Tərtib edən: Əlirza Muxtarpur Tərcümə edən: Əlirza Sərablı


Prinsiplər üzərində dayanmaq - İslam inqilabının örnək olmasının səbəbkarı



Yüklə 3,55 Mb.
səhifə38/38
tarix24.05.2018
ölçüsü3,55 Mb.
#51380
1   ...   30   31   32   33   34   35   36   37   38

Prinsiplər üzərində dayanmaq - İslam inqilabının örnək olmasının səbəbkarı


İndi isə qeyd etdiyim ikinci hissəyə keçirəm. Hər bir məsələnin əhəmiyyət və uğurunu təyin etmək üçün onun nə qədər örnək və nümunə olduğuna, nə qədər duruş gətirdiyinə, nə qədər möhkəm dayandığına və öz sözünün üstündə durduğuna baxmalıyıq. İnqilablar da belədir. Əgər bir inqilab digərlərinin beyninə və əməlinə təsir göstərmək, onlara örnək olmaq istəsə, bəzi xüsusiyyətlərə malik olmalıdır. Bu xüsusiyyətlərin ən mühümü sözügedən möhkəmlik, müqavimət və duruş gətirməkdir. Əgər bunlar olsa, inqilab digərlərinə örnək olacaq, əks təqdirdə, çox da örnək ola və digərlərini öz ardıcıllığına həvəsləndirə bilməyəcək. Bizim inqilabımız belə olmuşdur. Bizim inqilabımız ilham mənbəyi və örnək ola bilmişdir. Bu, inqilabın möhkəmliyinə, müqavimətinə, imam tərəfindən elan olunan əsas prinsip və təməlləri üzərində duruş gətirdiyinə görədir.

Bu inqilab duruş gətirdi. Mən bu barədə də bir neçə nümunə göstərəcəyəm. Bir nümunə İslam quruluşunun yaranmasıdır. İmam əvvəldən bizim inqilabımızın İslam inqilabı olmasını və İslama əsaslanmasını deyəndə dünyada hay-küy qopdu, dedilər ki, İslam demokratiya ilə uyğun gəlmir, quruluşun İslam quruluşu olması mürtəcelikdir, gerilikdir, İslam hökmləri icra olunası deyil və sair və ilaxir. Bəziləri də ölkə daxilində onların sözünü təkrarladılar, İslam Respublikasını İslama sadiqlikdən çəkindirmək üçün kitab yazdılar, məqalə yazdılar, şayiə yaydılar. İslam Respublikası isə möhkəm dayandı və onlara təslim olmadı. Bəli, biz islamçıyıq, bununla fəxr edir və bəşərin xilasının bu yolda olmasını sübut edirik. İslam Respublikası bunu uca səslə bütün dünyaya elan etdi.

Bu gün 32 il ötəndən sonra bizim cəmiyyətimizə baxın, rəftarlar ilk gündən daha islamlaşmasa da, ən azı inqilabın birinci günü kimidir. İmamı görməyən, müharibəni görməyən, inqilabı xatırlamayan gənclərin İslam əsaslarına sadiqliyi bizim kimi bəzi qocalardan da yaxşıdır, güclüdür. Ölkənin məmurları islamçı olmaları ilə fəxr edirlər. Əlbəttə, bu 32 il boyu çox cəhd edildi, hətta icra aparatı daxilində bəzi şəxslər yolları ziqzaq formasına salıb tədricən uzaqlaşdırmağa, yayındırmağa çalışdılar, amma bacarmadılar və İslam Respublikası özünün İslam əsaslarına sadiq qaldı. Bu bir nümunə.

Başqa bir nümunə demokratiya məsələsidir. İmam əvvəldən dedi ki, istər İslam Respublikasını seçməkdə, istər konstitusiyada, istər Dini Ekspertlər Məclisində qəbul olunan qanunun qəbulunda, istər prezident seçkilərində, istərsə də parlament seçkilərində xalq öz fikrini bildirməlidir. İmam möhkəm dayandı. Baxın, inqilabdan 32 il ötür, referendumları da hesablasaq, biz xalq olaraq 32 dəfə səhnəyə çıxmışıq. Yəni xalq orta hesabla ildə bir dəfə seçki məntəqələrinə gedib səs verib. Xalqın seçkilərdə iştirakı çox mühüm məsələdir. Müharibə dövründə Tehran bombalar altında idi, amma seçkilər tətil olmadı. Müharibə zamanı Səddam rejiminin raket zərbələrinə məruz qalan şəhərlərdə seçkilər tətil edilmədi. Bir dəfə parlament siyasi dəlilə əsaslanıb təzyiq göstərdi ki, seçkiləri təxirə salsın, amma bacarmadı. Bu günə qədər İslam Respublikasının seçkiləri bir gün də təxirə düşməmişdir. Bu demokratiyadır. Birinci gün imam dedi və İslam Respublikası bu demokratiyanın üstündə durdu, ondan əl çəkmədi. Bu gün rəhbəri təyin etmək və vəzifəsindən kənarlaşdırmaq səlahiyyətlərinə malik olan Dini Ekspertlər Məclisindən tutmuş prezidentə, parlamentə, bələdiyyələrə qədər bütün məmurlar xalq tərəfindən seçilirlər. Bu müddətdə müxtəlif cinahlar hakimiyyətə gəlmişlər. Belə deyil ki, həmişə bir cinah seçilsin. Xeyr! Əvvəldən bu günə qədər bir neçə prezident seçilib, onların hər biri bir formada, bir istiqamətdə və bir siyasi kursa malik olmuş, lakin hamısı xalqın səsi ilə seçilmişdir.

Sonrakı nümunə ictimai ədalət məsələsidir. İmam bunu əvvəldən elan etdi. İctimai ədalət bu işlərin hamısından çətindir. Bunu mən sizə deyirəm. İctimai ədalət İslam Respublikasında görülən digər işlərdən və demokratiyanı qorumaqdan daha çətin və çox ağır işdir. Mən demirəm ki, biz bu günə qədər ictimai ədaləti tam bərqərar edə bilmişik. Xeyr! Hələ görülməli işlər çoxdur. İslamın bizdən istədiyi ədalət bu gün bizim cəmiyyətimizdə olanla çox fərqlidir. Amma məsələ burasındadır ki, ictimai ədalətə doğru hərəkət dayanmamış, davam etmiş və günbəgün güclənmişdir. Bu gün ictimai ədalətə doğru hərəkət ötən illərdən də artıqdır, qabaqkı dövrlərdən də. İctimai ədalətin mühüm nümunələrindən biri ölkə imkanlarının düzgün bölgüsüdür. İctimai ədalətdən uzaq quruluşlarda xüsusi bir təbəqəyə, ölkənin xüsusi bölgələrinə diqqət yetirilir, amma İslam Respublikasında 32 il öncədən bu günə qədər irəlilədikcə düzgün bölgünün gücləndiyini görürük. Kəndlər diqqət mərkəzindədir, ucqar şəhərlər diqqət mərkəzindədir, kəndlərdə bu qədər evlər tikilir, ölkənin uzaq şəhərlərinə və kəndlərə yollar çəkilir; müxtəlif rabitə vasitələri, elektrik enerjisi, içməli su, telefon, məişət imkanları - bunlar bütün ölkəyə bölünmüşdür.

İndi ölkənin məmurları müxtəlif vilayətlərə, şəhərlərə səfərlər edirlər. Bəzi ucqar şəhərlərin əhalisi heç zaman təsəvvür etməzdilər ki, ikinci dərəcəli bir məmuru görə bilsinlər. İndi isə ölkənin yüksək çinli məmurları onların yanına gedirlər. Bunlar çox əhəmiyyətli və dəyərlidir. İnsan gedib problemləri görəndə onları aradan qaldırmağa həvəs yaranır və bu, ictimai ədalətin yaranmasına bais olur. Biz ictimai ədalətə doğru gedirik.

İnsan dünyada dövlət məmurlarının zadəgan həyat tərzi keçirdiyini görür. Hakimiyyətə gəlib prezident olan, yaxud başqa yüksək vəzifəyə yiyələnən şəxsin həyatı sanki birdən-birə dəyişir. Bizim ölkəmizdə isə belə deyil. Əlbəttə, mənim kimilər məişət səviyyələrini cəmiyyətin ən zəif təbəqələri ilə uyğunlaşdırmalıdırlar. Biz bunu bacarmadıq, bu səadət bizə nəsib olmadı, amma cəmiyyətin məmurlarının, dövlət məmurlarının həyatı Allaha şükür olsun ki, xalqın orta səviyyəsi, bəzən isə ortadan da aşağı səviyyələri kimidir. Bunlar çox dəyərlidir.

Ədalət səhmləri məsələsi, kəndlərdə evlərin tikilməsi, subsidiyaların məqsədyönlü paylanması böyük işlərdir. Əgər ölkə məmurları bunu yaxşı icra edə bilsələr, çox mühüm nailiyyət olacaq. Dövlət elektrik enerjisinə görə bütün xalqa subsidiya verirdi. Evində çilçıraq yandıran və daha çox elektrik enerjisi sərf edən hara, yalnız bir-iki lampa yandıran hara! Daha varlı olan bu subsidiyadan daha çox istifadə edirdi. Bu ədalətsizliyin qarşısını almaq istəyirlər. Çörək məsələsində, benzin məsələsində və digər məsələlərdə də belədir. Biz möhkəm dayandıq. Quruluş ictimai ədalət şüarı üzərində möhkəm dayandı.

Sonrakı məsələ hegemonluqla mübarizə və təzyiqlərə təslim olmamaqdır. Bu sahədə də möhkəm dayandıq. Bu iş çətin idi, amma İslam Respublikası bu çətin işi uğurla görə bildi. İnqilabın əvvəllərində çoxları deyirdilər ki, inqilab qələbə çaldı, daha bəsdir, gedək amerikalılarla problemlərimizi həll edək. Bu isə inqilabın zülmlə mübarizə şüarının sıradan çıxması demək idi. Buna həvəsləndirirdilər, zaman-zaman bunu istəyən şəxslər tapılırdı. Belələri deyirdilər ki, gedək Amerika ilə yoldaş olaq, bizim əsas düşmənimizin qanadı altına girək, ona sığınaq. Bu sözün mənası Fələstini satmaq, Amerikanın İraqda, Əfqanıstanda və digər yerlərdə törətdiyi cinayətlərə, dünya xalqlarına rəva gördüyü bütün bu zülmlərə göz yummaqdır. Bu sözün mənası odur ki, bu məsələlərə etirazımızı bildirməyək. Münasibətləri düzəltməyin mənası budur ki, İran xalqı və məmurları daha açıq şəkildə etiraz edib sözlərini deyə bilməsinlər, müəyyən vaxtdan sonra isə tədricən onların sözünü qəbul etməyə məcbur olsunlar. Bəli, bu duruş və müqavimət çətin, amma faydalı idi; ilahi rəhməti də cəbl etdi, xalqların diqqətini də. Bu 32 ildə siz İran xalqının inqilabın əsas şüarları üzərində dayanması bu gün İslam dünyasının sizə əzəmətlə baxması kimi böyük faydanı ərməğan etmişdir. Sizin ölkənizin məmurları müxtəlif ölkələrə səfər edəndə izdihamla qarşılanırlar. Siyasi şəxsiyyətlərin nə qədər sevilməsini hesablayanda sizin ölkənizin məmurları birinci sırada dururlar. İran xalqı digər xalqlara örnək olmuşdur. Bu gün onun əlamətlərini müşahidə edirsiniz. Bu böyük fayda və xüsusiyyət zaman ötmədən bəlli olmur.

Bu gün Misirdə sizin fəryadınızın əks-sədası eşidilir. Bizim inqilabımızın baş verdiyi zaman Amerikada prezident olan şəxs bir neçə gün öncə müsahibədə deyib ki, Misirdə eşidilən bu səslər mənə tanışdır. Yəni bu gün Qahirədə eşidilən səslər onun prezidentlik dövründə Tehranda eşidilirdi. Dünya bunları görür, mühakimə yürüdür. Odur ki, bu il bizim Şəfəq ongünlüyümüz mühüm, həssas və həyəcanlı olacaq. İnşallah sizin vasitənizlə 22 Bəhmən yürüşü də bütün bu nailiyyətlərə əlavə olunacaq.



Tehranın cümə namazı xütbələrindən: 2011.


1 Bəqərə/120.

1 Ənfal/63.

2 "Bihar əl-ənvar", c. 85, səh: 319.

1 Əhzab/22.

1 Ənfal/72.

2 Bəqərə/207.

3 Maidə/8.

4 Nisa/135.

5 Fəth/29.

6 İsra/79.

7 Mücadilə/22.

1 "Məfatih əl-cinan", Şəban münacatı.

2 İbrahim/24-25.

1 İbrahim surəsinin 24-cü ayəsinə işarədir.

2 İbrahim/26.

1 İbrahim surəsinin 24-cü ayəsinə işarədir.

1 "Məfatih əl-cinan", Şəban münacatı.

1 Həcc/5.

2 Qafir/16.

1 Səff/9.

2 Ənfal/62.

1 Bəqərə/285.

1 İbrahim/28.

2 Ənvər Sadat nəzərdə tutulur.

3 Bəqərə/249.

1 Bəqərə/120.

1 Maidə/105.

2 Səbə/3.

1 Cümə/2-3.

2 "Bihar əl-ənvar", c. 84, səh: 241.

3 Kövsər/1.

1 Cümə/4.

2 Cümə/5.

3 Yenə orada.

1 Ənfal/30.

1 Ənfal/62.

1 Cümə/5.

2 Bəqərə/61.

1 Hud/112.

1 Səhifeyi-Səccadiyyə, "Məkarim əl-əxlaq" duası.

2 Həmd/6.

3 Saffat/24.

1 Zilzal/7-8.

2 Nəhcül-bəlağə, məktub: 45.

1 Loğman/12.

1 Hucurat/17.

1 Bəqərə/30.

2 "Bihar əl-ənvar", c. 27, səh: 119.

1 Yenə orada, c. 85, səh: 319.

2 Yenə orada, c. 68, səh: 366.

1 Ənam/160.

1 Nəhcül-bəlağə, xütbə: 173.

1 Bəqərə/256.

1 İsra/19.

1 Bəqərə/134.

1 Taha/75.

2 Taha/76.

1 Məqsəd şah rejiminin son Baş naziri Şapur Bəxtiyardır.

1 Uilyam Darsi (1849-1917) İngiltərədə doğulmuş bir avstraliyalı idi. O 1901-ci ildə Qacar dövlətindən İranın neftçıxarma hüququnu aldı.

1 Tövbə/33; Fəth/28; Səff/9.

1 Bəqərə/279.

1 Kəhf/13.

1 Maidə/23.

1 Bəqərə/285.

1 Amerika Birləşmiş Ştatlarının Xarici işlər naziri Madlen Olbrayt.

1 Fransalı müsəlman yazıçı Roje Qarodi nəzərdə tutulur.

1 Bəqərə/218.

2 Həcc/78.

3 Maidə/54.

1 Nisa/79.

1 Nəhcül-bəlağə, xütbə: 56.

1 Səcdə/24.

1 Saffat/35.

1 İbrahim surəsinin 24-cü ayəsinə işarədir.

1 Fəth/7.

1 Şura/38.

2 Ənfal/62.

1 Ənkəbut/69.

1 Ənbiya/105.

1 Əraf/96.

1 Rəd/11.

2 Ənfal/25.

1 İbrahim/24-25.

1 İbrahim surəsinin 24-cü ayəsinə işarədir.

1 Məhəmməd/7.

1 Ənfal/17.

1 Fəth/10.

1 Qəsəs/88.

1 Bəqərə/256.

1 Fəth/10.

1 Bəqərə/285.

2 Fəth/4.

1 Hədis İmam Əlidəndir (ə).

1 Hucurat/17.

1 Ənfal/63.

1 Əhzab/21.

2 Mümtəhinə/4.

1 Fəth/6.

2 Həcc/40.

3 Fəth/6.

4 Əhzab/70.

1 Əhzab/21.

1 İbrahim/24.

2 Həşr/19.

1 Əraf/157.

Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin