III. Xocalı faciəsi haqqında
1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda baş ver-miş soyqırım oldu. Bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciə-lərindən biri hesab edilə bilər. Xocalı faciəsi tarixdə bizə məlum olan Babiyar, Xatın, Liditse, Sonqimı faciələri ilə eyni səviyyədə durur.
Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-mil-lətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata ke-çirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsıdir. Öz miqyasına və dəhşətləriniə görə dünya tarixində ana-loqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları uzağagedən məqsəd güdürdülər. Məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz niyyətlərinə çata bilmədi. Doğrudur, faciə bütün Azərbaycan xalqını sarsıtmış, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurmuşdur. Lakin xocalılar hətta amansız soyqırım günündə də özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.
Cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təh-qirlərə və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə az-yaşlı uşaqlar olmuşlar, şikəstlərin 76 nəfəri yetkinlik dövrünə çatma- mış oğlan və qızlardır. 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 azyaşlı uşaq isə valideynlərindən birini itirmişdi. şəhid olanların yalnız 335 nəfəri dəfn olunmuşdur. 200 nəfərin
-6-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak etdiyi Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan «Dostluq parkı»nın və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub.
"Xocalıya ədalət!" kampaniyası çər-çivəsində Böyük Britaniyanın Lordlar Palatasında Xocalı soyqırımı ilə bağlı konfrans baş tutub.
İsveçdə Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı fevralın 26-da nümayiş keçirilib. Məlumata görə, nü-mayişi İsveçdəki Azərbaycan Fede-rasiyası təşkil edib. Nümayiş Stok-holmun Sergelstorg Meydanında keçirilib. Nümayiş iştirakçıları dünya parlamentlərinin soyqırımın tanıması şüarlarını irəli sürüblər.
-11-
Dostları ilə paylaş: |