Tərtib edən: Əlirza Muxtarpur Tərcümə edən: Əlirza Sərablı


Kərbəla hadisəsi - inqilabın dayağı



Yüklə 3,55 Mb.
səhifə6/38
tarix24.05.2018
ölçüsü3,55 Mb.
#51380
1   2   3   4   5   6   7   8   9   ...   38

Kərbəla hadisəsi - inqilabın dayağı


Əgər bu gün bizdən yaratdığımız bu hərəkatın kökünün nə olduğunu soruşsalar, deyərik ki, kökü Peyğəmbər (s), Əmirəlmöminin (ə) və İmam Hüseyndir (ə). İmam Hüseyn (ə) kimdir? Aşura hadisəsini yaratmış və tarixdə barəsində məlumat verilmiş şəxs. Deməli, bu hərəkatın dayağı Aşuradır. Əgər biz bilmədən, diqqət yetirmədən və səhlənkarlıq üzündən Aşura hadisəsini kənar amillərlə qarışdırsaq, o hadisəyə və ondan qaynaqlanan bu inqilaba xidmət etmiş olmarıq.

Məhərrəm ayı ərəfəsində Tehranın Mübariz Ruhanilik Cəmiyyətinin və Mübariz Ruhanilər Forumunun üzvləri, Tehranın din alimləri, məscid imamları, vaizləri və İslam Təbliğatı Komitəsinin Əlaqələndirmə şurasının üzvləri ilə görüşdəki çıxışdan: 1989.



İmamın səadətli yolunu davam etdirmək


İmamın inqilab üçün cızdığı və İran xalqının on ildir hərəkət etdiyi xətt bütün dünyada İslam və müsəlmanların əzəməti, məzlum və məhrumların müdafiəsi xətti, İran xalqını dünyada ən başıuca, ən müstəqil, ən canlı və ən fəal xalq edən, bizi geriqalmış, asılı və ölü vəziyyətdən çıxaran xətt və yoldur. Bu xətt xalqda İslama iman və sevgi oyatmış, onları bu yolda heyrətamiz və misilsiz fədakarlıqlara vadar etmişdir. Bu xətt bizim həyatımız, bütün varlığımız, milli və inqilabi kimliyimizdir. Allahın lütfü ilə bu xətt imamın hərəkat və inqilab dövründə əməli surətdə bizə öyrətdiyi qətiyyət, qüdrət, ümid və həvəslə davam edəcək. Biz imamın və inqilabın yolunu gücləndirməyə, fədakarlıq etməyə və gecə-gündüz çalışmağa hazırıq. Bizim canımız və qanımız bu yola və bu xəttə qurbandır. Həyatımızı bu yolda fəda etmək bizim üçün səadətdir. Bunda heç bir şübhə yoxdur.

Tənfiz (prezidentin hökmünü təsdiqetmə) mərasimində çıxışdan: 1989.



Haqqı və batili ayırd etməyin zəruriliyi

Bizim böyük imamımızın rəhbərlik etdiyi ruhani və xalq hərəkatı bəzi şüarlar irəli sürüb haqq və batilin bir-birinə qarışmasına qoymadı. Xalq on beş il ərzində tədricən haqqı tanıdıqda və batildən uzaqlaşdıqda məsələ həll olundu, inqilab qələbə çaldı, amma o bundan sonra da özünün İsa nəfəsi ilə haqqın batilə qarışmasına imkan vermədi.

Haqq və batilin bir-birinə qarışıb səhv salınması mümkündürsə, onları ayırd etmək üçün bir meyar olmalıdır. Allah xalqı meyar və əlamətsiz buraxa bilməz. Haqq və batilin meyarı nədir? Onu Quranda, hədisdə, övliyaların və böyüklərin sözlərində diqqətlə axtarmaq və tapmaq lazımdır. Bəzi yerlərdə kitab və sünnənin meyarı məsələsi ortaya qoyulur. Şəriətə uyğun olduğunu gördüyünüz hər bir şey haqq və şəriətin ziddinə olan hər bir şey batildir. Təbii ki, bu meyar hər yerdə və hamı üçün yararlı deyil. Çünki şəriətə uyğun və ya zidd olmanı təyin etmək asan iş deyil.

Ümumi xidmət orqanlarının, məzlum və məhrumlara dəstək kampaniyalarının məsul işçiləri və əməkdaşları ilə görüşdəki çıxışdan: 1989.



Xalqın keçmiş hökumətləri sevməməsi

Siz bu illərdə İranda iş başında olan rejimlərə - mənfur, muzdur və azğın Pəhləvi sülaləsindən tutmuş zəif, asılı və ləyaqətsiz Qacar sülaləsinə, bəziləri şan-şöhrətli olan qabaqkı rejimlərə baxın. Görün bunların hansında İran xalqı hökumət başçılarını sevmiş, onlara yaxşı münasibət bəsləmişdir? Görəcəksiniz ki, heç birində belə bir şey olmamışdır. Xalq ayrı idi, onlar ayrı. Onlar xarici siyasəti idarə edirdilər, xalqın isə bundan xəbəri və buna rəğbəti yox idi.

İşlər xalqın maraqlarına uyğun getmirdi. Hətta hökumətlər tərəfindən bu ölkəyə göstərilən xidmətlər də çox nadir halları çıxmaq şərti ilə əksərən əcnəbilərin və yaxud həmin azğın hakimlərin xeyrinə edilirdi. Həm xaricilərin, həm də özümüzünkülərin apardığı araşdırmalar göstərir ki, Rza xanın dövründə ölkə boyu çəkilmiş bu dəmir yolu ingilislərin xeyrinə və İran xalqının zərərinə idi. Belə işlər çoxdur. Əhəmiyyət göstərilməyən məsələ xalqın istəyi, iradəsi, məsləhəti və arzusu idi. Əcnəbilərin, yaxud azğın hökumət başçılarının marağı meyar seçilirdi. Buna görə də xalq onları sevmirdi və hansı biri hakimiyyətdən gedirdisə, bu, xalqın sevincinə bais olurdu.

Xatırlayanlar bilirlər ki, Rza xan hakimiyyətdən gedəndə xalq sevinir, şənlik edirmiş. Biz də öz böyüklərimizdən belə bir şey eşitmişik. Bu mənfur sülalə devriləndə siz xalqın necə böyük bayram etdiyini gördünüz. Bu bayram və şənlik inqilabın qələbəsi şənliyindən başqa bir şey idi. Bu başqa idi, o başqa. Bu hadisə öz-özlüyündə xalqa xoş idi. Çünki xalq bunlara yad idi, bunlardan acığı gəlirdi. Bu, onların batil olmasına meyardır: bir rejim hakimiyyətdə olanda xalq narahatdır, hakimiyyətdən gedəndə sevinir, güclənəndə sıxıntı keçirir, zəifləyir və əleyhinə yumruq düyünləyir. Belə rejim batil rejimdir.

Ümumi xidmət orqanlarının, məzlum və məhrumlara dəstək kampaniyalarının məsul işçiləri və əməkdaşları ilə görüşdəki çıxışdan: 1989.

İmanı və inqilabı qorumağın zəruriliyi

İnqilabi mənliyin və inqilab qarşısında vəzifə hissinin qəlblərinizdə zəifləyib sönməsinə qoymayın. Öz ailəsini və namusunu müdafiə edən bir şəxs kimi inqilabı, onun dəyər və nailiyyətlərini müdafiə edin.

Qadın, kişi, qoca, gənc - hansı peşədə çalışırsınızsa, bu ölkənin harasında yaşayırsınızsa, bilin ki, bu inqilab asan əldə olunmamışdır. Zəhmətlər çəkildi, qanlar töküldü, Allahın böyük yardımı bu xalqa şamil oldu və bu böyük nailiyyət əldə edildi. Biz oturub baxa bilmərik ki, kimlərsə inqilabın dəyərlərini talasınlar, yaxud onlara hörmətsizlik etsinlər və ya onları yüngül saysınlar. Xeyr! İnqilabi dəyərlər, inqilabın nailiyyətləri və cəmiyyətin İslam ab-havası bizim bütün xalqımızın namusudur, onu qeyrət və qüdrətlə müdafiə edirik və etməliyik.

Düşmən fəsad mədəniyyətini, fəsadın hər hansı bir növünü, istər cinsi ehtiraslara aid olan fəsadları, istər maddi fəsadları, istər digər əxlaqi və əməli fəsadları yaymaqla bu inqilabı daxildən çökürtməməlidir. Siz qadın və kişilərin hər biri evi və ailəsi qarşısında sinəsini sipər və onu müdafiə edən qorxmaz, qeyrətli gənc kimi inqilabı, İslamı, məsul şəxsləri, inqilabın nailiyyətlərini və imanınızı qorumalı, onlara hücum edənlərin qarşısında möhkəm dayanmalısınız.

Şübhəsiz, Allahın yardımı və lütfü də bizimlə olacaq. Əziz imamımızın pak ruhu, hidayət imamlarının və əziz İslam peyğəmbərinin (s) müqəddəs ruhları və Allahın böyük höccəti olan İmam Mehdinin (ə) müqəddəs duaları bu yolda xalqımıza kömək edəcək.

Tehranın cümə namazı xütbələrindən: 1989.



İnqilabın qlobal əhəmiyyəti

Əsas məsələ budur ki, bizim inqilabımızda onun ən mühüm cəhətlərindən olan qlobal bir cəhət vardır. Bu cəhəti bir an da unutmaq olmaz. Qlobal cəhət budur ki, İran xalqının sözü, yolu və məqsədləri dünyanın digər və ən azı bəzi xalqları tərəfindən qəbul olunur və sevilir. Digər xalqlar İran xalqının inqilabına tamaşa edib demirlər ki, bu özləri üçündür, bizə aidiyyəti və faydası yoxdur.

Çoxlu ölkələrdə baş vermiş hadisə və yenilik ya onların öz sərhədləri daxilində qaldı, ya da çox məhdud dairəni əhatə etdi. İran İslam İnqilabının əhatəsi isə çox geniş oldu, hələ də genişlənir və gələcəkdə daha da genişlənəcək. Bunun əsas səbəbi bizim inqilabımızın İslamdan ötrü olmasıdır. Demirik ki, xalq ölkənin vəziyyətindən, tağut rejimindən narazı deyildi və onun dəyişməsini istəmirdi. Xalq tağut dövründə hər şeydən narazı idi. Xalq tağut şah dövründə - istər asılı Pəhləvi rejimində, istərsə də ondan öncəki hökumətlərin çoxunda öz gözlərini açıb həqiqətləri görür, çətinliyi, pisliyi, öz şəxsiyyətinin xar və məhv edildiyini duyurdu. Xalqın həyat və məişət problemlərinin həllini istəməsi təbiidir. Lakin o çətinliklərin hamısının əsası bir şey idi: heç kəs xalqa, onun etiqadına, düşüncə və imanına dəyər tanımırdı.

Xalq İslamı və İslam ənənələrini istəyirdi, lakin hakimlər İslam əleyhinə təbliğat aparırdılar. Dövrün hakimləri əxlaqi fəsadı, çılpaqlığı, İslam adət-ənənələrindən uzaqlaşmağı təbliğ və xalqı buna məcbur edirdilər. Xalqın gözü önündə onların sevdiyi hər bir şey təhqir olunurdu. Əsas məsələ bu idi.

Bizim xalqımız İslama ən güclü iman bəsləyən xalqlardandır. Digər xalqları yaxından görənlər İran xalqının İslama, İslam etiqadlarına və hökmlərinə qarşı ən imanlı müsəlman xalqlardan biri olduğunu təsdiqləyirlər. Xalqa aydın oldu ki, İslamın sayəsində azad yaşaya, mənəvi və maddi nemətlərdən bəhrələnə bilərlər. Xalq İslama iman bəsləyir və onu sevirdi. Xalq qiyam etdi, bu möhtəşəm inqilab baş verdi və onların əli ilə bir İslam hökuməti quruldu.

Dünyada harada müsəlman varsa, bu mühüm hərəkəti sevir. Çünki bu hərəkət bir xalqa məxsus olan vətən və millət çərçivəsində qalmadı. Bu, İslam hərəkatı idi və İslam çoxlu xalqların müştərək dinidir. Deməli, müsəlman xalqlar bu inqilabı və quruluşu sevirlər.

Başqa bir tərəfdən, bu inqilab dünyanın quldur güclərinin əleyhinə olduğundan, yəni böyük güclərin hamısını inkar etdiyindən və İran xalqının dünyanın bütün hegemon güclərinə "yox" dediyindən, harada bu güclərin zülmü altında olan bir xalq varsa, bu inqilabı sevir; çünki bu onun ürək sözüdür.

Çoxlu xalqlar Amerika və hegemonluğun ölkələrinə müdaxiləsindən, ölkələrində hərbi bazalar yaratmasından, iqtisadi müdaxilələrdən və əcnəbi mədəniyyətinə rəvac verilməsindən narahat və narazıdırlar, amma nəfəs çəkmək və bir iş görmək imkanları yoxdur. Onların arasında münasib bir rəhbər yoxdur və repressiya elə bir həddədir ki, tərpənə də bilmirlər. Amerikaya bağlı olan mürtəce ölkələrin əksəriyyəti belədir. Onlar bir xalqın azad şəkildə, qüdrətlə və qorxmadan Amerikanın, Qərb mədəniyyətinin və hegemonluğun müdaxiləsi, əcnəbinin hərbi, iqtisadi və mədəni müdaxiləsi qarşısında şüar verdiyini, əməl etdiyini və möhkəm dayandığını gördükdə ürəklərində bu xalqa və inqilaba sevginin yaranması qaçılmazdır.

Qlobal cəhət budur ki, bizim xalqımızın və inqilabımızın digər xalqlara mesajı var. O mesaj budur ki, bir xalq istəsə, bir rəhbərin və güclü mərkəzin ətrafında birləşsə, imkansız görünən işləri görə bilər. Bunun bütün müsəlmanlara mesajı var və o budur ki, uzun illərdir antiislam qüvvələrin İslamı məhv etməyə çalışmalarına rəğmən, müsəlmanlar istəsələr, iradə etsələr, İslamı cəmiyyətdə hakim edə bilərlər. Bu, bizim xalqımızın və inqilabımızın mesajıdır.

Nişapur, Qəsri-Şirin, Sərpol Zəhab, Gilanqərb, Neftşəhr, Sumar, Rəşt, Xudabəndə və Qidar şəhərlərinin cümə imamları, din alimləri, vəzifəli şəxsləri və müxtəlif təbəqələri, korlar və Pakistandan gəlmiş ziyarət karvanı ilə görüşdəki çıxışdan: 1989.



İran xalqının sevilməsinin səbəbləri: vəhdət və şücaət

Əgər İran xalqı digər xalqlar tərəfindən həmişə sevilib qəbul olunmasını istəyirsə, daxildə özünün inqilabçı şəxsiyyətini, rəftarını və simasını qorumalıdır. Sizi xalqların gözündə böyüdən amil ilk növbədə vəhdətiniz idi. Bu vəhdəti qoruyun. Bu çox dəyərli amildir. Bir olan xalq digər xalqlara örnək olur. İkinci amil isə sizin şücaətiniz və düşmənlərdən qorxmamanızdır. Siz bunu müharibədə, inqilabda və müxtəlif hadisələrdə sübut etmisiniz. Bunu da qorumanız lazımdır; necə ki, Allahın lütfü ilə indiyədək qorumusunuz. Üçüncüsü isə xalqla məmurlar arasında sıx və güclü birlik və rabitədir. Bu, dünya üçün tamaşalı bir şeydir. Başqa ölkələrdə başçıların və məmurların öz xalqları arasında bu qədər sevilməsi az hallarda görünür.

Nişapur, Qəsri-Şirin, Sərpol Zəhab, Gilanqərb, Neftşəhr, Sumar, Rəşt, Xudabəndə və Qidar şəhərlərinin cümə imamları, din alimləri, vəzifəli şəxsləri və müxtəlif təbəqələri, korlar və Pakistandan gəlmiş ziyarət karvanı ilə görüşdəki çıxışdan: 1989.

İmamın kapitulyasiya əleyhinə etirazı

Həzrət imamın sürgün olunması xatirəsi o günə aid olan ilk xatirədir. Çünki Amerikanın İranda yaratdığı rejimin sayəsində kapitulyasiya məsələsi, yəni Amerika dövlətinin hüquqi hakimiyyəti bərqərar olunmaqda idi. Ümumiyyətlə hegemonluğun mənası və şərti belə məsələlər, imperialist və hegemonçunun xüsusiyyəti də belə bir hakimiyyəti zorla qəbul etdirməkdir.

İmam bu hadisənin qarşısında sərt mövqe nümayiş etdirdi. Onun sözləri bütün ölkəyə yayıldı və Amerikanın vassalı olan rejim bundan təhlükə duydu. Adətən şeytan səhabələrinin qərara gəldiyi yanlış seçimə uyğun olaraq, əvvəlcə elə bildilər ki, bir insana təzyiq göstərmək müqaviməti azaldacaq. Onlar bilmirdilər ki, möminlərə qarşı təzyiq işlətmək onların müqavimətini daha da artırır. İkinci tərəfdən, elə bilirdilər ki, bu şəxsi ortadan götürməlidirlər. Lakin bilmirdilər ki, məsələ ilahi məsələdir. Onlar imamı sürgün etdilər və bu sürgün onun 1 fevraldakı qayıdışına qədər davam etdi.

13 Aban (4 Noyabr) Hegemonluğa qarşı Milli Mübarizə Günü münasibəti ilə tələbə və şagirdlərlə görüşdəki çıxışdan: 1989.



İnqilabın qatı düşməni: hegemonluq

Hegemonluq bütün vücudu ilə inqilaba və İslam Respublikası quruluşuna qarşı mübarizəyə qalxdı. İslam inqilabı Amerikaya qarşı çıxmasaydı da, onu yolundan sapdırmaq, yaxud bütünlüklə məhv etmək üçün çoxlu təzyiq göstərəcək və hiylələr işlədəcəkdilər. Bu, Amerikanın və hegemonluğun İslam inqilabına qarşı tutduğu mövqedir. İslam mahiyyətli və İslam təbiətli bir inqilabın hegemonluq tərəfindən belə düşmənliyə və ədavətə məruz qalması təbiidir.

13 Aban (4 Noyabr) Hegemonluğa qarşı Milli Mübarizə Günü münasibəti ilə tələbə və şagirdlərlə görüşdəki çıxışdan: 1989.

İnqilabın güclü dalğası

Əlbəttə, inqilab ona qarşı çıxmaq istəyən heç bir şeyə dözməyən coşqun dalğadır. İnqilab onları və onlardan böyüyünü də yuyub apardı. Bəziləri inqilabla yola gəlib birtəhər özlərini qurtara bildilər. Amma başqa bir qrup da bu təlatümlü okeanda batıb məhv oldular. Və heç şübhəsiz, mənəvi cəhətdən məhv olmaları fiziki cəhətdən məhv olmalarından daha təhlükəlidir.

13 Aban (4 Noyabr) Hegemonluğa qarşı Milli Mübarizə Günü münasibəti ilə tələbə və şagirdlərlə görüşdəki çıxışdan: 1989.



Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin