1.4. Xətlər
Dövlət standartı QOST 2.303-68-ə görə çertyojda 9 növ xətt işlədilir. Əsas qalın bütöv xəttin S
qalınlığı çertyojun ölçüsü və mürəkkəbliyindən asılı olaraq 0,6-dan 1,5mm-ə qədər qəbul edilmişdir.
Nazik xəttlərin qalınlığı isə S/3
S/2 arasında götürülür. Cədvəl 1.1-də xətlərin növləri, qalınlıqları və
əsas tətbiq sahəsi göstərilmişdir.
Cədvəl 1.1
Sıra
№-si
Xəttin adı
Çəkilişi
Xəttin qalınlığı
Əsas tətbiqi
1.
Əsas bütöv
S=0,5
1,4 mm
Görünən kontur xətti.
Kəsiyin kontur xətti.
2.
Nazik bütöv
S/3-dən -
S/2-dək
Üstə salınan en kəsiyin kontur
xətti. Ölçü xətləri. Ştrixlənmə
xətti. Keçid xətlər.
3.
Dalğavarı
bütöv
S/3-dən
S/2-dək
Qoparma xətləri.
Görünüş ilə kəsiyi ayıran xətlər.
4.
Qırıq-qırıq
S/3-dən
S/2-dək
Görünməyən kontur xətləri.
Görünməyən keçid xətləri.
5.
Nazik
nöqtəli-qırıq
S/3-dən
S/2-dək
Ox və mərkəz xətləri.
Üstəsalınan və kənaraçıxarılan
kəsiklərin simmetriya oxlarının
xətləri
6.
Qalınlaş-
dırılmış
nöqtəli-qırıq
S/2-dən
2S/3-dək
Detalın səthinin termiki emalını və
örtüyünü işarələndirən xətlər.
Kəsən müstəvinin qarşısında olan
təsviri (üstəsalınan proyeksiya)
işarələndirən xətlər.
7.
Aralı
S-dən
1,5S-dək
Kəsən müstəvinin izini göstərən
xətt
8.
Sınıq nazik
bütöv
S/3-dən
S/2-dək
Uzun qırılma xətti
9.
Nazik iki
nöqtəli qırıq
S/3-dən
S/2-dək
Hərəkət edən hissələrin kənar
vəziyyəti (trayektoriyası)
3
Şəkil 1.3-də xətlərin növünün tətbiqi verilmişdir.
1.5. Çertyoj şriftləri
Çertyojdakı bütün yazılar standart şriftlə yerinə yetirilməlidir. QOST 2.304-81-ə görə 2 növ şrift
müəyyən edilmişdir:
A növlü 75°-yə yaxın maili və düz
h
d
14
1
;
B növlü 75°-yə yaxın maili və düz
h
d
10
1
,
burada d – böyük hərflərin qalınlığı; h – böyük hərfin hündürlüyüdür. Böyük hərflərin hündürlük-
lərinin mm-lə ifadəsi şriftlərin ölçülərini təyin edir. Standarta görə şriftlərin ölçüləri aşağıdakılardır
(1,8); 2,5; 3,5; 5; 7; 10; 14; 20; 28; 40 (cədvəl 1.2 və 1.3).
Mötərizə içərisində verilmiş 1,8 ölçüsü şriftlərin istifadə edilməsi məsləhət görülmür və ancaq
B növlü şriftlərin istifadəsinə yol verilir (şəkil 1.4).
Dostları ilə paylaş: |