Termiki və termomexaniki üsullarla möhkəmləndirmə


Yüksəktemperaturlu tabəksiltmə



Yüklə 0,68 Mb.
səhifə12/14
tarix01.01.2022
ölçüsü0,68 Mb.
#107047
1   ...   6   7   8   9   10   11   12   13   14
Termiki və termomexaniki üsullarla möhkəmləndirmə

Yüksəktemperaturlu tabəksiltmə 500-6800C temperaturda aparılır. Bu növ tabəksiltmənin məqsədi poladın möhkəmlik, plastiklik və özlülük xassələrinin optimal nisbətini yaratmaqdır. Bu nisbəti tabəksiltmə sorbiti strukturu təmin edir. Tablandırma və yüksəktemperaturlu tabəksiltmədən ibarət termiki əməliyyat yaxşılaşdırma adlanır.

Yaxşılaşdırmaya, adətən, tərkibində 0,3-0,5%C olan poladlar uğradılır. 550-6000C temperaturda 1-2 saat ərzində aparılan tabəksiltmə tablandırma nəticəsində yaranmış daxili gərginlikləri tamamilə aradan qaldırır.


Poladin yüksəktemperaturlu termomexaniki üsulla möhkəmləndirilməsi
Termomexaniki emal poladı austenit halında plastiki deformasiyaya uğradıb tablandırmaqdan ibarətdir. Termomexaniki emal zamanı strukturun formalaşması dislokasiyaların daha yüksək sıxlığı şəraitində baş verir.

Austenitin plastiki deformasiyaya uğradılma temperaturundan asılı olaraq termomexaniki emal yüksəktemperaturlu (YTME) və aşağıtemperaturlu (ATME) olur.

Yüksəktemperaturlu termomexaniki emal zamanı poladı Ac3-dən bir qədər yuxarı temperaturadək qızdırıb və dərhal tablandırırlar (şəkil 1, a). Əks halda yüksək temperaturda pekristallaşma baş verir və plastiki deformasiyadan alınan effekt itir.

Yüksəktemperaturlu termomexaniki emaldan fərqli olaraq aşağıtemperaturlu termomexaniki emal zamanı austenit strukturu almaq üçün polad Ac3 temperaturundan yuxarıya qədər qızdırılır, sonra isə rekristallaşma temperaturundan aşağı , lakin martensit çevrilməsinin başlanğıc temperaturundan yuxarı temperaturda (400-6000C-də) deformasiyaya uğradılır və tablandırılır (şəkil 1, b).





Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin