Tərtib edəni: m etodika və biblioqrafiya şöbəsinin müdiri: Musayeva Leyla Şamo qızı Komputer dizaynı və yığımı



Yüklə 1,19 Mb.
səhifə3/11
tarix10.01.2022
ölçüsü1,19 Mb.
#107778
1   2   3   4   5   6   7   8   9   10   11
İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 yanvar 2012-ci il.

-4-


Həzin kədərli bir musiqi səslənir...
Arxadan səs: Günəşli Azərbaycanımızda, doğma diyarımızda Xocalı adlı bir cənnət vardı. Dağlar qoynunda yerləşən axar-baxarlı, güllü-çiçəkli, bəxtəvər, şən, günü-gündən gözəlləşən Xocalı. Bənzərsiz təbiəti ilə adamı heyran edən haylı-haraylı Xocalı.

İndi nə o hay-haraydan əsər-əlamət, nə gözəlliklərdən bir nişanə qal-mışdır. O dilbər guşə, o gülüstan xarabazara çevrilmişdir.

I aparıcı- Xocalı şəhəri, Xankəndi, Əsgəran, Naxçıvanik, Mehdikənd, Bozdağı tərəfindən əhatə olunan yeganə Azərbaycanlı yaşayış məskəni idi. O zaman Xocalının 7 minə yaxın əhalisi var idi.

II aparıcı- 1992-ci ilin dekabrında daralan mühasirə halqası şəhərin süqutunu günbəgün yaxınlaşdırırdı. Xocalı düşmən mühasirəsində barıt qoxulu ölüm hədəfi günlərini yaşayırdı.

I aparıcı- Şəhər təpədən dırnağa qədər silahalnmış erməni diviziyası qarşısında əliyalın qalmışdı. Lakin fədakar Xocalı sakinləri bütün çətinliklərə sinə gərir, döyüşür və ümidlə köçək gözləyirdi.

II aparıcı- İmdad diləyən Xocalı sakinləri hər dəfə fəryad çək-dikcə səsləri Qarbağ dağlarında əks-səda verib özlərinə qayıdır, daşürəkli millət rəhbərlərinin heç tükü də tərpənmirdi. Fəlakət isə sürətlə yaxınlaşırdı.


Elatım, elim haray,

Qan ağlar dilim, haray.

Nə gələn var, nə gedən,

Bağlanıb yolum, haray


I aparıcı- 4 ay idi düşmən məngənəsində çırpınırdı. Xocalı, 4 ay idi qeyrətinin, ümidinin dar ağacından asılı qalmışdı. Başına od yağırdı, tüstüsü ərşə dirək, ah-naləsi, fəryadı göylərə bülənd olmuşdu Xocalının.

II aparıcı - Fəqət, Bakı Xocalını eşitmirdi. Bakıda iqtidar vəzifə xumarlığında şirin yuxuda, muxalifət isə hakimiyyət uğrunda maraqda yatmışdı.

-13-


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin