Tərcüməçilər: Ağabala Mehdiyev, Elşən Mahmudov, Etibar Quliyev Redaktorlar: İxtisas redaktoru



Yüklə 8,33 Mb.
səhifə5/51
tarix21.10.2017
ölçüsü8,33 Mb.
#8855
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   51

239




Namaz (2)



Gecə namazı

1130. Gecə namazının fəziləti

Quran:

«Və gecənin bir hissəsini oyaq qal ki, bu (gecə namazı) sənin üçün nafilə ibadətidir. Ümid var ki, Rəbbin səni bəyənilmiş bir məqama çatdırsın.»216

«Şübhəsiz ki, gecə yuxudan qalxmağın əziyyəti daha çoxdur və sözləri (o zaman) daha doğrudur.»217

Hədis:

3657. Allahın Peyğəmbəri (s): «Cəbrayıl ibadət üçün gecə oyaq qalmağı mənə o qədər tövsiyə etdi ki, ümmətimin ən yaxşı şəxslərinin, heç vaxt gecələr yatmayacağını güman etdim.»218

3658. Allahın Peyğəmbəri (s): «Allahın rəhməti olsun, gecə yarısı yuxudan qalxan, namaz qılan, öz həyat yoldaşını namaz qılmaq üçün oyadan və əgər qalxmaq istəməsə onun üzünə su çiləyən kişiyə. Allahın rəhməti olsun, gecə yarısı yuxudan qalxan, namaz qılan, ərini namaz üçün oyadan və əgər imtina edərsə, onun üzünə su çiləyən qadına.»219

3659. Allahın Peyğəmbəri (s): «Bəndə qaranlıq gecənin yarısında öz Ağası ilə xəlvətə çəkilib onunla öz sirlərini və ehtiyaclarını bölüşdürərsə, Allah-taala onun qəlbində nuru sabit edər.. Sonra mələklərinə buyurar: Ey mənim mələklərim! Baxın mənim bəndəmə, qaranlıq gecənin yarısında batil əhli boş və hədər işlərlə məşğul olduğu və qafillər yatdığı zaman mənimlə xəlvətə çəkilmişdir. Şahid olun ki, Mən onu bağışladım.» 220

3660. Allahın Peyğəmbəri(s):«İbadət üçün gecə oyaq qalmağı sizə töv­si­yə edirəm ki, bu sizdən əvvəlki ləyaqət sahiblərinin həyat tərzidir.Gecə oyaq qalmaq Allaha yaxınlaşmaq və günahlardan çəkinməyin vasitəsidir.» 221

3661. İmam Əli (ə): «İbadət üçün gecə oyaq qalmaq bədənin sağlamlığının, Allah-taalanın razılığının, Allahın rəhməti altında olmağın və peyğəmbərlərin əxlaqından yapışmağın mənşəyidir.» 222

3662. İmam Əli (ə): «Peyğəmbərin (s) «Gecə namazı nurdur» sözünü eşitdiyim vaxtdan gecə namazını tərk etmədim.» İbn Həvva soruşdu: «Hətta hərir223 gecəsi də?» Buyurdu: «Bəli, hətta hərir gecəsi də.» 224

3663. İmam Sadiq (ə): «Möminin şərəfi onun gecə namazı və izzəti isə xalqın abrını tökməkdən çəkinməyidir.» 225

3664. İmam Sadiq (ə): «İbadət üçün gecə oyaq qalmağı tərk etmə. Çünki uduzan o olacaq ki, gecə oyaq qalmağı uduzsun.» 226

3665. İmam Sadiq (ə): «Quranda gecə namazından başqa bəndənin gördüyü hər bir xeyir iş üçün savab vardır. Gecə namazı Allah-taalanın yanında o qədər əhəmiyyətlidir ki, O, onun savabını məlum etməmiş və buyurmuşdur: «Yanları yataqlardan ayrılar… Onlar üçün etdikləri əməllərə görə gözlərinin işığına səbəb olacaq nə mükafat hazırladığımı heç kəs bilməz.227» 228

3666. İmam Sadiq (ə): «Gecə namazı üzü ağ və nurani edər. Gecə namazı insanı xoş ətirli edər, gecə namazı ruzi gətirər. 229
1131. Gecə namazından məhrum olmağın amilləri

3667. İmam Əli(ə) (bir kişi «Mən gecə namazından məhrum olmuşamdeyə ərz edərkən): «Sən elə bir adamsan ki, günahların səni zəncirləmişdir.»230

3668. İmam Sadiq (ə): «İnsan hər bir yalanı danışar və buna görə, gecə namazından məhrum olar.»231
1132. Gecə namazı qılmaq niyyətində olan və yuxuya gedən şəxsin savabı.

3669. Allahın Peyğəmbəri (s): «Namaz qılmaq üçün gecənin bir hissəsini oyaq qalmağı niyyət edən, amma yuxuya qalan elə bir bəndə yoxdur ki, onun yuxusu, Allahın onun tərəfindən verdiyi sədəqə və etdiyi niyyət, bir savab kimi onunçün yazılmasın.» 232

ioooooop

240




Namaz (3)



Cümə namazı

1133. Cümə namazı

Quran:

«Ey iman gətirənlər! Cümə gününün namazına çağırıldığınız zaman, Allahı yad etməyə tələsin və ticarətinizi saxlayın. Əgər bilsəydiniz bu sizin üçün xeyirlidir.»233



Hədis:

3670. Allahın Peyğəmbəri (s): «Kim cümə namazını ona əhəmiyyət vermədiyindən tərk edərsə, Allah-taala onun qəlbinə qəflət möhürü vurar.»234

3671. Allahın Peyğəmbəri (s): «Cümə namazı yoxsulların həccidir.»235

3672. Allahın Peyğəmbəri (s): «Kim imanla və Allah xatirinə cümə namazında iştirak edərsə, əməllərini yenidən başlamışdır. (Allah mükafat olaraq onun keçmiş günahlarını bağışlayar və onun üçün yeni əməl naməsi açar)» 236

3673. İmam Baqir (ə): «Cümə namazı vacibdir və imamın olduğu halda, onun üçün toplanmaq vacibdir. Beləliklə, bir üzrü olmadan üç cümə namazını tərk edən şəxs, üç vacib əməli tərk etmişdir və bir səbəb olmadan üç vacibatı münafiqdən qeyri heç kim tərk etməz.» 237
1133. Xütbəyə qulaq asmaq qaydası

3674. İmam Əli (ə): «Cümə imamı xütbə oxuyanda söhbət etmək və üzü namazda icazə verilən həddən artıq qiblədən çevirmək olmaz.» 238

ioooooop

241




Namaz (4)



Peyğəmbərə və onun ailəsinə salavat göndərmək

1135. Peyğəmbərə və onun ailəsinə salavat göndərmək

Quran:

«Allah və onun mələkləri peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, ona salavat göndərin və onun əmrinə yaxşı tərzdə təslim olun.»239



Hədis:

3675. Allahın Peyğəmbəri (s): «Harada olsanız mənə salavat göndərin, Çünki sizin salavatınız mənə gəlib çatır.» 240

3676. Allahın Peyğəmbəri (s): «Mənə salam və salavat göndərmək, sirat üstündə bir nurdur.» 241

3677. Allahın Peyğəmbəri (s): «Kim bir yazıda mənə salavat göndərsə, mənim adım həmin yazıda olanadək, mələklər daim onun günahlarının bağışlanmasını dilərlər.» 242

3678. Allahın Peyğəmbəri (s): «Ən xəsis insan, onun yanında mənim adım çəkiləndə mənə salavat göndərməyəndir.» 243

3679. İmam Əli (ə): «Peyğəmbərə (s) salavat göndərməyənədək hər bir dua hicab altındadır.» 244

3680. İmam Baqir (ə) və ya İmam Sadiq (ə): «Qiyamət günü tərəziyə qoyulacaq ən ağır əməl Məhəmməd və Ali Məhəmmədə salavat göndərməkdir.»245
1136. Peyğəmbərə və onun ailəsinə salavat göndərməyin usulu

3681. Allahın Peyğəmbəri (s) (O Həzrətə (s) salavat göndərməyin tərzinə dair sualın cavabında): «İlahi! Məhəmməd və Ali Məhəmmədə salavat göndər, necə ki, İbrahimə (ə) və Ali İbrahimə salavat göndərmisən. Sən çox tərif olunan və böyüksən. Məhəmməd və Ali Məhəmmədə (ə) bərəkət ver, necə ki, İbrahimə və Ali İbrahimə bərəkət vermisən. Sən çox tərif olunan və böyüksən – deyin.» 246




Yüklə 8,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin