Tərtib edən: Əlirza Muxtarpur Tərcümə edən: Əlirza Sərablı


Hegemonların maraqlarının ziddinə olan İslam oyanışı



Yüklə 3,55 Mb.
səhifə13/38
tarix24.05.2018
ölçüsü3,55 Mb.
#51380
1   ...   9   10   11   12   13   14   15   16   ...   38

Hegemonların maraqlarının ziddinə olan İslam oyanışı


Bu inqilab Allahın adı ilə baş verdiyindən həmişə şeytanlarla mübarizədədir; məzlumları müdafiə etdiyinə görə daim quldur və hegemonlarla əlbəyaxadır. Siz insani dəyərlər üçün hərəkət etdiyinizə görə insani dəyərlərə müxalif olanlar həmişə sizdən narazıdırlar. Siz ruh və qəlb sarıdan möhkəm olmalısınız.

Bu xalqın əlində böyük bayraq vardır. Sizin ucaltdığınız bu bayraq dünyanı oyatmışdır. Görün bu gün Fələstində, Şimali Afrikada nə baş verir! Görün müsəlman cəmiyyətlərdə İslam öz haqqını necə əldə edir! Bu işləri siz gördünüz.

Müsəlmanları küfr və hegemonluq mədəniyyətinə qarşı zəif yetişdirmişdilər və onlar acizlik duyurdular. Bu gün hökumətlərində milyonlarla müsəlmanın payının və haqqının olduğu yerlərdə İslam inqilabından öncəyə qədər heç kim İslamdan danışmağa cürət etmirdi. Bu gün cümə və camaat imamlarının təşkilatlar yaratdığı, məscidləri rövnəqləndirdiyi və mərkəzə çevirdiyi müsəlman ölkələrində dünənə qədər məscidlər əldən düşmüş bir qrup qocaya məxsus idi. Bu gün o məscidlər gənclərin və hərəkatların mərkəzidir. Bunu siz etdiniz. Bunu sizin hərəkətiniz və ilahi insan olan əzəmətli rəhbəriniz etdi.

İslam düşmənləri buna görə sizə qəzəblənmişlər: “Sən yəhudi və xaçpərəstlərin millətlərinə (dinlərinə) tabe olmayınca onlar səndən razı qalmayacaqlar”.1 İslam düşmənləri İslamdan əl çəkənə qədər sizə müxalif olacaqlar. Lakin məsələ burasındadır ki, düşmən müxalif olduğu tərəfin məhvə məhkum olduğunu göstərmək istəyir. Zəif xalqları buna inandırmışdılar. İndi əksi sübuta yetir və məlum olur ki, kim İslama müxalif olsa, məhv olmalıdır. İslam dünyada özünə yer açmışdır və daha çox açacaqdır. Bu gün İslam bayrağının ucaldığı bəzi ölkələrdə sizin inqilabınızdan öncə kimsə ümumi yerlərdə “mən müsəlmanam" deməyə, yaxud İslam əməllərini yerinə yetirməyə və namaz qılmağa cürət etmirdi. Bu gün isə təkbir səsləri həmin ölkələri başına almışdır.

Hegemonluq istəsə də, istəməsə də, Amerika istəsə də, istəməsə də, sionizm istəsə də, istəməsə də, İslam yenidən oyanmış, əsrlərin əzəmətli qəhrəmanı yenidən səhnəyə çıxmışdır. İslam düşmənlərinin əlindən bir iş gəlmir. Görə bildikləri ən böyük iş kin və ədavətlərinə görə Allahın əmin-amanlı evində müsəlmanları qana boyamaqdır. Bundan çox nə edə bilərlər?! Görə bildikləri maksimum iş budur ki, Allahın adını və xatirəsini ən çox yaşadan müsəlman xalqa Allah evinin ziyarətini qadağan etsinlər; necə ki, bunu etdilər. Bəli, Allah evinin ziyarətindən məhrum olduğumuza görə narahatıq, qəlbimiz yaralanmış və boğazımızı qəhər tutmuşdur. Lakin İslam düşmənlərinin, onun alət və muzdurlarının bu əməli yenə də İslamın əzəməti ilə nəticələnəcək, İran xalqının məzlumluğu daha çox aşkarlanacaq və həmin məzlumluq bizim haqlılığımızı sübut edəcək.

7 Tir (27 iyun) və hörmətli Məkkə şəhidlərinin ailələri, Həmədan, Günabad, Ramiyan şəhərlərinin və Tehranın şərqinin əhalisinin müxtəlif təbəqələri, Ali Məhkəmənin məsul işçiləri, əməkdaşları və İslam Təbliğatı Komitəsinin əməkdaşları ilə görüşdəki çıxışdan: 1990.



İnqilabın və inqilabçılığın dəyəri

İnqilab bir dəyərdir. İnqilabı və inqilabçılığı antidəyər kimi göstərməyə çalışanlar inqilabdan ən çox ziyan çəkənlərdir. İnqilab məfhumlarına şübhə ilə yanaşmaq antidəyərdir. Zülmkar, istismarçı və zalım güclərlə mübarizəyə şübhəli yanaşmaq antidəyərdir. Xalqların xilası zalım güclərdən müstəqillikdədir. Zalım güclər həmişə xalqlara sübut etməyə çalışmışlar ki, əbəs yerə və yanlış olaraq çalışırlar, onların xilası bizim boyunduruğumuz altına girmələrində, maddi işlərdə və qanunsuz hökmranlıqda bizə yardımçı olmalarındadır. Bunu təlqin edirlər. Biz isə inanmır və digər xalqların da inanmamasına çalışırıq.

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin əməkdaşları və xarici ölkələrdəki səfirləri ilə görüşdəki çıxışdan: 1990.

İlahi hidayətin və qüdrətin inqilaba dayaq olması

Allaha şükür edirik ki, birinci gündən bu inqilabın və ölkənin arxasında duran qüdrətli əlin hələ də həmin işi gördüyünü sübuta yetirdi. Allah-Taala bu inqilabın qələbə əlamətlərinin göründüyü zamandan bütün çətin mərhələlərdə Öz sonsuz qüdrəti ilə məmurlara və xalqa yardım etmişdir. Bizim böyük imamımız bir qüdrət əlinin bu inqilabı və xalqı hidayət etidiyinə dərindən inanırdı. İndi də elə oldu və Allaha şükür olsun ki, İran xalqının, haqq yolunun və İslam yolunun siz fədakar və mübarizlərinin, həmçinin İslam və müsəlmanların qələbəsi və başucalığı ilə işlər gözəl şəkildə gedir. Heç bir bəşər düşüncəsi və yaradıcılığı baş verəndən yaxşısını düşünə bilməzdi. Allah-Taala Özü hamını hidayət etdi.

Əsirlikdən azad olanlarla görüşdəki çıxışdan: 1990.

İran xalqı - İslam ümmətinin fəxri

Qardaşlar! Biz çox fəxrli bir yolun ortasındayıq. Bunu heç zaman yaddan çıxarmamalıyıq. Bu inqilab bütün müsəlman xalqların arzusu idi. Əgər İslam tarixi boyu bütün islahatçıların, mütəfəkkirlərin və azadlıqsevər insanların İslam və müsəlmanlar üçün belə bir günü arzuladığını desək, mübaliğə etmiş olmarıq. İslam düşmənləri İslamı, Quranı və İslam dəyərlərini tam məhv etməkdən ötrü böyük planlar qurmuşdular. On illər boyu İslamın bəşər həyatından tamamilə çıxması üçün nə qədər pul xərcləndi, nə qədər düşünüldü, nə qədər cinayət törədildi və nə qədər yalan təbliğat aparıldı!

Bizim inqilabımız İslamın düşmənlərinin və şeytanların istədiyinin əksini etdi. Bu gün İslam xalqları oyanmışlar. Bu gün dünyanın bir çox müsəlman ölkələrində İslam hərəkatı güclənmişdir. Bu gün İslam inqilabı və İslam hərəkatı böyük milli, ictimai və siyasi bir dəyər sayılır. Bu gün iş elə bir yerə çatıb ki, hətta İslamı sevməyənlər də dövrün tələbini nəzərə alıb İslamdan dəm vururlar. Bu gün İslam qüdrətli olmuşdur. Bu qüdrəti İslama kim verdi? Bizim şəhidlərimizin qanı, sizin zəhmətləriniz, dözümünüz, müqavimətiniz, siz ailələrin - anaların, ataların, xanımların və övladların göstədiyi səylər, çəkdiyi əziyyətlər, dözüm və müqavimətlər, bütün maddi və gənclik arzularını kənara qoyub İslam uğrunda mübarizə aparan şəxslərin ixlaslı fəaliyyəti bunları etdi.

Bu gün İslam dünyada ucalmışdır. Allaha şükür olsun ki, başıuca və inqilabçı İslamın mərkəzi də müsəlman İrandır. İran xalqı bütün bu fəxrlərin mərkəzində durur. İran xalqı həqiqətən böyük, uca, fəal və istedadlı xalqdır. Allah bu xalqı və onun xüsusiyyətlərini tanıdığına görə İslamın yenidən dirçəldilməsindən, Quranın və İslam dəyərlərinin yaşadılmasından ibarət olan ən böyük məsuliyyətləri bu xalqa tapşırdı və bu xalq da öz vəzifəsini uğurla yerinə yetirdi. Lakin biz yolun ortasındayıq və hamımız çalışmağa borcluyuq.

Əsirlikdən azad olanlarla görüşdəki çıxışdan: 1990.

İnqilabçı İran xalqının məzlum xalqlar tərəfindən sevilməsi

İslam öz tərəfdarı olan xalqlara bəşəri hidayət etmək gücü bəxş edir. Bizim xalqımız İslamın sayəsində elə bir bayraq ucaltdı ki, dünyanın məzlum xalqları o bayrağa qurtuluş bayrağı kimi baxırlar. Hegemonluğun və sionizmin bütün həqiqətləri həmişə tərsinə göstərən təbliğat və informasiya şəbəkələrini kənara qoysanız, İslam Respublikasının, İslam inqilabının, imamın və bizim xalqımızın şəxsiyyətinin dünya xalqları arasında ümid amili olduğunu, onlara həvəs və hərəkət bəxş etdiyini görərsiniz. Bu, İslamın sayəsində baş verdi.

İslam düşmənləri İslamın tərəfdarı olan mübariz və fədakar İran xalqını dünya xalqlarının gözündə köhnəpərəst, xurafatçı, mürtəce, inkişaf əleyhdarı, ədalət əleyhdarı, bəşəri arzu və amalların əleyhdarı kimi təqdim etməyə çox çalışdılar, dünyada İran xalqının imicini korlamaq üçün çoxlu pullar xərclədilər, lakin nəticə onların istədiyi kimi olmadı. Onların bütün təbliğatlarına baxmayaraq, bu gün xalqların zülmə məruz qaldığı, xalq və hökumətlərin özlərinin qüdrətli dövlətlərlə və supergüclərlə əlaqədar məsələlərdə problem içərisində olduğu yerlərə - üçüncü dünyanın müsəlman və qeyri-müsəlman ölkələrinə getsəniz, xalqların İrana, İslam Respublikasına, bu ümmətin Böyük İmamına və sizin mübarizənizə qarşı müsbət fikirdə olduğunu, onlara sevgi və səmimiyyət bəslədiyini görərsiniz.

Məşhəd və Tehran şəhərlərinin və Kürdüstan vilayətinin əlaçı şəhid övladları, müharibə əlilləri, Tehranın məktəb şagirdləri, pedaqoji mərkəzlərin müəllimləri, idmançılar və Bədən tərbiyəsi komitəsinin məsul işçiləri ilə görüşdəki çıxışdan: 1990.



İmamın qeybi görən hikməti

Məncə imam bir həkim idi; yəni pərdə arxasındakı mənəvi məsələləri görürdü. İnsanın gözü görməsə də, əlini suya salsa, onun axarını anlayar, qulağı ilə şırıltı səsini eşidər, lakin yeraltı suların axarını anlamaq olmaz. Hikmətin mənası budur. Mən görürdüm ki, bizim dövrümüzün heç kimlə müqayisəolunmaz bu müstəsna insanı sanki yeraltı axınları və hadisələrin pərdə arxasını görür. Demək istəmirəm ki, imam qeybi bilirdi. Xeyr! Allah-Taalanın izn verdiyi şəxslərdən başqa heç kəs qeybdən xəbərdar deyil. İmamın nə belə iddiası vardı, nə də biz onun barəsində belə iddialar edirik. Hikmət bundan başqa bir şeydir. O, məsələləri mənəvi duyğu ilə dərk edirdi.

Sizin inqilabda gördüyünüz, imamın barəsində danışdığı və sonra həyata keçən bütün bu hadisələr bu qəbildən idi. Elə bilməyin ki, o, maddi və siyasi proqnoz verirdi. Xeyr! O belə proqnozlar adamı deyildi. Əlbəttə, çox dərin siyasi düşüncəsi vardı və həqiqətləri anlayırdı. Amma adətən verilən proqnozlara əməl edən deyildi. Bu, insan varlığının sözügedən qeyb məsələsi, ruhani aləmi, iman və etiqad bəsləməyin lazım olduğu tərəfidir. Ona nail olmağın yolu isə təqvadır.

İran xalqının və imam kimi bir rəhbərin bütün küfr və nifaq düşərgəsinin, amerikapərəst müsəlmandan tutmuş sosialist müsəlmana qədər, münafiq və mürtəcedən tutmuş şəhvətpərəstə qədər - bəziləri yalnız ehtiraslara görə İslam Respublikası ilə mübarizə aparır, həmin işlərdən ötrü sino getdiklərinə görə bu quruluşdan acıqları gəlirdi - bütün şərqçi və qərbçi müxaliflərin böyük izdihamı qarşısında dayanıb qələbəyə əmin olmaları onlara hikmət və ayıqlıq bəxş edən təqvadan doğurdu.

Ümumi təqva - yəni xalqın təqvası insanların hər birinin ayrı-ayrılıqda təqvasından başqa bir şeydir. Ümumi təqva odur ki, məsələn imam işarə edəndə birdən-birə bütün cəmiyyət hərəkətə gəlsin. Bu xalqa təqvalı xalq deyilir. Bu o demək deyil ki, bu insanların hər biri tam təqvalıdırlar. Xeyr! Əksəriyyətinin çatışmazlığı var, lakin toplum mömin və təqvalı toplumdur. Bu bir xalq üçün böyük fəxrdir, amma bizim hər birimiz özümüz haqda da düşünməliyik.

Bunu deyim ki, əgər xalqın təqvalı, imanlı və ixlaslı olması deyilirsə, heç kim bunu öz adına yazıb bu təqvalı və ixlaslı xalqdan olduğuna görə özünün də təqvalı və ixlaslı olduğunu düşünə bilməz. Xeyr! “Özünüzü qoruyun”1. Özünüzü təklikdə hesablayın; bunu hamı bacarar. Heç kəs özünün ümumi çəkisini anlamaya bilməz. Əlbəttə, dəqiqlikləri insanın özü görə bilməz və bunu təyin etmək üçün daha böyük bir müəllim və tərbiyəçi lazımdır.

Deməli, bu adi işlərin arxasında məntiqli və qayda-qanunlu bir şey vardır. Bu qeybdir və ona inanmaq lazımdır. Bunu haradan əldə edək? Şəriətə və vəzifəyə əməl etməklə. Bizim söhbət əsnasında toxunduğumuz başlıqlar eynilə imamımızın dəfələrlə təkid etdiyi məsələlərdir. Biz mövzunu təsvir etdiyimizdə başlıqların məhz onlardan ibarət olduğunu görürük. İmam deyirdi ki, biz vəzifəyə əməl edirik, qələbə üçün yox, Allaha cavab vermək üçün vuruşuruq. Allah-Taala vacib edib, biz əməl edirik. Qələbə versə, minnətdar olacağıq, qələbə verməsə, vəzifəmizə əməl etmək uğuru bəxş etdiyinə görə yenə də minnətdarıq. Qələbələrin sirri budur.

Əgər insan şəriəti öz öndəri seçsə, yəni İslam və şəriət vəzifəsinə uyğun addım-addım hərəkət etsə, şübhəsiz, qələbəyə çatacaq. Bizim heç bir əskikliyimiz olmayacaq, çünki qeyb hesabı çox dəqiqdir. Hesab edən də Allahdır, hesablayan aparat da Allahın elmidir: “Nə göylərdə, nə də yerdə zərrə qədər bir şey Ondan gizli qalmaz“.2 O hesabda heç bir şey gizli deyil.

Bizə deyəndə ki, cihad edin, yaxşı işlərə çağırın, namazı bərpa edin, zəkat verin, sözdə və əməldə doğruçu olun, pis əxlaqdan çəkinin, ixlaslı və fədakar olun və kamil bir möminin bəzəndiyi bu tip ilahi xüsusiyyətlərə malik olun, mənası budur ki, bu əmrlərin qarşısında boyun əyməmiz lazımdır. Əgər minalanmış bir sahədən keçmək üçün sizə bir kağız verib desələr ki, iki metr irəli get, sonra otuz santimetr sağa hərəkət et, sonra qarşı tərəfə doğru irəlilə, bir metr yarımdan sonra sola hərəkət et və sair. Siz bu sahədə diqqətlə hərəkət etməlisiniz. Bunu yeraltı minaların düzülüş xəritəsini bilən bir nəfər yazıb sizə vermiş və belə hərəkət etmənizi istəmişdir. Bəndəlik də belədir.

Bir qrup adam ziyalılıq məsələlərini yanlış dərk etdiyinə görə - mən bunların ziyalı olmasını qəbul etmirəm - İslam bəndəliyinə irad bildirirlər. Onlar deyirlər ki, bəndəlik nədir, bəs bizim ağlımız nə oldu? Bunlar həyatı və həyat yolundakı məsələlərin əsl həqiqətini anlamamaqdan irəli gəlir. Sizin əlinizə bir xəritə veriblərsə, ona uyğun hərəkət etməlisiniz. Xəritədə “fikirləşməlisiniz” yazıldıqda həqiqətən fikirləşin və gəldiyiniz nəticəyə əməl edin. Bu da xəritənin bir hissəsidir. Harada “əbəs yerə fikirləşməyin, nəticəsi yoxdur” demişlərsə, bəndəlik sizə deyir ki, bundan başqa yolunuz yoxdur.

Həyatın bütün işlərində fikirləşmək və ağlın bələdçiliyi ilə hərəkət etmək lazımdır. Lakin müqəddəs şəriət sizə “bunu et” dedikdə etməlisiniz. Bura bəndəlik yeridir və orada başqa heç bir amilin - o cümlədən insan ağlının təsiri yoxdur. Əgər biz bu məsələyə diqqət yetirsək, təqvanı və Allahın razılığına uyğun hərəkət etməyi özümüzə məqsəd seçsək, bütün məqsədlər həyata keçər.

İnqilabçı bir mömin nə istəyir? İstəyir ki, dünyada zülmdən əsər-əlamət qalmasın, dünyanın zalımları zülm etmək imkan əldə etməsinlər, insanların həyatı şirin və xoşbəxt olsun, tövhid, ilahi din və ona boyun əymək şərəfi bir fəxr bayrağı kimi bütün müsəlmanların başı üzərində dalğalansın. Əgər bunları istəyiriksə, yol budur, başqa bir yol yoxdur.

İslam İnqilabının Mühafizəçiləri Korpusunun komandirləri və fəqih rəhbərin korpusdakı nümayəndəliklərinin başçıları ilə görüşdəki çıxışdan: 1990.

İslam inqilabı - dünyada zülmə qarşı mübarizənin başlanğıcı

Keçmişdə quldur bir dövlət bir ölkəni işğal edəndə həmin ölkənin xalqı işğalçı əleyhinə ayağa qalxırdı; özü də həmişə yox, bəzi hallarda. Məsələn əlcəzairlilər işğalçı Fransa qüvvələrinə və vyetnamlılar Amerikaya qarşı mübarizə aparırdılar. Amma belə bir şey görünməmişdi ki, xalqlar hələ onlara qarşı vuruşmayan, lakin digər xalqlara, məzlumlara və zəiflərə qarşı quldurluq edən bir qüvvə ilə mübarizə aparsınlar. Siz xalqların oyanışı tarixinin harasında belə bir şey görmüsünüz?! Keçmişdə əsla belə bir şey yox idi.

Son 200, 150 və yaxud 120 ildə xalqların oyanışı başlanmışdır. Bu dövrdə Hindistanda, Misirdə, Orta Şərqdə, tədricən Afrikada və digər yerlərdə xalqlar ayağa qalxıb böyük güclər əleyhinə vuruşmağa başladılar. Əgər bir ölkə İngiltərənin müstəmləkəsi idisə, ingilislərlə vuruşurdular; əgər Fransanın müstəmləkəsi idisə, fransızlarla vuruşurdular; əgər İspaniyanın, yaxud Portuqaliyanın müstəmləkəsi idisə, həmin iki ölkə ilə vuruşurdular; əgər Amerikanın boyunduruğu altında idisə, onunla vuruşurdular. Siz harada görmüsünüz ki, xalqlar bu qədər yetkinləşib öz evlərində onlara hətta bir güllə də atmayan düşmənə yumruq düyünləsinlər, dünyanın böyük və hegemon bir gücü əleyhinə şüar versinlər?! Belə bir şey görünməmişdi.

Bu dəyişikliyin başlanğıcı İranda İslam inqilabının qələbəsidir. Siz indi görürsünüz ki, Afrikada, Şərqi Asiyada, hətta Avropada xalqlar və əsasən müsəlmanlar - qeyri-müsəlmanlar bu cəhətdən çox zəifdirlər – öz şəhər və ölkələrində ayağa qalxır, Amerika əleyhinə şüar verirlər. Məgər Amerika Əlcəzairə, Sudana, yaxud digər yerlərə giribmi? Xeyr! Məsələ burasındadır ki, İslam inqilabı birinci növbədə müsəlmanlara anlatdı ki, hər bir halda zülmə, dünyanın zülm bayrağına və zülm qütbünə qarşı mübarizə aparmaq lazımdır; hətta indi ondan ziyan görməsələr də. Əgər diqqətlə baxsaq, xalqların indi də Amerikanın qamçı zərbələrinə məruz qaldığını görərik. Adi camaat adətən bunu başa düşmür, amma eyni zamanda ayağa qalxır və şüar verirlər.

İslam bizə deyir ki, zalımla məzlumun mübarizəsində sərhəd yoxdur. Dünyanın harasında bir hegemon varsa, siz onunla mübarizə aparmalı, ona qarşı çıxmalısınız. Hegemon analitiklərin gözləri və beyinləri bunu görmür, anlamır, bu barədə fikirləşmir və bundan çıxış yolu axtarmır? Bu məsələ üzərində həqiqətən fikirləşin.

Dünyada İslam və hətta Şiəlik haqda keçirilən bu konfranslar nə üçündür? İslamşünaslıq öyrənmək istəyirlər? Həmişə radiolardan yayımlanan bu araşdırma və təhlillər nədən irəli gəlir? Düzdür, təbliğat xarakteri daşıyır, amma bir prinsip və əsasdan irəli gəlir. İraqın İran əleyhinə müharibəsində birdən-birə bütün Qərb və Şərq qolunu çırmayıb İraqa kömək edir. Halbuki Səddamın görkəmindən də zəhlələri gedirdi. Bəs bu nə üçündür? Bu onu göstərir ki, bizim üzərimizdə hələ ağır məsuliyyət var və möminin özünə qarşı təqva və tələbkarlıq dövrü hələ bitməmişdir. Erkən İslam çağı bizim üçün bir təcrübədir; İslamdan öncəki yəhudi tarixi bizim üçün bir təcrübədir.

Cümə surəsi hər həftə cümə namazında təkrar olunur. Onun hər həftə təkrar olunmasının və camaatın eşitməsinin səbəbi burada bəlli olur. Görün bu məsələ necə sənətkarcasına və çox zərif üslubda bəyan olunmuşdur. Əvvəlcə ilahi dəvətin genişliyini bəyan edir: “(Əksəriyyəti yazıb-oxumaq bilməyən) ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. (Bu Peyğəmbər) əvvəllər haqq yoldan açıq-aşkar azsalar da, onlara (Allahın) ayələrini oxuyar, onları mənən təmizləyər, onlara kitabı və hikməti öyrədər. (Bu peyğəmbər) hələ onlara qoşulmamış başqaları üçün (qiyamət gününə qədər dünyaya gələcək bütün nəsillərə də göndərmişdir)”1. Yəni Allah bu Peyğəmbəri (s) yalnız bu qrupdan ötrü deyil, hələ onlara qoşulmamış digərləri - yəni sizlər və gələcək nəsillər üçün də göndərmişdir. Bu ilahi dəvət sonrakı nəsillərə də çatacaq?

Peyğəmbərin (s) dəvətinin qarşısında bu qədər maneələr var. Peyğəmbər (s) öz dövründə bu qədər zəhmətlərə qatlanıb dörd nəfəri müsəlman edə bildi. Gələcəkdə başqa şəxslər də müsəlman olacaqlarmı? Bu çox çətindir. Ayənin axırı bu suala cavab verir: “O, yenilməz qüvvət, hikmət sahibidir!” O, "Əziz"dir. "Əziz" qalib olan və sonda sözü həyata keçəndir: “məğlubedilməz qalib”.2 Bu Əziz Allahın Özü hikmətlidir, yəni işləri əsaslıdır. Şühbəsiz ki, bu dəvət və missiya çoxlu nəsillərə çatacaq. Görürsünüz ki, çatmışdır və Allahın lütfü ilə günbəgün də çoxalır. “Həqiqətən, Biz sənə Kövsər bəxş etdik”3 ayəsinin məzmunu da budur. Kövsər artan deməkdir - günbəgün artır.

Sonrakı ayə buyurur: “Bu, Allahın istədiyinə əta etdiyi mərhəmətdir. Allah çox böyük mərhəmət sahibidir!”1 Bu, Allahın lütfüdür. Düzdür, dəvət genişdir, amma belə deyil ki, bu dəvətin qarşısında duran hər bir insan ondan təsirlənmək və onu qəbul etmək ləyaqətinə nail olsun. Xeyr! Bu hamıya məxsus deyil. Sözsüz ki, Allah tərəfindən yol açıqdır, lakin insanlar ehtirasların əsiri olur və qəbul etmirlər.

Bunların hamısı gələcəyə və bu dinin inkişaf edəcəyinə müjdədir. Lakin burada cümə surəsində bir xəbərdarlıq da var. Sizin buna diqqət yetirmənizi istəyirəm. Dəvətin gələcəyə şamil olması müzakirə mövzusu deyil. Bu qəti məsələdir. Lakin hazırkı zamanı itirməkdən ehtiyatlı olun. Gələcək nəsillər başıuca olacaqlar. Lakin başıuca olmuş mövcud nəslin özü bir təhlükə altındadır. İslam hər bir zamanda müsəlmanlara bunu başa salmaq istəyir.

Nə zaman və hansı nəsil müsəlman olduğunu duysa, bu ilahi xəbərdarlıqdan qorxmalıdır. Lakin bunu birbaşa demir. Quran bunu çox zərif formada və bir misalla bəyan edir, Bəni-İsraildən məsəl çəkir: “Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlər (Tövrata yükləndikdən sonra onu daşımayanlar)”...2 Biz Tövratı onların beyinlərinə, qəlblərinə və imanlarına yüklədik. Lakin bir müddətdən sonra bu mənəvi yükü və ilahi hidayəti atıb özlərini ondan məhrum etdilər. O zaman nəticə belə olur: zahirdə hidayət var, daxildə isə ondan xəbər yoxdur; ad təkallahlıdır, mahiyyət isə müşrik; ad müsəlmandır, həqiqət isə kafir: “...belində çoxlu kitab daşıyan (lakin onların içində nə yazıldığını bilməyən, onlardan faydalanmağı bacarmayan) ulağa bənzərlər”3. Sanki bir heyvanın belinə kitab yükləmişlər və onun məzmunundan heç bir xəbəri yoxdur. Bu, iman gətirmiş müsəlman nəsillərə xəbərdarlıqdır. Bundan qorxmaq lazımdır.

İslam İnqilabının Mühafizəçiləri Korpusunun komandirləri və fəqih rəhbərin korpusdakı nümayəndəliklərinin başçıları ilə görüşdəki çıxışdan: 1990.




Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin