Tərtib edən: Əlirza Muxtarpur Tərcümə edən: Əlirza Sərablı


İlahi peyğəmbərlər nəslindən olan bir imam



Yüklə 3,55 Mb.
səhifə2/38
tarix24.05.2018
ölçüsü3,55 Mb.
#51380
1   2   3   4   5   6   7   8   9   ...   38

İlahi peyğəmbərlər nəslindən olan bir imam


İmamın şəxsiyyəti dünya rəhbərlərinin heç biri ilə müqayisəolunası deyil. Onu yalnız peyğəmbərlərlə, övliyalarla, məsumlarla müqayisə etmək olar. İmam onların şagirdi və ardıcılı idi və məhz buna görə dünyanın siyasi rəhbərləri ilə müqayisə olunmur. Biz dünyanın siyasi rəhbərlərini tanıyırıq, onların və xalqların mübarizə tarixini diqqətlə oxumuşuq. Həqiqətən heyfdir ki, onlara da rəhbər deyək, imama da. Əgər onlara rəhbər deyəsiyiksə, imam üçün başqa bir ad seçməliyik. O ümumiyyətlə peyğəmbərlər növündən və nəslindən idi. Allahın və Onun saleh bəndələrinin əzizi olan bu şəxsiyyətin təsviri həqiqətən çox müşküldür.

İslam inqilabı komitələrinin komandirlərinin və sıravi üzvlərinin beyət mərasimində çıxışdan: 1989.




İmamın pərəstişəlayiq xüsusiyyətləri


Həqiqətən əziz imamımız kimi misilsiz bir şəxsiyyətə və böyük insana ən seçilmiş insanlar, ən güclü beyin, ən saf və ən təmiz qəlb sahibləri təzim etməli, hörmət göstərməlidirlər. Zahiri vəzifəsinə və postuna görə hörmət olunan bir şəxslə şəxsiyyətinin, əzəmətinin, dərinliyinin və müxtəlif gözəlliklərinin hər biri böyük, güclü və düşüncəli insanları təzimə, hörmətə və pərəstişə vadar edən bir şəxs arasında fərq vardır. Bizim əziz imamımız belə insanlardan idi.

İmamın müxtəlif xüsusiyyətləri vardı: çox ağıllı, təvazökar, ayıq-sayıq, zirək, qətiyyətli, mehriban, səbirli və təqvalı idi. Heç bir şeyi ona tərsinə göstərmək mümkün deyildi. Polad iradəyə sahib idi və heç bir maneə onu hərəkətdən saxlaya bilmirdi. Çox rəhmli və ürəyiyumşaq insan idi. İstər özündə olmadığı və Allahla münacat etdiyi zaman, istər təbii şəkildə qəlbləri yumşaldan və mərhəmətə vadar edən hallarla rastlaşdığında nəfs istəkləri və maddi gözəlliklər onun təqvalı vücudunun uca zirvəsinə toxuna bilmirdi. O öz nəfsinin sultanı idi, istəkləri ona hakim olmurdu. Səbirli və dözümlü idi. Ən ağır hadisələr də onun vücudunun möhtəşəm okeanında təlatüm yarada bilmirdi.

İmamın ordudakı nümayəndəsinin, Müdafiə nazirinin, silahlı qüvvələrin nümunəvi komandir və əməkdaşlarının beyət mərasimində çıxışdan: 1989.


İmamın yolunun davam etməsi

Bizim inqilabımızda imam və ümmət amilinin rolu çox mühüm olmuşdur. Düşmənin təxribatlarını zərərsizləşdirməkdə və inqilabı qorumaqda siz xalq möhtəşəm rol oynamısınız. Yenicə səfər etmiş o əzizin yoxluğuna yanarkən onun yolunu eyni qüdrətlə və güclü iradə ilə davam etdirməliyik. Bu bir neçə gündə bizim xalqımızın əzadarlığı və keçirdiyi hisslər göstərdi ki, onun yolu davam edir.

Xuzistanın ərəb əşirətlərinin və Nəcəfabad əhalisinin beyət mərasimində çıxışdan: 1989.


Ən böyük təhlükə: yorulmaq və yolu itirmək


İnqilabın parlaq istedadlara ehtiyacı var. Biz bu ehtiyacı təmin etməyə çalışmalıyıq. Bu, yerinin boşluğunu bütün vücudumuzla hiss etdiyimiz böyük insanın vəsiyyətidir. Əgər inqilabın həmin sürətlə, həmin qüdrətlə və İslamın düzgün xəttindən sağa-sola yonəlmədən hərəkət etməsini istəyiriksə, xalqımızın və hətta bütün müsəlman xalqların arzularının uca zirvəsində parlayan məqsədlər həmişə gözlərimiz önündə olmalıdır. Bu məqsədləri həyata keçirmək üçün səyimizi artırmalı və problemlərdən qorxmamalıyıq.

Ən böyük təhlükə bu deyil ki, biz dayanaq, yaxud yorulaq. Ən böyük təhlükə təsvir olunmuş mənzərəni və tərif olunmuş məqsədləri itirib görməməyimizdir. Toz-dumanların bu məqsəd və amalların önünü tutmasına qoymayın.

Quruculuq cihadı üzvlərinin beyət mərasimində çıxışdan: 1989.


İmamın yolu - İran xalqının səadət yolu


Bilin ki, qurtuluş və səadətə nail olmaq, xəbis və hiyləgər düşmənlərə qələbə çalmaq, Allahın razılığını qazanmaq, İslamın və inqilabın müqəddəs məqsədlərinə çatmaq üçün əziz imamımızın həmişə İran xalqına etdiyi tövsiyələrinə əməl etmək lazımdır; yəni Allahla rabitəni qorumaq, Ona təvəkkül etmək, Allahın düşmənlərindən qorxmamaq, bütün imkanlarla İslam Respublikasını dəstəkləmək və qorumaq. İran xalqının yolu budur. Bütün xalq və məmurlar bütün imkanlardan istifadə edib bizim əziz imamımızın ən dəyərli yadigarı olan İslam Respublikasını qorumalı, himayə etməli və düşmənlərin qarşısında möhkəm dayanmalıdırlar. Bilsinlər ki, Allah onlarladır və düşmən özünün bütün hiylələri ilə birgə zəifdir. Bilsinlər ki, İran xalqının səadət yolu rəhbərimiz olan imamın vasitəsi ilə tanıdığımız, qədəm qoyduğumuz və irəlilədiyimiz yoldur.

Ölkənin müxtəlif şəhərlərinin əhalisinin beyət mərasimində çıxışdan: 1989.




İnqilabın ilahi mesajının cahanşümul olması


İran İslam İnqilabı əsl Məhəmməd (s) İslamının şəriəti üzərində qurulduğundan xüsusi bir sərhədlə, milliyyət və irqlə məhdud ola bilməz. Söhbət bundan getmir ki, İran xalqı, yaxud bu ölkənin məmurları dünyanın adi üsulları ilə inqilabı harasa və kiməsə ixrac etsinlər. Söhbət bundan gedir ki, müsəlmanların bir qrupu üçün İslam təfəkkürü, ilahi dərk və yeni baxış meydana çıxdıqda təbii olaraq bütün İslam dünyası öz imkanı və mövqeyi qədərincə o baxışdan və dərkdən istifadə edəcək.

Hegemonluğun təbliğat şəbəkələrinin İslam inqilabı əleyhinə zəhərli təbliğat aparması gözləniləndir. Çünki onların təbliğatı hiylə və yalan üzərində qurulmuşdur. Məsələ burasındadır ki, düzgün bir düşüncə, azad edən və oyadan bir təfəkkür İslama əsaslandıqda bütün İslam bölgələrində özünə tərəfdar, müştəri, sevən və istəyən tapır.

Mazandaran və İsfahan vilayətinin cümə imamlarının, ruhanilərinin və müxtəlif müsəlman ölkələrinin İranda elmlə məşğul olan dini alim və tələbələrinin beyət mərasimində çıxışdan: 1989.

Düşmənin köməkçiləri: qərəzlilər və aldanmışlar

Xalqın iki qrupu düşmənin təsirini asanlaşdırır. Birinci qrup qərəzlilər, İslam, inqilab, İslam Respublikası quruluşu, ruhanilik və İslam dəyərlərinin hakimiyyətinə müxalif olanlardır. Bunlar çox azdırlar, lakin təsirsiz deyillər. İkinci qrup isə qərəzli olmayan, lakin məlumatsız, avam və qərəzlilərə aldanmışlardır. İkinci qrupu məlumatlandırmaq lazımdır. Birinci qrupa qarşı isə ölkənin müxtəlif orqanları tədbir görürlər.

Bizi qəbul etməyən hər kəslə sərt rəftar etmirik. Bizim üsulumuz qüdrətlə, ağılla və əsəbilikdən uzaq rəftar etməkdir. Biz düzgün üsul və idarəçiliklə, insafı olarsa, düşməni dosta çevirməliyik. Düzdür, bəziləri qərəzli işlər görür və təxribat aparırlar. Təbii ki, İslam Respublikası quruluşu bunlara qarşı ciddi tədbir görəcək.

Mömin xalqın, xüsusən də gənclərin vəzifəsi əvvəla qərəzliləri tanımaq və onları xeyirxah insanlarla səhv salmamaq, ikincisi isə məlumatsız insanları məlumatlandırmaq, onlara yol göstərməkdir. Yüksək əhval-ruhiyyəsi, fəallığı və bacarığı olan siz gənclər daha böyük məsuliyyət hiss etməlisiniz. Xalqı maarifləndirmək, ayıq olmaq, hər hansı bir geyimdə və simada olan düşməni tanımaq bizim ən önəmli vəzifəmizdir.

Simnan, Kərəc, Şirvan, Quçan və Kazirun şəhərlərinin cümə imamlarının və müxtəlif təbəqələrinin, həmçinin Nişapur şəhərinin Bəsic üzvlərinin beyət mərasimində çıxışdan: 1989.


Fəhlələr - əmək və inqilab cəbhəsinin müdafiəçiləri

İran İslam İnqilabının səciyyələrindən biri budur ki, fəhlələr inqilaba qarşı özəl və müstəsna xüsusiyyətə malik idilər. İslam Respublikası quruluşunda fəhlə əsası bir olan iki cəbhədə həqiqətən yaddaqalan tarixi rol ifa etdi. Bu iki cəbhədən biri əmək və istehsal cəbhəsi, digəri isə inqilabı müdafiə cəbhəsi idi. Ötən on ildə əmək cəbhəsində ixlas, fədakarlıq və yorulmazlıq nümayiş etdirən inqilabçı və müsəlman fəhləmiz eynilə müharibə, yaxud inqilabı müdafiə cəbhəsində müqavimət göstərdiyi hisslə işləyirdi.

Ölkə fəhlələrinin minlərlə nümayəndəsinin beyət mərasimində çıxışından: 1989.


Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin