Tərsimi həndəsə və mühəndis qrafikası-2


Cədvəl 1.2  A tip şriftləri



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə3/3
tarix31.12.2021
ölçüsü1,22 Mb.
#112657
1   2   3
MOVZU-1

Cədvəl 1.2 

A tip şriftləri 

 

Parametrlər 

İşarəsi 

Nisbi ölçüsü 

Ölçülər, mm 

Şriftin ölçüsü (baş 

hərfin hündürlüyü) 

(14/14)h 

14d 

2,5 


3,5 

5,0 


7,0 

10,0 


14,0  20,0 

Sətr hərflərin 

hündürlüyü 

(10/14)h 

10d 

1,8 


2,5 

3,5 


5,0 

7,0 


10,0  14,0 

Hərflərarası məsafə 



(2/14)h 

2d 

0,35 


0,5 

0,7 


1,0 

1,4 


2,0 

2,8 


Sətrlərarası məsafə 

(22/14)h 

22d 

4,0 


5,5 

8,0 


11,0 

16,0 


22,0  11,0 

Sözlərarası minimal 

məsafə 

(6/14)h 

6d 

1,1 


1,5 

2,1 


3,0 

4,2 


6,0 

8,4 


Şrift xəttinin 

qalınlığı 



(1/14)h 



d 

0,18 


0,25 

0,35 


0,6 

0,7 


1,0 

1,4 


Şəkil 1.3. 

 





Cədvəl 1.3 

B tip şriftləri 

 

Parametrlər 

İşarəsi 

Nisbi ölçüsü 

Ölçülər, mm 

Şriftin ölçüsü (baş 

hərfin hündürlüyü) 

(10/10)h 

10d 

1,8 


2,5 

3,5 


5,0 

7,0 


14,0  20,0 

Sətr hərflərin 

hündürlüyü 

(7/10)h 



7d 

1,3 


1,8 

2,5 


3,5 

5,0 


7,0 

10,0 


Hərflərarası məsafə 

(2/10)h 

2d 

0,35 


0,5 

0,7 


1,0 

1,4 


2,0 

2,8 


Sətrlərarası məsafə 

(17/10)h 



17d 

3,1 


4,3 

6,0 


8,5 

12,0 


14,0  24,0 

Sözlərarası minimal 

məsafə 

(6/10)h 

6d 

1,1 


1,5 

2,1 


3,0 

4,2 


6,0 

8,4 


Şrift xəttinin 

qalınlığı 



(1/10)h 



d 

0,18 


0,25 

0,35 


0,5 

0,7 


1,0 

1,4 


Qeyd: Qonşu xətləri paralel olmayan hərflər arasındakı məsafəni şrift xəttinin qalınlığı (d) qədər az 

da götürmək olar. Məs.AT. 

 

 

Şəkil 1.4. 






1.6. Materiallarin qrafiki işarələnməsi 

Çertyoju  tərtib  olunmuş  məmulat  haqqında  ilkin  məlumat  almaq  və  eyni  zamanda  çertyojun 

əyaniliyini artırmaq məqsədilə təsvirdə materiallar qrafiki işarələnir. Materialların qrafiki işarələnməsi 

QOST 2.306-68

*

-in tələbləri əsasında aparılır. Praktikada daha çox rast gələn bəzi materialların qrafiki 



işarələnməsi cədvəl 1.4-də göstərilmişdir. 

Kəsiklərdə və en kəsiklərdə ştrixləmə materialın növünə görə cədvələ uyğun aparılır. Metallar 

və onların ərintiləri kəsiklərdə və en kəsiklərdə təsvirin konturuna və ya oxuna nəzərən 45

o

 bucaq altında 



ştrixlənir.  Ştrixlər  arası  məsafə  ştrixlənəcək  sahədən  asılı  olaraq  1…10  mm  götürülür.  Ştrixlərin 

istiqaməti kontur və ya ox xətlərilə eyni olarsa, ştrixləmə həmin istiqamətdə, lakin 30

o

  və ya 60



o

 bucaq 


altında aparılır (şəkil 1.5). 

                                                  Cədvəl 1.4 

Material 

İşarəsi 


 

 

 



 

 

 



  

                       Şəkil 1.5. 

Metal və bərk xəlitə 

materiallar 

 

Qeyri metal materiallar 



 

Şüşə və digər şəffaf 

materiallar 

 

Mayelər 



 

Torpaq 


 

Çertyojda eyni bir detala aid olan bütün kəsiklərdə və en kəsiklərdə ştrixlərin sıxlığı və istiqaməti 

eyni olmalıdır. 

 

1.7. Ölçülərin göstərilməsi 

Tərtib olunmuş çertyoj əsasında məmulatın hazırlanması və ya hər hansı texnoloji prosesin ye-

rinə yetirilməsində vacib şərtlərdən biri  çertyojda ölçülərin  düzgün və savadlı göstərilməsidir. Çertyoj-

da ölçülərin yazılışı zamanı hökmən aşağıdakılar nəzərə alınmalıdır: 

  ölçülər yazilarkən məmulatin həndəsi formasini tam ifadə etməklə bərabər istehsal zamani texnoloji 



proseslərin tələbatini (emal, nəzarət və s.) təmin etməlidir; 

  ölçülərdən istifadə icraçi üçün tam aydin olmalidir



  ölçülər yazilarkən texnoloji və konstruktiv tələbatlar nəzərə alinmalidir. 

Ölçülərin  göstərilməsi  QOST  2.307-68*-in  tələbləri  əsasında  həyata  keçirilməlidir.  Hər  hansı 

səthin  ölçüsünü  göstərmək  üçün  səthdən  çıxış  xətti  çəkilir  və  səthə  paralel  olmaq  şərtilə  ölçü  xətti 

göstərilir. Ölçü xətti çıxış xəttinin kənarından səthə doğru 2

3 mm daxildən çəkilir və ölçünü göstərən 



rəqəm xəttə toxunmamaq şərti ilə ölçü xəttinin üzərində göstərilir (şəkil 1.6, a).  

Seçilmiş  miqyasdan  asılı  olmayaraq  çertyojda  məmulatın  natural  ölçüsü  göstərilir.  Xətti  ölçülər 

çertyojda  ölçü  vahidi  göstərilməmək  şərtilə  mm-lə  göstərilir.  Əgər  başqa  ölçü  vahidindən  istifadə 

olunarsa onda  ölçünü göstərən rəqəm  yanında ölçü vahidi göstərilir (məsələn: 30 sm). Ölçü xətti iti 




sonluqla (oxla) hüdudlanır və çıxış xəttinə toxunur (şəkil 1.6, v). Imkan daxilində çıxış və ölçü xətlərinin 

kəsişməməsinə çalışmaq lazımdır. Mərkəz xətlərinin, ox xətlərinin, kontur xətlərini və çıxış xətlərinin 

ölçü xətti kimi istifadə olunmasına yol verilmir. Lakin ölçü xəttinin bu xətlərə qədər çəkmək olar. Iti 

sonluğun üzərindən əsas bütöv xəttin çəkilməsinə yol verilmir (şəkil 1.6, q,d). 

 

                 



a)                                b)                       v)                                 q)                          d) 

Şəkil 1.6. 

Əgər bir neçə səthin ölçüsünü paralel ölçü xətlərilə göstərmək lazım gələrsə ölçü xətləri arasın-

dakı məsafə 6-10 mm olmaqla çəkilir və ölçüləri göstərən rəqəmlər şahmat üsulu ilə yerləşdirilir.  

İmkan  daxilində  ölçülər  çertyojun  boş  olan  hissələrində  göstərilməlidir,  əgər  səthin  üzərində 

ölçü göstərmək lazım gələrsə, onda ölçünü göstərən rəqəmin üzərindən keçəcək ox xətləri, mərkəz və 

ştrix xətləri sındırılır (şəkil 1.7, a).  

      

 

                                         



a)                                             b)                             v) 

Şəkil 1.7. 

         Kiçik  səthlərin  ölçülərini  göstərərkən  zəncirləşmə  mümkündür  və  bu  hallarda  oxlar  kənardan 

qoyulur, oxlar yerləşməsə oxları ölçü xətlərinə nəzərən 45° bucaq altında çəkilmiş xətlərlə və ya aydın 

görünən  nöqtələrlə  əvəz  etmək  olar. Səthin ölçüsü  

şriftin  enindən  az  olarsa    ölçünü    göstərən    rəqəm 

əlavə çıxış xətti üzərində yazıla bilər (şəkil 1.7, b,v). 

          Ümumiyyətlə    çertyojda    ölçülər    üç    üsulla  

yazılır: 

1 – Zəncirvari üsul – səthlərin ölçüləri ardıcıl olaraq 

bir xətt üzrə göstərilir. Metodu mənfi cəhətdən xarak-

terizə  edən  əsas  əlamət  məmulatın  hazırlanması  za-

manı xətaların cəmləşməsi və nəticədə məhsulun zay 

olmasına  səbəb  olması  mümkünlüyüdür  (texnoloji 

baza kimi A səthi götürülmüşdür) (şəkil 1.8). 

2  –  Koordinat  üsulu  –  bütün  ölçülər  eyni  bir  baza 

səthindən göstərilir (şəkil 1.9). Birinci üsula nəzərən 

ikinci  üsulla  göstərilmiş  ölçülərə  görə  hazırlanan 

məmulatın  dəqiqliyi  yüksəkdir  lakin,  emal  müddəti 

artdığından məmulatın maya dəyəri artır. 

 

 



Şəkil 1.8. 

 

Şəkil 1.9. 




3  –  Qarışıq  –  (kombinə  edilmiş)  üsul  –  ölçülər  göstərilərkən  hər  iki  üsuldan  istifadə  edilir  və  daha 

optimal sayılır (şəkil  1.10). 

 

Şəkil 1.10. 

Xətti ölçülərlə bərabər, səthin xarakterindən asılı olaraq ölçüləri göstərərkən bir sıra işarə va  

yazılardan istifadə olunur. 



R – radius işarəsi. Girdə səthlərin, qövslərin və s. radiuslarını göstərən rəqəmin qarşısında yazılır, 

hündürlüyü  şriftin  hündürlüyünə  bərabər  götürülür.  Səthin  forma  və  ölçülərindən  asılı  olaraq  radius 

ölçüləri müxtəlif variantlarda göstərilə bilər (şəkil 1.11, a).  

Qövsün  radiusu  çox  böyük  olarsa,  onda  ölçü  xəttini  90°  bucaq  altında  sındırmaqla  qövsün 

mərkəzini qövsə yaxınlaşdırmaq  olar (şəkil 1.11, b), qövsün mərkəzini göstərmək tələb olunursa, ölçü 

xəttini mərkəzə qədər uzatmamaq olar (şəkil 1.11, v).  

 

 

a)                                               b)                                   v) 



Şəkil 1.11. 

 



 - diametr işarəsi. Çevrənin, silindrik və kürə səthlərinin ölçülərini göstərən rəqəmin qarşısında 

yazılır bu işarə diametri  3 - 4 mm  olan çevrə və 75

o

  bucaq  altında  mərkəzdən  keçən  xətdir.  Xəttin 



hündürlüyü  şriftin  hündürlüyü  qədər  götürülür    (şəkil  1.12).  Çertyojda  kürə  səthini  digər  səthlərdən 

fərqləndirmək üçün R və ya  

 işarəsinin qarşısında «kürə» sözü yazılır (məsələn; kürə R20, kürə 



50). 


                           

 

 



Şəkil 1.12. 

Şəkil 1.13-də diametr ölçülərinin müxtəlif variantları göstərilmişdir. 

 

Şəkil 1.13. 



            - kvadrat işarəsi. Çertyojda səthin forması aydın 

oxunmazsa  va  ya  bir  təsvirdə  göstərilərsə  ölçünü  gös-

tərən  rəqəmin  qarşısında  yazılır.  İşarənin  hündürlüyü 

şriftin 4/7-ü qədər götürülür. Çertyojun rahat oxunması 

üçün  səthin  diaqonalları  çəkilir.  Səth  çertyojda  aydın 

görünərsə, tərəflərinin ölçüləri göstərilir (şəkil 1.14). 

konusluq işarəsi. Konusluğu göstərən nisbətin 

qarşısında  yazılır.  Bu  işarə  təpə  bucağı  konusun  tərə 

nöqtəsinə  doğru  yönəlmiş  bərabəryanlı  üçbucaqdır. 

Səthin konusluğu  iki ədədin nisbəti şəklində  konusun 

fırlanma  oxunun  üzərində  və  ya  konusun  kənar  doğu-

ranından    çəkilmiş  çıxış  xətti  üzərində  göstərilir  (şəkil 

1.15). 


        

∠ - maillik işarəsi. Səthin  mailliyini göstərən nis-

bətin  və  ya  faiz  göstəricisinin  qarşısında  təpə  bucağı 

maillik  istiqamətində  yönəlmək  şərtilə  yazılır.  Maillik 

birbaşa mail səthin üzərində va ya çıxış xəttinin üzərində 

göstərilir (şəkil 1.16). 

°,  ',  '' 

'  -  dərəcə,  dəqiqə,    saniyə.  Bucaqların 

ölçülərini göstərmək üçün istifadə edilir.   

Bucaqların ölçüləri göstərilərkən ölçü xətti çevrə 

qövsü  şəklində  çəkilir,  çıxış  xətləri  bucağın  tərəfləri 

rolunu oynayır.  

Horizontal ox xəttindən yuxarıda yerləşən bucaq 

ölçülərini göstərən rəqəmlər qövsün qabarıq hissəsində, 

 

   


 

Şəkil 1.14. 

 

      



 

Şəkil 1.15. 

 

   



 

 

Şəkil 1.16.

 

horizontal ox xəttindən aşağıda yerləşən bucaq ölçüləri  



çevrə qövsünün çökük hissəsində yazılır. Horizontal ox xəttindən 30° yuxarı və 30° aşağı zonada (şəkil 

1.17, a-ştrixlənmiş sahə) yerləşən bucaqların ölçü rəqəmləri əlavə çıxış xətti üzərində yazılır. 

 

                                           

 a)                                             b) 



Şəkil 1.17. 

Əgər eyni bir baza səthindən bir neçə bucağın ölçüsünü  göstərmək lazım gələrsə, oxlar bir qövs 

üzrə çəkilir və ölçünü göstərən rəqəmlər çıxış xətlərinin sonunda yazılır (şəkil 1.17, b).  

Çertyojda təsvir sındırılmış şəkildə verilsə də ölçü xətti sındırılmamış göstərilir (şəkil 1.18, a). 

Çertyojda  tam  göstərilməyən  simmetrik  kontur  və  bir  təsvirdə  verilmiş  kəsiklə  görünüş  çəkilmişsə, 

daxili və xarici səthlərin ölçüləri ayrı-ayrılıqda göstərilir. Ölçü xətləri simmetriya və ya qoparma xəttini 

keçdikdən sonra sındırılır (şəkil 1.18, b). 

 

           

                                              a)                                           b) 

Şəkil 1.18. 

 



45° bucaq altında yonulacaq haşiyələrin ölçüləri çertyojda  aşağıdakı kimi  göstərilir (şəkil 1.19, 



a).  Çertyojun  miqyası  daxilində  ölçüsü  1  mm  və  daha  kiçik  olan,  lakin  çertyojda    göstərilməyən 

haşiyələrin ölçülərini də göstərməyə icazə verilir (şəkil 1.19, b). 45°-dən fərqli bucaq ölçüsü altında 

yonulan haşiyələrin ölçüləri adi qaydada, yəni xətti və bucaq ölçüsü ilə (şəkil 1.19, v) və ya iki xətti 

ölçü ilə göstərilir (şəkil 1.19, q).  

 

                     

    a)                                     b)                  v)                            q) 

Şəkil 1.19. 

 

Eyni ölçülü bir neçə elementdən ancaq birinin ölçüsü göstərilir və elementlərin sayı yazılır (şəkil 

1.20, a). Eyni ölçülü elementlər ayrı-ayrı səthlərdə olarsa və bu  səthlər arasında araboşluğu (məsafə) 

olmazsa, yəni səthlər bir-birinə toxunarsa bir element kimi qəbul olunur (şəkil 1.20, b). 

 

                                  

a)                                        b)                                         v) 

Şəkil 1.20. 

 

Çertyojda bir səthin ölçüsü bir dəfə yazılmalıdır.  



Düzbucaqlı formasında  olan elementlərin ölçüləri  düzbucaqlının  tərəflərinin hasili  kimi  çıxış 

xətti üzərində göstərilə bilər. Bu halda birinci vuruq  kimi çıxış xətti çəkilən tərəfin ölçüsü göstərilir 

(şəkil 1.20, v). 

QOST  2.318-81

*

  aşağıdakı  hallarda  deşiklərin  ölçülərini  sadələşdirilmiş  şəkildə  göstərməyə 



imkan verir: 

-  təsvirdə deşiyin ölçüsü 2 mm və daha az olarsa; 

-  oxboyu kəsikdə (en kəsikdə) deşik görünməzsə

-  ümumi qaydalar üzrə ölçülərin göstərilməsi çertyojun oxunmasını çətinləşdirərsə. 

       

Deşiklərin ölçülərini sadələşdirilmiş şəkildə göstərmək üçün deşiyin oxundan çıxış xətti çəkilir, 

deşiyin forma və xarakterindən asılı olaraq xüsusi işarələrlə deşiyin ölçüsü yazılır (şəkil 1.21). 

 

                                    a)                        b)                             v)                           q) 



Şəkil 1.21. 

 

a - yuvanın diametri (3) və dərinliyi (7), yuvanın konturu əvəzinə ancaq oxu göstərilmişdir; 

b - silindrik yuvanın diametri (2) və yuvanın dərinliyi  (8) göstərilmişdir; 

v - silindrik yuvanın diametri (3) və yuvanın dərinliyi (7) göstərilmişdir. Ox xətlərinin kəsişmə nöqtəsi 

(+) çertyoj müstəvisinə  perpendikulyar olan deşiyin (yuvanın) oxunun proyeksiyasıdır; 



q – silidrik yuvanın diametri (2) və yuvanın dərinliyi (8) döstərilmişdir. 

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin