Tərtib edəni: m etodika və biblioqrafiya şöbəsinin müdiri: Musayeva Leyla Şamo qızı Komputer dizaynı və yığımı



Yüklə 1,19 Mb.
səhifə5/11
tarix10.01.2022
ölçüsü1,19 Mb.
#107778
1   2   3   4   5   6   7   8   9   10   11
II. Xocalı haqqında
Xocalı rayonu 1991-ci il noyabr ayının 26-da Əsgəran rayonu bazasında yaradılmışdır. Rayonun ərazisi 1991-1992-ci illərdə ermə-ni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Sahəsi 0,97 min kv. km, əhalisi 24417 nəfər (1991-ci il). Rayonda 1 şəhər, 2 qəsəbə, 50 kənd olmuşdur. Mərkəzi Xocalı şəhəridir. Ağdam şəhərinin 18, Xan-kəndi şəhərinin 14 km-liyində, Qarabağ silsiləsində yerləşir.

Ərazisi ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngin olan bu şəhərdə türbə (XIV əsr), dairəvi türbə, ətrafında son tunc və ilk dəmir dövrünə aid nekropol, kurqan çölü və sairə var. Xocalı qəbiristanlığı – son tunc və ilk dəmir dövrünə aid arxeoloji abidələr, daş qutu və kurqanlardan ibarət, müxtəlif tipli saxsı qablar, silahlar, qızıl, tunc, balıqqulağı, əqiq, şüşə, pasta və sairədən hazırlanmış bə-zək əşyaları, tunc əmək alətləri aşkar edilmişdir. Burada çoxlu sayda "Qoç və yəhər" şəkilli qəbir daşı, müqəddəs ziyarətgahlar – Seyid Cəlalın ocağı, Cahan nənənin ocağı var.

Xocalı şəhəri və Əsgəran qəsəbəsi arasında, Qarqarçayın sağ və sol sahillərində XVIII əsrə aid Əsgəran qalası mövcuddur. İki isteh-kamdan ibarət qalanı Qarabağ xanı Pənahəli xan tikdirmişdir. Sağ sa-hildəki qala bürcü ikiqat daş divarlardan ibarətdir. Sol sahildəki qala dördkünc bürclüdür. Divarların qalınlığı 2-3 metrdir. 1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqları Əsgəran qalasında aparıl-mışdır.

Xocalı şəhəri Ağdam şəhərinin 18, Xankəndi şəhərinin 14 kilo-metrliyində, Qarabağ silsiləsində yerləşirdi. İqlimi mülayim-istidir. Rayonun Kərkicahan qəsəbəsində 3 qəbristanlıq var. Burada XIV əsrə aid yazıları olan qəbirlər, "kilsəli" deyilən yerdə Alban kilsəsi, qəbirlər, 800 il əvvələ təsadüf edilən müsəlman qəbristanlığının qalıqları, Alban pir-ocaqları və s. var. Rayonun Kosalar kəndi ərazisində "Məhəmməd ağanın otağı" tarixi abidə, "Darılı Piri", "Ələm ağacı" ziyarətgahları və daş qəbirlər var.


-5-


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin