Tərtib edəni:
M etodika və biblioqrafiya şöbəsinin müdiri:
Musayeva Leyla Şamo qızı
Komputer dizaynı və yığımı:
Qasımov Allahşükür Mirməhəmməd oğlu
Göygöl rayon Mədəniyyət və Turizm Şöbəsi
Göygöl rayon MKS
Xocalı faciəsinin20-ci ildönümü münasibəti ilə
“XOCALI FACİƏSİ – 20”
(Metodiki vəsait)
GÖYGÖL – 2012
İnsanlara qıymadan,
Güllə atəşinə tutdular.
Yaşlı, uşaq baxmadan,
Yanar oda atdılar
Neçə şəhidlər verdik,
Neçə ana itirdik,
Neçə illər gözlədik,
Xocalı, ay Xocalı !
Könlümüz dərddən yaralı,
Gözümüz səndən aralı,
Qəlbimiz düşməndən dağlı,
Xocalı, ay Xocalı !
UNUTMA!!!
Ədəbiyyat siyahısı:
Sultanov Z. Xocali faciəsi. /Ön sözün müəllifi Qulu Xəlilli.- Bakı, İşıq, 1993.- 53 s.
Şirinov T. “Qarabağda qan izləri”.- Bakı, “Nərgiz” nəşriyyatı, 2007.- 252 s.
Fazil Güney (Abbasov)“Qara qan” (roman).- Bakı, “Elm və həyat”, 2002.- 462 səh.
İnqilab Xan Rəvan Vəlizadə, Hacı Əliağa Cəfərli.“Xocalı faciəsi” (Roman-faciə).- Bakı, “Çıraq” nəşriyyatı, 2003.- 348
s.
Səriyyə Müslimqızı: “Qar üstünə qan yağırdı”.- Bakı, Azərnəşr, 1993.- 184 s.
Veb səhifələr:
www.qafqazinfo.az
www.president.az
www.anl.az
www.justiceforkhojaly.org
www.xocali.org
www.khojaly.preslib.az
-16-
ÖN SÖZ
Bildiyimiz kimi Xocalı faciəsinin 20-ci ildönümü münasi-bətilə hörmətli prezidentimiz İlham Əliyev tərəfindən 17 yanvar 2012-ci il tarixində sərəncam imzalanmışdır. Xocalı faciəsinin 20-ci ildönümü münasibəti ilə bir sıra müəssisələrlə yanaşı kitabxanalarda da silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Kitabxanalarda keçiriləcək tədbirlər zamanı kitabxanaçılar oxucuları marifləndirərkən daha çox torpaqlarımızın 20 faizinin işğal altında olmağından, ermənilərin Xocalıda törətdikləri vəhşiliklər haqqında məlumat nəzərdə tutulur.
“Xocalı faciəsi-20” – adlı metodiki vəsait 5 bölmədən ibarətdir.
Giriş.
Xocalı haqqında.
Xocalı faciəsi.
Xocalı faciəsi mətbuatın gözü ilə.
Xocalı faciəsi və kitabxanaların qarşısında duran vəzifələr.
-1-
I. G i r i ş
XX əsr- Azərbaycan xalqının həyatına, tarixinə ən qanlı, fəlakət və faciələrlə, əzab və işgəncələrlə, həm də hünər və rəşadətlə dolu əsr kimi daxil olmuşdur. Bu əsrin demək olar ki bütün onillikləri, qəri-nələri qan ilə yuyulmuşdur. Az qala bu əsrə yaxın kommunist partiya-sının qanlı faciə və fəlakətlərlə dolu keçdiyi yol kifayət deyilmiş kimi, təxminən onunla həmyaş olan erməni-daşnaq liderlərinin müxtəlif illərdə qəsdən, şüurlu törətdikləri vəhşiliklər də hamısı bu əsrin payına düşür. Əgər təkcə bu əsrdə günahsız axıdılan türk-müsəlman qanını bir yerə yığmaq mümükün olsaydı Xəzərə bənzər bir dərya yaranardı. Buna günahsız, silahsız insanların ah-naləsini, göz yaşlarını, əzab-əziyyətini, fəryadını da əlavə etmək mümkün olsaydı bu dərya daha dərin, daha müsibətli görünərdi. Xocalı qırğını XX əsrin sinəsində aç-dığı ən dərin qanlı şırımdır. Əsrlər keçəcək yeni-yeni nəsillər gələcək, amma bu şırımın üstünü heç zaman daş-kəsək, ot-alaq basa bilməyəcək. Dünyanın hansı qitəsindən baxılsa bu şırımın rus-erməni cəlladlarının əli ilə törədilmiş ah-naləsi, iniltisi fəlakəti aydın görü-nəcəkdir. Xocalı qırğını Azərbaycan xalqının qanını soran bir sıra vəzifəli-rəhbər şəxslərin xəyanəti, qəddarlığı, şöhrətpərəstliyi, əfəlliyi sayəsində törədilmiş ən qara ləkə, irinli yara və damğadır! Bu qırğın uzun illər dost-qardaş deyib torpağımızda yer verdiyimiz, çörəyimizi, suyumuzu əsirgəmədiyimiz qonşularımızın kininin, qəzəbinin, nan-korluğunun pak ifadəsidir.
Bəşər tarixində ən amansız müharibələrin də aman verən qa-nunları olub. Həmin qanunlara görə uşaqlara, qocalara, qadınlara, silahsızlara, şikəst adamlara toxunulmur. Xocalı qırğını belə ali qanunların hamısını puç etdi.
-2-
Onlar isə 22 nəfər.
Böyük bir orduya
Neyləyə bilərdi?
Silahsız, sahibsiz şəhər.
Dünyanın gözü kor idi o gecə,
Qulaqları kar.
O gecə Xocalıya qan yağırdı,
Bakıya qırmızı-qırmızı plakatlar:
Yerdən çıxırdı, göydən yağırdı ölüm,
Əl tətikdə göz nişangahda,
Hər yandan heyrətdən böyümüş
Gözlərə baxırdı ölüm.
Kimisi köksündən vurulurdu,
Kimisi başından.
Zavallı bir qız
Əsir düşməsin deyə
Ölüm diləyirdi qardaşından
Çırpına-çırpına ölümdən qaçıb
Ölümə gəlib çıxırdı Xocalılar.
Qar örtüb, buz kəfənləmiş
Ölü əzizlərinə
Həsədlə baxırdı Xocalılar.
I aparıcı - Erməni faşistləri öz havadarları ilə birlikdə Xocalıda cəhənnəm tonqalı çatdılar. Bu tonqal illər, əsrlər keçdikcə zaman-za-man qorlanacaq, qövr edən yaralarda, kəsilmiş ayaqlarda, çıxarılmış gözlərdə, dağlanan sinələrdə közərəcək.
II aparıcı - Bu cəhənnəm tonqalından güc-bəla ilə yaxa qurtaran-lar erməni qatillərinin yurdlarında törətdiyi yanğınları, qırğınları, fə-lakətləri hər gecə yuxularında görəcək, minlərlə insanın bu dəhşətdən ərşə qalxmış naləsini ömrü boyu yaddaşlarında yaşadacaq, yanar canlı məşələ dönəcəklər.
-15-
Qaşların qarasından,
Oxlandın arasından.
Xocalı can üstədi
Qan sızır yarasından.
I aparıcı- 1992-ci il fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyük faciəsi- Xocalı soyqırımı baş verdi. Ermənilər minillik kini-küdrəti ilə, türk qanına susamış xisləti ilə ovunun üstünə atıldı.
II aparıcı- Ağsaqqal qocaların, ağbirçək anaların ağ saçı al qana boyandı, igid oğullarımız erməni qəbirləri üstündə qurban kəsildi. O gecə körpələrin bədənləri güllələrdən deşik-deşik edildi, süngülərə ke-çirildi, qızlarımızın, gəlinlərimizin ləyaqəti tapdalandı.
O gecə ermənilər
Oda qaladılar Xocalılnı.
O gecə ermənilər
Yağmaladılar Xocalını.
Güllədən keçirdilər
Qarısını, qızını,
Körpələri süngülədilər,
Cavanların diri-diri
Çıxartdılar gözünü.
Dişinə qədər silahlıydı düşmən
Hər avtomat darağında,
Hər top lüləsində 100-100 ölüm.
Xocalılar qoynunda
İsidə bilmirdi yalın əlin.
Tofiqlər, Əliflər
Son gülləsinədək,
Son damla qanına qədər
Vuruşub öldülər.
Düşmən qurulu qoşunladı,
-14-
Dostları ilə paylaş: |