsə, qəbrdə heç qorxu və vəhşət ona yaxın durmaz.1867
ioooooop
Dostları ilə paylaş: |