Tərtib edən: Əlirza Muxtarpur Tərcümə edən: Əlirza Sərablı


Gözlənilməz inqilab möcüzəsi



Yüklə 3,55 Mb.
səhifə8/38
tarix24.05.2018
ölçüsü3,55 Mb.
#51380
1   ...   4   5   6   7   8   9   10   11   ...   38

Gözlənilməz inqilab möcüzəsi


Bizim və sizin kimilər həbsxanalara, kameralara, məxfi evlərə və qürbət yerlərə getdiyimizdə, qaçdığımızda bu gün həyata keçmiş belə bir möcüzəyə inanardıqmı?! O zaman bizə və bizim kimilərə qarşı güclü repressiya vardı. Mənim özüm iki məsələyə görə rejimin təhdidi altında idim və təqib olunurdum. Bir neçə gün qalmaq üçün bir yer tapır, bir yerdən o birinə gedirdim. Küçədə yol gedərkən öz vəziyyətimi şüşə kimi saf bir buz üzərində hərəkət edən, çox diqqətlə yol getməli olan və bir andan sonra bərk yerə yıxılıb sümüklərinin qırılıb-qırılmayacağına əmin olmayan bir insana bənzədirdim. Biz və hərəkatda olan bütün qardaşlar illərlə belə yaşadıq. Heç təsəvvür edərdik ki, beynəlxalq hegemonluğun möhkəm qalası olan İran bir gün ona qarşı mübarizənin möhkəm qalasına çevrilə bilər?! Lakin gördünüz ki, oldu.

İran İslam İnqilabının qələbəsinin on birinci ildönümü ərəfəsində İslam Respublikası quruluşunun vəzifəli şəxsləri ilə görüşdəki çıxışdan: 1990.


Məktəb və xalq - inqilabi dəyərlərin əsasları

Bizim uğrunda çalışıb-işləmək istədiyimiz dəyərlərin iki əsası və təməli var: məktəb və xalq. Məktəb xalqsız təsəvvür olunmur. Çünki bizim məktəbimiz xalqdan ayrı deyil. Ümumiyyətlə İslamı xalqdan ayırmaq, xalqı və onun taleyini buraxıb dinə, Allaha və İslama sarılmağı söyləmək bir hiylədir. Bu, təhrif olunmuş İslamdır. Bu, mübarizənin ilk günündən imamın vuruşduğu məsələdir. Yaxşı və alim insanların çoxu bu yolda imamın sözünü anladılar. Bəzi qapalı və nadan şəxslər isə axıra qədər anlamadılar və bəzi adamlar hələ də bu həqiqəti dərk etmirlər. İslam təfəkkürü xalq izdihamından ayrı və xalq naminə çalışmaqdan başqa bir deyil. Sizin fikrinizcə İslamdan olan, lakin xalqın xeyrinə olmayan bir şey görsəniz, bilin ki, ya onun İslamdan olmasında, ya da özünü dərk etməkdə mütləq səhvə yol vermisiniz. Deməli, bizim İslam və inqilab dəyərlərimizin əsası məktəb və xalqdır.

İran İslam İnqilabının qələbəsinin on birinci ildönümü ərəfəsində İslam Respublikası quruluşunun vəzifəli şəxsləri ilə görüşdəki çıxışdan: 1990.

Gözəl həyat - inqilabın əsas məqsədi

İran xalqının Böyük İmamın rəhbərliyi ilə etdiyi və inqilabın qələbəsi ilə nəticələnən bütün mübarizələrində və inqilabın qələbəsindən sonra bu ölkədə görülən bütün işlərdə məqsəd İslamın nəzərdə tutduğu gözəl həyatı təmin etmək olmuşdur. İslam insana münasib və layiqli həyat üsulu tanıyır. Əgər yalnız bu həyata keçsə, insan səadətə və kamilliyə nail ola bilər. Bəşərin bütün qayğıkeşlərinin, böyük bələdçilərin, tarix boyu böyük peyğəmbərlərin, ölvliyaların və Allah yolunun mücahidlərinin məqsədi bəşər üçün bu gözəl həyatı yaratmaq olmuşdur. Digər tərəfdən, bütün insan düşmənlərinin, şeytan və tağutların məqsədi bəşəri bu gözəl həyatdan uzaqlaşdırmaq olmuşdur. Buna görə, iman, eləcə də şeytan və tağutlara düşmənlik elementi bütün peyğəmbərlərin dəvətinin əsas hissələrindən olmuş, İslam peyğəmbəri (s) də bu məqam üzərində dayanmışdır.

Xalqın müxtəlif qrupları, Şəfəq ongünlüyü mərasimində və "İslam təfəkkürü" konfransında iştirak edən xarici qonaqlarla görüşdəki çıxışdan: 1990.

İnqilabın müstəsna xüsusiyyətləri

İndiki dövrdə, yəni iyirminci əsrdə dünyada müxtəlif inqilablar baş versə də, İran İslam İnqilabı onların hamısından fərqli bir inqilab idi. İndiyədək bu inqilabın hər bir şeyi müstəsna olmuşdur və heç bir cəhətdən digər inqilablarla müqayisəolunası deyil.

Təbii ki, söhbət inqilablardan gedir. Dünyada bəzi ölkələrdə hərbi çevriliş baş vermiş və bu çevrilişlərin adını inqilab qoymuşlar. Lakin inqilab haqda danışarkən onlar söhbətəlayiq mövzular deyil, tamam başqa mövzulardır. Burada söhbət inqilablardan, yəni xalq tərəfindən baş verən, cəmiyyətin etiqadi və ictimai prinsiplərinə dayanan dəyişikliklərdən gedir. Son bir neçə onillikdə dünyada çoxlu belə inqilablar baş versə də, heç biri bizim İslam inqilabımız kimi olmamışdır. Buna görə bu inqilab 11 il ötəndən sonra da dünya miqyasında öz gözəlliyini qorumuşdur.

Bu inqilabın müstəsna xüsusiyyətlərindən ikisini qeyd etmək istəyirəm. Bu iki xüsusiyyət bu inqilabın dünyadakı imicinə ən böyük təsiri göstərmişdir. İnqilabın qələbəsində və İslam ölkəsinin həmişəyaşarlığında da onlar ən böyük rolu ifa etmişlər. İnqilabın qələbəsindən bir neçə il keçməsinə baxmayaraq, bu iki xüsusiyyət hələ də dünyanın müxtəlif yerlərində ən azı bəzi hərəkət, yenilik və səylərə səbəb olmuşdur.


1. Dini, əxlaqi və mənəvi dəyərlərə əsaslanmaq

Bu iki xüsusiyyətdən biri odur ki, bu inqilabın təməli dini, əxlaqi və mənəvi dəyərlər idi. İkinci xüsusiyyət budur ki, inqilab özünün baş verməsində və hökumətin idarəsində xalqın iradə və istəyinə əsaslanmaqda davam etdi. Yəni inqilabın qələbəsindən sonra xalqın roluna əhəmiyyətsiz yanaşılmadı və bir faktor kimi inqilab üçün qaldı. Bizim inqilabımızda bu iki xüsusiyyət var.

Digər inqilabların əksəri maddi təfəkkürlər əsasında baş vermişdir. Bu təfəkkürlərin ideoloji maddi təfəkkürlər, yəni marksist və kommunist təfəkkürləri olması və yaxud materialist bir ideologiyaya əsaslanmayan və dini baxışı olmayan vətənpərvər düşüncələrə dayanması mümkündür.

Bütün inqilablar belədir. Hətta əvvəldə din və İslamla başlayan inqilablar da sonda İslamdan uzaqlaşmışlar. Həm Asiyanın, həm Afrikanın bəzi ölkələrində inqilablar əvvəlcə məscidlərdə formalaşdı, hərəkat məscidlərdən, yaxud dini mədrəsələrdən başlandı, lakin inkişaf edəndən sonra dindarların arasında yetərli rəhbərlik gücü olmadığından digərləri onu ələ keçirdilər və dindən uzalaşdırdılar.

Dünyanın inqilab etmiş təxminən heç bir nöqtəsini bu ümumi qaydadan xaric bilmirəm. Bizim ölkəmizdə isə belə olmadı. Bizdə inqilab din evindən - yəni məsciddən və dini mədrəsədən başlandı, onda dini amillər günbəgün artdı, dinin və mənəvi dəyərlərin rolu o qədər gücləndi ki, adətən heç bir inqilaba qoşulmayacaq xislətə malik olan insanları da inqilaba qoşdu; hətta yaşlı və siyasi məsələlərdən xəbərsiz insanları, ucqar şəhər və kəndlərdə yaşayan adamları da mübarizə meydanına çəkdi. Bundan əlavə, bu inqilabda olan dini ruh həmin dövrdə ən az tələfatın baş verməsinə səbəb oldu. Bu mühüm məsələdir. Əgər kimlərsə dünyanın materialist inqilablarını, xüsusən də Rusiyanın Oktyabr inqilabını mütaliə etmiş olsa, bunun mənasını çox yaxşı anlayar.

Dinsiz bir inqilabın baş verdiyi yerlərdə inqilabın çiçəkləndiyi və hərəkatın zirvə nöqtəsinə çatdığı zaman çoxlu tələfatlar baş vermişdir. Çünki heç bir qanun-qayda altında olmayan bir quruluşu devirmiş və yerinə hələ qüvvə gətirməmiş xalq adətən çox sərt ictimai rəftarları və intiqam alması ilə yadda qalır. İşarə vurulan inqilabda çoxlu belə hadisələr baş verdi. Həmin inqilabı və onun kimi inqilabları oxuyanlar bunu təsdiqləyərlər. İntiqam, sui-istifadə, uyğun olmayan adamlar bir müddət ölkənin bir hissəsini özlərinə qoruq edirlər; nə qədər sərvəti tələf, nə qədər günahsız insanı məhv edirlər və sair.

Bizim inqilabımızda isə belə hallar baş vermədi. Burada Tehran əhalisi dükanları bağlayıb iş-güclərini tətil edəndə, hamılıqla mübarizə meydanına qoşulanda ətrafdakı şəhər və kəndlərdən onlara çörək gətirdilər - yəni tam dəstək verdilər. Burada xalqın qəzəbi bir maddi məsələyə görə alovlanmamışdı, din, mənəviyyat və Allah məsələsi vardı. Bu da xalqın rəftarına xüsusi təsir buraxır və fəaliyyətini formalaşdırır. İnqilab qələbə çalandan sonra onun əsasında bir İslam hökuməti, yəni İslam Respublikası yarandı və sola-sağa əyilmədən düzgün din xəttində qaldı. İslam Respublikası yarandıqdan sonra da dinin yolunu tərk etmədi, qanunvericilikdə, vəzifəli şəxslərin, icra aparatının və quruluşun əsas məmurlarının - millət vəkillərinin və digər məmurların seçimində xalq İslam meyarlarını rəhbər seçdi.

Din inqilabın xüsusiyyəti olub elə də qaldı; bir gün inqilabın xüsusiyyəti olub, bir müddətdən sonra isə ondan alınıb başqa bir şeyə çevrilmədi. Bu xüsusiyyət başqa heç bir inqilabda yox idi. Məhz bu kimi mühüm amillər səbəbindən dünyanın harasında din və İslam üçün bir qəlb döyünürsə, İslam üçün hərəkət edən və İslamın sözünün ucalmasını düşünən İslam Respublikasını sevir.


2. Xalq inqilabı olması

İkinci xüsusiyyət xalq inqilabı olmasıdır. Digər həqiqi inqilablar qələbədən sonra çox zaman xalqa etinasız yanaşmışlar. Hərbi çevrilişlərlə işimiz yoxdur, inqilablar isə həmişə və dünyanın hər bir yerində xalq tərəfindən həyata keçir. Lakin qələbə çalandan sonra, yaxud qələbə ərəfəsində partiyalar inqilabın və xalqın yerini tutub və xalq kənara çəkilib. Kommunist və sosialist ölkələrində əksər quruluşlar inqilabla yaranmışdır, xalqın rolu böyük olmuş, xalq inqilabçı və mübariz qruplara kömək etmişdir. Lakin bu ölkələrin hamısında inqilab qələbəyə yaxınlaşan, yaxud qələbə çalan kimi xalq səhnədən çıxarılmış və partiya hər şeyi ələ keçirmişdir. Kommunist partiyası, yaxud başqa hər hansı bir partiya görmək istədiyi hər bir işi xalqın adı ilə görmüşdür, küçələrə çıxan, yaxud başqa yolla mübarizə aparan və ya mübariz qrupu dəstəkləyən xalqın isə heç bir rolu olmamışdır.

Xalqın hətta qanunverici orqana bir deputat seçmək haqqı da olmayıb. Parlamentləri və qanunverici orqanları olan bu ölkələrin heç birində millətin vəkilləri yoxdur. Ümumiyyətlə xalqın heç bir rolu olmayıb. Çox qəribə olsa da, dünyanın hər yerində belə olmuşdur.

Bir-iki il öncə sosialist ölkələrindən birinə getmişdik. Bizim İslam Şurası Məclisinin möhtərəm deputatlarından olan bir yoldaşımız həmin ölkənin Milli Məclisinin rəsmi şəxsləri ilə parlament haqda söhbətlər etmişdi; bizim parlament haqda onlara məlumat vermiş və onların parlamenti haqda məlumat öyrənmişdi. Biz oturub bir məsələ haqda söhbət edirdik. O, çox ciddi bir görkəmdə bizim yanımıza gəlib dedi ki, biz bu cənablardan mühüm məlumatlar öyrəndik. Bizim deputatımız onlardan parlament deputatlarının sayı, nə zaman iclas keçirməsi, spikerin necə seçilməsi hada soruşmuşdu. Məlum olmuşdu ki, bunların Milli Məclisləri hökumətə bağlı partiya tərəfindən seçilən şəxslərdən ibarətdir. Yəni həmin partiya tərəfindən məsələn 500-600 nəfər qurultay üzvləri və deputatları olaraq seçilirlər və bu Milli Qurultay ildə iki dəfə iclas keçirir.

Siz görün qanunverici orqanlarının ildə yalnız iki dəfə iclas keçirdiyi bu ölkədə qanunu kim qəbul edir? Qanunvericilik səlahiyyəti kimin əlindədir? Hökumətin başında oturanların. Onlardan hökumətlərinin adını soruşsanız, deyərlər ki, sosial-demokrat - yəni xalq hakimiyyətidir. Xalqın adı var, amma heç bir işdə rolu yoxdur. Özü də bu, inqilab etmiş xalqdır. Bu ölkələrin adı da inqilabçı ölkədir. Bizim dünyada gördüyümüz bütün inqilablar və bir inqilab əsasında quruluş yaratmış ölkələr təxminən qeyd etdiyim vəziyyətdə idi.

Bizim inqilabımız birinci gündən bütün işləri xalqın öhdəsinə buraxdı. Yəni qanunverici orqan olan məclisi xalq qurur, xalqın nümayəndələrindən təşkil olunur və heç kəs xalqı hansısa deputatı seçməyə məcbur edə bilmir. Bu 270 nəfərin biri də xalqdan başqası tərəfindən seçilmir. Ölkənin icraçı orqanının rəhbəri olan prezidenti xalqın özü seçir; ürəyi istədiyini seçir, ixtiyar sahibi xalqdır. İranda keçirilən prezident seçkiləri hətta Qərbin demokratik ölkələrində də keçirilmir. Çünki həmin ölkələrdə partiyalar bir-biri ilə mübarizə aparırlar, hər bir partiya bir nəfərin namizədliyini irəli sürür, həmin adama səs verənlər də əslində bu partiyaya səs verirlər. Xalqın əksəri o adamı ümumiyyətlə tanımır, hər hansı səbəbdən bu partiyanın tərəfdarıdır. Müxtəlif iqtisadi, siyasi və qeyri-siyasi maraqlar xalqı bir partiyanın tərəfdarına çevirir və onun namizədinə səs verirlər, namizədin özünü isə tanımırlar.

İranda isə belə deyil. İranda səsini qutuya salanların hər biri o şəxsi tanıyır və prezident kimi ona səs verir. Bu dəfə də elə oldu. Mənim prezident seçildiyim qabaqkı iki seçkilərdə də elə oldu. Ondan öncəki seçkilər də bu formada keçirilmişdir. İndiyəcən keçirdiyimiz beş prezident seçkilərində xalq səs verdiyi şəxsi özü tanıyıb səs vermişdir. Deməli, qanunverici orqanı xalq birbaşa və vasitəsiz olaraq seçir.

İcraçı orqanın və icra hakimiyyətinin başçısının seçilməsində də xalqın özü iştirak edir. Hətta ilahi bir vəzifə olan, ilahi, mənəvi və həqiqi meyarlara tabe olan rəhbərin seçilməsində də xalq rol oynayır. Gördünüz ki, xalqın nümayəndələri olan Dini Ekspertlər Məclisi oturub bir şəxsi müəyyən edir və seçir. Əgər Dini Ekspertlər Məclisinin seçdiyi həmin şəxs xalq tərəfindən qəbul olunmasa, onun rəhbərliyi alınmayacaq. Deməli, dolayısı və Dini Ekspertlər Məclisinin vasitəsi ilə rəhbəri də bütün xalq təyin edir. Əslində bir rəhbəri rəhbər edən, ona fəaliyyət imkanı, əmr və qadağa səlahiyyəti verən, əl-qolunu açan amil xalqın fikri, qərarı, istəyi və iradəsidir. Düzdür, imamın seçilməsi bu formada olmamışdı. Lakin xalqın imama eşqi və itaəti onun seçimindən də böyük idi.

Burada siyasi və iqtisadi fəaliyyətlərdə və hərbi hərəkətlərdə xalqın dəstəyi və rolu var. Əgər bu gün hökumət, yaxud məmurlardan biri bir iş görmək istəsə və xalq bu işi istəməsə, qarşısını ala bilər. Xalq hər yerdə fəaldır. Bu, bizim inqilabımızın xüsusiyyətidir. Dünyada heç bir inqilab belə deyil. Bu sözü ətraflı məlumatla deyirəm. Bizim inqilabımız müstəsnadır.

Nəticə etibarilə quruluş güclü quruluşdur, çünki xalq quruluşudur. Böyük güclər tərəfindən məhvi mümkün olan hökumət xalqa arxalanmayan hökumətdir. Bir ölkədə Amerikanın casus şəbəkəsi tərəfindən aparılıb-gətirilən hökumət xalqla rabitəsi olmayan, arxasında xalqın güclü və möhtəşəm dəstəyi durmayan hökumətdir. Xarici düşmənin dörd nəfəri çevrilişə vadar və təhrik edə bildiyi hökumət taxt üzərində əyləşən, lakin xalqla bir olmayan hökumətdir; xalq öz işindədir, o da öz işində.

Hakimin - istər rəhbərin, istər prezidentin, istər Ali Məhkəmə sədrinin, istər İslam Şurası Məclisi spikerinin xalqla olduğu, xalq tərəfindən sevildiyi və dəstəkləndiyi quruluş İslam Respublikası quruluşudur. Nə Amerika və onun müttəfiqləri, nə Şərq, nə Qərb, nə də hər hansı bir güc bu quruluşu və hökuməti devirməyə və hətta zəfilətməyə qadirdir.

Tehranın cümə namazı xütbələrindən: 1990.



İnqilabın qələbəsinin və düşmənin ədavətinin səbəbi: İslam

Məsələ burasındadır ki, əgər bu inqilab İslam inqilabı olmasaydı, ona din alimləri rəhbərlik etməsəydilər, şübhəsiz, qələbəyə nail olmaz, müstəqil, başıuca və güclü bir hökumət qura bilməzdi. Bu bizim təhlilimiz deyil, inqilab məsələlərini qələbədən öncədən bu günə qədər izləyən bütün şəxslərin gəldiyi nəticədir.

1977-78-ci illərdə qarşı cəbhənin - yəni devrilməkdə olan zalım rejimin başçılarının, dini təfəkkürə və ruhani şəxsiyyətlərə müxalif olanların təhlili bunu deyirdi və bu təhlil əsasında ruhaniləri səhnədən çıxarmağa, onların arasında ixtilaf yaratmağa və ya onlarla xalqı bir-birindən ayırmağa çalışırdılar. Lakin bacarmadılar; istədilər, çalışdılar, amma alınmadı. Alınmamasının səbəbi mürəkkəbdir. Həqiqətən kimsə bu inqilabı təhlil etmək, bu gülün açılmasını, bu ağacın bitməsini, bu bulağın dünya mədəniyyətinin indiki dövrünün daşlı-qayalı səhrasında çağlamasını düzgün təsvir etmək istəsə, bu suala asanlıqla aydın cavab tapa bilməz.

İnqilabın qələbəsində Allahın qüdrət və iradə əlamətlərindən biri o misilsiz rəhbərin meydana çıxması idi. Mən bu nəticəyə çox yaxınlaşmışam ki, Allah-Taala bu inqilabın ərsəyə gəlməsindən on illər öncə dinin və İslamın dünyada belə qələbəsindən ötrü Qum Elm Hövzəsinin yaranmasına, şəxsiyyətlər yetişdirməsinə və onların arasından o misilsiz şəxsiyyəti ucaltmasına zəmin yaratmışdı.

Əgər insan məsələlərə adi gözlə baxsa, səbəb və nəticələrin təbii düzülüşünü araşdırsa, görər ki, ruhaniliyin fəallığı, öncüllüyü, sayıqlığı, vəzifəsini bilməsi və digər dəyərli xüsusiyyətləri bu inqilabın baş verməsində, qələbəsində, həmçinin İslam Respublikası hökumətinin və quruluşunun yaradılmasında və onun bu günə qədər davam etməsində ən mühüm amillərdən biri və bəlkə də birincisi olmuşdur. Düşmən də bunu bilir. Məhz buna görə keçmişdə və indi hegemon dünya tərəfindən bu inqilaba qarşı təzyiqlər birinci növbədə dinə və ruhaniliyə yönəlir. Əgər ölkəmizin ruhaniləri meydanda olmasaydılar, inqilaba rəhbərlik etməsəydilər, bu qələbə hasil olmazdı. Bunu düşmən bilir və buna görə onun böyük düşmənliyi birinci növbədə İslama və ruhaniliyə yönəlir.

Qum Elm Hövzəsinin və Tehranın dini mədrəsələrinin alim, müəllim və tələbələri ilə görüşdəki çıxışdan: 1990.



İlahi hidayət əli - inqilabın daimi himayədarı

Biz dövrümüzün insanları arasında böyük imamımız üçün həqiqətən bir bənzər tanımırıq, hidayət imamlarından və Allah övliyalarından sonra onun kimisini çox az görmüşük. Düşünürəm ki, o, münacat, tövbə, dua, idadət və mənəviyyat adamı olmasaydı, Allah-Taalanın ona bütün bu uğurları bəxş etməsi çox çətin olardı. Onun uğurları böyük həddə Allahla rabitəsinə, qəlbinin ilahi dərgaha, tövbə, münacat və duaya açıq olmasına borclu idi. İnsan son illərdə bu mənəvi və ilahi insanın anbaan inkişaf etməsini hiss edirdi. Hər bir ramazan ayında onun daha nurlandığı və Allah-Taalanın onu hidayət etdiyi görünürdü.

Biz bu on bir ildə imamın arxasınca getdiyimiz yolu ilahi hidayət, himayə və kömək olmadan təbii şəkildə gedə bilməzdik. Biz qəribə dolanbaclardan keçdik və imamın rəhbərliyi sayəsində sərt eniş-yoxuşları arxada qoyduq. Bütün bu işlərdə ilahi hidayət bizə yardım edirdi.

Onun özünün fikri də bu idi. Mən ondan bu sözü eşitmişdim: "Mən inqilabın əvvəlindən hidayət əlinin bizə kömək etdiyini və qarşımızda yolları açdığını hiss edirəm". Həqiqət də budur və Allah-Taala bu hidayəti mübarizə, ixlas, paklıq və mənəviyyat qarşılığında təqdim edir.

İlahi hidayət qafil insanlara aid olmur. Şəban münacatında belə oxuyuruq: "Bizim qəlblərimizin gözlərini Sənə baxmaqla işıqlandır".1 Qəlb gözünü işıqlandırmaq, möminin ayıq qəlbi və görən gözü üçün həqiqətləri aydınlatmaq havayı başa gəlmir, Allahla rabitə, mücahidlik və zəhmət olmadan həyata keçməsi imkansızdır.

Bir dəfə ondan soruşdum ki, məşhur dualardan hansını daha çox sevir və oxuyursunuz. O bir qədər fikirləşəndən sonra buyurdu ki, Kumeyl duasını və Şəban münacatını. Digər dualar, məsələn Əbu Həmzə Sumali duası, yaxud İmam Hüseynin (ə) Ərəfə günündəki duası da Allahla güclü rabitə yaratsa da, bu dua və bu münacatda Allaha tövbənin, Allahdan əfv diləyinin, yardım istəyinin və yalvarmanın aşiqanə formada olduğu müşahidə olunur. Kumeyl duası da Allah-Taala ilə münacatdır, bəndə ilə məbud arasında məhəbbət və eşq rabitəsini təsvir edir. Bu, bizim böyük imamımızın öz ruhunu və qəlbini işıqlandırdığı amildir.

İmam Hüseynin (ə) doğum günü və Mühafizəçi günündə korpus mühafizəçiləri ilə görüşdəki çıxışdan: 1990.

Əsl İslamla Amerika İslamının fərqi

Allaha şükür olsun ki, bizim yolumuz imamın göstərdiyi aydın İslam yoludur. Bizim yolumuz Allahın düşmənlərinin qorxduğu, məzlumların isə sevinib ümidvar olduğu İslamın yoludur, adı İslam olan, lakin əvvəldən axıra qədər İslam düşmənlərinin xidmətində duran dinin yox. Biz belə İslam kimi qəbul etmirik. Bu, Amerika İslamıdır. Mərhum və hikmətli imamımız bu düzgün sözü dəfələrlə təkrarlamışdır.

Əsl İslam əbucəhllərin qorxduğu İslamdır. Əbucəhl və əbusüfyanların qorxmadığı və düşmən olmadığı bir İslamın İslam olmasına şübhə etmək lazımdır. Məzlum və məhrum təbəqələrin ümidvar olub könül vermədiyi İslam da əsl İslam deyil. Yalnız öz ölkəmizdə yox, bütün dünya səviyyəsində məzlum təbəqələrin yatmış və sönmüş arzularını yaşadıb dirçəldə bilməyən bir dinin İslam olmasına şübhə ilə yanaşın.

İmam Hüseynin (ə) doğum günü və Mühafizəçi günündə korpus mühafizəçiləri ilə görüşdəki çıxışdan: 1990.



22 Bəhmənin başqa bir novruz olması

Novruz - yəni yeni gün sizin öz əməlinizlə yenilədiyiniz gündür. İran xalqının Allahın köməyi ilə böyük bir hadisəni həyata keçirdiyi 22 bəhmən də yeni gündür. Ümmət imamının dünyanın hegemon və quldur dövləti olan Amerikanın ağzından vurduğu gün yeni gün, yeni yol və baş verən yeni hadisə idi.

Mübarək ramazan ayı ərəfəsində və (hicri-şəmsi təqvimi ilə) yeni ilin birinci günündə (21 martda) hökumət və ordu nümayəndələri ilə görüşdəki çıxışdan: 1990.



Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin